Bank: Maliyyə qurumu

Bank (fr.

Hüquqi status baxımından hüquqi şəxsdir. XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə sərrafxana (صرافخانه) adlandırılmışdır.

Bank: Tarix, Bankla bağlı terminlər, Dünyanın ən böyük bankları
ECB Frankfurt

Bank – pul vəsaitlərinin toplanması, kreditlərin verilməsi, pulla hesablaşmaların həyata keçirilməsi, pulun emissiyası, müxtəlif qiymətli kağızların buraxılması və s. funksiyalarını yerinə yetirən iqtisadi təşkilatlardır.

Bankların əsas vəzifəsi kreditorlardan borc alanlara, alıcılardan satıcılara pul vəsaitinin yönəldilməsində vasitəçilik etməkdir. Bank halidən əmanət qəbul edir və eyni zamanda kreditlər verərkən tələb olunan depozit yaradır. Kredit fəaliyyəti birbaşa bank tərəfindən və ya dolayısı ilə kapital bazarları vasitəsilə həyata keçirilə bilər.

Banklar keçirdikləri əməliyyatların xarakterinə görə emissiya və kommersiya, verilən kreditlərin xarakterinə görə uzunmüddətli və qısamüddətli, mülkiyyətin xarakterinə görə əsasən dövlət, səhmdar, kooperativ, bələdiyyə və qarışıq banklara bölünürlər. Bank sistemi pul vəsaitlərinin mərkəzləşməsini və onların borc kapitalına çevrilməsini tənzimləyir.

Tarix

Qədim Babildə, Misirdə, Yunanıstanda bank fəaliyyətinin olduğu etibarlı tarixi qaynaqlardan məlumdur.

E.ə. 210-cu ildə Romada sərraflarla əlaqədar bir qərar nəşr olundu. Bu qərara görə siyasi mübahisələr, dövlət idarəetməsi ilə bağlı müzakirələr aparılan forum meydanında sərraflar üçün xüsusi bir bölmə ayrılacaqdı.

Bu səbəbdən "banka" sözü bizə italyan dilidən gəlmişdir. Orta əsrlərdə italyan sərraflar işlərini yol kənarlarındakı skamyaların üzərində görərdilər. Hələ də parklarda, geniş və ağaclıq prospektlərin səki kənarlarındakı bu skamyalar italyan dilində "banco" adlanır. Bank sözü də bu "banco" sözündən yaranmışdır.

Orta əsrlərdə əhali,əsasən,qızıl və gümüş pullardan istifadə edirdilər.Bu isə təhlükəli idi,bu pulları hər zaman oğurlaya bilərdilər.Alış-verişi təhlükəsiz və rahat etmək üçün insanlar öz metal pullarını yerli zərgərə verir və bunun əvəzində ondan qəbz alırdılar.Tacirlər bu qəbzləri ödəniş vasitəsi kimi qəbul edirdilər,çünki onlar həmin qəbzləri istənilən vaxt zərgərin mağazasında qızıl pulla dəyişə bilirdilər.Zaman keçdikçə bu cür qəbzlər tacirlər və səyyahlar arasında geniş yayıldı,çünki onlar böyük miqdarda metal pul daşımaqdan azad olurdular. Bəzən zərgərlərdə çoxlu pul yığılıb qalırdı.Onlar saxlanılan qızılın bir hissəsini başqa adamlara faizlə borc verirdilər.Bu isə müasir bank işinin başlanğıcı idi."Pul pul gətirər" məsəli də elə o vaxtdan yaranıb.

Bankla bağlı terminlər

Törəmə bank – nizamnamə kapitalında səsvermə hüququ verən səhmlərin əllidən çox faizi təsisçi banka və ya bank holdinq şirkətinə məxsus olan bankdır, yaxud elə bankdır ki, onunla təsisçi bank və ya bank holdinq şirkəti arasında bağlanmış müqaviləyə əsasən təsisçi banka və ya bank holdinq şirkətinə onun qərarlarının qəbul edilməsinə mühüm təsir göstərmək imkanı verilir.

Bankın filialıhüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, öhdəlikləri üçün bankın özünün məsuliyyət daşıdığı, banka icazə verilmiş bank fəaliyyətinin hamısını və ya bir hissəsini həyata keçirə bilən bankın ayrıca bölməsidir.

