Nəqli Cümlə

Nəqli cümlə — obyektiv gerçəkliyin, xəyali aləmin bu və ya digər faktı, hadisəsi barədə məlumat verən adi təsviri cümlələrə nəqli cümlə deyilir (nəqli sözü ərəb mənşəli naqil sözü ilə bir kökdən olub paylayan, ötürən mənalarındadır).

Nəqli cümlələr vasitəsilə yalnız gördüyümüz, müşahidə etdiyimiz fakt və hadisələr haqqında deyil, başqasından eşitdiyimiz, oxuduğumuz, bir çox hallarda mifoloji təfəkkürlə bağlı hadisələr haqqında da başqalarına məlumat verir və ya başqalarından məlumat alırıq.

Nəqli cümlələr söz sırası və intonasiyanın köməyi ilə formalaşır. Nəqli cümlələr başqa cümlə növlərinə nisbətən daha çox işlənir. Çünki insanlar öz fikirlərini, əsasən, nəqli cümlə vasitəsilə ifadə edirlər.

Nəqli cümlələrdə adətən mübtəda "məlum olan"ı — temanı, xəbər isə "yeni"ni bildirir. Ona görə də bu cür cümlələr ədəbi dilin normal söz sırasını nümayiş etdirir. Müxtəsər nəqli cümlələrdə qayda üzrə əvvəlcə mübtəda, sonra xəbər, geniş nəqli cümlələrdə isə əvvəl mübtəda, sonra xəbər zonası işlənir.

Nəqli cümlə adi tonla deyilir. Sonda əsasən nöqtə, qoşa nöqtə və ya üç nöqtə qoyulur.

Tags:

Cümlə

🔥 Trending searches on Wiki Azərbaycanca:

Azərbaycan dövlət başçılarının siyahısıUşaq hüquqlarıAzərbaycan gerbiDərman bitkiləriYasəmənİlanlarAzərbaycan Tibb UniversitetiBabasilDron hücumuYeni Müsavat (qəzet)Oktyabrİmişli rayonuBöyük Səlcuq imperiyasıXəbər (qrammatika)MübtədaAvropaSeyid Əzim ŞirvaniKomedixanaAzərbaycan qoruqlarıLəzgilərNəriman AxundzadəCümə məscidi (Ağdam)Azərbaycan operasıÇoxmənalı sözlərVulkanAytən Səfərovaİsgəndəriyyə mayakıSaatlı rayonuAygün KazımovaKompüter şəbəkəsiVitaminlərMilanNadir şahMusiqiOxatan (astrologiya)Neft DaşlarıİsrailHemoqlobinAzərbaycan (tarixi ərazi)Köməkçi nitq hissələriGüc (fizika)ÜçbucaqFövqəladə Hallar Nazirliyi (Azərbaycan)AprelDünyanın yeddi möcüzəsiBeyinKenquruAzərbaycan memarlığıAzərbaycan Silahlı QüvvələriMilli Təhlükəsizlik Nazirliyi (Azərbaycan)Çingiz AytmatovZəngəzurXXXTentacionİslamda tanrının adlarıMəsdərBankOmbudsmanZaur RzayevGəmiXəlil Rza Ulutürkİnformasiya və kommunikasiya texnologiyalarıŞiəlikİbtidai icma quruluşuMəhəmməd Əmin RəsulzadəDünya ölkələrinin siyahısıLütfi ZadəNeftMisirQızdırmaDədə QorqudMenecmentDüzbucaqlı üçbucaqXərçəng xəstəliyiHicri təqvimAzərbaycanda təhsilAzərbaycan toy adətləriPilotsuz uçuş aparatı🡆 More