Deutsche Bank

Deutsche Bank dünyanın yetmiş iki ölkəsində maliyyə xidmətlərinin göstərilməsi ilə məşğul olur, depozitlərin həcminə görə bank Avropada aparıcı mövqelərdə qərarlaşıb.

Deutsche Bank
Şirkətin Logosu
Deutsche Bank
Deutsche Bank

Tarixi

Deutsche Bank-ın tarixi 22 yanvar 1870-ci ildə nizamnamənin qəbul edilməsi ilə başlamışdı. Bank mövcudluğunun ilk onilliyində sürətlə inkişaf edərək dünyanın ən mühüm bir neçə iqtisadi layihəsini idarə edirdi. O, Almaniyada metallurgiya, kimya və elektrotexniki sənayenin inkişafında əsas rollardan birini oynadı. 1929-cu ildə bank digər yerli alman bankları ilə birləşir və Almaniyanın bank işi tarixində ən böyük birləşmə olan Deutsche Bank und DiscontoGesellschaft əmələ gəlir. 1937-ci ildə bankın adı yenidən Deutsche Bank olur. İkinci dünya müharibəsi zamanı bank yəhudilərin mülkiyyətinin müsadirəsində iştirak etmişdir ki, sonradan buna görə külli miqdarda kompensasiya ödəməyə məcbur oldu. Müharibə bitdikdən sonra bankı on regional şöbəyə böldülər, lakin onlar 1952-ci ildə üç bank – Rheinisch-Westfälische Bank AG, Süddeutsche Bank AG və Norddeutsche Bank AG adı altında birləşdilər. Öz növbəsində 1957-ci ildə bu üç bank birləşərək Deutsche Bank AG bankı formalaşdırırlar. Deutsche Bank dünyanın yetmiş iki ölkəsində fəaliyyət göstərir və onun fəaliyyəti korporativ və fərdi müştərilər üçün maliyyə məhsul və xidmətlərinin göstərilməsindən ibarətdir. Bankın dünyanın bütün iri maliyyə mərkəzlərində – Avropa, Şimali və Cənubi Amerika, Asiya-Sakit okeanı regionları, eləcə də yeni yaranmış bazarlarda şöbələri mövcuddur.

Böhran

2019-cu il iyulun 7-də “Deutsche Bank” restrukturizasiya planını açıqladı və məlum oldu ki, Bank 18-20 min əməkdaşını işdən çıxaracaq, investisiya bankçılığı fəaliyyətini kiçildəcək və aktivlərinin böyük hissəsini satacaq. Bununla da, maliyyə qurumunun 30 illik sürətli inkişaf strategiyasına son verildiyi üzə çıxdı. Maliyyə bazarları “Deutsche Bank”ın fəaliyyətindəki ciddi qüsurları əvvəlcədən görmüşdü. 2008-ci ilin qlobal maliyyə böhranından ciddi zərbə alan Bankın sağlamlaşması mümkün olmamışdı. 2007-ci ildə qiyməti 150 ABŞ dolları ətrafında dəyişən Bankın səhmləri hazırda 7 dollar ətrafında ticarət olunur.

Haqqında

Bankın əməkdaşlarının sayı 100000 nəfərdən çoxdur. Bank Forbes Global 2000 Leading Companies reytinqində 52-ci yeri tutur. Deutsche Bank-ın baş direktoru İosef Akermenndir

Xarici keçidlər

Deutsche Bank

Tags:

Deutsche Bank TarixiDeutsche Bank BöhranDeutsche Bank HaqqındaDeutsche Bank Xarici keçidlərDeutsche Bank

🔥 Trending searches on Wiki Azərbaycanca:

BumeranqAzərbaycanlılarQan dövranıMisirCümləOktyabrHeydər Əliyev MərkəziAtropatenaQırğızıstan coğrafiyasıI İsmayılMonarxiyaİnsan penisinin uzunluğuMəhəmməd FüzuliTərcüməİlanlarƏsas nitq hissələriTikTokSentyabrŞirYusif MustafayevPaleolitNovruz bayramıAdrianDəstəmazİzotopŞifrOrqazmQuba rayonuPasxaVeysəl MusibovAzərbaycan Texniki UniversitetiInstagramElçin HüseynbəyliQərbi Azərbaycan mahallarıQazax rayonunun Ermənistan tərəfindən işğal edilmiş kəndləriAzərbaycan Hərbi Dəniz QüvvələriAğaməhəmməd şah Qacarİbtidai icma quruluşuZəngəzur2020-ci il İkinci Qarabağ müharibəsi şəhidlərinin siyahısıÜmumi Daxili MəhsulKvadratSay (qrammatika)Hepatit BİçərişəhərBakı Konqres MərkəziAzərbaycan memarlığıAran xalçalarıBirləşmiş Millətlər TəşkilatıDinPsixologiyaAzərbaycan manatıMusiqiOksigenTürkdilli dövlətlərDünya ölkələrinin siyahısıAnarMicrosoft WordAğdamAğıllı şəhərEroziyaAzərbaycanın Milli QəhrəmanıSıra sayıZərflikDağVergiVikipediyaJalə ƏhmədovaTriqonometriyaMüstəqillik Günü (Azərbaycan)Ara sözlərƏhməd CavadFövqəladə Hallar Nazirliyi (Azərbaycan)Düzbucaqlı paralelepipedAnar ƏləkbərovYüngül atletikaMehdi HüseynzadəƏvəzlik🡆 More