Polşa

Polşa (pol.

Polska; Polyakca tələffüz: [ˈpɔlska]  (Polşa dinlə)), tarixi mənbələrdə Lehistan və ya rəsmi adı ilə Polşa Respublikası (pol. Rzeczpospolita Polska; Polyakca tələffüz: [ʐɛtspɔˈspɔlita ˈpɔlska]  (Polşa dinlə)) — Mərkəzi Avropada dövlət. 312,696 kvadrat kilometr ərazini əhatə edən ölkə 16 inzibati bölgəyə bölünür və əsasən mülayim mövsümi iqlimə malikdir. Təxminən 38.5 milyon nəfər əhalisi olan Polşa, Avropa İttifaqının əhalisinə görə ən sıx 5-ci ölkəsidir. Polşanın paytaxtı və ən böyük şəhəri Varşavadır. Digər böyük şəhərlərə Krakov, Vrotslav, Poznan, Qdansk və Qdnya, Lodz, Şetsin aiddir.

Polşa
Rzeczpospolita Polska (pol. )
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
Move your imagination
Himn: 
"Mazurek Dąbrowskiego"
(azərb. "Polşa hələ itkin deyil"‎)
Polşa
Tarixi
 • Polşanın xristianlaşması 14 aprel 966
 • Polşa Krallığı 18 aprel 1025
 • Reç Pospolita 1 iyul 1569
 • Polşa Çarlığı 9 iyun 1985
 • İkinci Respublika 11 noyabr 1918
 • Polşa Xalq Respublikası 19 fevral 1947
 • Üçüncü Respublika 13 sentyabr 1989
Rəsmi dilləri
Paytaxt Warszawa
İdarəetmə forması Unitar yarı prezident respublikası
Prezident Andjey Duda
Vitse-prezident Mateuş Moraveçkiy
Sahəsi Dünyada 69-cu
 • Ümumi 312,696 km2 km²
 • Su sahəsi (%) 1.48 (2015)
 • Əhali (38-ci)
 • Siyahıyaalma (2022) 38,036,118 nəf.
 • Sıxlıq 122 nəf./km² (98-ci)
ÜDM (AQP)
 • Ümumi $1.705 trilyon dollar (21-ci)
 • Adambaşına $45,343 dollar (41-ci)
ÜDM (nominal)
 • Ümumi (2023) $748.8 milyard dollar (22-ci)
 • Adambaşına $19,912 dollar (50-ci)
İİİ (2021) 0.876 (artış; 34-cü)
Demonim Polyak • polyan • polşalı
Valyuta Polşa zlotı
İnternet domeni .pl
ISO kodu PL
BOK kodu POL
Telefon kodu +48
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Polşa şimalda Baltik dənizi, LitvaRusiyanın Kalininqrad vilayəti, şərqdə BelarusiyaUkrayna, cənubda SlovakiyaÇexiya, qərbdən isə Almaniya ilə həmsərhəddir.

Polşa torpaqlarında ilk insanların məskən salınmasının tarixi olduqca qədimdir. Antik dövrlərdə Mərkəzi Avropa düzənliyi bir çox mədəniyyət və xalqların məskunlaşma mərkəzi olmuşdur. Ancaq Polşaya öz adını verən qərbi polyanlar bu bölgəyə hakim olmuşdur. Polşa dövlətinin qurulmasının əsası 966-cı ildə xristian dininin qəbul edilməsi və yayılması ilə qoyulmuşdur. 1025-ci ildə Polşa Krallığı qurulmuş, 1569-cu ildə Lublin uniyası imzalanaraq Litva ilə uzun müddət davam edən siyasi birlik daha da möhkəmləndirilmişdir. Bu birlik, 3 may 1791-ci ildə Avropanın ilk yazılı milli konstitusiyası, liberal siyasi sistemi, böyük ərazi və əhalisinə malik olan Reç Pospolitanın yaranması ilə nəticələnmişdir.

