Qubad İbadoğlu

Qubad İbad oğlu Bayramov (12 sentyabr 1971, Aşağı Güzlək, Füzuli rayonu) — azərbaycanlı siyasətçi, iqtisad elmləri namizədi, Azərbaycan Demokratiya və Rifah Hərəkatının qurucusu və ilk sədri.

Qubad İbadoğlu
Qubad İbadoğlu
Şəxsi məlumatlar
Doğum tarixi 12 sentyabr 1971(1971-09-12) (52 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti alim, universitet müəllimi[d], insan hüquqları fəalı
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • iqtisad elmləri namizədi[d] (2000)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

12 sentyabr 1971-ci ildə Füzuli rayonunun Aşağı Güzlək kəndində anadan olub.

20 ilə yaxın müddətdə Azərbaycan Dövlət İqtisad Universitetinin "İqtisadi təhlil" kafedrasında çalışmışdır. 53 adda və 175 çap vərəqi həcmində elmi əsərin, 20-dək kitabın, monoqrafiyanın və dərs vəsaitinin müəllifidir.

2004–2005-ci tədris ilində Budapeştdə Mərkəzi Avropa Universitetində, 2008–2009-cu tədris ilində Çapel Hill Şimali Karolina Universitetində, 2015–2016-cı tədris ilində Dyuk Universitetində, 2017–2018-ci tədris ilində Prinston Qabaqcıl Tədqiqatlar İnstitutunda, 2018–2021-ci tədris illərində Nyu-Cersidə Ratqers Universitetində yarımştat qaydada pedoqoji fəaliyyətlə məşğul olub. London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin qonaq elmi işçisi olmuşdur.

Ailəsi

İctimai fəaliyyəti

1995–1999-cu illərdə "Ekonomiks" iqtisadiyyat qəzetinin baş redaktoru olmuş, 1 yanvar 2000-ci ildən isə elmi-iqtisadi "Ekspert" jurnalının baş redaktorudur.

2002-ci ildən 2012-ci ilədək İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri olub.

2007-ci ildən İctimai Birliklərin Mədən sənayesində şəffaflığın artırılması Koalisiyasının əlaqələndiricidir.

2008-ci ildə qərargahı Londonda yerləşən "Ödədiyini Açıqla" Beynəlxalq Koalisiyasının Strateji Məsləhət Qrupunun, 2009-cu ildə qərargahı Buxarestdə yerləşən Qara Dəniz QHT Forumunun İdarə Heyətinin, 2013–2019-cu illərdə qərargahı Osloda yerləşən Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Beynəlxalq İdarə Heyətinin üzvü olub.

Siyasi fəaliyyəti

Müsavat partiyasının divan üzvü olmuşdur.

2000-ci il parlament seçkilərində Qubad İbadoğlu Müsavat Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısında partiya daxili keçirilmiş praymerizə əsasən 5-ci sırada olmuşdur. Müsavat Partiyası proporsional seçkilər üzrə 140 546 səs (ümumi səslərin 4,85%-i) toplamış, lakin 6%-lik seçki həddini keçə bilmədiyi üçün mandat qazana bilməmişdir. Beləliklə, Qubad İbadoğlu deputat seçilə bilməmişdir.

2014-cü ilin sentyabrında partiyanın sədrliyinə keçirilən seçkilərdə iştirak edərək 228-ə qarşı 200 səs toplayaraq Arif Hacılıya məğlub olmuşdur. 2015-ci il fevralın 6-da Müsavat partiyasından xaric edilmişdir.

2015-ci il fevralın 21-də Azərbaycan Demokratiya və Rifah Hərəkatının təsis qurultayında Hərəkatın sədri seçilmişdir. 17 oktyabr 2021-ci il tarixində onlayn olaraq 88 nümayəndədən 82-sinin iştirakı ilə keçirilən qurultayda hərəkatı partiya olmaq qərarına gəlib. Azərbaycan Demokratiya və Rifah Hərəkatı dəfələrlə partiya kimi qeydiyyatdan keçmək üçün müraciət etsə də, Ədliyyə Nazirliyi tərəfindən rədd edilib.

23 iyul 2023-cü ildə Sumqayıta partiya gəncləri ilə görüşə gedərkən DİN əməkdaşları tərəfindən saxlanılaraq DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb. Vəkilinin bildirdiyinə görə Qubad İbadoğluna Cinayət Məcəlləsinin 204.3.1 maddəsi ilə ittiham verilib və o təqsirləndirilən şəxs qismində cəlb edilib. 24 iyul 2023-cü ildə keçirilən məhkəmə prosesində barəsində 3 ay 26 gün həbs qətimkan tədbiri seçilib. 22 aprel 2024-cü il tarixində ev dustaqlığına buraxılıb.

İstinadlar

Xarici keçidlər

Tags:

Qubad İbadoğlu HəyatıQubad İbadoğlu İstinadlarQubad İbadoğlu Xarici keçidlərQubad İbadoğlu12 sentyabr1971AzərbaycanlıAşağı GüzləkFüzuli rayonu

🔥 Trending searches on Wiki Azərbaycanca:

Sintaktik əlaqələrFikrət ƏmirovAygün KazımovaƏməliyyat sistemiAzərbaycanda qeydiyyata alınmış dünya əhəmiyyətli arxeoloji abidələrin siyahısıABŞ bayrağıÖvrə xəstəliyiMir Mövsüm AğaKubMusiqiLeksikaTərtər rayonuKompüter oyunuYazAzərbaycan memarlığıBakıMilli Dirçəliş GünüŞəki xan sarayıAytən SəfərovaCəlil MəmmədquluzadəTərcüməYarasalarVideosexRamiz ZeynalovAzərbaycan şirkətlərinin siyahısıFevralÇaldıran döyüşüAzərbaycan Respublikasının KonstitusiyasıƏliRamazan bayramıMarafon döyüşüAzərbaycan banklarının siyahısıNitq hissəsiAzərbaycan Daxili QoşunlarıMəleykə ƏsədovaƏfsanəOmonimAzərbaycan Respublikası yol nişanlarıSöz birləşməsiBaykal–Amur magistralıMicrosoft WindowsGürcüstanQuranMercedes-BenzGülçöhrə MəmmədovaTalassemiyaSaitQacar dövlətiAzərbaycanda prezident seçkiləri (2024)Azərbaycanın ali təhsil müəssisələrinin siyahısıTerminologiyaİqtisadiyyatRövşən CavadovMələkxanım EyubovaVikipediyaMəhəmmədAzərişıqAzotCavanşir Məmmədov (siyasətçi)Qubad İbadoğluPatogenSuda-quruda yaşayanlarDəmiryolu nəqliyyatıGözŞuşa rayonuAzərbaycanlı-erməni qırğınları (1905-1906)Sadə cümlənin şəxsə görə növləriPiramida (həndəsə)KonusArif PaşayevBakının inzibati bölgüsüErmənistanVergiQan qrupuRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (Azərbaycan)Azərbaycan Texniki Universiteti🡆 More