Azərbaycan Xüsusi Təyinatlı Qüvvələr: Azərbaycanda xüsusi təyinatlı hərbi birləşmə

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri — Azərbaycana məxsus xüsusi təyinatlı hərbi birləşmə.

Xüsusi Təyinatlı Qüvvələr
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələr: Tarixi, Təlimlər, Silahlar
Növü Xüsusi təyinatlı
Yaranma tarixi 30 aprel 1999 – hal-hazırda
Ölkə Azərbaycan Azərbaycan
Daxildir Azərbaycan Silahlı Qüvvələri
Tərkibi zabit gizir çavuşəsgərlərdən ibarətdir
Vəzifəsi Antiterror
Antipartizan
Xüsusi kəşfiyyat
Birbaşa əməliyyat
Qeyri-ənənəvi müharibə
Girov qurtarma
Hərbi yardım
Sayı Gizli saxlanılır
Hissə Azərbaycan Quru Qoşunları
Ləqəbi Yaşma
Şüarı Sədaqətim Şərəfimdir
Rəngləri Qırmızı, Mavi
Müharibələr

KFOR
İraq müharibəsi
Əfqanıstan müharibəsi
Birinci Qarabağ müharibəsi

İkinci Qarabağ müharibəsi
Döyüşlər Çaylı döyüşü
Aprel döyüşləri
Vətən müharibəsi Qarabağda döyüşlər (2023)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Müdafiə Nazirliyinin nəzdində 1999-cu ilin aprelində qurulmuşdur. Qüvvələrin formalaşmasında birinci Qarabağ müharibəsi iştirakçısı olmuş zabit və gizirlər iştirak ediblər. Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin formalaşmasında Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri xüsusi rol oynayıb. 29 aprel 2015-ci il tarixində quruluşunun 16-cı ildönümü münasibətilə yeni yaradılan xüsusi təyinatlı dəstələrə döyüş bayraqlarının təqdimetmə mərasimi keçirilmişdir. 26 iyun 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən paradda Xüsusi Təyinatlı Qüvvələrə Hikmət Mirzəyev rəhbərlik etmişdir. 20 iyun 2020-ci ildə yeni xüsusi təyinatlı birlik yaradıldı. Həmin il iyulun sonu və avqustun əvvəllərində Azərbaycan ərazisində bir sıra genişmiqyaslı taktiki birgə Azərbaycan-Türkiyə təlimləri keçirildi, ilk mərhələdə Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin bölmələri də iştirak etdi.

Döyüşlər və müharibələr

İkinci Qarabağ Müharibəsi zamanı Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyəti Cəbrayıl şəhərini və ətrafdakı doqquz kəndi işğaldan azad etmişdir. 8 noyabrda İlham Əliyev Hikmət Mirzəyevi "Şuşanın azad edilməsi" münasibətilə təbrik etmişdir. Müharibədəki taktiki qələbələrin bir çoxu Xüsusi Təyinatlı Qüvvələrin yerdəki mövqelərindən hədəf koordinatları təmin edən, şəhərə girən və Ermənistan ordusunu şəhərin mərkəzindən sıxışdıran diversant qrupları sayəsində əldə edilmişdir. Bu müharibə Azərbaycanda ilk dəfə olaraq bütün xüsusi təyinatlı birləşmələrinin aktiv şəkildə istifadə edildiyi müharibə hesab edilmişdir. Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətindən İkinci Qarabağ Müharibəsində iştirak etmiş 32 nəfər Vətən Müharibəsi Qəhrəmanı medalı ilə, 2 nəfər "Zəfər" ordeni ilə, 57 nəfər "Qarabağ" ordeni ilə təltif edilmişdir.

Təlimlər

Azərbaycan xüsusi təyinatlıları ümumilikdə Türkiyə və Pakistan hərbi akademiyalarında təhsil alırlar. 500 namizəddən 30-u "Maroon beret" sertifikatı qazanır. Kursantlara günlərlə ac və susuz qalsalar da həyatda qalmağı və vəzifələrini icra etməyi öyrədirlər. Qurbağa və ilan kimi tapdıqları hər şeyi yeməyi öyrədirlər. Odlu silahları və partlayıcıları əhatə edən silah təhsili də alırlar. Zabitlər gizir rütbəsi altında fəaliyyət göstərirlər.

Silahlar

Qalereya

İstinadlar

Tags:

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələr TarixiAzərbaycan Xüsusi Təyinatlı Qüvvələr TəlimlərAzərbaycan Xüsusi Təyinatlı Qüvvələr SilahlarAzərbaycan Xüsusi Təyinatlı Qüvvələr QalereyaAzərbaycan Xüsusi Təyinatlı Qüvvələr İstinadlarAzərbaycan Xüsusi Təyinatlı Qüvvələr

🔥 Trending searches on Wiki Azərbaycanca:

Müxtəsər vurma düsturlarıHüquqSaturn (planet)KoroğluAzərbaycanın mineral sularıAqil AbbasDəvəKvadrat metrSübh namazıNelson MandelaQan təzyiqiİqaməAlqoritmTorpaqGəmiQarabağ FKBermud üçbucağıParaleloqramKompüterAllergiyaUlduzAzərbaycan Dövlət İqtisad UniversitetiİlanlarKonusAxısqa türkləriMüstəqil Dövlətlər BirliyiFüzuli rayonuEnerjiTörəməVergülZəncirotuCavanşir QuliyevÖzgə ömür (film, 1987)Merkuri (planet)Kəpəz PFKDərman zəncirotuQızlıq pərdəsiSinqapurYol nişanlarıQan qrupuAzərbaycan gerbiVikipediyaDövlət idarəetmə formalarıVulkanTürkmənistanOqtay EloğluCahangir CahangirovTriqonometriyanın əsas düsturlarıVitaminlərÜslubiyyat (Azərbaycan dili)Böyük Səlcuq imperiyasıŞuşaAzərbaycan Respublikasının KonstitusiyasıDünya ölkələrinin pul vahidləriTabesiz mürəkkəb cümlələrBakı Dövlət UniversitetiSinonimBumeranqAğciyərBalaca şahzadəFunksiya (riyaziyyat)Əhməd CavadKütləvi qırğın silahıTrapesiyaİnsan İnkişafı İndeksiDolça (astrologiya)Bəzz qalasıTürk xalqlarıXəzər dəniziBirləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi KonfransıStiven KinqQoşma (qrammatika)MingəçevirOkeanAsiya ölkələrinin siyahısıŞahbulaq qalasıAzərbaycan Quru Qoşunları🡆 More