Sıra Sayı

Sıra sayları — əşyanın sırasını bildirən, neçənci?, bəzən də hansı? sualına cavab olan saylardır.

Sıra sayları samitlə bitən müəyyən miqdar saylarının sonuna -ıncı⁴, saitlə bitənlərin sonuna -ncı⁴ şəkilçisi artırmaqla düzəlir. Məs: beş-inci, altı-ncı və s. Əvvəl, axır, son, filan tipli sözlər də -ıncı⁴ şəkilçi qəbul edərək sıra məzmunu ifadə edə bilir. Məs: axır-ıncı (adam), əvvəl-inci (şəkil) və s.

Sıra sayları bəzən "hansı ?" sualına da cavab verir. Məsələn, birinci (hansı?) mərtəbə, axırıncı (hansı?) cərgə və s.

Sıra saylarından sonra gələn isimlər bəzən cəm şəkilçisi qəbul edə bilir. Məsələn: beşinci siniflər, 30-cu illər, birinci sıralar və s.

Sıra sayları başqa saylara nisbətən daha çox isimsiz işlənə bilir, yəni isimləşir. Məsələn: Onuncular irəlidədirlər. Birincilərə mükafat verdilər. və s.

Sıra sayları quruluşca sadə olmur, ya düzəltmə (birinci, ikinci və s.), ya da mürəkkəb (on birinci, otuz ikinci və s.) olur.

Yazılışı

Sıra sayları üç cür yazılır:

  1. Sözlə: birinci, altıncı, on beşinci və s.
  1. Ərəb rəqəmləri və -ıncı şəkilçisinin ixtisar forması olan –cı4 şəkilçisi ilə: 6-cı, 1-ci, 4-cü, 35-ci və s. Sıra saylarını ərəb rəqəmləri ilə yazıb, onlardan sonra nöqtə və ya yarımmötərizə (nöqtəsiz) işarəsi qoymaqla da göstərmək olar. Bu halda -cı4 şəkilçisindən istifadə edilmir. Məsələn: 1), 1. və s.
  1. Roma rəqəmləri ilə: XX əsr, IX sinif, VI fəsil və s. Roma rəqəmlərindən sonra heç bir şəkilçi işlədilmir və defis işarəsi də qoyulmur. Roma rəqəmləri 7 işarə ilə göstərilir: I (1), V (5), X (10), L (50), C (100), D (500), M (1000). Bunların müxtəlif şəkildə birləşməsi ilə qalan rəqəmlər də yazılır: XL (40-cı), LX (60-cı) və s.

Tags:

🔥 Trending searches on Wiki Azərbaycanca:

Azərbaycanın Milli QəhrəmanıCavanşir Məmmədov (general)İnformasiya və kommunikasiya texnologiyalarıSuKimyəvi silahMart soyqırımıSərt diskCənubi AmerikaZərifə ƏliyevaAzərbaycanın inzibati bölgüsüÖlçü vahidləriQİÇSPaleolitNəqli cümləKub metrMarafon döyüşüAzərbaycan (tarixi ərazi)BalaəliKimyəvi reaksiyaSəhiyyə Nazirliyi (Azərbaycan)Azərbaycan diliŞahmatXürrəmilər hərəkatıLeyli və Məcnun (Nizami)CoğrafiyaBakıDünya okeanıAprelMirzə Ələkbər SabirElçin Bağırov (kiçik çavuş)Təbii zonalarŞərur rayonuAğdam rayonuŞəkərli diabetDairəTəbiətBMWAzərbaycanlı-erməni qırğınları (1905-1906)TəşbehMilli Məclis (Azərbaycan)Nida cümləsiKompüter şəbəkəsiDünya əhalisiƏdliyyə Nazirliyi (Azərbaycan)Xüsusi Təyinatlı Qüvvələr (Azərbaycan)İsrailHeydər Əliyev adına Hərbi İnstitutƏlifbaİbn SinaMisirAzərbaycan əlifbasıBöyük Çin səddiBirləşmiş Ərəb ƏmirlikləriNatural ədədlərQədim YunanıstanTürkiyəToğrul NərimanbəyovAzərbaycan tammetrajlı bədii filmlərinin siyahısıHəzi AslanovVilayət EyvazovKürəkçay müqaviləsiAzərbaycanda qeydiyyata alınmış dünya əhəmiyyətli memarlıq abidələrinin siyahısıKəlbəcər rayonuCəmşid Naxçıvanski adına hərbi liseyTonzillitGözKvadratGöyçə gölüFaizOmbudsmanMustafa Kamal AtatürkMirməmməd CavadzadəƏliI AbbasBeşinci nəsil qırıcı🡆 More