Mədət Qəzənfər oğlu Quliyev (27 sentyabr 1958, Kirovabad) – Azərbaycan Respublikasının Milli Qəhrəmanı, general-polkovnik; Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri (2019–2023), Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi (2015–2019), Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin birinci müavini, nazir vəzifəsini icra edən (oktyabr-dekabr 2015), Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini və Penitensiar xidmətin rəisi (2011–2015), Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi (2004–2006), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisi (2006–2011), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Narkotiklə Mübarizə İdarəsinin rəisi (2002–2004), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi (2001–2002), Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibinin müavini (2023-cü ildən).
Mədət Quliyev | |
---|---|
Vəzifədədir | |
18 noyabr 2023-cü ildən | |
Katib | Ramil Usubov |
20 iyun 2019 – 18 noyabr 2023 | |
Prezident | İlham Əliyev |
Əvvəlki | Yavər Camalov |
Sonrakı | Vüqar Mustafayev |
14 dekabr 2015 – 20 iyun 2019 | |
Prezident | İlham Əliyev |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Əli Nağıyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 27 sentyabr 1958 (65 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Fəaliyyəti | hərbi qulluqçu, siyasətçi |
Rütbəsi | General-polkovnik |
| |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Mədət Quliyev 1958-ci il sentyabrın 27-də Gəncə şəhərində mühəndis Qəzənfər və müəllimə Zambaq Quliyevlərin ailəsində anadan olub. 1965-ci ildə Gəncə şəhərinin 1 nömrəli tam orta məktəbin birinci sinfinə getmiş, 1975-ci ildə isə 8 nömrəli tam orta məktəbini bitirmişdir.
1975–1980-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda təhsil aldıqdan sonra, 1980–1982-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur.
1997-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını "Hüquqşunas" ixtisası üzrə bitirmişdir.
Sambo üzrə idman ustası. Triatlon idman növü ilə məşğuldur.
Rus, ingilis, alman və türk dillərini bilir.
Ailəlidir, 4 övladı var.
This article uses material from the Wikipedia Azərbaycanca article Mədət Quliyev, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki Azərbaycanca (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.