Android

Android ― smartfonlar, planşetlər, kompüterlər, Elektron kitablar, Televizorlar, Google Glass və digər cihazlar üçün nəzərdə tutulmuş, Linux nüvəli açıq qaynaq kodlu əməliyyat sistemidir.Gələcəkdə avtomobillərin də dəstəklənməsi planlaşdırılır.Əvvəcə Android İnc.

Şirkəti tərəfindən inkişaf etdirilib,daha sonralar Google tərəfindən alınmışdır. Google-un bu təşəbbüsü Open Handset Alliance-nın yaranmasına səbəb olmuşdur, hansı ki hal-hazırda platformanın sonrakı inkişafıyla məşğuldur.

Android
Android
Android"Android 9 Pie"nun ev göstəricisi
Yaradıcı Google,
Open Handset Alliance
İstehsalçı Open Handset Alliance, Google
Yazılma dili Java(İstifadəçi İnterfeysi),C(nüvə),C++ və digərləri
ƏS ailəsi Unix bənzəri(Modifikasiya edilmiş Linux nüvəsi
Buraxılış tarixi 23 sentyabr 2008-ci il
Son versiya Android 13 / Avqust, 2022 —
Paketlər menecerləri Google Play, Android Application Package
Dəstəklənən dillər yapon dili, rus dili, çoxdilli[d], ingilis dili, Çin dili, Yue Çin dili, italyan dili, katalan dili, ispan dili
Dəstəklənən platformalar 32 bit və 64 bit: ARM, MIPS, x86
Nüvə tipi Linux nüvəsində modifikasiya olunmuş, Monolit nüvə
Lisenziya GPLv2 — kernel
ASLv2 — user-space
Vəziyyəti Aktiv
Veb-saytı www.android.com openhandsetalliance.com code.google.com/android/
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Android, cihazların funksionallığını artıran proqramlar yazan böyük bir mühəndis(developer) qrupuna sahibdir.Android üçün hal-hazırda 1 milyondan çox proqram vardır.Android əməliyyat sitemi ilə işləyən proqramlar müxtəlif saytlardan yüklənə bilməsiylə yanaşı, Google tərəfindən qurulan Google Play mağazasından da də yüklənə bilir. 2014-cü ilin ikinci yarısında satılan smartfonların 86%-i android əməliyyat sistemi ilə təchiz olunmuşdur.2014-cil boyunca 1 milyarddan çox android cihaz satılmışdır.

Tarixi

2005-ci ilin iyulunda Google korporasiyası Android Inc şirkətini aldı. 5 noyabr 2007-ci il şirkət rəsmən Open Handset Alliance (OHA) yaradılmasını və Android açıq mobil platformasını elan etdi. 12 noyabr 2007-ci ildə isə İttifaq paketin birinci versiyası olan Android "Early Look" SDK və Android emulyatorunu təqdim etdi.

23 sentyabr 2008-ci il rəsmən əməliyyat sisteminin birinci versiyası və həmçinin ilk tam mühəndis paketi SDK 1.0 çıxdı. Platformanın birinci versiyasının çıxış anından etibarən sistemin bir neçə yeniləməsi oldu. Bu yeniləmələr, bir qayda olaraq, aşkar edilmiş səhvlərin düzəldilməsi və sistemə yeni funksionallığın əlavə edilməsi ilə əlaqədar idi.

2009-cu ildə platforma üçün 4 tam yeniləmə(update) təqdim olundu. Nəhayət fevral ayında müxtəlif səhvlərin aradan qaldırılması üçün 1.1 versiya versiya çıxdı. Aprel və sentyabr aylarında isə daha iki yeniləmə 1.5 "Cupcake"və 1.6 "Donut" təqdim edildi. "Cupcake" yeniləməsi əhəmiyyətli dəyişiklikləri əlavə etdi. Bunlar – virtual klaviatura, videoların oynadılması və qeydə alınması, brauzer və s. idi. "Donut"da isə ilk dəfə olaraq müxtəlif ölçülü və müxtəlif sıxlııqlı ekranların və CDMA şəbəkələrinin dəstəklənməsi mümkün oldu.Həmin ilin oktyabr ayında Android 2.0 "Eclair" versiyası təqdim olundu.Bu versiya bir neçə Google hesabının dəstəklənməsi, HTML5 brauzerin dəstəklənməsi və həmçinin bir neçə yenilənmədən sonra canlı divar kağızlarının istifadəsi ilə əlamətdar oldu.

