Azərbaycan Manatı: Azərbaycan Respublikasının pul vahidi

Azərbaycan manatı (işarəsi: ₼) — Azərbaycan Respublikasının pul vahidi.

Azərbaycan Manatı: Tarixi, Əsginaslar, Qəpiklər Bu məqalə Azərbaycan manatı haqqındadır. Digər ölkənin manatı üçün Türkmənistan manatı səhifəsinə baxın.
Azərbaycan manatı
Azərbaycan manatı
Azərbaycan Manatı: Tarixi, Əsginaslar, Qəpiklər
1 manat 2020-ci il
Kod və simvol
ISO 4217 kodu AZN (944)
Simvol Azərbaycan Manatı: Tarixi, Əsginaslar, Qəpiklər
Dövriyyə ərazisi
Emitent ölkə Azərbaycan Manatı: Tarixi, Əsginaslar, Qəpiklər Azərbaycan
Əvəzedici və paralel vahidlər
Kiçik qəpik (1100)
Dövriyyədə olan sikkə və əsginaslar
Sikkələr 1, 3, 5, 10, 20, 50 qəpik
Əsginas 1, 5, 10, 20, 50, 100, 200, 500 (simvolik olaraq) Manat
Tarixi
Dövriyyə periodu 15 avqust 1992—1 yanvar 1994
Əvvəlki valyuta SSRİ rublu (SUR) / Rusiya rublu (RUB)
Xronika Azərbaycan manatı (AZM • 15 → 31)
Azərbaycan manatı (AZN • 01 → indiyə kimi)
Sikkə və əskinasların buraxılması və istehsalı
Mərkəzi bank Azərbaycan Respublikasının Mərkəzi Bankı
  cbar.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

İlk buraxılış

Azərbaycan Respublikası Prezidentinin 11 fevral 1992-ci il tarixli "Azərbaycan Respublikası Milli Bankın yaradılması haqqında" Fərmanı ilə Milli Bankın yaradılması və Azərbaycan Respublikası Prezidentinin 15 iyul 1992-ci il tarixli "Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında" fərmanı, həmçinin 1992-ci ilin avqustundan milli valyutanın dövriyyəyə buraxılması ilə müstəqil Azərbaycan dövlətinin pul tədavülünün təşkil edilməsinin əsası qoyuldu.

Azərbaycan manatının hazırlanmasına Ayaz Mütəllibovun vaxtında başlanılmış, Əbülfəz Elçibəyin vaxtında isə bu reallaşmışdır. İlk Azərbaycan manatı 15 avqust 1992-ci ildə dövriyyəyə buraxılmışdır. Manatın ilk eskizlərinin müəllifi Eldar Mikayılzadədir.

1992-ci ilin avqustunda 1, 10 və 250 manatlıq, noyabrında 5, 10, 20 və 50 qəpiklik, dekabrda 5 manatlıq, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manatlıq pul vahidləri dövriyyəyə buraxıldı.

Azərbaycan Respublikası Prezidentinin 11 dekabr 1993-cü il tarixli "Azərbaycan Respublikası milli valyutasının Respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında" 58 saylı Fərmanı ilə manatın dövriyyədə yeqanə ödəniş vasitəsi olması tətbiq olundu.

Yeni nəsil pul nişanları

Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" imzalanmış fərmana uyğun olaraq 2006-cı il yanvarın 1-dən etibarən yeni nəsil pul nişanları dövriyyəyə buraxılmışdır.

Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi yasaqdır. Manatın emissiyası və tədavüldən çıxarılması hüququ yalnız dövlətin müstəsna mülkiyyətində olan Mərkəzi Banka məxsusdur.

Yeni manata keçid zamanı 1 yeni manat 5000 köhnə manata bərabər tutulmuşdur.

Yeni Azərbaycan manatı 28 dekabr 2005-ci ildə ölkə ictimaiyyətinə təqdim olunmuşdur. Azərbaycan Mərkəzi Bankının sifarişi əsasında Vitam Reklam Şirkəti tərəfindən hazırlanan təqdimat mərasimi Excelsior Hoteldə baş tutmuşdur. Təqdimat mərasimində ölkə prezidenti, yüksək vəzifəli dövlət məmurları və Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələri iştirak etmişlər.

Əsginaslar

1 manat

Mədəniyyət mövzusuna həsr olunmuşdur.

