Tək Və Cüt Ədədlər

Tək və cüt ədədlər ədədlər nəzəriyyəsində ədədin 2-yə tam və ya qalıqla bölünməsi ilə müəyyən olunur.

Tək ədədlər 2-yə bölünməyən tam ədədlərə deyilir. Cüt ədədlər isə 2-yə qalıqsız bölünən tam ədədlərə deyilir. Tərifdən də göründüyü kimi tək və cüt ədədlər tam ədədlərdir. Ona görə də tək və cüt ədədlər mənfi, sıfır və müsbət ola bilər.

Tək Və Cüt Ədədlər

Cüt ədədlər

Cüt ədədlər 2-yə qalıqsız bölünən tam ədədlərə deyilir. Cüt ədədlərə nümunə olaraq -6, -2, 0, 8, 12 və s. göstərmək olar. 0 ədədi 2-yə qalıqsız bölündüyündən bu ədəd cütdür.

Tək ədədlər

Tək ədədlər 2-yə bölünməyən tam ədədlərə deyilir. Tək ədədlərə nümunə olaraq -9, -3, -1, 1, 5, 7 və s. göstərmək olar.

Tək və cüt ədədlərin xassələri

Tək ədədlərdə ardıcıllıq

Tək və cüt ədədlər ardıcıl tam ədədlərdir: -3, -2, -1, 0, 1, 2, 3. Burada 0 cüt ədəd olduğundan ardıcıllıq pozulmur.


Tək və cüt ədədlərin toplanması və çıxılması

Tək ədədi tək ədədlə topladıqda və ya tək ədəddən tək ədədi çıxdıqda cüt ədəd alınır:

Tək + Tək = Cüt

Tək - Tək = Cüt

Cüt ədədi cüt ədədlə topladıqda və ya cüt ədəddən cüt ədədi çıxdıqda cüt ədəd alınır:

Cüt + Cüt = Cüt

Cüt - Cüt = Cüt

Tək ədədlə cüt ədədi topladıqda və ya birindən digərini çıxdıqda tək ədəd alınır:

Tək + Cüt = Tək

Tək - Cüt = Tək

Cüt - Tək = Tək


Tək və cüt ədədlərin vurulması

Cüt ədədi istənilən ədədə vurduqda cüt ədəd alınır:

Cüt × Cüt = Cüt

Cüt × Tək = Cüt

Tək ədədi tək ədədə vurduqda tək ədəd alınır:

Tək × Tək = Tək


Tək və cüt ədədlərin bölünməsinə aid hər hansı qayda mövcud deyil. Çünki, bir ədədi digərinə böldükdə tam olmayan ədəd də alına bilər.

Tags:

Ədədlər nəzəriyyəsi

🔥 Trending searches on Wiki Azərbaycanca:

26 aprelÖmər ibn Xəttabİbn Sinaİkinci Qarabağ müharibəsiLəzgilərİnformasiyanın kodlaşdırılmasıCanavarAğcabədi rayonuAy təqvimiCinsi əlaqəUzunluq (fizika)İnkişaf etməkdə olan ölkəZülallarKamran İmanovSıra sayıUnitar dövlətEv pişiyiElxanilər dövlətiAzərbaycan Milli Elmlər AkademiyasıŞuşanın işğalıMürəkkəb sözlərYasəmənAy (zaman)AğqoyunlularQanAzərbaycan İkinci Dünya müharibəsindəAzərbaycan gölləriHəmidə ÖmərovaXəbər (qrammatika)Şəki xan sarayıEverestAran xalçalarıÜrək (insan)Heydərbaba dağıSintaktik əlaqələrSiçan (kompüter)QuşlarƏməliyyat sistemiNilAbdulla ŞaiqAzərbaycan Dövlət Pedaqoji UniversitetiAğciyərİnteqralQaraqoyunlularTəbii fəlakətİsgəndəriyyə mayakıSeyid Əzim ŞirvaniTerminologiyaAnklavQərbi Azərbaycan mahallarıAzərbaycan Memarlıq və İnşaat Universitetiİngiltərə tarixiTürk Dövlətləri TəşkilatıKəmaləddin HeydərovOsmanlı sultanlarının siyahısıBronxial astmaBumeranqSiyavuş NovruzovAğdamVergülKitabi-Dədə QorqudSemiramidanın asma bağlarıİtMonqolustanOrta əsrlərOSIDüzbucaqlı üçbucaqMir Mövsüm AğaMisir ehramlarıƏdatPeyvəndXürrəmilər hərəkatıZərdüştilikAzərbaycan (tarixi ərazi)Limfa düyünləriƏlifbaİnsan hüquqları🡆 More