2010-cu ilin ortalarında Google, Android 2.2 versiyasını "Froyo", 2010-cu ilin sonlarında Android 2.3 versiyasını "Gingerbread" adları altında təqdim etdi. "Froyo" yeniləməsindən sonra smartfonu giriş nöqtəsi(acces point) kimi istifadə etmək,ekran kilidinin şifrəsini həm rəqəm həm də hərf-rəqəm kombinasiyaları ilə şifrələmək mümkün oldu. "Gingerbread" yeniləməsi isə kopyalama və yapışdırma funksiyası üzərində tam nəzarət, cihazda bir-neçə kameranın dəstəklənməsi və s. digər yenilikləri özü ilə gətirdi.

22 fevral 2011-ci ildə Planşetlər üçün uyğunlaşdırılmış Android 3.0 "Honeycomb" rəsmən təqdim edildi.

Android 4.0 "Ice Cream Sandwich" 19 oktyabr 2011ci ildə çıxan ilk universal platforma idi hansı ki həm planşetlər üçün həm də smartfonlar üçün nəzərdə tutulmuşdu.Həmçinin bu versiya özü ilə yeni "Holo" interfeysini gətirmişdi .

2012-ci il iyun ayında yeni versiya olan Android 4.1 "Jelly Bean" təqdim olundu. Bu versiyaya həmin ilin oktyabr ayında 4.2 və 2013-cü ilin iyul ayında 4.3 yeniləmələri gəldi.

31 oktyabr 2013-cü ildə Google, əməliyyat sisteminin növbəti versiyası olan Android 4.4 təqdim etdi hansı ki,adını Nestle kompaniyası ilə olan müqailəyə əsasən "KitKat" şokoladından götürmüşdü.İlk olaraq Kitkat Nexus 5 cihazlarında görülmüşdür.

Android 
Android L Developer Preview

25 iyun 2014-cü ildə Google Android Lollipop-u mühəndislər üçün elan etdi.

2014-cü ildə geyiləbilən cihazlar üçün Android Wear əməliyyat sistemi təqdim olunmuşdur.Həmçinin maşınlar üçün Android Auto və televizorlar üçün Android TV təqdim olunmuşdur.Bununla da Android yalnız mobil cihazlar üçün əməliyyat sistemi olmadığını sübut etmişdir.

15 oktyabr 2014-cü ildə rəsmi şəkildə Android 5.0 Lollipop versiyası təqdim olundu.Sistemin əsas yeniliyi yeni Material Design inerfeysi oldu.

5 oktyabr 2015-ci ildə rəsmi olaraq Android 6.0 Marshmallow versiyası təqdim olundu. 2016-ci ilin Avqust ayında — Android 7.0 Nauqat (Nougat), 4 Oktyabr 2016-da isə Android Nauqatın 7.1 versiyası istifadəçilərə təqdim olundu.

21 Avqust 2017-ci ildə rəsmi olaraq Android 8.0 Oreo, 5 Dekabr 2017-də isə Androidin Oreo 8.1 sürümü istifadəçilərə sunuldu.

Android 

Tətbiqi

Android 
HTC Dream (T-Mobile G1) – Android ƏS ilə işləyən ilk smartfon
Android 
Android 1.5-in emulyatorda ekran görüntüsü