Əsginas 120×70 mm ölçüdə olan xüsusi kağızda çap olunmuşdur. Əsginasın üz tərəfində Azərbaycanın milli musiqi alətlərinin – tar, kamançadəfin qrafik təsvirləri verilmişdir. Arxa fonda qədim Azərbaycan xalçasının naxışları vardır. Əsginasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri və Azərbaycanın milli ornamentləri verilmişdir.

Mühafizə elementləri

Əsginasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən "MANAT", möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), xüsusi dəqiq cizgilər, relyefli nominal, ultra bənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sol tərəfdə sehirli xətlər, ultra bənövşəyi işıqda görünən elementlər vardır.

Azərbaycan Manatı: Tarixi, Əsginaslar, Qəpiklər Azərbaycan Manatı: Tarixi, Əsginaslar, Qəpiklər 

5 manat

Yazı və ədəbiyyat mövzusuna həsr olunmuşdur.

Əsginas 127×70 mm ölçüdə olan ağ kağızda çap olunmuşdur. Əsginasın üz tərəfində ədəbi simalar, qədim kitablar, dövlət himnindən parça çap olunmuşdur. Əsginasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri verilmiş, Azərbaycanın inkişaf tarixi – Qobustan qaya heroqlifləri, Orxon–Yenisey abidələri əlifbası, müasir Azərbaycan yazısı çap edilmişdir.

Mühafizə elementləri

Əsginasın üz tərəfində üzərində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən "MANAT", möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), xüsusi dəqiq cizgilər, relyefli nominal, ultra bənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sehirli xətlər, ultra bənövşəyi elementlər vardır.

Azərbaycan Manatı: Tarixi, Əsginaslar, Qəpiklər Azərbaycan Manatı: Tarixi, Əsginaslar, Qəpiklər 

10 manat

Tarix mövzusuna həsr olunmuşdur.

Əsginas 134×70 mm ölçüdə olan ağ kağızda çap olunmuşdur. Əsginasın üz tərəfində Qədim Bakı, Şirvanşahlar sarayı, Qız qalası köhnə Qala divarlarının fonunda verilmişdir. Əsginasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, Azərbaycan xalçasının tipik naxışları çap edilmişdir.

Mühafizə elementləri

Əsginasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən "MANAT", möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, ultra bənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sol tərəfdə sehirli xətlər, ultra bənövşəyi işıqda görünən elementlər vardır.

Azərbaycan Manatı: Tarixi, Əsginaslar, Qəpiklər Azərbaycan Manatı: Tarixi, Əsginaslar, Qəpiklər 

Yenilənmiş — 10 manat

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən 2006-cı il yanvarın 1-də denominasiya tədbirləri çərçivəsində tədavülə yeni nəsil pul nişanları buraxılıb. Yenilənmiş 10 manatlıq pul nişanında əsas dizayn elementləri (İçərişəhərin və Qız qalasının sxematik təsviri, Azərbaycanın xəritəsi və Avropaya inteqrasiya, bir sıra milli xalça naxışları) saxlanılıb. Mühafizə sistemlərinə gəldikdə isə, mövcud 10 manatlıqdan fərqli olaraq yeni pul nişanında su nişanı kimi Azərbaycanın Dövlət Gerbi təsvir olunub.

Pul nişanının ön tərəfində Qız qalasının təsvirini, hərəkət edən dalğaları və rəngi dəyişən nominalı əks etdirən 3D effektli yeni holoqram (LEAD) yerləşir. Holoqramın müxtəlif hissələrində rəngi dəyişən mini-mətnlər və nominalın rəqəmləri görünür.

Eyni zamanda, banknotun ön tərəfində İçərişəhərin qala divarlarını əks etdirən, rəngi yaşıldan göyə dəyişən, 3D hərəkət və dinamik işıq effektləri saçan möcüzəli boya (SPARK LİVE®) yerləşir. Pul nişanının kənarlarında isə görmə qüsuru olan insanlar üçün qabarıq xətlərdən ibarət tanınma elementi əks olunur.

Pul nişanının arxa tərəfində isə, üzərində işıqda görünən "10" rəqəmi və "AMB" yazısı olan pəncərə tipli, rəngi yaşıldan göyə dəyişən yeni mühafizə sapı (Rolling Star®) yerləşir. Eyni zamanda, üzərində "10 AZN" yazıları olan sayrışan bənövşəyi və qızılı rəngli zolaqlar əks etdirilib.

