İngilis Dili: Hind-Avropa dillərinin german dillərinə aiddir

İngilis dili (ing.

Doğma dil kimi 373 milyon insan tərəfindən istifadə olunur. İkinci dil kimi 1.08 milyard insan danışır (2022).

İngilis dili
Orijinal adı English
Ölkələr
Danışanların ümumi sayı
  • 379.007.140 nəf. (2019)
  • 753.359.540 nəf. (2019)
Təsnifatı
Yazı latın əlifbası
Dil kodları
QOST 7.75–97 анг 045
ISO 639-1 en
ISO 639-2 eng
ISO 639-3 eng
Dilin strukturlarının dünya atlası eng
Ethnologue eng
Linguasphere 52-ABA
ABS ASCL 1201, 12
IETF en
Glottolog stan1293
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

BMT-nin altı rəsmi və işçi dilindən biridir. İngilislərin təbii dili, İngiltərənin, faktiki Böyük Britaniyanın, ABŞ (31 ştatının rəsmi dili), İrlandiyanın, KanadanınMaltanın iki rəsmi dilindən biri, Avstraliyanın, Yeni Zelandiyanın rəsmi dili. O, Asiya (məsələn Hindistan, Pakistan və s.) və Afrikanın bəzi dövrlərində rəsmi dil kimi istifadə edilib. Linqvistikada ingilis dilində danışanları аnqlofon adlanırlar, Kanadada bu termin siyasi mənada işlədilir.

Dildə qrammatik mənanı analitik formada ifadə etmək üstünlük təşkil edir. Dillərin analitik tipinə aiddir. Leksikanın 70% götürülmə sözlərdir. Əlifbası VII əsrdən latın qrafikası əsasındadır. Orta əsrlərin əvvələrində əlavə hərflər də istifadə edilirdi. Sonradan onlar sıradan çıxdılar. Orfoqrafiyada ənənəvi yazılış formasıdır.

Hazırda ingilis dili dünyada ən geniş yayılmış dillərdən biridir. İngilis dili dünyada diplomatiya, kommersiya, dənizçilik, elmi-texniki və kütləvi informasiya dili kimi məşhurdur. Zəmanəmizdə nəşr olunan ədəbiyyatın və kütləvi mətbuatın əksəriyyəti ingilis dilində dərc olunur. Bütün bu deyilənlərə görə ingilis dilinin öyrənilməsi hər kəs üçün həyati zərurət kimi qarşıda durur. İngilis dilinin fonetik quruluşu bir sıra inkişaf mərhələlərindən keçməklə özünəməxsus orijinal səs strukturu yarada bilmişdir.

Əlifba

İngilis əlifbasında 26 hərf, 44 səs var.

Hərf Hərfin adının tələffüzü (IPA) Hərfin adının tələffüzü (azərbaycanca)
Aa [eɪ] ey
Bb [biː] bi
Cc [siː] si
Dd [diː] di
Ee [iː] i
Ff [ɛf] ef
Gg [dʒiː] ci
Hh [eɪtʃ] eyç
Ii [aɪ] ay
Jj [dʒeɪ] cey
Kk [keɪ] key
Ll [ɛl] el
Mm [ɛm] em
Nn [ɛn] en
Oo [əʊ] ou
Pp [piː] pi
Qq [kjuː] kyu
Rr [ɑː] və ya [ɑɹ] ar
Ss [ɛs] es
Tt [tiː] ti
Uu [juː] yu
Vv [viː] vi
Ww [ˈdʌb(ə)l juː] dabl-yu
Xx [ɛks] eks
Yy [waɪ] uay (təxminən)
Zz [zɛd] və ya [ziː] zed (zee)

Sözlərin uzunluğu

İngilis dilinin xarakterik cəhətlərindən biri onun qısa sözlərdən ibarət olmasıdır. Uzun sözlər dildə olsa da, onlara az rast gəlinir. Qısa sözlər ingilis dilinə alman tayfalarının dilindən, uzun sözlər isə fransız dilindənlatın dilindən keçib. Qısa sözlər danışıqda və jarqonda, uzun sözlər isə elmdəpublisistikada işlədilir.

Dil tarixi

Kökləri, 5-ci əsrdə yaşayan alman tayfalarına qədər uzanan ingilis dili dinamik təkamül yaşayıb.

