Anna Axmatova

Anna Andreyevna Axmatova (doğ.

Qorenko, ilk həyat yoldaşından Qorenko-Qumilyova ;, ayrıldıqdan sonra Axmatova soyadını götürmüşdür, ikinci həyat yoldaşından Axmatova-Şileyko, ayrıldıqdan sonra Axmatova 11 (23) iyun 1889[…], Odessa, Xerson quberniyası, Rusiya imperiyası[…]5 mart 1966[…], Domodedovo, RSFSR, SSRİ[…]) — SSRİ şairəsi, yazıçı, ədəbiyyatşünas, ədəbi tənqidçi, tərcüməçi, XX əsrin ən məşhur SSRİ şairələrindən biri, rus poeziyasının gümüş əsrin şairəsi.

Anna Axmatova
rus. Анна Ахматова
Kuzma Petrov-Vodkinin əsəri (1922)
Kuzma Petrov-Vodkinin əsəri (1922)
Doğum adı Anna Andreyevna Qorenko
Doğum tarixi
Doğum yeri Odessa
Vəfat tarixi (76 yaşında)
Vəfat yeri Domodedovo
Vəfat səbəbi infarkt[d]
Vətəndaşlığı SSRİ SSRİ
Uşağı
Fəaliyyəti yazıçı, tərcüməçi, ədəbiyyat tənqidçisi, şairə, müəllif, ədəbiyyatşünas
Fəaliyyət illəri 1911—1966
Əsərlərinin dili rus dili
İstiqamət akmeizm
Janr poeziya
Mükafatları "Etna-Taormina"
İmza
akhmatova.org
Vikimənbənin loqosu Anna Axmatova Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Anna Axmatova Xarici audio
Anna Axmatova A. Axmatovanın səsi

Həyatı

Anna Andryevna Qorenko (Axmatova) 1889-cu ilin 11 (23) iyununda Odessa şəhəri yaxınlığında Böyük Fontanda dəniz mühəndis-mexanikinin ailəsində anadan olmuşdur. Özü haqqında yazmış olduğu ömür-gün tarixçəsində də məhz bu sözləri deyirdi:

Anna Axmatova  Mən Çarli Çaplinlə, Tolstoyun “Keryser sonatası”, Eyfel qülləsi və deyəsən, Eliotla bir ildə doğulmuşam. 1889-cu ilin həmin yayında Paris Bastiliyanın süqutunun 100 illiyini bayram edirdi. Dünyaya göz açdığım 23 iyun gecəsi isə ta qədimdən bu günə kimi məşhur «İvanov gecəsi» (ing. Midsummer night) kimi qeyd edilir. Nənəm Anna Yeqorovna Motovilovanın şərəfinəadımı Anna qoyduar. Nənəmin anası tatar knyaginyası Axmatova idi və onun familiyasını özümə ədəbi Təxəllüs qəbul etdim Anna Axmatova 

Əsli

Nəsil şərəcəsinə gəlincə, Anna Yeqorovna Motovilova (ərlik soyadı Stoqova, 1817-1863). Anna Axmatovanın ana tərəfdən nənəsi sayılır. Motovilovanın anası Proskovya Fedoseyevna isə Simbirsk şəhərinin zadəganlarından idi. Axmatovlar ailəsində gəzən söz-söhbətlərə görə, guya onlar 1481-ci ildə vəfat etmiş tatar xanı Axmatın nəslindəndir (bunu tarixi mənbələr təsdiq etmir). Axmatovlar knyaz titulunu heç vaxt daşımayıblar.

Bir il sonra onların ailəsi həyatının ən gözəl anları yaşadığı Sarskoye Seloya köçür və Axmatova on altı yaşına kimi burada yaşayır. Hər il yayı Streles buxtasının sahilində Sevastopolda keçirən Anna dənizlə dostlaşır. Bu illərin ən böyek təəssüratları isə yaxınlığında yaşadıqları qədim Xersoneslə bağlıdır.

Uşaqlıq illəri

Oxumağı Lev Tostoyun əlifbasından öyrənən Anna, artıq 5 yaşında fransızca danışırdı. Bu, onun gələcək parlaq zəkasından və böyük istedadından xəbər verirdi.

Bədii yaradıcılığa çox erkən – on bir yaşından başlayan Axmatova rus şairlərinə münasibətində yazırdı:

Anna Axmatova  Şeirlər mənim üçün Puşkin və Lermontovdan deyil, Derjavin və Nekrasovdan başlayır. Bu şairləri anam əzbər bilirdi. Anna Axmatova 

Təhsili

Axmatova təhsilini Sarskoye Seloo gimnaziyasında alıb. Özünün dediyinə görə, əvəllər çox pis oxuyub, sonra bir qədər düzəlib. Lakin həmişə həvəssiz yanaşıb.

