Osi

OSI (Open System Interconnection) – Qarşılıqlı əlaqəli açıq sistem modeli müasir kompüter şəbəkələrinin əsasını təşkil edir.

1983-cü ildə Beynalxalq standartlaşma institutu tərəfindən yaradılmışdır. OSI modeli açıq sistemlərin qarşılıqlı əlaqələrinə xidmət edərək, sistemin müxtəlif əlaqə səviyyələrini təyin edir, onlara standart adlar verərək hər bir səviyyədə hansı funksiyanı yerinə yetirməsini göstərir.

Osi

OSI modelində səviyyələr

OSI modelində hər bir qarşılıqlı əlaqə vasitələri 7 səviyyəyə bölünür.

  • Fiziki səviyyə (Physical layer)
  • Kanal səviyyəsi (Data Link)
  • Şəbəkə səviyyəsi (Network layer)
  • Nəqliyyat səviyyəsi (Transport layer)
  • Seans səviyyəsi (Session layer)
  • Təqdimetmə səviyyəsi (Prezentation layer)
  • Tətbiqi səviyyə (Application Layer)

Fiziki səviyyə fiziki əlaqə kanalında informasiyanın (bitlərin) ötürülməsi ilə xarakterizə olunur. Fiziki əlaqə kanalı kimi, koaksial kabel, burulmuş cüt kabel, fiberoptik kabel və s.nəzərdə tutulur. Bu səviyyədə elektrik siqnallarının, məsələn gərginlik və ya cərəyanın ötürülmə siqnallarının səviyyəsi, kodlaşdırma tipi, siqnalların ötürülmə sürəti və s. təyin edilir.

Kanal səviyyəsinin funksiyası rabitə kanalında giriş-çıxış informasiyasının idarəsindən ibarətdir. Bu səviyyədə ötürülmə mühiti, səhvlər təyin edilir və səhvlərin düzəlişi yoxlanılır.

Bunun üçün informasiya bitləri kadrlarda (frame) qruplaşdırılır. Kanal səviyyəsi hər bir kadrın düzgunlüyünü təyin edir. Kadrların yoxlayıcı cəmini hesablayaraq onu hər bir kadrın sonuna əlavə edir. Qəbuledicidə yoxlayıcı cəm hesablanır. Onlar eyni olduqda informasiya qəbul edilir. Səhvlər təyin edildikdə isə ötürmə təkrar icra olunur.

Şəbəkə səviyyəsi bir necə şəbəkəni birləşdirən vahid nəqliyyat sisteminin yaradılmasına xidmət edir. Şəbəkə səviyyəsi xəbərlərin ötürülməsində düzgün istiqamətin secilməsini təmin edir. Şəbəkələr öz aralarında marşrutizator (router) adlanan xüsusi qurğu vasitəsi ilə birləşdirilir. Marşrutizator şəbəkələr arası əlaqələrin topologiyası haqqında informasiyanı yığaraq onun əsasında paketləri təyin olunmuş şəbəkəyə göndərir. Xəbəri bir şəbəkədən (ötürücudən) digər şəbəkəyə (qəbulediciyə) göndərilməsi üçün şəbəkələr arası müəyyən miqdar tranzit ötürmələrdən (hop-sıçrayış) istifadə edilir. Bu zaman hər dəfə müvafiq marşrut seçilir. Beləliklə, ümumi marşrut paketlərin keçdiyi marşrutizatorların ardıcıllıgından ibarət olur.

Daha optimal yolun seçilməsi marşrutlaşdırma adlanır və onun həlli şəbəkə səviyyəsinin əsas məsələlərindən biridir. Çox zaman marşrutun seçilmə kriteriyası kimi verilənlərin ötürmə vaxtı qəbul edilir. Bu isə kanalın buraxma qabiliyyəti və trafikin intensivliyindən asılı olur.

Şəbəkə səviyyəsi müxtəlif texnologiyaların uyğunlaşması, böyük şəbəkələrin ünvanlarının sadələşdirilməsi kimi məsələləri də həll edir. Şəbəkə səviyyəsində xəbər paket adlanır. Bu zaman qəbul edənin ünvanını böyük hissəsi – şəbəkənin nömrəsi və həmin şəbəkədəki qovşağın nömrəsindən ibarət olur. Eyni şəbəkənin bütün qovşağlarının ünvanlarının böyük hissəsi eyni olmalıdır.

Şəbəkə səviyyəsində 2 tip protokollar təyin edilir:

  • Şəbəkə protokolları paketlərin şəbəkələrdə hərəkətini həyata keçirir
  • Marşrutlaşdırma protokolların köməyi ilə marşrutizatorlar (routerlər) şəbəkələrarası birləşmələrin topologiyası haqqında informasiya yığırlar.

