Volodimir Oleksandroviç Zelenski (və ya Vladimir; ukr.
20 may 2019-cu ildən Ukrayna Respublikasının Prezidentidir. Zelenski 2015-ci ildə Xalqın xidmətçisi adlı televiziya serialında Ukrayna Respublikası Prezidenti olaraq yer almışdır. Eyni adlı partiya həmin serialın istehsalçı şirkəti olan Kvartal 95 tərəfindən 2018-ci ildə quruldu.
Volodimir Zelenski | |
---|---|
ukr. Володимир Зеленський | |
Vəzifədədir | |
20 may 2019 | |
Baş nazir | Vladimir Qroysman (2019) Aleksey Qonçaruk (2019–2020) Denis Şmıqal (2020-ci ildən) |
Əvvəlki | Petro Poroşenko |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 yanvar 1978 (46 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
Atası | Oleksandr Zelenski[d] |
Anası | Rimma Zelenskaya[d] |
Həyat yoldaşı |
|
Uşaqları | 2 |
Hərbi xidmət | |
Mənsubiyyəti | Ukrayna |
Qoşun növü | Ukrayna Silahlı Qüvvələri |
Döyüşlər | |
Elmi fəaliyyəti | |
Elm sahəsi | aktyorluq, parodiya[d], Şou-biznes, siyasət |
| |
Təltifləri | |
president.gov.ua | |
Vikianbarda əlaqəli mediafayllar |
25 yanvar 1978-ci ildə Krivoy Roq şəhərində anadan olmuşdur. Atası Oleksandr Semenoviç Zelenski texniki elmlər doktoru, professor, kompüter elmləri şöbəsinin müdiridir.
O, anası ilə 4 il Monqolustanın, Erdenet şəhərində yaşamış və orada birinci sinfi bitirmişdir. Daha sonra ingilis dilini dərin öyrənmək üçün Krivoy Roq şəhərinə qayıdaraq buradakı 95 nömrəli məktəbdə təhsil almışdır.
Zelenski 2015-ci ildə "Xalqın xidmətçisi" adlı televiziya serialında Ukrayna prezidenti rolunu canlandırmışdır. Həmin rol təxmini 30 yaşda olan və paylaşdığı populyar video ilə tanınaraq prezident seçkilərində qələbə qazanan tarix müəllimi idi.
Zelenski 2013–2014-cü illərdə Avromeydan aksiyasını və Donbass müharibəsi vaxtı Ukrayna ordusunu dəstəkləmişdir. 2014-cü ilin avqust ayında Ukrayna Mədəniyyət Nazirliyinin rus incəsənət adamlarının ölkəyə girişinə qadağa qoymasına qarşı çıxdı. 2018-ci ildə başrolda yer aldığı romantik-komediya janrında olan "Böyük şəhərdə sevgi 2" filmi ölkədə qadağa olundu.
Xalqın Xidmətçisi partiyası 2018-ci ilin mart ayında eyniadlı serialın istehsalçı şirkəti Kvartal 95 işçiləri tərəfindən quruldu.
Zelenski 2019-cu ilin martında Der Spiegel jurnalına verdiyi müsahibədə "siyasətçilərə olan inamı yenidən bərpa etmək üçün siyasətə girdiyini", "profesional və düzgün insanları vəzifəyə gətirmək" və "siyasəti mümkün olan qədər dəyişmək" istədiyini dedi.
31 dekabr 2018-ci ildə yeni ildən bir neçə dəqiqə sonra Volodimir Zelenski "1+1" telekanalında ukraynalılara müraciət edərək Ukraynadakı 2019-cu il prezident seçkilərində iştirak edəcəyini söyləyib. Namizədliyini açıqlamamışdan altı ay əvvəl də Zelenskinin adı anketlərdə birinci yerdə idi.
Zelenski keçmiş məktəb dostu olan Olena Zelenskaya ilə 2003-cü ilin sentyabrında ailə həyatı qurdu. Cütlüyün 2004-cü ilin 15 iyulunda Aleksandra adlı qızı, 2013-cü ilin 21 yanvar tarixində isə Krill adlı oğlu dünyaya gəlmişdir.
İl | Ad |
---|---|
2009 | Böyük şəhərdə sevgi |
2011 | Ofis Romantikası. Vaxtımız |
2012 | Böyük şəhərdə sevgi 2 |
2012 | Rjevski Napoleona qarşı |
2012 | 8 ilk tarix |
2014 | Veqasda sevgi |
2015 | 8 yeni tarix |
İl | Ad | Qeydlər |
---|---|---|
2008–2012 | Svaty | Prodüser |
2015 | Xalqın xidmətçisi | |
2016 | Tantsi z zirkamy |
[[Fayl:Lukashenko and Zelenskyi (Oct 2019).jpg | 180px]] |
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
This article uses material from the Wikipedia Azərbaycanca article Volodimir Zelenski, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki Azərbaycanca (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.