Çili

Çili (isp.

Chile) və ya rəsmi adı ilə Çili Respublikası (isp. República de Chile) – Cənubi Amerikada dövlət. Çili şərqdə And dağları ilə qərbdə Sakit okean arasında qalan, şimaldan cənuba 4300 km boyunca uzanan ərazidə yerləşir. Şimalda Peru, şimal-şərqdə Boliviya, şərqdə Argentina ilə həmsərhəddir. Cənubda Dreyk boğazı, qərbdə isə Sakit okeanla əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Santyaqo, ümumi sahəsi 756,096.3 kvadrat kilometr, əhalisinin sayı 18 milyon nəfərdən çoxdur.

Çili
República de Chile
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
Por la razón o la fuerza
Himn: Himno Nacional
Çili
Rəsmi dilləri
Paytaxt Santyaqo
Prezident Gabriel Boric [11.III.2022 ~]
Sahəsi Dünyada 38-ci
 • Ümumi 756950 km²
 • Su sahəsi (%) 1,6
Əhalisi
 • Əhali 19,629,588 nəfər (65-ci)
 • Siyahıyaalma (9.IV.2012) 16 341 929 nəf.
 • Sıxlıq 24 nəf./km²
ÜDM (AQP)
 • Ümumi 597.520 milyard dollar dollar (45-ci)
 • Adambaşına 29,934 dollar (64-cü)
ÜDM (nominal)
 • Ümumi (2023) 344.400 milyard dollar (45-ci)
 • Adambaşına 17,253 dollar (62-ci)
Valyuta Çili pesosu
İnternet domeni .cl
ISO kodu CL
BOK kodu CHI
Telefon kodu +56
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Çili

Çili BMT (1945), BVF (1945), BYİB (1945), ADT (1948), ÜTT (1995),Merkosur (1996, assosiativ üzv) üzvüdür.

Etimologiyası

Ölkənin adı Aymara dilində "dünyanın sonu" mənasını verən "chilli" sözündən gəlir. Tarixçi Xose de Akostanın göstərdiyi kimi, "Chile" sözü keçua dilində "soyuq" və ya "hədd" mənasını verirdi.

Tarixi

XX əsrin əvvəllərində (1810–1823) Bernardo Bernardo O'Higgins və Manuel Rodrigesin başçılığı ilə aparılan azadlıq mübarizəsi nəticəsində Çili xalqı İspaniyanın müstəmləkə əsarətindən azad oldu. 1837-ci ildə Çili və Argentinanın Boliviya-Peru Konfederasiyasına qarşı müharibəsı baş verir. 1864–1883-cü illərdə isə İspaniyaya qarşı olan və tarixə Birinci Sakit okean müharibəsi kimi düşən münaqişə baş verir. İkinci Sakit okean müharibəsində əldə edilən qələbələr nəticəsində Çili Cənubi Amerikanın qərb sahillərinin şəriksiz hökmranına çevrildi. XIX əsrin ortalarında Çilidə, Almaniyadan köçənlərin bir sıra yaşayış məskənlərinin əsası qoyulur.

Əhali

Çili 
Vulkan Parinakota
Çili 
San Pedro de Atakama.
Çili 
Salar Maricunqa Atakama sıhrası.
Çili 
Laquna verde
Çili 
Pasxa adası.
Çili 
Çilinin vilayətləri
Çili 
Robinzon Kruz adası.
Çili 
Embalse el Yeso.
Çili 
Vina del Mar.
Çili 
Río Achibueno.
Çili 
Bío-Bío.
Çili 
Moça adası.
Çili 
Vulkan Osorno.
Çili 
Chiloé.
Çili 
Glaciar San Quintín.
Çili 
Torres del Paine.
Çili 
Tierra del Fuego.
Çili 
Navarino adası

Əhalisi 17 milyon nəfərdir. Onların 25%-ni avropalılar (alman, ingilis və italyanlar), 70%-ni metislər, 3-%-ni (şimalda aymara, cənubda isə Konsepsiyon və Mont şəhərləri arasında araukana hindiləri yaşayır) hindular təşkil edir. Əhalinin ən sıx olduğu yer paytaxt Santyaqo və ətrafıdır. Ümumi əhalinin təxminən yarıya qədəri bu ərazidə yaşayır. Şəhərdə 6.5 milyon insan yaşayır ki, bu ölkənin 1/3-ini təşkil edir. Şimalda və cənubda əkinçiliyə yararlı olan Andların arasında qalan ovalıqlar da sıx məskunlaşmış yerlərdir. Santyaqonun 100 km qərbində liman şəhəri Valparaisoda 1.5 milyon insan yaşayır.

