Amoksisillin

Amoksisilin, ampisillinin analoqudur.

Amoksisillin
Kimyəvi birləşmə
IUPAC 7-[2-amino-2-(4-hydroxyphenyl) -acetyl]amino-3,3-dimethyl-6-oxo -2-thia-5-azabicyclo[3.2.0]heptane -4-carboxylic acid
Brutto-
formul
C16H19N3O5S
Mol.
kütlə
365.4 q/mol
CAS 26787-78-0
PubChem 33613
DrugBank APRD00248
Təsnifatı
ATK J01
Farmakokinetika
Bioəlverişli oral %95
Plazma zülalı ilə əlaqəsi %97
Yarımtəmizləmə dövrü 61.3 dəqiqə
Dərman forması
?
İstifadə qaydası
Oral, venadaxili istifadə

Qram müsbət və qram mənfi mikroorqanizmlərə qarşı təsir edən və bakterisid təsiri olan geniş spektrli penisillin qrupu antibiotikdir. Dərmanlarda amoksisillin trihidrat kimi istifadə olunur.

Amoksisillin ilk dəfə 1972-ci ildə istifadə edilməyə başlanmışdır. Ümumdünya Səhiyyə Təşkilatı'nın təməl bir səhiyyə sistemində olması lazım olan ən əhəmiyyətli dərmanları göstərən Təməl Dərmanlar siyahısında da yer alıb. Uşaqlarda ən çox istifadə edilən antibiotiklərdən biridir. Amoksisillin geniş spektrli dərmandır. Topdan satış qiyməti bir tablet üçün 0,02-0,05 ABŞ dolları arasındadır. ABŞ-də on günlük müalicənin dəyəri 16 dollar civarındadır.

Farmakoloji xüsusiyyətləri

  • Geniş spektrumlu yarım-sintetik penisillin qrupu antibiotikdir.
  • Bakteriyaların hüceyrə divarı sintezini inhibisiya edərək bakterisid təsir göstərir.
  • Mədənin turş mühitinə dayanıqlıdır. Ac və ya tox qarına qəbul edilməsi dərmanın absorbsiyasına təsir etmir.
  • Qan'da ən yüksək səviyyəsinə 2 saatda çatır və 8 saat təsiredici sıxlıqda qalır.
  • Qandakı proteinlərə aşağı nisbətdə bağlanaraq orqanizmin toxumalarına təsirli sıxlıqda paylanır.
  • Sidikdə yüksək konsentrasiyalarda olur və aktiv şəkildə qovulur.
  • Sübut olunmuş bir toksikliyi yoxdur.

Spektri

Qram-müsbət bakteriyalar:

  • Staphylococcus aureus (beta-laktamaza olmayan)
  • ß–hemolitik streptokok
  • Streptococcus faecalis
  • Streptococcus pneumoniae
  • Clostridium növləri
  • Corynebacterium diphtheriae

Qram-mənfi bakteriyalar:

  • Haemophilus influenzae
  • Escherichia coli
  • Salmonella
  • Shigella
  • Proteus mirabilis
  • Neisseria meningitidis

Göstərişləri

Həssas mikroorqanizmlərin səbəb olduğu

  • Qulaq-burun-boğaz infekiyaları
  • Aşağı tənəffüs yolu infeksiyaları
  • Sidik-cinsiyyət sistemi infeksiyaları
  • Qastrointestinal sistem infeksiyaları
  • Dəri və yumşaq toxuma infeksiyaları
  • Bakterial meningit
  • Bakterial endokardit
  • Digər infeksiyalarda göstərişdir.

Əks-göstərişləri

Penisillin qrupu antibiotiklərə yüksək həssaslığı olan insanlarda əks-göstərişdir.