Eramızın 450-ci ildən 1150-ci ilinə qədər danışılan köhnə ingilis dili, dilin linqvistik bazasını təşkil etmişdir. Vikinq işğalları zamanı qədim skandinav dilinən təsirlənib, həmçinin 1066-cı ildə Normanların fəthi dilə fransız lüğətini aşılayıb və orta ingilis dilinin yaranmasına səbəb olub. 15-17-ci əsrlərdəki İntibah Dövrü və Böyük Saitlərin Dəyişməsi prosesi bir çox dəyişikliklər gətirib. Müasir ingilis dili isə 18-ci əsrdə yaranıb, Sənaye inqilabı və Britaniya İmperiyasının genişlənməsi amillərilə formalaşmışdır.

Bu gün ingilis dili regional nüansları əks etdirən variasiyaları ilə qlobal bir dildir. Köhnə ingilis dilinin müasir ingilis dilinə təkamülü, sosial və mədəni dəyişiklikləri özündə əks etdirir.

Dialektləri

İngilis dilinin çox sayda dialektləri vardır. Dialektlər İngiltərədə daha çoxdur. ABŞ-də dialektlər olsa da, ədəbi dil kimi orta-atlantik dialekt işlənir.

Dünyada yayılması

İngilis Dili: Əlifba, Dil tarixi [95], Dialektləri 
  İngilis dili və ya İngilis kreolu dili ana dili olduğu yerlər
  İngilis dili ana dili olmadığı halda ən çox danışılan ölkələr
Ölkə İngilis dili ana dili olanların sayı
İngilis Dili: Əlifba, Dil tarixi [95], Dialektləri  ABŞ 214.809.000
İngilis Dili: Əlifba, Dil tarixi [95], Dialektləri  Birləşmiş Krallıq 58.200.000
İngilis Dili: Əlifba, Dil tarixi [95], Dialektləri  Kanada 17.694.830
İngilis Dili: Əlifba, Dil tarixi [95], Dialektləri  Avstraliya 15.581.334
İngilis Dili: Əlifba, Dil tarixi [95], Dialektləri  İrlandiya 4.200.000+
İngilis Dili: Əlifba, Dil tarixi [95], Dialektləri  CAR 3.673.203
İngilis Dili: Əlifba, Dil tarixi [95], Dialektləri  Yeni Zelandiya 3.500.000+
İngilis Dili: Əlifba, Dil tarixi [95], Dialektləri  Sinqapur 665.087

İstinadlar

Tags:

İngilis Dili Əlifbaİngilis Dili Dil tarixi [95]İngilis Dili Dialektləriİngilis Dili Dünyada yayılmasıİngilis Dili İstinadlarİngilis DiliHind-Avropa dilləri

🔥 Trending searches on Wiki Azərbaycanca:

Qərbi Azərbaycan İcmasıİşsizlikDərinin xoşxassəli törəmələriEkshumasiyaAllahverdi BağırovMüstəqilliyin Bərpası Günü (Azərbaycan)Zeynəb XanlarovaAzərbaycan İkinci Dünya müharibəsindəNuri SərinləndiriciArPeyvəndİnsanİlk tibbi yardımƏskipara monastırıSüleyman RəhimovGöyçə gölüAzər-Türk BankİzotopDostluqUçan naməlum obyektKriştiano RonaldoYazƏkinçi (qəzet)CəbrAzərbaycandakı çayların siyahısıFaizRafael İsgəndərovYol nişanlarıBaşkənd (Gədəbəy)Molla NəsrəddinHəmcins üzvlərÇoxluqlarQızılgülBərabəryanlı trapesiyaSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət XidmətiLeyli və Məcnun (Füzuli)Dövlət quruluşu formalarıModal sözlərTwitterGülüstan müqaviləsiLimfa düyünləriHadi RəcəbliXocalı soyqırımı22 aprelŞizofreniyaNovruz bayramıAygün KazımovaNilDemoqrafiyaOkeanXBT-10 sinfinin siyahısıKüləkRizalitElçin HüseynbəyliUkraynaNüvə silahıYuqoslaviyaRum rəqəmləriAzərbaycanın iqtisadi rayonlarıAytən SəfərovaAzərbaycan Beynəlxalq BankıTimsahlarSay (qrammatika)XarıbülbülQədim YunanıstanQan təzyiqiQara QarayevCavanşirİnformasiya texnologiyalarıİnformasiya prosesləriÜrək (insan)İqtisadiyyatSəməd VurğunLatın ifadələriİnflyasiyaAppendisitMir CəlalKarles Puçdemon🡆 More