Nəqliyyat səviyyəsi tətbiqi və seans səviyyələrinə verilənlərin tələb olunan etibarlı dərəcədə ötürülməsini təmin edir. Bu məqsədlə şəbəkə proqram təminatının nəqliyyat obyektləri ötürülən obyektdəki məlumatları paketləşdirir və qəbuledici obyektdə həmin paketlərdən məlumatı çıxarır. Bundan əlavə nəqliyyat səviyyəsi müxtəlif şəbəkə səviyyələrini uyğunlaşdırır.

Seans səviyyəsi – dialoqun idarə edilməsini təmin edir, cari anda aktiv tərəfi qeyd edir, sinxronlaşdırma vasitələrini təqdim edir. Bu səviyyənin funksiyası tətbiqi səviyyə ilə birləşmişdir. Rabitə seansı təşkil olunduqda digər obyektə daxil olmaq üçün aşağı obyektin səlahiyyəti yoxlanılır. Bu səviyyə bir neçə xidmət siniflərinə (A, B, C və D) malikdir.

Təqdimetmə səviyyəsiinformasiyanın məzmununu dəyişdirmədən onun təsvir olunma formasını təyin edir. Bu səviyyənin vasitəsi ilə bir sistemin tətbiqi səviyyəsindən digər sistemin tətbiqi səviyyəsinə informasiyanın təqdim edilməsi aydın formada olur. Beləliklə təqdimetmə səviyyəsi verilənlərin mübadiləsi üçün eyni sintaksis seçir. Təqdimetmə səviyyəsi tətbiqi səviyyədə olan obyektlərə (istifadəçə və proqramlar) ötürülən informasiyanın çevrilmə (şirifləmək, sıxmaq, şifri aydınlaşdırmaq) üsullarını göstərir.

Tətbiqi səviyyə – bu səviyyəyə istifadəcinin fayllara, printerlərə, hipermətnli Veb səhifələrə və s.müraciətinı təmin edən protokollar aid edilir.

Həmçinin bax

Ədəbiyyat

  1. Abbasov Ə.M., Əliquliyev R.M., Ağayev F.T. Web səhifələrinjyaradılması "Elm" 2002
  2. F. Ağayev, INTERNET, AMEA İnformasiya Texnologiyaları İnstitutu (Mühazirə)
  3. Александр Левин, Работы на компьютере Питер,2004
  4. İsmayıl Calallı , kompüter. Bunu öyrənməyə nə var ki?! "Nurlar" 2005
  5. Osman Gündüz, Qorxmaz Əfəndiyev, Nazim Rüstəmov kompüter. İnformasiya Texnologiyalarının əsasları
  6. "Multimediya İnformasiya sistemləri və Texnologiyaları Mərkəzi" 2006
  7. Marshall T. Rose, The Open Book (Prentice-Hall, Englewood Cliffs, 1990)
  8. David M. Piscitello, A. Lyman Chapin, Open Systems Networking (Addison-Wesley, Reading, 1993)

Xarici keçidlər

Tags:

Osi OSI modelində səviyyələrOsi Həmçinin baxOsi ƏdəbiyyatOsi Xarici keçidlərOsiAçıq sistemKompüterOSI Modeli

🔥 Trending searches on Wiki Azərbaycanca:

Ağac kömürüBakı Dövlət UniversitetiYasamal qəbiristanlığıŞuşa qalasıAzərbaycan musiqi alətləriMəxmərəkMübariz TağıyevFaizGövhər QazıyevaAzərbaycanda ovçuluqEkologiyaMisir ehramlarıQoç (astrologiya)Dərman bitkilərinin siyahısıMehriban ZəkiSünnilərDövlətXüsusi Təyinatlı Qüvvələr (Azərbaycan)Birləşmiş KrallıqAlmaniya şəhərləriMuxtar QasımlıBronxitAsteroidÇəltikÇingiz xanLeykozAzərbaycan mətbəxiBabilAzərbaycan Sovet Sosialist RespublikasıGəncə28 martFrankfurt məktəbiƏqəbliRövnəq AbdullayevMusa MusayevXarıbülbül (simvol)I TəhmasibXristianlıqMübariz İbrahimovAllahşükür PaşazadəFətəli xan XoyskiAzərbaycandakı ən yüksək dağ zirvələriHybe CorporationMəhəmməd peyğəmbərin evlilikləriGəncə qalasının işğalıKompüter qurğularıQopuzDünya əhalisiSillogizmAzərbaycanda kənd təsərrüfatıBakı metrosuXarıbülbülBeynəlxalq İnkişafa Yardım Agentliyi (Azərbaycan)BrakonyerlikNataliya Sinişinİkinci Dünya müharibəsiGülüstan müqaviləsiBeynəlxalq Qadınlar GünüBeyinƏhməd CavadFatiməFutbolFillərToxumaBuğdaTürkiyəCəbəllüttariqUşaqlıq yolu (anatomiya)DənizHeyvanların qorunmasıXurmaFövqəladə Hallar Nazirliyi (Azərbaycan)Azərbaycanın ali təhsil müəssisələrinin siyahısıNikol PaşinyanBabəkAzərbaycan Respublikası yol nişanlarıXumar QədimovaAbdullah Zubir🡆 More