Qızıl dövrünü keçirdikdən sonra Polşa, XVIII əsrin sonlarında qonşu dövlətlər tərəfindən işğal olunmuş, lakin 1918-ci ildə Versal müqaviləsi ilə yenidən müstəqilliyinə qovuşmuşdur. Bir sıra ərazi münaqişələrindən sonra yeni çoxmillətli Polşa, Avropa siyasətində əsas oyunçu mövqeyini bərpa edə bilmişdir. Lakin, bu mövqe davamlı ola bilməmiş, 1939-cu ilin sentyabrında II Dünya Müharibəsinin Almaniyanın Polşanı işğal etməsi ilə başlamış, ardınca Sovet İttifaqının Molotov-Ribbentrop paktı ilə Polşanı yenidən ələ keçirilməsi ilə müşahidə olunmuşdur. Təxminən altı milyon Polşa vətəndaşı, o cümlədən ölkənin üç milyon yəhudi vətəndaşı müharibə zamanı həlak olmuşdur. Şərq blokunun üzvü olan Polşa Xalq Respublikası soyuq müharibə gərginliyi dövründə Varşava müqaviləsinin imzalanmasını elan etmişdir. 1989-cu il hadisələrindən sonra, xüsusilə Solidarnost Həmrəklik İttifaqının yaranması və töhfələri sayəsində ölkədə fəaliyyət göstərən kommunist hökumət dağıdıldı və Polşa unitar yarı prezidentli bir respublika olaraq yenidən quruldu.

Polşa inkişaf etmiş bir iqtisadiyyata sahibdir. Şərqi-Mərkəzi Avropa regionunda ən böyük birjaya sahib olan Polşa, Mərkəzi Avropada regional güclərdən biridir. Polşa, ÜDM-ə görə Avropa İttifaqında 6-cı, bütün Avropada isə 10-cu yerdədir. Dünyanın ən dinamik iqtisadiyyatlarından birinə malik olan bu ölkədə İnsan İnkişafı İndeksində çox yüksək irəliləmələr müşahidə olunur. Polşa yüksək səviyyəli yaşayış səviyyəsi, həyat keyfiyyəti, təhlükəsizlik, təhsil və iqtisadi azadlıqlarla yanaşı yüksək gəlirli iqtisadiyyatı da qoruyan inkişaf etmiş bir ölkədir. Dövlət təkmilləşdirilmiş və tam pulsuz məktəb və universitet təhsili, sosial təminat və səhiyyə sistemi də təmin edir. Ölkədə UNESCO-nun Ümumdünya İrsi siyahısında yer alan 16 tarixi abidə var.

Polşa, Şengen zonası, Birləşmiş Millətlər Təşkilatı, NATO, İƏİT, Üç Dəniz İttifaqı və Vişeqrad İttifaqının daimi üzvü G-20 təşkilatının isə qonaq üzvüdür.

Tarix

Eramızdan əvvəlki dövr

Eramızın əvvəllərində Polşa ərazisində german tayfaları olan skirlər və lugilərin məskunlaşması faktı məlumdur. Sonra onları velbar mədəniyyətinə aid qotlar əvəz etmişdir. I minilliyin ortalarında Polşanın cənubu alanlar və türk tayfa birliklərinin nəzarətində idi. Baltik velbari mədəniyyəti Krım qotları ilə sübut olunmamış şəkildə əlaqələndirilir. 1-ci minilliyin sonunda qərb polyanları (onlardan ölkənin adı götürülüb), lendzyanlar, kuyavyanlar, pomorlar, mazovlar, vislilər kimi tayfalar Polşa ərazisində məlumdur. Tədricən iri tayfa knyazlıqları əsasında protodövlət birlikləri yaranır; bu knyazlıqlardan ən əsasları indiki Kiçik Polşada (Krakov vilayəti) vislyanların knyazlığı və Böyük Polşada (Poznan bölgəsi) polyanların knyazlığı idi.

Pyast xanədanlığı

877-ci ildə Kiçik Polşanın Böyük Moraviya tərəfindən fəth edilməsindən sonra Böyük Polşa paytaxtı Qnezno şəhəri olan polyak dövlətinin formalaşmasının mərkəzi kimi qalırdı. Polşanın ilk tanınmış hökmdarı Pyastovlar ailəsindən olan Böyük Polşa şahzadəsi I Meşko idi (960-992). 966-cı ildə o, qərb xristianlığını qəbul etdi. Oğlu Cəsur Boleslavın dövründə Polşa knyazlığı öz qüdrətinin zirvəsinə çatdı.999-cu ildə Boleslav Krakovla birlikdə Kiçik Polşanı da fəth edir; 1003-1004-cü illərdə Müqəddəs Roma İmperiyası ilə uzun müharibədən sonra Lujitsa və Milskonu öz dövlətinə birləşdirərək çex şahzadəsi olur. Boleslav Kiyev şahzadəsi Svyatopolkla qohum olur və onu qardaşı Yaroslav Mudrıya qarşı dəstəkləyərək 1018-ci ildə Kiyevi işğal edir, 1025-ci ildə kral titulu alır.

