Epitet

Epitet (yun.

Epitet bədii ədəbiyyatda

Epitet termini Azərbaycan dilinə bədii təyin kimi də tərcümə olunur və işlədilir. Epitet qabartma ilə bənzətmənin qarışığıdır. Epitet şeir dilində işlənən söz birləşmələrinin tərkibində olur, təyin etdiyi sözün ifadə etmək istədiyi əlamət və xüsusiyyətlərini, çalarlarını bildirir. Məsələn, ay üzlü söz birləşməsində ay sözü epitetdir, gözəl insanın üzünü aya bənzədir. Epitet həmişə digər ad sözə aiddir və onu konkretləşdirir və bu yolla dünyanın və insanın obrazını, ədəbi mənzərəsini yaratmağa xidmət edir. Əgər ay üzlü ifadəsi kifayət etmədikdə təhkiyəçi epitetə ikinci, üçüncü və s. epitet qoşur: ay üzü alma. Burada alma epiteti işıqlı üzdə qızartı əlamətləri olduğunu bildirir.Epitetləri ən çox izah etdiyi sözləri özünün hansı çalarları ilə aydınlaşdırmasına görə təsnif edirlər. Sözün işarə təbiəti onun digər sözləri aydınlaşdırma rolunda unikal xüsusiyyətlərini üzə çıxarır. Yəni söz epitet kimi digər sözlə yanaşı qoyularkən bu rolda onun ancaq müstəqil mənası yox, məcazi, bənzədici, assosiativ və təqribi mənalarından da istifadə olunur.

Tədqiqatı

XIX əsrdə mifoloji məktəbin nümayəndələri epitet terminini müasir strukturalizmdəki "söz" termininin qarşılığı kimi alaraq onu geniş anlayır və tədqiq edirlər. Epitetə həsr olunan bu tədqiqatlar əslində sözün işarəvi və obraz təbiətinin tədqiqi idi və sonralar XX əsr strukturalistləri və F.Sösür də sözün işarəvi təbiətini araşdırmaq üçün bu tədqiqatlardan istifadə etmişlər. Epitet sözün geniş elmi mənasında ədəbi söz, dünyanı işarə edən, təsvir edən, bildirən söz deməkdir. Belə sözlər dilçilikdə də digər söz qruplarından fərqlənir. Ona görə də epitetin ən ümumi əlaməti onun obraz yaradan söz olmasıdır, sözün obrazlılıq xassəsini daşıyan kəlmələr olmasıdır. Bu mənada, digər sözə qoşulan epitet həmişə yeni obraz yaradır və söz birləşməsi rolunda, cümlə kimi, nitqin müstəqil parçası kimi çıxış edə bilir.

Ədəbiyyat

  • "Ədəbiyyat", Bakı, "Abituriyent", 2012. səh.641

Xarici keçidlər

Tags:

Epitet bədii ədəbiyyatdaEpitet TədqiqatıEpitet ƏdəbiyyatEpitet Xarici keçidlərEpitetYunan dili

🔥 Trending searches on Wiki Azərbaycanca:

Göygöl (göl)RombABŞ-nin ştatlarıÜrək (insan)Azərbaycan Dövlət Pedaqoji UniversitetiMonqol imperiyasıNəsirəddin TusiƏdədi silsiləQacar dövlətiİspaniyaAvropaÇəmbərəkənd parkıUşaq hüquqlarıArı (jurnal)Təbii zonalarRamil UsubovNatiq Qasımov (əsgər)Təbiətin qorunmasıŞiəlikFeilQaraciyərPinqvinlərİslamKompüter şəbəkəsiMasonluqCəmşid Naxçıvanski adına hərbi liseyOral seksAlov qüllələriKosmosİrəvan xanlığıƏli MirəliyevOrqanizmMüsavat PartiyasıKöməkçi nitq hissələriÖvrə xəstəliyiŞüşəDəstəmazAzərbaycanlılarŞuşa rayonuJerminalNaftalan neftiKonusEhtimal nəzəriyyəsiUzun HəsənMenstruasiyaQızılİnformasiya prosesləriMəleykə ƏsədovaAzərbaycan şirkətlərinin siyahısıMüslüm Maqomayev (bəstəkar)Formula 1Goranboy rayonuƏmək və Əhalinin Sosial Müdafiəsi NazirliyiMübariz İbrahimovRusiya imperiyasıMasturbasiyaPolşaCavad xanSiçan (kompüter)Kitabi-Dədə QorqudPaleolitGələrsən-Görərsən qalasıSüni intellektBağlayıcıAzərbaycan bayrağıBaykal–Amur magistralıSıxlıqSalamAzərbaycan musiqi alətləriTerminologiyaİnsan hüquqlarıÜzeyir HacıbəyovVitaminlərSovet Sosialist Respublikaları İttifaqıKəlbəcər rayonuGədəbəy rayonuSözün həqiqi mənası🡆 More