Ara Sözlər

Ara sözlər — danışanın ifadə etdiyi fikrə münasibətini bildirən sözlər.

Məsələn:

Şairdir, görünür, düz ilqarı var. (Səməd Vurğun)

Bəlkə, bu yerlərə bir də gəlmədim, Duman, salamat qal, çən salamat qal. (Məmməd Araz)

Ara sözlər ifadə formasına görə söz, söz birləşməsicümlə şəklində olur.

İfadə forması

Söz şəklində

Bəlkə, əlbəttə, doğrusu, bircə, zənnimcə, məncə, yəqin, heyif, müxtəsər, əsasən və s. Yəqin, sən də getməlisən. Elşən, əsasən, doğru məlumat verdi. Müxtəsər, bu işi qurtarmalıyıq. Vüqar, zənnimcə, daha düzələr.

Söz birləşməsi şəklində

Sözün düzü, mən bilən, sən bilən, mənim fikrimcə, bir sözlə və s. Sözün düzü, bunu səndən gözləməzdim. Siz bilən, o qayıdacaqmı? Mən bilən, sonu yaxşı olacaq. İndi, sözün doğrusu, hər şeyi açıq deyə bilmirəm.

Cümlə şəklində

Görünür, düzdür, doğrudur, necə deyərlər, elə bilirəm, ola bilsin (ki), olsun (ki), demək olar (ki). Düzdür, pis adam deyil, amma bir az laqeydliyi var. Ola bilsin, sabah onu görəcəyəm.

Mənaca növləri

Təsdiq bildirənlər

Əlbəttə (ki), sözsüz (ki), şübhəsiz (ki), şəksiz, doğrusu, düzü, həqiqətən (də), yeri gəlmişkən və.s

Güman, şübhə bildirənlər

Bəlkə (də), deyəsən, güman ki, çox güman ki, görünür, görəsən, görən, olmaya, ehtimal ki və s.

Fikrin mənbəyini bildirənlər

Məncə, sizcə, mənə görə, zənnimcə, deyilənə görə, mən bilən və.s

Nitqin hissələri arasında əlaqəni bildirənlər və ya nəticə bildirənlər

Nəhayət, beləliklə, demək, deməli, xülasə, ümumiyyətlə,müxtəsər, qərəz, axır ki və.s

Təəssüf bildirənlər

Heyif (ki), çox heyif, təəssüf (ki), əfsus (ki) və.s

Həmçinin bax

İstinadlar

Tags:

Ara Sözlər İfadə formasıAra Sözlər Mənaca növləriAra Sözlər Həmçinin baxAra Sözlər İstinadlarAra Sözlər

🔥 Trending searches on Wiki Azərbaycanca:

AyMüstəqil Dövlətlər BirliyiGölAnton ÇexovÜçbucaqBronxitAdolf HitlerAlmaniyaDövlət Təhlükəsizliyi Xidməti (Azərbaycan)Cümə məscidi (Ağdam)Azərbaycan mədəniyyətiDurğu işarələriLeykozZaqatala rayonuTəvəssül duasıGübrəAzərbaycandakı quşların siyahısıHəşəratlarXəbər (qrammatika)İnsultÖlçü vahidləriQızılcaAğdam rayonuXXXTentacionGöyçə mahalıİbtidai icma quruluşuPilotsuz uçuş aparatıBeyinÖmər aşırımıQızıl yel xəstəliyiGöytürk xaqanlığıİstanbulRəcəb Tayyib ƏrdoğanGünəşDOST AgentliyiMehriban ƏliyevaNidaHəzm sistemiMübtədaMehdi HüseynzadəHidayət HeydərovAzərbaycan qoruqlarıXəlil Rza UlutürkŞuşanın azad edilməsiBakcellGəncəReptilian insanlarAzərbaycan Silahlı QüvvələriKanadaÇevrəBağlayıcıAlternativ enerjiQaraqanABŞ-nin ştatlarıDövlət idarəetmə formalarıAzərbaycandakı şəhərlərin siyahısıCavanşir Məmmədov (general)KlaviaturaRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (Azərbaycan)MeşəNəriman Nərimanov metrostansiyasıPolşaAzərbaycandakı çayların siyahısıƏziz Əliyev (dövlət xadimi)DairəİsimHeydər Əliyev adına Hərbi İnstitutPrezidentin Təhlükəsizlik Xidməti (Azərbaycan)KəpənəklərİlanlarMaySkarlatinMaterikƏliqismət Lalayevİnsanın tənəffüs sistemiArif Əliyev🡆 More