Xarıbülbül (lat.
Bəzi ədəbiyyatlara görə bu bitki ayrıca növ deyil, O.sphegodes və ya O.mammosa növünün yarımnövüdür. Azərbaycanda el arasında Xarıbülbül adlanan bitki əsas Ophrys caucasica növü olsa da çox güman ki, ofris bitkisinin bütün növləri xalq arasında Azərbaycanda bu adla adlanır. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu ""Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B1ab(iii)+2ab(iii). Endemik növdür.
Xarıbülbül | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Orchidoideae Triba: Orchideae Yarımtriba: Orchidinae Cins: Növ: Xarıbülbül | ||||
Beynəlxalq elmi adı | ||||
|
İsimdir,fars dilindəki xar-tikan və bülbül sözlərinin birləşməsindən yaranıb.
Xarıbülbül çoxillik ot bitkisidir. Gövdə 20–40 sm hündürlükdədir. Soğanaqları şarvari və ya xırda-ellipsvaridir. Yarpaqları gövdənin qaidəsində yerləşir, uzunsov-lansetvari və ya uzunsov-ellipsvari, eni 2–3 sm, uzunluğu 5–10 sm-dir. Çiçək qrupu seyrəkdir, 5–6 çiçəkdən ibarətdir. Çiçəkyanlığının kənar ləçəkləri 12-sm uzunluğunda açıq-bənövşəyi rənglidir. Daxili ləçəklər 3 sm uzunluqda oval-lansetvari, bənövşəyi və birdamarlıdır. Dodaqcıq məxmərvaridir, yuxarı hissədə irəliyə doğru qısa əlavə çıxıntısı var, qonur, üzəri bir neçə sarımtıl ləkəlidir, hər biri ensiz, açıq-sarı haşiyəlidir.
Çiçəkyanlığının yarpaqcıqlarının uzunluğu 10–12 mm-dir, uzunsov-neştərvaridir, sarımtıl-yaşıl rəngdədir, daxili yarpaqcıqları xətvari-neştərşəkillidir, yaşılımtıl-qonur rəngdədir;dodağı məxmər kimidir, görünüşünə görə enli əksinəyu-murtaşəkillidir, tünd qırmızı-qonur rəngdə olub, mavitəhər-bənövşəyi rəngli H hərfinə oxşar cizgisi vardır, bütöv və ya üç bölümlüdür, orta bölümü böyrəkşəkilli-ürəkşəkilli kiçik qabarlı törəməlidir, kənardakılar qısa olub, uzunsov-üçkünclü-dür.
Çiçəkləməsi — Aprel — İyun ayları. (Yay ayları)
Dekorativ əhəmiyyətinə görə əhali tərəfindən intensiv toplanılması.
Dünyada əsasən Qafqazda, Qərbdə Anadolunun şimal şərqindən isə Xəzər dənizinə qədər olan arealı var.
Azərbaycanda isə Şuşa və ətraf ərazilər, Samur – Dəvəçi, Kür-Araz və Xəzərsahili (Siyəzən rayonu, Beşbarmaq dağının təpə hissəsində) ovalıqlar, Kür düzənliyi, Abşeron, Diabar, Böyük Qafqazın cənub yamacı, Kiçik Qafqazın cənub rayonlarında rast gəlinir. Əsas otlu yamaclarda, meşə açıqlıqlarında və kolluqlarında olur.
Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş nadir növdür.
Yayılma yerlərində antropogen təsirlərin azaldılması, yasaqlıqların təşkil edilməsi və toxumlarının toxum bankında saxlanılması, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin müəyyənləşdirilməsi məqsədəuyğundur.
This article uses material from the Wikipedia Azərbaycanca article Xarıbülbül, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki Azərbaycanca (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.