Adi Qarpız

Adi qarpız (lat.

Adi qarpız
Adi Qarpız
Elmi təsnifat
Aləm:
Klad:
Streptophyta
Klad:
Embryophytes
Klad:
Polysporangiophytes
Klad:
Tracheophytes
Klad:
Eudicots
Klad:
Core eudicots
Klad:
Superrosids
Klad:
Klad:
Fabids
Yarımfəsilə:
Cucurbitoideae
Triba:
Benincaseae
Cins:
Növ:
Adi qarpız
Beynəlxalq elmi adı

Botanik özəllikləri

Qarpız qalınqabıqlı (0,5-3 sm), daxilində çoxlu tumları olan ən böyük giləmeyvədir.

Becərilməsi

Qarpız yüngül mexaniki tərkibli münbit və dənəvər strukturlu torpaqlarda daha yaxşı böyüyür, inkişaf edir, yüksək və keyfiyyətli məhsul verir. Bu bitki üçün ən yaxşı xam torpaqlar və sələfi çoxillik otlar, soğanaqlar, kartof və taxıl bitkiləri olan yerlərdir. Səpiləcək toxum sort təmizliyinə görə üçüncü kateqoriyadan, səpin keyfiyyətinə görə isə ikinci sinifdən aşağı olmamalıdır. Toxumları qızdırdıqda onların cücərmə faizi və cücərmə enerjisi artır. Bu əməliyyat termostatlarda və günəş vasitəsilə də aparıla bilər. Bu halda toxumlar günəşli yerdə nazik qatla parça üzərinə sərilir və arabir qarışdırmaqla 7-10 gün saxlanılır. Torpaqda toxumların cücərməsini və tez kütləvi çıxış verməsini təmin etmək üçün islatmaq və ya cücərtmək lazımdır. Toxumlar əl ilə səpildikdə onların cücərməsi daha yaxşı nəticə verir. Bunun üçün toxumlar 8-10 saat otaq temperaturlu suda isladılır, sonra üzəri yaş örtüklə örtülür və cücərmə başlayanadək isti yerdə saxlanılır. Cücərmiş toxumlar tez əkilməli və cücərtilərin boy artmasına yol verilməməlidir. Torpağın istiliyi 14-16⁰C-yə çatdıqda səpinə başlamaq olar.

Səpin Mərkəzi aran rayonlarında (Kür kənarı düzən rayonlarda) aprelin 10-dan-15-dək, Quba-Xaçmaz bölgəsinin suvarılan aran rayonlarında aprelin 25-dən 30-dək, dağətəyi düzən rayonlarında mayın 1-dən 15-dək, Abşeron yarımadasında isə aprelin 20-dən mayın 20-dək aparmaq lazımdır.

Səpin cərgə və lent üsulu ilə aparıla bilər. Cərgəli üsulla səpin sxemi ortayetişən sortlar üçün 2,1× 0,8-1,0 m-dir. Toxumun hər hektarına səpin norması sortlardan asılı olaraq, 2,0-3,5 kq-a qədərdir. Toxumlar 4-5 sm dərinlikdə basdırılmalıdır.

Qulluq işləri

Qarpız əkinlərində cərgədə və cərgə aralarında torpağın yumşaldılmasından, alaqlarla mübarizədən, seyrəltmədən, suvarmadan, gübrələmədən, xəstəlik və zərərvericilərə qarşı mübarizədən ibarətdir. Qarpız əkinlərində arat nəzərə alınmazsa birinci suvarma tam çıxış alındıqdan sonra və ya seyrəltmədən əvvəl, sonrakı suvarmalar isə torpağın və bitkilərin vəziyyətindən asılı olaraq aparılmalıdır. Yığıma 20-25 gün qalmış suvarma dayandırılmalıdır.