Bankın şöbəsi - hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, öhdəlikləri üçün bankın özünün məsuliyyət daşıdığı, onun respublika ərazisində depozitlər cəlb edən və/və ya köçürmə, hesablaşma-kassa əməliyyatları aparan ayrıca bölməsidir.

Bankın nümayəndəliyi – hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, bank fəaliyyəti ilə məşğul olmağa hüququ olmayan, yalnız onun mənafelərini təmsil və müdafiə edən bankın ayrıca bölməsidir.

Müasir bankçılıq

Müasir bankçılıq böyük bir ehtimalla 1587-ci ildə Venesiyada başlamış sayıla bilər. Bu tarixdə Venesiyada Banco de Rialto qurulmuşdu. Bu bankda pul qəbul edilir və hesabı olanların, lazım olduğu zaman pullarının qarşılığında çek yazmaları sistemi tətbiq olunurdu.

İngiltərədə 1694-cü ildə "İngiltərə Bankı" (Bank of England) qurulana qədər, zərgərlər bankir olaraq xidmət edirdilər.

ABŞ-də ilk bank 1782-ci ildə Konqresin xüsusi qanunu ilə Filadelfiyada qurulan "Şimali Amerika Bankı"dır (Bank of North America).

Dünyanın ən böyük bankları

Dünyanın aktivləri toplamağa görə 10 ən böyük bankı

31 dekabr 2007 balansına görə məlumat, The Bank of Tokyo-Mitsubishi UFJ başqa (onun balansı üzrə məlumat 31 mart 2006)-da məlum olur.

Tutduğu yer Ölkə Şirkət Yığılmış aktiv
(ABŞ mlrd.doll.)
1 Bank: Tarix, Bankla bağlı terminlər, Dünyanın ən böyük bankları  Royal Bank of Scotland 3 783
2 Bank: Tarix, Bankla bağlı terminlər, Dünyanın ən böyük bankları  Deutsche Bank 2 954
3 Bank: Tarix, Bankla bağlı terminlər, Dünyanın ən böyük bankları  BNP Paribas 2 477
4 Bank: Tarix, Bankla bağlı terminlər, Dünyanın ən böyük bankları  Barclays 2 443
5 Bank: Tarix, Bankla bağlı terminlər, Dünyanın ən böyük bankları  Crédit Agricole 2 068
6 Bank: Tarix, Bankla bağlı terminlər, Dünyanın ən böyük bankları  UBS 2 007
7 Bank: Tarix, Bankla bağlı terminlər, Dünyanın ən böyük bankları  Société Générale 1 567
8 Bank: Tarix, Bankla bağlı terminlər, Dünyanın ən böyük bankları  ABN AMRO 1 499
9 Bank: Tarix, Bankla bağlı terminlər, Dünyanın ən böyük bankları  ING Bank 1 453
10 Bank: Tarix, Bankla bağlı terminlər, Dünyanın ən böyük bankları  The Bank of Tokyo-Mitsubishi UFJ 1 363

Bazar kapitallaşması üzrə 10 ən böyük bank

26 iyun 2006 tarixinə məlumat (ABŞ dolları ilə).

Tutduğu yer Ölkə Şirkət Bazar kapitallaşması
(ABŞ mlrd.doll)
1 Bank: Tarix, Bankla bağlı terminlər, Dünyanın ən böyük bankları  Citigroup 275
2 Bank: Tarix, Bankla bağlı terminlər, Dünyanın ən böyük bankları  ICBC 250
3 Bank: Tarix, Bankla bağlı terminlər, Dünyanın ən böyük bankları  Bank of America 230
4 Bank: Tarix, Bankla bağlı terminlər, Dünyanın ən böyük bankları  HSBC 200
5 Bank: Tarix, Bankla bağlı terminlər, Dünyanın ən böyük bankları  JPMorgan Chase 165
6 Bank: Tarix, Bankla bağlı terminlər, Dünyanın ən böyük bankları  Mitsubishi UFJ 145
7 Bank: Tarix, Bankla bağlı terminlər, Dünyanın ən böyük bankları  Unicredit 130 (2007)
8 Bank: Tarix, Bankla bağlı terminlər, Dünyanın ən böyük bankları  Wells Fargo 120
9 Bank: Tarix, Bankla bağlı terminlər, Dünyanın ən böyük bankları  UBS 110
10 Bank: Tarix, Bankla bağlı terminlər, Dünyanın ən böyük bankları  Royal Bank of Scotland 100