Yenilənmiş 10 manatlıq pul nişanı 18.03.2019-cu il tarixdən tədavülə buraxılır. Bu pul nişanı hazırda tədavüldə olan 10 manatlıq pul nişanı ilə paralel olaraq dövriyyədə olacaq və hər iki pul nişanı tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək.

Qarabağ mövzusuna həsr olunmuşdur.

Əsginas 141×70 mm ölçüdə olan ağ kağızda çap olunmuşdur. Əsginasın üz tərəfində qüdrət nişanəsi — qılınc, dəbilqə, qalxan və Sülh rəmzi "Xarı bülbül" təsvir olunmuşdur. Əsginasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, Azərbaycanın milli naxışları çap edilmişdir.

Mühafizə elementləri

Əsginasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən "MANAT", möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, ultra bənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sol tərəfdə sehirli xətlər, ultra bənövşəyi işıqda görünən elementlər vardır.

Azərbaycan Manatı: Tarixi, Əsginaslar, Qəpiklər Azərbaycan Manatı: Tarixi, Əsginaslar, Qəpiklər 

50 manat

Təhsil və gələcək mövzusuna həsr olunmuşdur.

Əsginas 148×70 mm ölçüdə olan ağ kağızda çap olunmuşdur. Əsginasın üz tərəfində gələcəyin timsalı, yüksəliş əlaməti – pillələr, güc və işıq nişanəsi – günəş, elm rəmzi – kimyəvi və riyazi simvollar təsvir olunmuşdur. Əsginasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, Qədim Azərbaycan xalçalarının ornamentləri çap olunmuşdur.

Mühafizə elementləri

Əsginasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən "MANAT", möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, ultra bənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sehirli xətlər, ultra bənövşəyi işıqda görünən elementlər vardır.

Azərbaycan Manatı: Tarixi, Əsginaslar, Qəpiklər Azərbaycan Manatı: Tarixi, Əsginaslar, Qəpiklər 

100 manat

İqtisadiyyat və inkişaf mövzusuna həsr olunmuşdur.

Əsginas 155×70 mm ölçüdə olan ağ kağızda çap olunmuşdur. Əsginasın üz tərəfində inkişafın qədimdən bu günə memarlıq rəmzləri, Azərbaycan manatının və iqtisadi artımın simvolları təsvir olunmuşdur. Əsginazın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, ənənəvi Azərbaycan xalçasının səciyyəvi naxışları çap edilmişdir.

Mühafizə elementləri

Əsginasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən "MANAT", möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, ultra bənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sehirli xətlər, ultra bənövşəyi işıqda görünən elementlər vardır.

Azərbaycan Manatı: Tarixi, Əsginaslar, Qəpiklər Azərbaycan Manatı: Tarixi, Əsginaslar, Qəpiklər 

200 manat

Bu əsginas Azərbaycanın digər əsginasları ilə müqayisədə ən yuxarı nominal dəyərə malikdir və dövriyyəyə ən son (2018) buraxılmış əsginasdır. 200 manat 20000 qəpiyə bərabərdir.

Azərbaycan Manatı: Tarixi, Əsginaslar, Qəpiklər Azərbaycan Manatı: Tarixi, Əsginaslar, Qəpiklər 

Qəpiklər

1 qəpik

Azərbaycan Manatı: Tarixi, Əsginaslar, Qəpiklər 

3 qəpik

Azərbaycan Manatı: Tarixi, Əsginaslar, Qəpiklər 

5 qəpik

Azərbaycan Manatı: Tarixi, Əsginaslar, Qəpiklər 

10 qəpik

Azərbaycan Manatı: Tarixi, Əsginaslar, Qəpiklər 

20 qəpik

Azərbaycan Manatı: Tarixi, Əsginaslar, Qəpiklər 

50 qəpik

Azərbaycan Manatı: Tarixi, Əsginaslar, Qəpiklər 

Azərbaycan manatının tədavül tarixi

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra, suverenliyin əsas atributlarından sayılan milli valyuta olan manat 1992-ci ilin 15 avqust tarixindən etibarən tədavülə buraxılıb.

1992-ci ilin avqustunda 1, 10 və 250 manatlıq əsginaslar, noyabrında 5, 10, 20 və 50 qəpiklik sikkələr, dekabrında 5 manatlıq əsginas, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manat nominallı kağız əsginaslar dövriyyəyə buraxılıb.

Azərbaycan Respublikasının birinci pul emissiyası 1992-ci ildə Fransa Mərkəzi Bankı tərəfindən çap edilib. Yeni dizaynla 1 və 10 manatlıq əsginaslar həmin şirkətdə istehsal olunub.