Yaqellon xanədanlığı

Reç Pospolita və dağılması

Üsyanlar dövrü

İkinci Polşa Respublikası

İkinci Dünya Müharibəsi

Müharibə sonrası kommunizm

Müasir dövr

Coğrafiya

    Polşa  Əsas məqalə: Polşa coğrafiyası

Polşanın ərazisi 49 ° ilə 55° şimal uzunluğu arasında, 14° ilə 25° qərb enliyi arasında yerləşir. Şimal-qərbdə Pomeraniya körfəzindən Qdansk körfəzinə qədər uzanan Baltik dənizinə sahili var. Bu sahil bir neçə dil və sahil gölləri ilə əhatə olunmuşdur. Düz sahil xətti boyunca Şetsin, Puk və Pistula çimərlikləri ziyarətçilərə daim açıqdır.

Ölkənin şimalının mərkəzi hissələri Şimali Avropa düzənliyində yerləşir. Bu ovalıqların üstünə pleistosene buz dövrü zamanı yaranan moren təpələri və göllərinə rast gəlmək mümkündür.

Geoloji quruluş

Su sahələri

Polşanın ən uzun çayı Visla-dır. Uzunluğu 1047 kilometrdir (651 mildir). Qədimdən Polşanın çayları yol göstərmək üçün istifadə olunurdu. Vikinqlər Oder çayı ilə üzərək qonşu ölkələrə səyahət edirmişlər.

Polşanın göllərinin demək olar ki hamısının ərazisi 1 hektardan çoxdur.

Sahillərində məskunlaşan ilk göllər arasında Böyük Polşa Gölü də vardır. Həmçinin bu göl üzərində m.ö 7-ci əsrdə əhalisi min nəfərdən çox olan stilt evləri var idi.

Torpaq istifadəsi

Biomüxtəliflilik

İqlim

İqlimi mülayim, dənizdən kontinental iqlimə keçən, mülayim (dağlarda soyuq) qış və isti (dağlarda sərin) yayla. İqlim kontinentallığı Belarusiya və Ukraynadan daha aşağıdır və bu, ilk növbədə qış aylarının yumşaq keçməsinə təsir göstərir. Orta temperatur yanvar ayında 1-dən −5 dərəcəyədək (dağlarda −8 dərəcəyədək), İyul ayında isə ortalama +17-dən +19 dərəcəyədək (dağlarda +10 dərəcəyədək); Düzənliklərdə yağıntının miqdarı 500–800 mm-dir. Dağlarda isə bu göstərici ildə 1000 mm-dən çoxdur.

Hökumət və siyasət

Qanunvericilik

Xarici siyasət

İnzibati bölgü

Ordu

Hüquq-mühafizə və təcili yardım xidmətləri

İqtisadiyyat

Qurumlar

Turizm

Enerji

Nəqliyyat

Elm və texnologiya

Rabitə

Əhali

2008-ci ildə Polşa əhalisi 38 116 000 nəfər idi. Beləliklə, Avropada əhali baxımından səkkizinci, Avropa İttifaqında isə altıncı ölkədir. Əhalinin orta sıxlığı km 122 nəfərdir.

Müasir Polşa dünyanın ən monomilli dövlətlərindən biridir. 2002-ci ildə əhalinin siyahıyaalınmasının məlumatına görə, Polşa əhalisinin 96,74% — i özünü etnik qütblərə aid edib. 97,8% siyahıyaalma zamanı bildiriblər ki, evlər polşa dilində danışırlar. Digər millətlərə ölkə əhalisinin 1,23% — i, onlardan ən böyük etnik qruplar-silezlilər (0,45 %), almanlar (0,4 %), belaruslar (0,1 %), ukraynalılar (0,1 %), qaraçılar, yəhudilər, Polşa-Litva tatarları daxil idi. Əhalinin 2% — dən çoxu vətəndaşlıq sualına cavab verməkdən imtina etdi.

Polşalılar slavyan irqindəndir. Əhalinin ən köhnə qaynağını 10-cu əsrdə "Polane" adı verilən slavyan qəbilələri meydana gətirir. Təxminən olaraq 37.875.000 əhaliyə sahib bir ölkədir. Əhalinin 98% ini Polşalılar meydana gətirər. Geri qalan kiçik bir hissəsini isə Almanlar, Ukraynalılar və Belaruslar təşkil edir. Polşalıların 65%-ə yaxını gənc olub, 15 ilə 60 yaş qrupu arasındadır. Əhali sıxlığı 121/km² olub, illik əhali artımı 0,1%-dir.

