Dron Hücumu

Dron hücumu və ya pilotsuz uçuş aparatı hücumu bir və ya bir neçə pilotsuz hava döyüş maşınlarının və ya silahlandırılmış pilotsuz uçuş aparatlarının (PUA) hücumudur.

Bu formada edilən hücumlar adətən hədəfə raket və ya bomba atmaqla həyata keçirilir. Pilotsuz təyyarələr idarə olunan bombalar, kaset bombaları, yandırıcı bombalar, hava-yer raketləri, hava-hava raketləri, tank əleyhinə idarə olunan raketlər, digər növ dəqiq idarə olunan sursatlar, avtomatik toplar və pulemyotlar kimi digər silahlarla təchiz oluna bilərlər.

Dron Hücumu
AGM-114 Hellfire döyüş raketini buraxan Predator MQ-1 HPUA

11 sentyabrdan sonrakı dövrdən etibarən ABŞ Əfqanıstan, Pakistan, Suriya, İraq, SomaliYəmən kimi ölkələrdə hava-yer tipli raketlərdən istifadə edərək dron hücumları həyata keçirmişdir.

Həmçinin Türkiyədə terrorla mübarizə aparmaq üçün Hərbi Pilotsuz Uçuş Aparatları ilə hücumlar həyata keçirir.

2022-ci ildəki Ukrayna-Rusiya müharibəsindəUkrayna ordusu Türkiyədən alınmış Bayraktar TB2-lərdən, buna cavab olaraq isə Rusiya ordusu İrandan aldığı Geran 2 adı altında istifadə etdiyi Şahid 136 kamidkadze PUA-larından istifadə edir.

Dron hücumları bir neçə ölkə tərəfindən məqsədyönlü qətllər üçün istifadə olunur. Dron hücumları adətən terrorçuları öldürmək üçün həyata keçirilir. Dronlar həmçinin qumbara və ya digər döyüş sursatlarını da ata bilərlər. Yüklərinin tərkibində partlayıcı maddələr, qəlpələr, kimyəvi, radioloji və ya bioloji elementlər ola bilər. Birdən çox dron eyni vaxtda "dron sürüsü hücumu" adlandırılan hücumu həyata keçirə bilərlər. Dron hücumları təhlükəsinə qarşı çıxmaq üçün dövlətlər tərəfindən İHA əleyhinə sistemlər hazırlanır.

2019-cu ildəki məlumatlara əsasən ABŞ, İsrail, Çin, İran, İtaliya, Hindistan, Pakistan, Rusiya, TürkiyəPolşanın operativ pilotsuz döyüş aparatları (UCAV) istehsal etdiyi məlumdur.

İstinadlar

Tags:

Dəqiq idarə olunan sursatHərbi Pilotsuz Uçuş AparatıKasset bombasıPilotsuz uçuş aparatı

🔥 Trending searches on Wiki Azərbaycanca:

Qız qalasıAdaAğdam Çörək MuzeyiƏvəzlikPiramidaBərabəryanlı trapesiyaOn iki imamTək və cüt ədədlərNaftalanUçot dərəcəsiGəncəƏdatZərflikMəhəmmədI Şah AbbasAzərbaycan teatrıLinzalarRusiya imperiyasıKimyəvi reaksiyaÜçbucaqXristianlıqAmazon yağış meşələriEmin ƏmrullayevŞimali KoreyaİstanbulRabitəbankEkoloji problemlərRiyaziyyatTəvəssül duasıİranBabəkTəşbehGöyərçinƏli QurbanovXBT-10 sinfinin siyahısıTabesiz mürəkkəb cümlələrİsgəndər HəmidovSözün həqiqi mənasıHeydər Əliyevin 100 illiyi (1923–2023) yubiley medalı ilə təltif edilənlərin siyahısıHekayəİmperial Trans-Antarktika ekspedisiyasıAzərbaycan Beynəlxalq BankıƏbüləsvar ŞavurFatiməAlov qüllələriCo BaydenGəncə qalasıAzərbaycan muzeylərinin siyahısıBibiheybət məscidiKubÇinPolad HəşimovI OsmanMart soyqırımıArif PaşayevSoyqırımAyAzərbaycan Sovet Sosialist RespublikasıQafqaz AlbaniyasıTuareqlərƏhalisinə görə ölkələrin siyahısıAzərbaycan himniMüstəqil Dövlətlər BirliyiQara YusifQuran surələrinin siyahısıOperativ yaddaş qurğusuAyaz MütəllibovMəhəmmədhüseyn ŞəhriyarSultan Süleyman QanuniMolla Nəsrəddin (jurnal)AlmaniyaPerimetrCazibə qüvvəsiİlk tibbi yardımQarabağ FKCəbrayıl rayonuAğdamİosif Stalin🡆 More