10 gəlirli bank

2006-cı ilə görə məlumatlar (ABŞ dolları ilə)

Tutduğu yer Ölkə Şirkət Gəliri
(ABŞ mlrd.doll)
1 Bank: Tarix, Bankla bağlı terminlər, Dünyanın ən böyük bankları  Citigroup 22.13
2 Bank: Tarix, Bankla bağlı terminlər, Dünyanın ən böyük bankları  Bank of America 21.13
3 Bank: Tarix, Bankla bağlı terminlər, Dünyanın ən böyük bankları  HSBC 14.55
4 Bank: Tarix, Bankla bağlı terminlər, Dünyanın ən böyük bankları  JP Morgan Chase 14.44
5 Bank: Tarix, Bankla bağlı terminlər, Dünyanın ən böyük bankları  Royal Bank of Scotland 12.1
6 Bank: Tarix, Bankla bağlı terminlər, Dünyanın ən böyük bankları  UBS 9.79
7 Bank: Tarix, Bankla bağlı terminlər, Dünyanın ən böyük bankları  Goldman Sachs 9.34
8 Bank: Tarix, Bankla bağlı terminlər, Dünyanın ən böyük bankları  Wells Fargo 8.48
9 Bank: Tarix, Bankla bağlı terminlər, Dünyanın ən böyük bankları  Wachovia 7.79
10 Bank: Tarix, Bankla bağlı terminlər, Dünyanın ən böyük bankları  Morgan Stanley 7.45

İstinadlar

Həmçinin bax

Tags:

Bank TarixBank la bağlı terminlərBank Dünyanın ən böyük banklarıBank İstinadlarBank Həmçinin baxBankFransız diliHüquq

🔥 Trending searches on Wiki Azərbaycanca:

Birləşmiş Millətlər TəşkilatıMusiqiRobotİlham ƏliyevMirvariŞuşanın azad edilməsiAntonimİnformasiya təhlükəsizliyiLerik rayonuVilayət EyvazovKəlmeyi-şəhadətZərflikÇoxluqlarRamiz ZeynalovSayNapoleon Bonapart24 aprelQızlıq pərdəsiNeftçi PFKYanıqGözPişikAzərbaycan mətbəxiAzərbaycandakı şəhərlərin siyahısıMədəaltı vəziFunksiya (riyaziyyat)Azərbaycan Dövlət Pedaqoji UniversitetiAfrikaRusiya–İran müharibəsi (1804–1813)NaxçıvanGülüstan müqaviləsiDövlət Təhlükəsizliyi Xidməti (Azərbaycan)Şirvanşahlar sarayıŞəkilçiParaleloqramPrizmaİsveçrəBakı küçələrinin köhnə və yeni adlarının siyahısıEpilepsiyaQuba rayonuAllahverdi BağırovRövşən CavadovTərcüməHindistanAlbert AqarunovAzərbaycanın Milli QəhrəmanıSumqayıtAğıllı şəhərAlçaBumeranqVoleybolCəbrayıl rayonuI TəhmasibAzərbaycanın Qırmızı kitabına düşən quşlarElektrik cərəyanıPulMürəkkəb sözlərQacar dövlətiMəhəmmədMisir ehramlarıAzərbaycanın sərhədləriQulançarAzərbaycan PrezidentiBronxial astmaBiləsuvar rayonuAzərbaycan Respublikası yol nişanlarıAzərbaycan Sovet Sosialist RespublikasıQaraqoyunlularAzərbaycanın Qırmızı KitabıElçin HüseynbəyliAzərbaycanın iqtisadi rayonlarıŞəki xanlığıLeyla ƏliyevaDünyanın yeddi möcüzəsiD vitaminiHeydər İlham oğlu ƏliyevHəsən bəy Zərdabi🡆 More