Ölkənin şimal və cənub uc nöqtələrində əlverişsiz yaşayış şəraiti olduğundan əhali seyrəkləşir.

Milli tərkib

Çili əhalisinin 95%-ni avropalılar (xüsusilə basklar) və onların nəsilləri təşkil edir. . Ölkəyə əsasən XlX əsrdə Avropadan İngilis, irland, alman, sonralar isə Xorvatiya, Fələstin, İtaliyadan immiqrantlar gəlrmişdir. Yerli hindilər, əhalinin sadəcə % 3,2'sini təşkil edir.

Çili Statistik göstərilərə görə Çilidə 50.000 (0,30%) civarında müsəlman var. Bir çox İslami quruluşun olduğu Çilidə, Çili Müsəlman İcması və Es-Selâm Məscidi Santyaqo şəhərində, Bilal Məscidi Iquique şəhərində, Muhamməd Mədəniyyət Mərkəzi isə Coquimbo (Vl bölgə) şəhərində yerləşir.

1856-cı ildə Suriya, FələstinLivandan Çiliyə çoxlu sayda müsəlman köç etdi. Bu müsəlmanlar Müsəlman İcması Birliyini qurdular. 1907-ci ildə ölkədəki müsəlmanların sayı 1498-ə çatmış, bu rəqəm 0,04% nisbəti ilə ölkə tarixində ən yüksək göstəriciyə yüksəlmişdir. Çilidə ilk məscid 1988–1989 illərdədə Şeyx Tevfik Ruminin başçılığı ilə Santyaqoda inşa edilmişdir. 1980-ci illərin sonlarına qədər bir sıra çilili İslamı seçmişdi. Bu məscid tamamlandıqdan sonra İslama keçənlərin sayısında önəmli bir artım oldu. 1998-ci ildə Şeyx Tevfik Ruminin vəfatından sonra Üsame Ebu Gazali məscidə imam olaraq seçilmişdir.

Coğrafiyası

Sahəsi 756.945 km2 olan Çili Cənubi Amerika qitəsinin şimaldan-cənuba Antarktikaya qədər uzanan bir ölkə olsa da, orta eni sadəcə 180 km-dir. Ölkənin ən dar yeri (Antarktikadakı Çili torpaqları istisna olmaqla) 90 km-dir. Ən geniş yerinin uzunluğu 240 km-dir. Avropa ilə müqayisə olunsa, Danimarkadan Saxara səhrasına uzanacaq qədər bir məsafə qət edilir. Bu ölkəni "Antraktidaya açılan darvaza" da adlandırırlar. Dünyanın ən cənub şəhəri Puerto-Vilyams, ən cənub yaşayış məntəqəsi Puerto Torodur. Ən hündür dağ gölü Çunqara (dəniz səviyyəsindən 4570 m hündürlükdədir) və daimi fəaliyyətdə olan vulkanı Ualyatiri (6064 m) Çili ərazisində yerləşir. Şərq-qərb məsafəsi çox az olsa da, bu iki uc arasında çox hündürlük fərqi var. Ölkə ayrıca şimaldan cənuba çox fərqli iqlim, bitki örtüyü və coğrafi şəkillər göstərir. Bu üzdən Çili, bir çox qaynaqlardatəzadlar(müxtəlifliklər) ölkəsi olaraq tanınır. Həqiqətən də şimaldakı çölü Afrikanın Saxarasını, cənubdakı kanalları Norveç kanallarını, Los Laqosdakı Osorno və ətrafı İsveçrə Alplarını xatırladır.

Çilinin iqlimi şimalda tropik səhradan cənubda mülayim okeanadək dəyişir.

Orta temperatur:

  • cənubda +3-dən +16 °C-dən
  • şimalda +12-dən +22 °C-dək.

Ərazisi

Çili inzibati cəhətdən on beş bölgədən ibarətdir. Bunlardan on dördü, başlarındakı Rum rəqəmləri ilə ifadə edilən, şimaldann cənuba sırasıyla Tarapacá, Antofagasta, Atacama, Coquimbo, Valparaíso, O'Higgins, Maule, Bío-Bío, Araucanía, Los Lagos, Aysén, Magallanes y la Antártica Chilena bölgələri və sonradan əlacə olunan Los Ríos ilə Arica və Parinacota bölgələridir. Bunlarla bərabər bir də Región Metropolitana de Santiago bölgəsi vardır.