Bu günki Polşa dili, slavyan qəbilələrindən birini təşkil etmiş Polanelerin dilindən qaynaqlanmaqdadır. Buna müqabil, Pomeraniyanın şərqində və Polşa Karpatlarının bəzi bölgələrində digər slavyan qəbilələrinin bir miqdar fərqli istiqamətləri olan ləhcələri də danışılmaqdadır. Polşa xalqının böyük bir hissəsi katolikdir. Katolik xristianların lideri olmuş Papa II İoann Pavel Polşalıdır.

Polşada təhsil və təhsil imkanları olduqca genişdir. Xalqın oxuma yazma nisbəti 98%-dir. Əvvəllər katolik inancına görə hazırlanmış təhsil tədris planı, kommunistlərin iş başına gəlməsiylə daha pis bir vəziyyətə salındı. Dərslər tamamilə dindən uzaqlaşdırılmış və kommunist ideologiyasıyla şagirdlərin beyinləri zəhərlənməyə çalışılmışdır. Marksist-Leninist fəlsəfə içində boğulmuş düşüncə və prinsiplər, hər səviyyədə məcburi öyrədilməkdə idi. 1986-cı ildən sonra bu məcbur etmə yavaş-yavaş yumuşalmışdir. Mövcud universitetlər içində Krakovda Jagerellonion Universiteti, Lyublin Katolik Universiteti və Varşava Universiteti ən əhəmiyyətliləridir. Polşanın Əsas şəhəri Varşavadır. Digər əhəmiyyətli şəhərləri isə; Lodz, Krakov və Qdanskdır.

Dil

Din

Səhiyyə

Təhsil

Mədəniyyət

Bayram və adət-ənənələr

    Polşa  Əsas məqalə: Polşada milad bayramı
Milad bayramında qəbiristanlıqda ölülərin şərəfində yandırılan şamlar
Milad bayramında ənənəvi şam yeməyi

Hökumət tərəfindən təsdiqlənən illik 13 dövlət bayramı – 1 yanvar Yeni il, 6 yanvar Epifani, Pasxa, 1 may əmək günü, 3 may Konstitusiya Günü, 15 avqust Silahlı Qüvvələr Günü, 1 noyabr Müqəddəslər Günü, 11 noyabr Müstəqillik Günü və 25–26 dekabr isə milad bayramı vardır.

Polşada müşahidə olunan xüsusi ənənə və batil adətlərə Avropanın digər ölkələrindəki rast gəlmək mümkün deyil. Milad gecəsi, adətən, bütün ilin ən yaddaqalan günü olur. Əhalinin əksəriyyəti, həm xristianlar, həm də dinsizlər bu bayramı böyük təntənə ilə keçirir. Milad bayramını ailə ilə qeyd etmək adətdir. Dekabrın 24-dən 25-nə keçən gecə kilsələrdə milad yığıncaqları keçirilir. Dekabrın 24-də milad ağacları bəzədilir, mətbəxdən yaşıl güllər asılır, milad şirniyyatları toplanmış qonaqlar arasında bölüşdürülür və səmada ilk ulduz göründükdə şam yeməyinə başlanılır. Əlavə boşqab və oturacaq gözlənilməz qonaq üçün masada simvolik olaraq qalır. Bununla yanaşı, dekabr ayı boyunca Polşanın bütün şəhərlərində bayram yarmarkaları təşkil olunur.

Pasxa bayramından 52 gün əvvəl ponçik və bir çox ənənəvi şirniyyatlar ilə yağlı cümə axşamı qeyd olunur. Pasxa bayramının əsası ailəvi səhər yeməyi ilə başlayır. Səhər yeməyi süfrəsində adətən pasxa yumurtaları, yaz çiçəkləri, tort, kolbasa, sosiska, qaynadılmış yumurta yer alır. Müqəddəs bazar günü üçün yumurtalar boyanır və kilsələrdə ruhanilər tərəfindən hazırlanmış xüsusi səbətlərə qoyulur. Bayramın səhərsi günü gənclər tərəfindən həyata keçirilən su döyüşləri ilə müşahidə olunur. Həmçinin bu günü bəzi qızlar məhsuldarlığın simvolu olan söyüd ağacının ətrafında fotosessiya edirlər. Pasxa, Polşa təqvimində ən vacib bayramlardan biridir və bəzi ruhanilər üçün Miladdan daha vacibdir.