Azərbaycanın müstəqil olduqdan sonrakı dövrdə pul vahidlərinin bir çoxunu "Educational Coin Company" şirkəti istehsal etmişdir. Şirkət yeni manatlardan sadəcə 1 manatlıq əskinasın istehsalçısıdır. Şirkət eyni zamanda tanınmamış Dağlıq Qarabağ Respublikasının əskinaslarının istehsalçısıdır.

Keçmiş manat əskinasları və qəpikləri

1919-cu ildə tədavülə buraxılan manatlar
Şəkli Dəyəri Ölçüləri (mm) Rəngi Təsviri Tədavül
tarixi
Üz tərəfi Arxa tərəfi Üz tərəfi Arxa tərəfi
Azərbaycan Manatı: Tarixi, Əsginaslar, Qəpiklər  Azərbaycan Manatı: Tarixi, Əsginaslar, Qəpiklər 
25
1919
Azərbaycan Manatı: Tarixi, Əsginaslar, Qəpiklər  Azərbaycan Manatı: Tarixi, Əsginaslar, Qəpiklər 
50
Azərbaycan Manatı: Tarixi, Əsginaslar, Qəpiklər  Azərbaycan Manatı: Tarixi, Əsginaslar, Qəpiklər 
100
Azərbaycan Manatı: Tarixi, Əsginaslar, Qəpiklər  Azərbaycan Manatı: Tarixi, Əsginaslar, Qəpiklər 
250
Azərbaycan Manatı: Tarixi, Əsginaslar, Qəpiklər  Azərbaycan Manatı: Tarixi, Əsginaslar, Qəpiklər 
500
1992-ci ildə tədavülə buraxılan manatlar
Şəkli Dəyəri Ölçüləri (mm) Rəngi Təsviri Tədavül
tarixi
Üz tərəfi Arxa tərəfi Üz tərəfi Arxa tərəfi
Azərbaycan Manatı: Tarixi, Əsginaslar, Qəpiklər  Azərbaycan Manatı: Tarixi, Əsginaslar, Qəpiklər 
1
Qız qalası
1992
Azərbaycan Manatı: Tarixi, Əsginaslar, Qəpiklər  Azərbaycan Manatı: Tarixi, Əsginaslar, Qəpiklər 
10
Qız qalası
Azərbaycan Manatı: Tarixi, Əsginaslar, Qəpiklər  Azərbaycan Manatı: Tarixi, Əsginaslar, Qəpiklər 
250
Qız qalası
1993-cü ildə tədavülə buraxılan manatlar
Şəkli Dəyəri Ölçüləri (mm) Rəngi Təsviri Tədavül
tarixi
Üz tərəfi Arxa tərəfi Üz tərəfi Arxa tərəfi
Azərbaycan Manatı: Tarixi, Əsginaslar, Qəpiklər  Azərbaycan Manatı: Tarixi, Əsginaslar, Qəpiklər 
1
Qız qalası
1993
Azərbaycan Manatı: Tarixi, Əsginaslar, Qəpiklər  Azərbaycan Manatı: Tarixi, Əsginaslar, Qəpiklər 
5