Gübrələnməsi

qarpız bitkisində fosfor gübrəsinin 60 %-i 20-30 ton peyinlə birlikdə əsas şum altına, azot, fosfor və kalium gübrələrinin 10 %-i 10 ton peyin çürüntüsü ilə birlikdə səpinqabağı yuvalara, yaxud cərgələrə, fosfor gübrəsinin 30 %-i, azot və kalium gübrələrinin 90 %-i iki bərabər hissədə çiçəkləmə fazasında, meyvələr əmələ gəldikdən sonra yemləmə şəklində lentdə cərgəaralarına, yaxud bitkinin ətrafına səpilir və torpağa qarışdırılaraq suvarılır.

Yığımı

Qarpız meyvələrinin yetişkənliyini müəyyən etməyin bir sıra nişanələri vardır: meyvələrin saplağı yanındakı bığcığı quruyur, meyvənin sorta məxsus naxışı tam aydınlaşır, barmaqla vurarkən küp səsi verir, meyvənin səthində parlaqlıq əmələ gəlir.

Kimyəvi tərkibi

Qarpızın tərkibində şəkər qlükoza, boyayıcı maddələr, üzvi turşu alma turşusu karotin, B1, B2, C vitaminləri, dəmir və kalsium duzları vardır. Qarpızın tərkibində orta hesabla 88-92% su, 5,5-10,5% şəkər, 0,8% azotlu maddələr, 0,2% turşu, 0,4% mineral maddələr, 0,6% yağ və 0,4% sellüloza, vitaminlərdən 8 mq% C, B1, B2 və A vitaminləri vardır. Qarpız toxumunda 30% yağ vardır. Şəkərlərdən ən çox rast gələni fruktozadır ki, bu da onun şirinliyini artırır.

Növləri, sortları

Sortları bir-birindən formasına, irixırdalığına (ölçüsünə), üzərinin vəziyyətinə, qabığının qalınlığına, ətliyin zərifliyinə görə fərqlənir. Iri-xırdalığına (ölçüsünə) görə iri, orta və xırda ölçülərə ayrılır. Xırdaların diametri 15-20 sm, orta irilərdə 20-25 sm və irilərdə isə 25 smdən çox olur.

Ətli hissəsinin vəziyyətinə görə zərif, ağızda əriyən, xırda dənəli, boş, lifli, sıx ətli, kobud dənəli, şirəli və ya quru olur.

Yetişməsindən asılı olaraq aşxana sortları tezyetişən, orta və gecyetişən olur.

Təyinatına görə 3 qrupa ayrılır: aşxana üçün, yem üçün, sukat hazırlamaq üçün. Geniş yayılmış tezyetişən qarpız sortlarından Oqonyok, Don-39, Qalib-395, Ağ çəyirdəkli, Pyatiqorsk xutorunun sevimlisi, Duman və s. göstərmək olar. Medovka sortu xırda şar şəkillidir. Ölkəmizin əksər rayonlarında becərilir. Orta yetişənlərdən Ajinov, Boqaev muraşkası, Bıkov-22, Melitopol-60, 142, Özbək, gecyetişənlərdən Zolaqlı Həştərxan, Melitopol-143, Volqa-7, Biryuçekut- 775 çox yayılmışdır. Bunlardan başqa gecyetişənlərə Xant-kara (Özbəkistanda çox yayılmışdır) və Çit sortları daxil edilir.

Qabığının qalınlığına görə nazik, orta qalın və qalın olur. Ümumiyyətlə, qabığının qalınlığı 0,4-2,5 sm-ə qədər olur. Qalın qabıqlılar daşınma və saxlanma üçün daha əlverişlidir.

Melitopol sortu iri şarşəkilli, ətli hissəsi çəhrayı-qırmızıdır. Üzəri cizgisizdir. Bunlar sortlaşdırılarkən yetişmə əlaməti, iri-xırdalığı nəzərə alınır. Azərbaycanda Melitopol-142, Biryuçekut-775, Sabirabad-53-88, Pyatiqorsk xutorunun sevimlisi və s. qarpız sortları yetişdirilir.

