Övrə Xəstəliyi: Dəridə qaşıntılı köpüşüklər

Övrə və ya xalq arasında qurdeşənəyi — dərinin allergik mənşəli xroniki xəstəliyidir.

Dəridə qaşıntılı köpəşmələr ilə özünü göstərir. Elmi adı urticaria olan bu xəstəlik insanın əmək qabiliyyətini və həyat keyfiyyətinin ciddi şəkildə pozan bir patologiyadır. Övrənin daha ağır forması sayılan angioödem və ya kvinke ödemi xəstənin həyatını təhlükə altına ala bilər.

Övrə xəstəliyi
Övrə Xəstəliyi: Etiopatogenez, Klinik əlamətlər, Diaqnozu
XBT-10 L50
XBT-9-KM 708.8, 708.9, 708
DiseasesDB 13606
MedlinePlus 000845
MeSH D014581
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Etiopatogenez

Xəstəliyin yaranmasında dəri və selikli qişalarda yerləşən mast hüceyrələri və ya tosqun hüceyrələr yaxından iştirak edirlər. Mast hüceyrələri leykosit qrupuna daxil olan immun hüceyrələrdir. Allergenlərə və mikroblara qarşı xüsusən parazit mikroblarına qarşı orqanizmi müdafiə edir. Dəri və selikli qişalar bu hüceyrələrlə zəngindir. Bu hüceyrələrin sitoplazması çoxlu sayda dekstruktiv enzimlərlə zəngin dənəciklərlə doludur. Onların arasında histamin mediatoru övrə xəstəliyini törədən ana molekulalardan biridir. Övrə xəstələrində provokasiyaedici faktorların təsirindən mast hüceyrələrindən külli iqdarda histamin ifraz olunaraq allergik reaksiyanı tətikləyir. Nəticədə dəridə qaşıntılı köpəşmələr yaranır.

Klinik əlamətlər

Dərinin istənilən yerində qaşıntılı köpəşmələr şəklində qızartılar yaradır. Gicitkən dalaması formasında səpgilər meydana gəlir. Xəstəliyin elmi adı urticaria termini də gicitkən sözündən yaranmışdır. Urtica gicitkən deməkdir. Səpgilər 24 saat ərzində iz buraxmadan solaraq dərinin başqa yerindən çıxa bilir. Xəstəliyin daha ağır formasında dəri və selikli qişalarda ödem yaranır. Ödemə bağlı gözətrafı şişmə, əllərdə və ayaqda şişmə, dodaqda şişmə, dildə şişmə yarana bilər. Buna kvinke ödemi və ya angioödem deyilir. Övrə xəstəliyi angioödemlə seyr edərsə xəstəlik daha kəskin xarakter ala bilər. Hətta xəstədə ciddi tənəffüs çatışmazlığı yaradaraq ölümə belə səbəb ola bilər. Övrə əlamətləri hiss edən xəstələr fəsadlardan yan keçmək üçün qısa zamanda dermatoveneroloq həkimə müraciət etməlidirlər.

Övrə Xəstəliyi: Etiopatogenez, Klinik əlamətlər, Diaqnozu 
Dəridə qaşıntılı köpəşmələr

Kəskin övrə

Kəskin övrə 6 həftəyə qədər sürür. 6 həftə ərzində şikayətlər aradan qalxarsa kəskin övrə diaqnozu qoyulur.

Xroniki övrə

Xroniki övrə 6 həftədən çox çəkir. Qaşıntılı köpəşmələr bəzən illər boyunca davam edir.

Diaqnozu

Övrə xəstəliyinin diaqnouzu xəstə anamnezi və klinik əlamətlərə görə qoyulur. Bəzi hallarda dermatoveneroloq səpgilərdən dəri biopsiyası tələb edilə bilər. Lakin övrə xəstəliyinin tətikləyən çoxlu səbəblər vardır. Xəstəliyin provokasiya edən amillərini aşkarlamaq üçün dermatoloq xəstədən laborator, radioloji, histopatoloji, allergik testlərdən keçirdə bilər.

Müalicəsi

Övrə xəstəliyinin ana müalicəsi provokasiya edən amillərə yönəlik müalicələrdir. Qaşıntını, köpəşmələri və angiödemi aradan qaldırmaq üçün simptomatik müalicələ verilir. Əsasən müxtəlif nəsillərə aid olan sedativ və non-sedativ antihistaminlər təyin edilir. Ehtiyac olduğu təqdirdə sistemik kortikosteroidlər verilir.

Müalicə müddəti

Kəskin övrə xəstəliyinin müalicəsi 6 həftəyə qədərdir. Xroniki övrənin müalicəsi illər boyu davam edə bilər. Bəzi xəstələrdə ömrün sonuna qədər davam edir.

Profilaktikası

Tətikləyən səbəblərdən uzaq durmaq. Qida faktorları rol oynayırsa spesifik pəhriz verilir.

İstinadlar

Xarici keçidlər

Tags:

Övrə Xəstəliyi EtiopatogenezÖvrə Xəstəliyi Klinik əlamətlərÖvrə Xəstəliyi DiaqnozuÖvrə Xəstəliyi MüalicəsiÖvrə Xəstəliyi ProfilaktikasıÖvrə Xəstəliyi İstinadlarÖvrə Xəstəliyi Xarici keçidlərÖvrə Xəstəliyi

🔥 Trending searches on Wiki Azərbaycanca:

Timsahlarİnformasiya texnologiyaları25 aprelFormula 1Abdulla ŞaiqKoroğluÜçbucaqİsaak NyutonƏlincə qalasıHicri təqvimAlbaniyaKompüter qurğularıArazAvtomobilAzərbaycanın ali təhsil müəssisələrinin siyahısıHacı NuranAzərbaycan Sovet Sosialist Respublikasıİngiltərə tarixiFizikaAzərbaycan musiqi alətləriAzərbaycanın telefon kodlarıZəlzələTaktikaAlov qüllələriTəvəssül duasıŞahmatŞəkiŞirvanşahlar sarayıMilli Təhlükəsizlik Nazirliyi (Azərbaycan)QarabağKəlmeyi-şəhadətKamran İmanovFüzuli kantatasıKimyəvi rabitəMenstruasiyaAzərbaycan Premyer LiqasıOlimpiya oyunlarıRamiz ZeynalovOral seksÇoxmənalı sözlərAzərişıqRəşid BehbudovKöməkçi nitq hissələriVeysəloğluAllahverdi BağırovAzərbaycan qoruqlarıAğacUnitar dövlətNəqli cümləSözün həqiqi mənasıNeftçi–Qarabağ rəqabətiBeynəlxalq telefon kodlarıEverestVeb-brauzerRobotDüzbucaqlıAzərbaycan Respublikası Dövlət Neft ŞirkətiMəsdərDərman zəncirotuDünya əhalisiƏmr cümləsiAğıllı şəhərƏli NurQafqazQərbi AzərbaycanMusiqiGünəş sistemiAzərbaycan faunasıTürk Dövlətləri TəşkilatıAnaxanım İsmayılovaHəsən bəy ZərdabiMingəçevirNaxçıvanVərəmBeynəlxalq təşkilatSu🡆 More