Nizami Gəncəvi
Azərbaycan Manatı: Tarixi, Əsginaslar, Qəpiklər  Azərbaycan Manatı: Tarixi, Əsginaslar, Qəpiklər 
1000
Məhəmməd Əmin Rəsulzadə
1994–2001-ci illərdə tədavülə buraxılan manatlar
Şəkli Dəyəri Ölçüləri (mm) Rəngi Təsviri Tədavül
tarixi
Üz tərəfi Arxa tərəfi Üz tərəfi Arxa tərəfi
Azərbaycan Manatı: Tarixi, Əsginaslar, Qəpiklər  Azərbaycan Manatı: Tarixi, Əsginaslar, Qəpiklər 
10 000
Şirvanşahlar sarayı
1994
Azərbaycan Manatı: Tarixi, Əsginaslar, Qəpiklər  Azərbaycan Manatı: Tarixi, Əsginaslar, Qəpiklər 
50 000
Mömünə Xatun türbəsi
1995
Azərbaycan Manatı: Tarixi, Əsginaslar, Qəpiklər  Azərbaycan Manatı: Tarixi, Əsginaslar, Qəpiklər 
1000
Neft sənayesi
2001
2005-ci ildə tədavülə buraxılan manatlar
Şəkli Dəyəri Ölçüləri
(mm)
Əsas rəng Təsviri
Üz tərəfi Arxa tərəfi Mənası Üz tərəfi Arxa tərəfi
Azərbaycan Manatı: Tarixi, Əsginaslar, Qəpiklər  Azərbaycan Manatı: Tarixi, Əsginaslar, Qəpiklər 
1
120×70
Boz
Əskinaslar müasir Azərbaycan mədəniyyətini əks etdirir.
Azərbaycan xalq çalğı alətləri.
Milli xalça ornamentlərinin fonunda Azərbaycan xəritəsi.
Azərbaycan Manatı: Tarixi, Əsginaslar, Qəpiklər  Azərbaycan Manatı: Tarixi, Əsginaslar, Qəpiklər 
5
127×70
Narıncı
Əskinasda Azərbaycanın dünya ədəbiyyatına dəyərli töhfəsi əks etdirilir.
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin təsviri, Azərbaycan kitabları, Azərbaycan himninin bir hissəsi.
Qobustan qayaüstü rəsmlərinin fonunda Azərbaycan xəritəsi və qədim türk əlifbasıyla yazılmış mətn.
Azərbaycan Manatı: Tarixi, Əsginaslar, Qəpiklər  Azərbaycan Manatı: Tarixi, Əsginaslar, Qəpiklər 
10
134×70
Mavi
Əskinasda Azərbaycanın dövlətçilik ənənələri əks olunur.
Qədim İçəri şəhər fonunda köhnə Bakı, Şirvanşahlar sarayıQız qalası.
Milli xalça ornamentlərinin fonunda Azərbaycan xəritəsi.
Azərbaycan Manatı: Tarixi, Əsginaslar, Qəpiklər  Azərbaycan Manatı: Tarixi, Əsginaslar, Qəpiklər 
20
141×70
Yaşıl
Əskinas Azərbaycanın müasir xarici siyasətinin hədəfini əks etdirir.
Gücün simvolu — qılınc, dəbilqəqalxan.
Azərbaycan Manatı: Tarixi, Əsginaslar, Qəpiklər  Azərbaycan Manatı: Tarixi, Əsginaslar, Qəpiklər 
50
148×70
Sarı
Əskinasda təhsil və dövlətin gələcəyi əks olunur.
Gənclik, pilləkənlər (inkişafın simvolu olaraq), günəş (gücün və işıqın simvolu olaraq), kimyəvi və riyazi işarələr (elmin simvolu olaraq)
Azərbaycan Manatı: Tarixi, Əsginaslar, Qəpiklər  Azərbaycan Manatı: Tarixi, Əsginaslar, Qəpiklər 
100
155×70
Bənövşəyi
Əskinasda Azərbaycanın iqtisadi inkişafı və xalqının rifahının çiçəklənməsi təsvir olunur.
İnkişafın qədimdən bu günə memarlıq rəmzləri və Azərbaycan manatının və iqtisadi artımın simvolları
2018-ci ildə tədavülə buraxılan manatlar
Şəkli Dəyəri Ölçüləri
(mm)
Əsas rəng Təsviri
Üz tərəfi Arxa tərəfi Mənası Üz tərəfi Arxa tərəfi
Azərbaycan Manatı: Tarixi, Əsginaslar, Qəpiklər  Azərbaycan Manatı: Tarixi, Əsginaslar, Qəpiklər 
200
160×70
Göy
Əskinasda Müasir memarlıq əks olunur.
Heydər Əliyev Mərkəzi
2021-ci ildə tədavülə buraxılan manatlar
Şəkli Dəyəri Ölçüləri
(mm)
Əsas rəng Təsviri
Üz tərəfi Arxa tərəfi Mənası Üz tərəfi Arxa tərəfi
Azərbaycan Manatı: Tarixi, Əsginaslar, Qəpiklər  Azərbaycan Manatı: Tarixi, Əsginaslar, Qəpiklər 
1
120×70
Boz
Əskinaslar müasir Azərbaycan mədəniyyətini əks etdirir.
Azərbaycan xalq çalğı alətləri.
Milli xalça ornamentlərinin fonunda Azərbaycan xəritəsi.
Azərbaycan Manatı: Tarixi, Əsginaslar, Qəpiklər  Azərbaycan Manatı: Tarixi, Əsginaslar, Qəpiklər 
5
127×70
Narıncı
Əskinasda Azərbaycanın dünya ədəbiyyatına dəyərli töhfəsi əks etdirilir.
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin təsviri, Azərbaycan kitabları, Azərbaycan himninin bir hissəsi.
Qobustan qayaüstü rəsmlərinin fonunda Azərbaycan xəritəsi və qədim türk əlifbasıyla yazılmış mətn.
Azərbaycan Manatı: Tarixi, Əsginaslar, Qəpiklər  Azərbaycan Manatı: Tarixi, Əsginaslar, Qəpiklər 
50
148×70
Sarı
Əskinasda təhsil və dövlətin gələcəyi əks olunur.
Gənclik, pilləkənlər (inkişafın simvolu olaraq), günəş (gücün və işıqın simvolu olaraq), kimyəvi və riyazi işarələr (elmin simvolu olaraq)
Azərbaycan Manatı: Tarixi, Əsginaslar, Qəpiklər 
1992–2005-ci illərdə tədavüldə olan manatın qəpikləri