Çilinin ərazi quruluşu

Çili şəhərlərinin siyahısı Çili ərazisi 15 vilayətdən ibarətdir.

Açar Adı İspanca Paytaxtı
XV Çili  Arica and Parinacota Región de Arica y Parinacota Arica
I Çili  Tarapacá Región de Tarapacá Iquique
II Çili  Antofagasta Región de Antofagasta Antofagasta
III Çili  Atacama Región de Atacama Copiapó
IV Çili  Coquimbo Región de Coquimbo La Serena
V Çili  Valparaíso Región de Valparaíso Valparaíso
VI Çili  O'Higgins Región del Libertador General Bernardo O'Higgins Rancagua
VII Çili  Maule Región del Maule Talca
VIII Çili  Biobío Región del Biobío Concepción
IX Çili  Araucanía Región de la Araucanía Temuco
XIV Çili  Los Ríos Región de Los Ríos Valdivia
X Çili  Los Lagos Región de Los Lagos Puerto Montt
XI Çili  Aisén Región Aisén del General Carlos Ibáñez del Campo Coihaique
XII Çili  Magallanes Región de Magallanes y de la Antártica Chilena Punta Arenas
RM Çili  Santiago Región Metropolitana de Santiago Santyago

Dağları

Çili dağları, yer üzünün ən yüksək sıradağlar zəncirini yaradır. 6000 m-dən yüksək bir çox zirvəsi vardır. Bunlardan biri olan Çilinin ən yüksək dağı (6.880 m) Ojos del Salado eyni zamanda dünyanın ən yüksək vulkanıdır. Aşağıda ən məşhurları göstərilib:

  • Nevado Ojos del Salado, 6.880 m, III Bölgə (Atacama Bölgəsi)
  • Cerro Tupungato, 6.800 m, (Metropolitan Bölgəsi)
  • Volcán Llullaillaco, 6.739 m, II Bölgə (Antofagasta Bölgesi)
  • Volcán Parinacota, 6.342 m, I Bölgə (Tarapacá Bölgəsi)
  • Volcán Licancábur, 5916 m, II Bölgə (Antofagasta Bölgəsi)
  • Descabezado Grande, 3.830 m, VII Bölge(Maule Bölgəsi)
  • Torres del Paine, 2.800 m, XII Bölge (Magallanes y de la Antártica Chilena Bölgəsi)
  • Volcán Villarrica, 2.840 m, VIII Bölge (Araucanía Bölgəsi)
  • Volcán Osorno, 2.652 m, X Bölge (los Lagos Bölgəsi)
  • Volcán Cerro Hudson, 1.905 m, XI Bölgə (Asyen Bölgəsi)

Çaylar və göllər

Ölkənin özəl coğrafi vəziyyəti səbəbiylə, uzun çayları yoxdur. Ən uzun çayı olan Rio Loa'nın uzunluğu 443 kmdir. Ölkənin şimalında Atacama Çölündəki ekstremal quraqlıq, böyük su yığımlarının olmasına imkan yaratmır. Şimalındakı az sayda çay And Dağlarındaki qarlardan bəslənirlər. Cənuba endikçə artan yağışlarla bu bölgələrdəki çaylara daha çox su həcmi gətirir. Çaylar Çili iqtisadiyyatında, xüsusəndə enerji sahəsində önəmli rol oynayır. Bununla birlikdə somon balıkçılığı və raftinq kimi macəra turizmi də mövcuddur. Şimaldan cənuba önəmli çayları aşağıda sıralanmışdır.

  • Río Lauca, 160 km, I Bölgə (Tarapacá)
  • Río Lluta, 167 km, I Bölgə (Tarapacá)
  • Río Loa, 443 km, II Bölgə (Antofagasta)
  • Río Copiapó,162 km, III Bölgə (Atacama)
  • Río Elquí, 170 km, IV Bölgə (Coquimbo)
  • Río Choapa, 160 km, IV Bölgə (Coquimbo)
  • Río Aconcagua, 142 km, V Bölgə (Valparaíso)
  • Río Maipo, 250 km, Metropolitan/ V Region (Metropolitan/ Valparaíso)
  • Río Mapocho, 120 km, Metropolitan(Metropolitana)
  • Río Cachapoal, 172 km, VI Bölgə( O´Higgins)
  • Río Maule, 240 km, VII Bölgə (Maule)
  • Río Biobío, 380 km, VIII Bölgə (Biobío)
  • Río Imperial, 52 km, IX Bölgə (Araucanía)

Gölləri arasında şimaldakı duz gölləri sayıla bilər ki bunların ən əsası olaraq Salar de Atacama'yı söyləyə bilərik. Bununla birlikdə ən şimalda, yer üzünün ən yüksəkdə olan göllərindən biri olan Lago Chungará gölü yerləşir. Gölün sahəsi 21,5 km² olub, 4.500 m yüksəklikdə yerləşir.

