Nil Armstronq (5 avqust 1930 – 25 avqust 2012, Sinsinnati, Ohayo) – ABŞ astronavtı, Aya ilk ayaq basmış insan, ABŞ Hərbi Dəniz Donanmasının zabiti.
Nil Armstronq | |
---|---|
ing. Neil Alden Armstrong | |
Ölkə | |
Hərbi rütbəsi | Kiçik Leytenant (HDQ) |
Doğum tarixi | 5 avqust 1930[…] |
Vəfat tarixi | 25 avqust 2012[…] (82 yaşında) |
Vəfat yeri | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Nil Armstronq 1962-ci ildən ABŞ Aeronavtika və Kosmik Fəzanın Tədqiqi üzrə Milli İdarəsinin (NASA) astronavtlar qrupuna qəbul olunmuşdur. 16 mart 1966-cı ildə "Cemini-8" gəmisinin komandiri kimi D. Skotla birlikdə kosmosa uçmuşdur. Uçuş 10 saat 40 dəqiqə davam etmişdir.
Armstronq 16–24 iyul 1969-cu ildə E. Oldrin və M. Kollinzlə birlikdə "Apollon-11" gəmisinin komandiri qismində tarixdə ilk dəfə Aya uçmuşdur. 20 iyul 1969-cu ildə Armstronq və Oldrin Ay kabinəsində Ayda "Sakitlik Dəniz"inə enmişlər
Armstronq Ay səthinə iyulun 21-də Qrinviç vaxtı ilə saat 2,56 dəq. 20 san. ayaq basmış, 2 saat 31 dəq. 40 san. orada olmuşdur. O, ilk dəfə Aya ayaq basmış insandır (21 iyul, 1969-cu il). Armstronq, ümumiyyətlə, Ay səthində isə 21 saat 36 dəqiqə olmuşdur. "Apollon-11" gəmisinin heyəti iyulun 24-də Yerə qayıtmışdır.
Armstronq NASA-nın "Müstəsna xidmətlərə görə" qızıl medalı, ABŞ Konqresinin aeronavtika üzrə Fəxri medalı, bir çox ölkənin ordenləri ilə təltif edilmişdir. Aydakı kraterlərdən birinə Armstronqun adı verilmişdir.
Uzun müddət o aterosklerozdan əziyyət çeken Nil Armstronq 25 avqust 2012-ci ildə vəfat etmişdir. Beləbir məlumat deyilir ki, Neil amstronqun adını tərs çevirərkən "Alien" yəni yadplanetli sözü yaranır:Neil. A — Alien
This article uses material from the Wikipedia Azərbaycanca article Nil Armstronq, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki Azərbaycanca (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.