Androidlə işləyən ilk qurğu 23 sentyabr 2008-ci ildə nümayiş olunmuş HTC Dream smartfonu olmuşdur.Tezliklə digər smartfon istehsalçıları da Android siteminə keçəcəklərini bəyan etdi.Androidin 3-cü versiyası olan planşetlər üçün uyğunlaşdırılmış "Honeycomb"un çıxışından sonra Android sisteminə keçən smartfon istehsalçılarının sayı daha da artdı. Bundan başqa mobil sənayenin müxtəlif nəhəngləri ilə əməkdaşlıq edən Google şirkəti öz "Google Nexus" seriyasında şəxsi qurğularını istehsal edir.Məhz bu qurğular Android üçün olan yeniləmələri birinci alır.Google Nexus seriyasında nəinki yalnız smartfon və planşetlər həmçinin Android sistemi ilə işləyən Nexus Q mediaplayer də var. Smartfonlar və planşetlərdən başqa android əməliyyat sistemi digər qurğularda da istifadə olunnur.2011ci ilin iyun ayında italyan şirkəti Blue Sky android əməliyyat sistemi ilə işləyən intelektual qol saatı I’m Watch-ı təqdim etdi. 2012ci ilin avqustunda Nikon şirkəti dünyada ilk olaraq Android sistemi ilə işləyən fotoaparatını təqdim etdi.

Bundan başqa Android həvəskarları digər məşhur qurğulara da Android sistemini tətbiq etməyi (port etmək) başarmışlar. Məsələn, Windows Mobile platformasında olan HTC Touch Dual və HTC TyTN II smartfonları emulyator rejimində Android əməliyyat sistemində işləyə bilir. Həmçinin Maemo platformasıyla işləyən Nokia N810 planşeti, Nokia N900, Meego platformasında işləyən Nokia N9Windows Mobile platformasında işləyən HTC HD2 smartfonlarına tamamilə android əməliyyat sitemi tətbiq olunmuşdur. Androidi bu qurğularda həm microSD kartdan, həm də daxili NAND yaddaşdan çalışdırmaq olar. Bu cür Android digər androidlərdən heç bir cəhətinə görə fərqlənmr. Bundan basqa iphone, İpod touch ,İpad kimi apple cihazlarına da android sisteminin təbiqi təcrübəsi mövcuddur.

2012-ci ilin oktyabrında Google-un icraçı direktoru Larri Peyc artıq 500 milyondan çox smartfonun Android sistemində aktivləşdirildiyini və həmçinin bu sayın hər gün 1.3 milyon daha artdığını bildirdi.

2013-cü il sentyabrın əvvlində isə artıq dünyada 1 milyarddan çox android cihazın aktivləşdirildiyi elan olundu.

Google Play Mağazası

22 oktyabr 2008ci ildə Google şirkəti Android ƏS üçün "Android Market" adlı onlayn mağazanın açılışını elan etdi. Razılaşmaya əsasən istehsalçılar gəlirin 70%ni mobil operatorlar isə 30%-ni alırlar. 2009-cu ilin fevralında ABŞ-dənBöyük Britaniyadan olan istehsalçilar üçün mağazaya ödənişli proqramların qoyulması aktiv oldu. İlk dəfə olaraq Sony Ericson şirkəti Android Market onlayn mağazasında kanal açaraq öz oyunlarını,proqramlarını nümayiş etdirmişdir. Yaradıldığı 2011 dekabr ayından etibarən Android Marketdən 10 milyarddan çox proqram yüklənilib. 2012-ci ilin mart ayında Google "Google Books", Android Market, Google Music və digər servislərin vahid bir servisdə – Google Playdə birləşdirdi. Google Play internet mağazası 190 ölkədə faliyyət göstərir və 700 mindən çox proqramdan ibarətdir.Yarandığı gündən bu günə kimi mağazadan 25 milyard yükləmə edilmişdir.

Modifikasiya və Root

Bəzi həvəskar cəmiyyətlər vardır ki bunlar Androidin modifikasıyası ilə məşğul olurlar.Bu modifikasiyalara CyanogenMod, MIUI, AOKP (Android Open Kang Project)və s-ni göstərmək olar. Modifikasiya Androidə yeni funksiyalar,seçimlər,tənzimləmələr əlavə etmək üçün edilir. Modifikasiya olunmuş Android yükləmək üçün smartfon Root (Superuser) səlahiyyətlərinə malik olmalıdır.Qeyd etmək lazımdır ki düzgün şəkildə yerinə yetirilməyən root əməliyyatı bir çox problemlərə, həmçinin qurğunun zəmanətinin itirilməsinə səbəb ola bilər.