Xəbərdarlıqlar və ehtiyat tədbirləri

Penisilin müalicəsi tətbiq edilən xəstələrdə şiddətli və bəzən ölümcül yüksək həssaslıq (allergik) reaksiyalarının olduğu bildirilib. Bu reaksiyaların penisillinlərə yüksək həssaslığı və ya çox sayda allergenlərə həssaslığı olan şəxslərdə baş vermə ehtimalı yüksəkdir. Amoksisillinlə müalicəyə başlamazdan əvvəl penisillinlərə, sefalosporinlərə və ya digər allergenlərə qarşı həssaslıq reaksiyalarının olub-olmamasının diqqətlə araşdırılması lazımdır. Allergik reaksiya olduqda, amoksisillinin qəbulu dayandırılmalı və müvafiq müalicəyə başlanılmalıdır. Şiddətli anafilaktik reaksiyalarda epinefrin ilə dərhal müalicəyə başlamaq lazımdır. Zəruri hallarda oksigen və venadaxili steroid tətbiq edilməlidir; intubasiya da daxil olmaqla orqanizmin hava qəbulu təmin edilməlidir. Antibakterial dərman vasitələrilə müalicə kolonda normal floranı dəyişdirir və Clostridia artımına səbəb ola bilər. Psevdomembranoz kolit diaqnozu qoyulduqdan sonra terapevtik tədbirlər görülməlidir. Hər hansı bir güclü dərmanda olduğu kimi, uzun müddətli müalicələrdə böyrək, qaraciyər və hematopoetik funksiyalar vaxtaşırı izlənilməlidir. Müalicə zamanı mikotik və ya bakterial patogenlər ilə superinfeksiya baş verə biləcəyi unudulmamalıdır. Hamilə qadınlarda istifadənin təhlükəsizliyi müəyyən edilməmişdir.

Yan təsirləri

Ümumi yan təsirlərə ürək bulanması və qaşınma aiddir. Penisillin allergiyası olanlar istifadə etməməlidirlər. Böyrək problemi olan xəstələrdə istifadə edilə bilər, ancaq bu vəziyyətdə dozanı azaltmaq lazım ola bilər. Hamiləlik və laktasiya dövründə istifadəsində də bir problem olmadığı görülüb. Bununla birlikdə, dərmanı yarım dayandıracaq qədər ciddi yan təsirləri kifayət qədər nadirdir.

Tags:

Amoksisillin Farmakoloji xüsusiyyətləriAmoksisillin SpektriAmoksisillin GöstərişləriAmoksisillin Əks-göstərişləriAmoksisillin Xəbərdarlıqlar və ehtiyat tədbirləriAmoksisillin Yan təsirləriAmoksisillinAntibiotik

🔥 Trending searches on Wiki Azərbaycanca:

50 manatlıq əsginasMəhəmməd peyğəmbərin evlilikləriGöy cismiBəxtiyar VahabzadəMonteneqroElçin Quliyev (general-polkovnik)Erlinq HaalandİqtisadiyyatMürəkkəb cümləTəbii fəlakətAzərbaycan şirkətlərinin siyahısıƏbülfəz ElçibəyQan qrupuHepatit BLyambliyozƏrəb xilafətiDübəndi (geyim)Məlahət QəhrəmanovaKvadrat tənlikİosif StalinVüqar ƏhmədXəbər (qrammatika)Azərbaycan Texniki UniversitetiAğrı dağıAntarktidaParaleloqramPolşaƏsrin müqaviləsiKainatXankəndiZərdüştilikSosial işFatiməMançester Siti FKQazax rayonuAzərbaycan müğənnilərinin siyahısıDövlət Təhlükəsizliyi Xidməti (Azərbaycan)Dövlət İmtahan Mərkəzi (Azərbaycan)Müstəqil Dövlətlər BirliyiAynur SofiyevaUEFA Çempionlar LiqasıAzərbaycan RespublikasıQırğızıstanQazaxlı AlikXurşidbanu NatəvanDünya ölkələrinin pul vahidləriƏliMasonluqBitkiXalçaAzərbaycan manatıTəbii peykXalqlar Dostluğu metrostansiyasıKolizeyMariya AntuanettaFaiq AğayevMəmməd ArazNağılŞəki xanlığıXarıbülbül (simvol)Qobustan Dövlət Tarixi-Bədii QoruğuAzərbaycandakı ən yüksək dağ zirvələriNatural ədədlərAzərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya AktıMirzə Ələkbər SabirLionel MessiMəxmərəkİnsan hüquqlarıMilli Dirçəliş GünüGöbələklərÇevrəYuxarı Şirvan kanalıLənkəranDövlətSifət (qrammatika)Amerika Birləşmiş Ştatlarıİnformasiya texnologiyalarıBağlayıcı🡆 More