Nəriman Axundzadə: Azərbaycanlı futbolçu

Nəriman Axundzadə (23 aprel 2004, Bakı) — azərbaycanlı futbolçu.

"Qarabağ" klubunda və Azərbaycan milli komandasının heyətində hücumçu mövqeyində çıxış edir.

Nəriman Axundzadə
Axundzadə 2022-ci ildə
Axundzadə 2022-ci ildə
Ümumi məlumatlar
Tam adı Nəriman Əhməd oğlu Axundzadə
Doğum tarixi 23 aprel 2004(2004-04-23) (20 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu 1,83 m
Mövqeyi hücumçu
Klub haqqında məlumat
Klub Azərbaycan Qarabağ
Nömrəsi 90
Karyerası
Gənclik karyerası
2013—2022 Azərbaycan Qarabağ FK-2
Klub karyerası
2022—h.h Azərbaycan Qarabağ 29 (6)
Milli yığma
2019 Azərbaycan Azərbaycan U-19 6 (2)
2022—h.h. Azərbaycan Azərbaycan U-21 3 (1)
2022—h.h. Azərbaycan Azərbaycan 1 (0)

Erkən həyatı

Əslən Lənkərandan olan Nəriman Axundzadə 23 aprel 2004-cü ildə Bakıda anadan olub. Lənkəranın tanınmış ustası olan usta Nəriman və hərbi polis mayoru Tofiq Mustafayevin nəvəsidir. Axundovlar ailəsinin son beşiyi olan Nərimanın futbol karyerası "Xəzər-Lənkəran" klubundan başlayıb. 12-13 yaşından isə "Qarabağ"ın aşağı yaş klubunda futbol fəaliyyətini davam etdirib.

Karyerası

Qarabağ FK

"Xəzər Lənkəran" futbol klubunun yetirməsi olan Nəriman daha sonra "Qarabağ" klubuna qoşulub və digər yaş qruplar üzrə komandalarda da çıxış edib. Nəriman Axundzadə 2022–23 mövsümünün 12-ci turunda "Qarabağ"ın heyətində "Şamaxı"ya qarşı oyunda 19-cu dəqiqədə Filip Ozobiçi əvəz edərək meydana çıxıb və komandasında debüt edib. Həmin mövsüm o, komandasının Azərbaycan Premyer Liqasında qalib gəlməsində rol oynadı.

N. Axundzadə avrokuboklarda ilk qolunu 2023/24 mövsümündə 1/16 final mərhələsində Bakıdakı cavab oyununda Portuqaliyanın "Braqa” klubuna 120+2-ci dəqiqədə vurmaqla komandasının 1/8 finala keçməsini təmin edib. Nəticədə Qarabağ 2:3 hesabı ilə məğlub olsa da, ümumi hesabda 6:5 qalib gəlib və Azərbaycan futbol tarixində avrokubokların 1/8 finalına yüksələn ilk klub olub.

Milli komanda

Nəriman 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində çıxış edib. O, İslam Həmrəylik Oyunlarında Azərbaycan milli komandasının heyətinə cəlb edilmişdi. O, 19 noyabr 2023-cü ildə UEFA Avro 2024-ün seçmə mərhələsində Belçikaya qarşı uduzduqları oyunda Azərbaycan millisinin heyətində debüt edib.

Oyun statistikası

Klub

    22 fevral 2024 tarixində yenilənib
Klub, mövsüm və yarışa görə oyun və qol sayı
Klub Mövsüm Liqa Milli Kubok Liqa kuboku Qitə Digər Cəmi
Liqa Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol
Qarabağ FK 2022-23 Azərbaycan Premyer Liqası 9 0 0 0 0 0 0 0 0 0 9 0
2023-24 Azərbaycan Premyer Liqası 17 4 2 2 0 0 6 1 0 0 25 7
Cəmi 26 4 2 2 0 0 6 1 0 0 34 7
Karyerasında cəmi 26 4 2 2 0 0 3 1 0 0 34 7

İstinadlar

This article uses material from the Wikipedia Azərbaycanca article Nəriman Axundzadə, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki Azərbaycanca (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.

Tags:

Nəriman Axundzadə Erkən həyatıNəriman Axundzadə KaryerasıNəriman Axundzadə Oyun statistikasıNəriman Axundzadə İstinadlarNəriman Axundzadə200423 aprelAzərbaycan milli futbol komandasıBakıQarabağ FK

🔥 Trending searches on Wiki Azərbaycanca:

Qızıl yel xəstəliyiİsrailMarketinqNaxçıvan Muxtar RespublikasıTarixGöyçə gölüHikmət HacıyevOsmanlı sultanlarının siyahısıAydın Kərimov (hüquqşünas)ÇiçəkİnformatikaZərf (qrammatika)Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (2024)KvadratSöhbətül-əsmarKlaviaturaAğdamNiyaməddin MusayevCəbrƏdədi silsiləArQuşlarİnflyasiyaRəcəb Tayyib ƏrdoğanKəlmeyi-şəhadətTürkmənistanFüzuli kantatasıHamiləlikÜmumi Daxili MəhsulAtropatenaXüsusi Təyinatlı Qüvvələr (Azərbaycan)SourXankəndiŞuşa qalasıİsmin hallanmasıƏlifbaSkarlatinSürücülük vəsiqəsiDurğu işarələriYaponiyaQaçışAntarktidaİslamTəbiətin qorunmasıAzərbaycanın sərhədləriMilli Təhlükəsizlik Nazirliyi (Azərbaycan)PeyvəndQarabağAzərbaycanın dövlət bayramları və xüsusi günləriAğciyərXəbər (qrammatika)İlyas ƏfəndiyevQara Yanvarİngilis diliQırğızıstan PrezidentiDairəBiosferMəmmədəli HüseynovQuba rayonuLeyla ƏliyevaÇingiz AytmatovVulkanAzərbaycan əlifbasıİslamda tanrının adlarıBakcellSüni intellektAzərbaycan Dövlət Pedaqoji UniversitetiKəpənəklərArazƏfqanıstanMirzə Fətəli AxundovMəhəmmədhüseyn ŞəhriyarƏdliyyə Nazirliyi (Azərbaycan)Azərbaycan Quru QoşunlarıMuxtar Əfəndizadə🡆 More