Keyfiyyətcə standarta müvafiq qarpızlar təzə, təmiz, bütöv və sağlam, öz təsərrüfat-botaniki sortuna xas olan rəngdə olmalı, eybəcər və xəstə olmamalıdır. 10% başqa sorta aid qarpızların olmasına icazə verilir. Ən iri ölçülü qarpızın diametri 15 sm-dən, tezyetişən və xırdameyvəlilərdə isə 12 sm-dən az olmamalıdır.

İstifadəsi

Qarpızın qabığından həm təzə, həm də quru halda kolit olanda işlədirlər. Əvvəllər Gəncə konserv zavodunda qarpız marinadası hazırlanırdı ki, bu da xroniki mədə xəstəliklərində həzm prosesini yaxşılaşdırmaq üçün çox xeyirlidir. Qarpızdan təzə halda, duzlama üçün, qarpız balı və qarpız şərabı, habelə sukat istehsalı üçün istifadə edilir. Sukat hazırlamaq üçün qalınqabıqlı qarpızlardan istifadə edilir.

Bədənə soyuqluq və rütubət verir. Qarpız yeməklə öd ağrılarını azaldıb, qan təzyiqini tənzimləmək mümkündür. Sidikqovucu xassəyə malikdir və susuzluğu aradan qaldırır. Qarpızın suyunu bal və zəncəfillə qarışdırıb içmək bəlğəmi kəsər. Qarpız eyni zamanda həzmə yaxşı kömək edir. O, qanı durulaşdırır.

Qarpız tumu böyrək daşını salır. Qarpız qabığıdan şəkər və ya bal ilə bişirilmiş mürəbbəsi sinə ağrısı, mədə və həzm zəifliyini aradan qaldırır.

İstinadlar

Həmçinin bax

Tags:

Adi Qarpız Botanik özəllikləriAdi Qarpız BecərilməsiAdi Qarpız Kimyəvi tərkibiAdi Qarpız Növləri, sortlarıAdi Qarpız İstifadəsiAdi Qarpız İstinadlarAdi Qarpız Həmçinin baxAdi QarpızCitrullusCucurbitaceaeCucurbitalesLatın diliPlantae

🔥 Trending searches on Wiki Azərbaycanca:

İnformasiyanın kodlaşdırılmasıFransaMaralgölQuba xanlığıNəsib QuliyevSadə cümlənin şəxsə görə növləriKvadrat metrHeydər Əliyev MərkəziAytən SəfərovaRiyaziyyatCəlilabad rayonuMonqol imperiyasıZərifə ƏliyevaMusiqiQədim RomaErmənistanHəsən bəy ZərdabiCəbrAzərbaycan KubokuTəbii zonalarSemiramidanın asma bağlarıUzunluq (fizika)Cavanşir Məmmədov (general)Nadir şahPalçıq vulkanıAnar ƏləkbərovXüsusi Təyinatlı Qüvvələr (Azərbaycan)Lütfi ZadəMicrosoft ExcelİnflyasiyaFüzuli rayonuPeyvəndYunanıstanKoroğluOkeanAzərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya AktıAzərbaycan avtomobil dövlət qeydiyyat nişanlarıAdolf HitlerBəylər EyyubovEpitetHeydər ƏliyevDilŞuşaFonetikaƏli Nağıyev (general)Döyüş arabasıRövşən CavadovNeftçi PFKİqtisadiyyatMakedoniyalı İsgəndərFövqəladə Hallar Nazirliyi (Azərbaycan)LənkəranAlov qüllələriŞirvanşahlar dövlətiHikmət HacıyevQədim Roma təqvimiAzərbaycanın sərhədləriDolça (astrologiya)Misir ehramlarıAlbaniyaƏlifba sırasına görə paytaxtların siyahısıDüzbucaqlı paralelepipedÇernobıl faciəsiŞuşa rayonuAzərbaycanın Milli Qəhrəmanlarının siyahısıMüsavat PartiyasıQastritZərf (qrammatika)NaxçıvanAran xalçalarıMuxtar ƏfəndizadəQaraqoyunlularNatural ədədlərFevralAvtomobil🡆 More