D Vitamini

D vitamini (кalsiferol) — yüksək dərəcədə və qısamüddətli olaraq qəbul edildikdə sümüklərdə kalsiumun artmasına səbəb olur.

Mütəxəssislər D vitamininin diş və sümüklərin inkişafında çox vacib olduğunu xüsusilə qeyd edirlər. Kərə yağı, süd, pendir, balıq və qaraciyər başlıca olaraq D vitamini qaynağıdır.

D Vitamini
Cholecalciferol (D3)

D vitamini antiraхit vitamini də adlanır. D2 və D3 formalarda rast gəlinir. Erqosterinlərin ultrabənövşəyi şüalarla şüalandırdıqda D vitamininə çevrilir. Balıq yağında, yumurta sarısında, süddə və qara ciyərdə var. Çatışmadıqda кalsium və fosfor mübadiləsi pozulur və uşaqlarda raхit хəstəliyi əmələ gəlir. Gündəliк tələbat 400 beynəlхalq vahidə və ya 10 mкq-a bərabərdir. Beynəlхalq vahid (BV) olaraq erqoкalsiferolun 0,025 miкroqramı qəbul edilmişdir. Uşaqların D vitamininə tələbatı yaşlılara nisbətən 2-2,5 dəfə çoхdur.

Vitamin D insan orqanizminə günəş şüaları və yaxud günəşdən meydana gələn qida məhsullarının köməyi ilə daxil olur. Uzun müddət günəş altında gəzməyən insanların vitaminlərdə D–nin çatışmazlığı da çox vaxt hiss olunur və bununla bağlı bu növdə olan məhsulların qəbul edilməsi məqsədəuyğundur. Çünki D vitamini çatışmadıqda kalsiumda əskikliklər meydana gəlir və nəticədə dişlərin xəstələnməsinə yol açır. Eyni zamanda sümüklərin boşalması və ürək problemlərini də meydana gətirir. Həkimlər günəş şüalarının çatışmaması üçün bu rasiona daxil olan qidaların qəbul edilməsini məsləhət görürlər. Balıq növləri xüsusən qızılbalıq, tunes (iri yırtıcı balıq), skumbriya və balıq yağı bu tipə aid edilir. Həmçinin tərkibində az miqdarda günəş şüaları olan qidalar da vardır. Bunlara isə malın qaraciyərini, yumurta sarısını və bir neçə növ pendirləri misal göstərmək mümkündür.

D vitamini çatışmazlığında yaranan xəstəliklər

Bu vitaminin orqanizmdə çatışmazlığı bəzi ciddi pozulmalara və xəstəliklərər səbəb ola bilər.

1. Osteoporoz

Saglamolun.az xəbər verir ki, D vitamini orqanizmdə kalsiumun mənimsənilməsini yaxşılaşdırır. D vitamininin çatışmazlığı zamanı kalsium pis mənimsənilir və bu da sümüklərin zəifləməsinə səbəb olur.

2. Yüksək xolesterin

D vitamini orqanizmdə xolesterini normada saxlamağa kömək edir. Xolesterinin yüksək səviyyədə olması bir çox hallarda aterosklerozun inkişafına səbəb olur. Ateroskleroz zamanı artıq xolesterin damarlarda yığılır ki, nəticədə damarlar daralır, tıxanır. Ürək və ya beyində damarın tıxanması ürək tutması, infarkt və insulta səbəb ola bilər.

3. İmmunitetin zəifləməsi

D vitamini immun sisteminin normal fəaliyyəti üçün olduqca vacibdir. D vitamininin əskikliyi zamanı insan tez-tez respirator infeksiyalarına, qrip və soyuqdəymə xəstəliklərinə tutulur.

Həmçinin D vitamininin çatışmazlığı orqanizmdə iltihabın artmasına səbəb olur.

4. Əhvalın pis olması, ümidsizlik, depressiya

D vitamininin əskikliyi orqanizmdə serotonin hormonunun səviyyəsinin azalmasına səbəb olur. "Xoşbəxtlik hormonu" sayılan serotoninin ifrazının azalması əhvalın pis olmasına,ümidsizliyə, depressiyaya səbəb olur.

5. Əzələlərdə ağrılar

Əzələlərin tez-tez və səbəbsiz ağrıması D vitaminin çatışmazlığının simptomu ola bilər.

6. Dəri, saç və dırnaqların vəziyyətinin pisləşməsi

7. Xərçəng

Araşdırmalar göstərir ki, D vitamininin əskikliyi xərçəngin riskini artırır.

D vitamininin əsas mənbələri bunlardır:

  • balıq və balıq yağı
  • yumurta sarısı
  • qaraciyər
  • pendir
  • kərə yağı


Lakin bu vitaminin əsas mənbəyi gün şüalarıdır. Gün şüalarının dəriyə təsiri nəticəsində orqanizmdə D vitamini sintez olunur.

İstinadlar

Saglamolun.Az Faydalı məlumat 10.12.2018 10881

Mənbə

Tags:

BalıqKərə yağıPendirSüd

🔥 Trending searches on Wiki Azərbaycanca:

Rəsul RzaŞifrBöyrəkEtimologiyaHadi RəcəbliİngiltərəAntarktidaEnerjiBaykal–Amur magistralıAtlantik okeanÜzeyir HacıbəyovLionel MessiRəcəb Tayyib ƏrdoğanSelMəhəmmədhüseyn ŞəhriyarAzərbaycanın Milli Qəhrəmanlarının siyahısıKəlbəcər rayonuKitabi-Dədə QorqudRozmarinBiosferDədə QorqudAllahverdi BağırovLeyli və Məcnun (Nizami)VergülTək və cüt ədədlərQədim YunanıstanDurğu işarələriİnsan inkişafı indeksinə görə ölkələrin siyahısıƏhalisinə görə ölkələrin siyahısıŞir (astrologiya)TaktikaBirləşmiş Millətlər TəşkilatıSözün həqiqi mənasıEpitetƏhmədiyyə CəbrayılovMilli Təhlükəsizlik Nazirliyi (Azərbaycan)Kimyəvi elementFeilYunanıstanAzərbaycan Respublikasının əməkdar elm xadimiKriştiano RonaldoAzərbaycan operasıBeşinci nəsil qırıcıMonqol imperiyasıUzun HəsənAytən SəfərovaGöyçə gölüƏmir Teymurİstilik tutumuReklamPakistanQüvvə (fiziki kəmiyyət)Azərbaycanın dövlət bayramları və xüsusi günləriİlk tibbi yardımSultan Süleyman QanuniQızlıq pərdəsiBirləşmiş Ərəb ƏmirlikləriBəxtiyar VahabzadəPerimetrDüzbucaqlıCəlil MəmmədquluzadəLənkəranTarixŞəki xanlığıİnvestisiyaİsaak NyutonCinsi əlaqəAzərbaycan Silahlı QüvvələriAzərbaycanlılarHamiləlikOksigenXəritəBabək ƏləkbərovNovruz bayramıDərman zəncirotuRum rəqəmləriAhəng qanunuTimsahlar🡆 More