Bütün dini bayramlarda qəbiristanlıqlar və məzarlar, ölənlərin yaxınları tərəfindən ziyarət olunur, hörmət əlaməti olaraq məzar daşları təmizlənir və misli görünməmiş miqyasda ölülərin şərəfinə şamlar yandırılır, yad edilir.

Musiqi

İncəsənət

Memarlıq

Ədəbiyyat

Mətbəx

Moda və dizayn

Kinematoqrafiya

Mediya

İdman

Voleybol və futbol ölkənin ən populyar idman növlərindən biridir. Yüngül atletika, basketbol, həndbol, boks, MMA, spidvey, xizəksürmə, buzüstü hokkey, tennis, qılıncoynatma, üzgüçülük və ağır atletika digər populyar idman növləridir. Görkəmli polyak idmançılar arasında Zbiqniev Bonek, İrena Şevinskaya, Aqnyeşka Radvanska, Yustina Kovalçik, Robert Levandovski, Kamil Stox və Anita Vlodarçik yer alır.

Polşa futbolunun qızıl dövrü 1970—1980-ci illəri əhatə etmişdir. Polşa milli futbol komandası FİFA Dünya Kubokunda 1974 və 1982-ci illərdə 3-cü yeri tutaraq ən yaxşı nəticələrini əldə etmişdir. Komanda 1972 Yay Olimpiya Oyunlarında futbol idman növü üzrə 1 qızıl və 2 gümüş medal qazanmışdır. Polşa, Ukrayna ilə birlikdə 2012-ci ildə UEFA Avropa Liqasına ev sahibliyi etmişdir.

2019-cu ilə qədər Polşa kişi voleybol komandası dünya üzrə 3-cü sırada yer almışdır. Voleybol komandası 1976-cı il Yay Olimpiya Oyunlarında bir qızıl medal, 1974, 2014 və 2018-ci illərdə isə FIVB Dünya Çempionatında üç qızıl medal qazanmışdır.

Qalereya

İstinadlar

Tags:

Polşa TarixPolşa CoğrafiyaPolşa Hökumət və siyasətPolşa İqtisadiyyatPolşa ƏhaliPolşa MədəniyyətPolşa QalereyaPolşa İstinadlarPolşaAvropa İttifaqı ölkələrinin siyahısıKrakovLodzMülayim enliklərin musson iqlimiMərkəzi AvropaPl-Polska.oggPl-Rzeczpospolita Polska.oggPolyak diliPoznanQdanskQdnyaVarşavaVrotslavŞetsin

🔥 Trending searches on Wiki Azərbaycanca:

BucaqƏliağa ŞıxlinskiƏqrəb (astrologiya)YəhudilərOksigenMehranilərTəzyiqAzərbaycan gerbiAnklavƏləsgər Ələkbərov (aktyor)Qədim YunanıstanKüləkBiləsuvar rayonuHacı RamilDünyanın yeddi möcüzəsiMürəkkəb sözlərD vitaminiSkelet (insan)Limfa düyünləriNyuton qanunlarıAzərbaycan Dövlət Gənc Tamaşaçılar TeatrıElçin Quliyev (general-polkovnik)Funksiya (riyaziyyat)Sübh namazıNiyaməddin MusayevBəylər EyyubovOsmanlı imperiyasıDuyğu orqanlarıAzərbaycan müğənnilərinin siyahısıAzərbaycan adalarının siyahısıAzərbaycan faunasıTamamlıqI İsmayılHamiləlikYol nişanlarıSakit okeanMuğamGəncə qapılarıAğdam Çörək MuzeyiVilayət EyvazovLotu HikmətSuZərdüştilikAğaməhəmməd şah QacarAğdam Çay EviLionel MessiƏmək və Əhalinin Sosial Müdafiəsi NazirliyiOvçuluqHikmət MirzəyevZəlzələİnsanAlbaniyaİtaliyaMücərrəd mənalı sözlərKitabi-Dədə QorqudMədə xərçəngiQitəMadyanXəzər dənizi adalarının siyahısıBitkiQabarıq çoxbucaqlıAbbasqulu ağa BakıxanovYeni Azərbaycan Partiyasıİnsan penisinin uzunluğuAzərbaycan Xalq CümhuriyyətiGinnesin Rekordlar KitabıGoogle dorkinqAnarİngiltərə tarixiQanqalTolerantlıqCənubi KoreyaRövşən LənkəranskiTünzalə Ağayeva🡆 More