Mübadilə dərəcəsi

Hazırkı AZN mübadilə məzənnəsi
Google Finance əsasən: AUD CAD CHF EUR GBP HKD JPY USD = RUBAZN RUB = CNYAZN CNY
Yahoo! Finance əsasən: AUD CAD CHF EUR GBP HKD JPY USD = RUB&to=AZN RUB = CNY&to=AZN CNY
XE.com əsasən: AUD CAD CHF EUR GBP HKD JPY USD = 1&From=RUB&To=AZN RUB = 1&From=CNY&To=AZN CNY
OANDA.com əsasən: AUD CAD CHF EUR GBP HKD JPY USD = 1&exch=RUB&expr=AZN RUB = 1&exch=CNY&expr=AZN CNY
fxtop.com əsasən: AUD CAD CHF EUR GBP HKD JPY USD = RUB&C2=AZN RUB = CNY&C2=AZN CNY
Currency.wiki əsasən: AUD CAD CHF EUR GBP HKD JPY USD RUB CNY

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

Tags:

Azərbaycan Manatı TarixiAzərbaycan Manatı ƏsginaslarAzərbaycan Manatı QəpiklərAzərbaycan Manatı Azərbaycan manatının tədavül tarixiAzərbaycan Manatı Mübadilə dərəcəsiAzərbaycan Manatı Həmçinin baxAzərbaycan Manatı İstinadlarAzərbaycan Manatı Xarici keçidlərAzərbaycan ManatıAzərbaycan

🔥 Trending searches on Wiki Azərbaycanca:

UlduzZakir HəsənovQubad İbadoğluNəqliyyatAzərbaycanda qeydiyyata alınmış dünya əhəmiyyətli memarlıq abidələrinin siyahısı25 aprelSəudiyyə ƏrəbistanıSəfəvilərMirzə Ələkbər SabirÇingiz Mustafayevİnsan hüquqlarıKütlə vahidləriQəbələ FKQoç (astrologiya)Şöhrət ordeni (Azərbaycan)Hadi RəcəbliTəzyiqİslamAzərbaycan tammetrajlı bədii filmlərinin siyahısıKitabi-Dədə QorqudKubSəyyad ƏlizadəReklamHeydər Əliyev MərkəziFevralTərbiyəTimsahlarCəbrayıl rayonuLionel MessiQuran surələrinin siyahısıNaxçıvan Muxtar RespublikasıMercedes-BenzBermud üçbucağıAzərbaycan Milli Elmlər AkademiyasıEverestGöyçə mahalıHüquqİnteqralKonusXarıbülbül (simvol)PerimetrMacarıstanŞirvanşahlar dövlətiOperativ yaddaş qurğusuƏliqismət LalayevNəsirəddin TusiİsrailƏməliyyat sistemiXəritəDünya ölkələrinin pul vahidləriİyulQrup seksMirvariEkologiyaBirləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (2024)ŞüalanmaİsimAğıllı evlərAzərbaycan (tarixi ərazi)SabirabadAzərbaycanın inzibati bölgüsüPişikAzərbaycan Xalq CümhuriyyətiOrqazmAzərbaycan Memarlıq və İnşaat UniversitetiTəbiətin qorunmasıQan dövranıNikol PaşinyanBeşinci nəsil qırıcıİmadəddin NəsimiOlimpiya oyunlarıAğciyər xərçəngiCavanşir Məmmədov (siyasətçi)Elektrik müqavimətiRoma imperiyasıŞəkiYerin quruluşuİnfeksiya🡆 More