Çili 
Lago Chungará ve Volkan Parinacota

Bir qrup böyük və gözəl göllər Temuco şəhərinin cənubundan başlayıb Puerto Monta qədər uzanır. Bunlar sırasıyla belədir.

  • Lago Colico, 56 km², IX Bölgə (Araucanía)
  • Lago Caburga, 51 km², IX Bölgə(Araucanía)
  • Lago Villarrica, 176 km², IX Bölgə (Araucanía)
  • Lago Calafquén, 120 km², IX Bölgə (Araucanía) und X. Bölgə (Los Lagos)
  • Lago Panguipulli, 116 km², X Bölgə (Los Lagos)
  • Lago Riñihue, 77 km², X Bölgə (Los Lagos)
  • Lago Ranco, 401 km², X Bölgə (Los Lagos)
  • Lago Puyehue, 156 km², X Bölgə (Los Lagos)
  • Lago Rupanco, 223 km², X Bölgə (Los Lagos)
  • Lago Llanquihue, 860 km², X Bölgə (Los Lagos)

Mədəniyyət

Çili mədəniyyəti, ispan mədəniyyəti və köklü əhalinin mədəniyyətlərini özündə birləşdirir. Mədəniyyət ispan dilində inkişaf etmişdir.

Din

Çili əhalisinin 80 % — katolik xristianları, 13 % — protestantlardır. Qalan 7 % başqa dinlərə sitaiş edirlər.

Dil

Rəsmi dövlət dili ispan dilidir. Bununla yanaşı, əhali ingilis, alman və müxtəlif etnik qrupların dillərində (aymara, arakuana, mapuçe) də danışır.

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

Tags:

Çili EtimologiyasıÇili TarixiÇili ƏhaliÇili Milli tərkibÇili CoğrafiyasıÇili ƏrazisiÇili nin ərazi quruluşuÇili DağlarıÇili Çaylar və göllərÇili MədəniyyətÇili Həmçinin baxÇili Xarici keçidlərÇili İstinadlarÇiliAnd dağlarıArgentinaBoliviyaCənubi AmerikaDreyk boğazıPeruSakit okeanSantyaqoİspan dili

🔥 Trending searches on Wiki Azərbaycanca:

İnflyasiyaBakteriyalarAzərbaycan manatıQarabağ FKAvstraliyaÇiçəkNapoleon BonapartQəzetSelBronxial astmaAğadadaş AğayevZəngəzurAlçaOral seksAlbaniyaKompüter qurğularıQan qrupuƏrəb xilafətiLeykozAzərbaycan Texniki UniversitetiDağlıq QarabağArif PaşayevHeydər ƏliyevAzərbaycan bayrağıAzərbaycanda prezident seçkiləri (2024)Lerik rayonuKəlmeyi-şəhadətMirvariHəşəratlarReal Madrid FKAğciyər iltihabıSual cümləsiFikrət ƏmirovOğlaq (astrologiya)Azərbaycan gölləriMilli Müdafiə Universiteti (Azərbaycan)Cəlilabad rayonuXarıbülbül (simvol)MannaSuçiçəyiQızılcaÖzbəkistanTörəməKoroğluADA UniversitetiPilotsuz uçuş aparatıƏsas nitq hissələriAzərbaycan Xalq CümhuriyyətiAzərbaycanın telefon kodlarıÇevrəAzərbaycan Respublikası Dövlət Neft ŞirkətiGülüstan müqaviləsiDəvəquşuOrqazmCəmiyyətAzərbaycanda vergilərHekayəAlbert AqarunovAzərbaycan (tarixi ərazi)VeysəloğluİnformatikaSovet Sosialist Respublikaları İttifaqıDünya əhalisiLitrSifət (qrammatika)Atlantik okeanMolla Pənah VaqifPakistanUşaqlıq (anatomiya)Latın ifadələriInstagramAzərbaycan ədəbiyyatıYeni Azərbaycan PartiyasıUşaq hüquqlarıAbdulla ŞaiqVeysəl MusibovAzərbaycanda yayılmış balıqların siyahısıƏl-Xarəzmi🡆 More