Maraqlı Faktlar

  • Android əməliyyat sisteminin hər versiyasının kod adı, 1.5 versiyasından başlayaraq, hər hansı bir desertin adı ilə adlandırılmışdır.Hər bir adın ilk hərfi latın əlifbasının hərflərinə uyğun seçilmişdir: 1.5 Cupcake ("keks"), 1.6 Donut ("ponçik"), 2.0/2.1 Eclair ("Ekler pirojnası"), 2.2 Froyo ("dondurulmuş yoğurt"), 2.3 Gingerbread ("xəncəfilli peçenye"), 3.0 Honeycomb ("arı pətəyi"), 4.0 Ice Cream Sandwich , 4.1, 4.2, 4.3 Jelly Bean ("jele konfeti"), 4.4 KitKat (şokolad batonlarının eyni adlı markasının şərəfinə) və 5.0 Lollipop ("çubuqlu nabat").
  • Xüsusi olaraq Android platforması üçün Droid və Roboto şiriftləri yaradılmışdır.
  • Androidin rəsmi saytında hələ də cihazlar üçün minimal sistem tələbləri göstərilməmişdir.
  • 2011-ci ilin fevral ayının məlumatlarına görə Android ƏS ilə işləyən qurğular iPhone 4 -ü arxada qoyaraq Böyük Britaniyanın ən məşhur smartfonlarının siyahısında əminliklə liderlik etmişdir.
  • Android 2.3 və yuxarı versiyalarda Pasxa yumurtası gizlədilmişdir.Onu işə salmaq üçün "Settings"dən "About Phone"yə daxil olub " Android version" yazısının üzərinə 3 dəfə basmaq lazımdır.Hər bir versiyada qarşınıza ya xüsusi bir şəkil və ya animasiya çıxacaq.
  • Android 4.2 və daha yuxarı versiyalarda "Developer options" (mühəndis modu) söndürülmüşdür.Onu aktiv etmək üçün "Build number " yazısına 7 dəfə basmaq lazımdır.

İstinadlar

Tags:

Android TarixiAndroid TətbiqiAndroid Google Play MağazasıAndroid Modifikasiya və RootAndroid Maraqlı FaktlarAndroid İstinadlarAndroidAvtomobilElektron kitab (qurğu)GoogleKompüterLinux nüvəsiOpen Handset AlliancePlanşetSmartfonTelevizorƏməliyyat sistemi

🔥 Trending searches on Wiki Azərbaycanca:

Söz birləşməsiTəyyarəBəngü-BadəAvtomobilin tarixiƏbdürrəhim bəy HaqverdiyevVergiAzərbaycandakı çayların siyahısıƏhali sıxlığına görə ölkələrin siyahısıQədim MisirNyuton qanunlarıAzərbaycan göllərinin siyahısıYazXXXTentacionWhatsAppMəsdərADA UniversitetiBMWAğciyər xərçəngiİlyas ƏfəndiyevLayihəTaktikaMehriban ƏliyevaSitoplazmaPişikZəngəzurQərbi AzərbaycanQızdırmaTovuz rayonuİnformasiya təhlükəsizliyiMəmmədəli HüseynovAzərpoçtƏvəzlikAvropa ölkələrinin siyahısıİlk tibbi yardımSüjetAzərbaycanda repressiya qurbanlarının siyahısı (1937-1938)Köməkçi nitq hissələriPsoriazBeşinci nəsil qırıcı100 manatlıq əsginasQan qrupuAzərbaycan qoruqlarıRoza ZərgərliTəbii fəlakətSaitAzərbaycan Respublikası Dövlət Neft ŞirkətiRövşən CavadovBitkiMəhəmməd Əmin RəsulzadəVoleybolDilOxatan (astrologiya)Azərbaycan operasıBabəkZakir HəsənovƏnvər HəsənovHacı ŞahinXınalıqFutbolKimyəvi silahBərdə rayonuÇoxluqlarNaftalanOksigenQarabağ xalçalarıŞəki rayonuMasturbasiyaƏtraf mühitHacı NuranHindistanAmoksisillinMilli Dirçəliş GünüMingəçevirHəzi AslanovNatural ədədlərAtmilçək qaş səhləbiTəşbeh🡆 More