1905-ci ildə valideynlərinin ayrılması nəticəsində Annanın anası uşaqlarını götürüb cənuba köçür. Bütün ili Yevpatoriyada yaşamalı olurlar. Sonralar həmin illəi təəsüf hissilə xatırlayan Axmatova yazırdı

Anna Axmatova  Gimnaziyanın sonuncu kurs dərslərini evdə keçdiyimdən Sarskoye Selo üçün çox darıxır, ümidsiz şeirlər yazırdım. Anna Axmatova 

Axırıncı sinfi Kiyevdə Fundukleyev gimnaziyasında başa vuran Axmatova 1907-ci ildə oranı bitirir və Kiyev Ali qadınlar kursunun hüquq fakültəsinə daxil olur. Hüquq tarixi və latın dilinin tədrisindən əvval razılıqlı danışan Anna, çox keçmir ki, burada tədris olunan hüquq fənnlərindən usanır.

Yaradıcılığı

1910-cu ilin iyununda Rayevin Ali tarix-ədəbiyyat kurslarında oxuyan Anna həm də ciddi yaradıcılıqla məşğul olur.

Akmeizm

«Akmeizm» ədəbi cərəyan kimi XX əsrin əvvəllərində meydana gəldi. Buna səbəb simvolizmin daxilində baş verən böhranlar idi. Akmeistlərin cəbhəsini dərnəyinin altı üzvü: N.S.Qumilyov (1886-1921), S.M.Qorodetski (1884-1967), A.A.Axmatova (1889-1966), O.E.Mandelştam (1891-1938), M.A.Zenkeviç (1886-1973) və V.İ.Narbut (1888-1944) təşkil edirdi. Sonra Axmatova özü bu barədə yazırdı:

Anna Axmatova  1910-cu ildə özünü açıq-aşkar göstərən simvolizm böhranı yeni yazmağa başlayan şairləri özündən kənarlaşdırır. Şairlərin bir qismi futurizmə, digər qismi isə akmeizmə tərəf üz tutur. Dostlarım Mandelştam, Zenkeviç, Narbutla birlikdə akmeist oldum. Anna Axmatova 

Şəxsi həyatı

Anna Axmatova 
Anna Axmatova həyat yoldaşı N.S. Qumilyov və oğlu Lev ilə birlikdə

1910-cu ildə Axmatova şair Nikolay Qumilyov ilə evlənirlər. Onların tanışlığına gəlincə, bu hadisə 1904-cü ildə baş vermişdir. O vaxt Anna gimnaziyanın 4-cü, Nikolay isə 7-ci sinifində oxuyurdu. Toydan sonra hər iki şair toya qədər bir-birilərinə yazdığı məktubları bir yerə toplayıb yandırmağı qərara alırlar. Axmatova öz ömür-gün dəftərçəsində belə xatırlayır:

Anna Axmatova  Parisin yeni bulvarları hələ tam hazır deyildi şeirlər aşağı səviyyəyə endirilmişdi, onları az-çox tanınmış rəssamların şəkillərinə görə alırdılar. Mən onda başa düşdüm ki, Paris rəssamlığı fransız poeziyasını yedi. Anna Axmatova 

İstinadlar

Tags:

Anna Axmatova HəyatıAnna Axmatova YaradıcılığıAnna Axmatova Şəxsi həyatıAnna Axmatova İstinadlarAnna Axmatova1889196623 iyun5 martDomodedovoOdessaRus poeziyasının gümüş əsriRusiya Sovet Federativ Sosialist RespublikasıRusiya imperiyasıSSRİSovet Sosialist Respublikaları İttifaqıXX əsrXerson quberniyasıYazıçıd:Q80440Ədəbi tənqidƏdəbiyyatşünas

🔥 Trending searches on Wiki Azərbaycanca:

İtaliyaAzərbaycan qoruqlarıSahibkarƏfqanıstanCəfər CabbarlıİqtisadiyyatSenzorBərdə rayonuMercedes-BenzZeynəb XanlarovaMingəçevirƏsas nitq hissələriAvropa ölkələrinin siyahısıAzərbaycan musiqisiFatihə surəsiTəbii fəlakətDağŞərur rayonuZaqatala rayonuQərbi AvropaErməni soyqırımıSəlib yürüşləriRozmarinMübariz İbrahimovAvropa İttifaqıQaranquşlarTarixBakı metrosuSourQırğızıstanUzunluq (fizika)Mədət QuliyevMirzə Fətəli AxundovHüseyn CavidKvadrat metrYazÇernobıl faciəsiÜslubiyyat (Azərbaycan dili)Müstəqil Dövlətlər BirliyiWhatsAppAbbasqulu ağa BakıxanovUkraynaXərçəng xəstəliyiQobustan Dövlət Tarixi-Bədii QoruğuTeymurilər dövlətiBöyük Səlcuq imperiyasıTəsirlik halTürkdilli dövlətlərKompüter şəbəkəsiAzərbaycan əhalisiDövlətHəzi AslanovİtMüdafiə Nazirliyi (Azərbaycan)XankəndiYaşar NuriNatiq Qasımov (əsgər)KombinezonFaizAzərbaycan şirkətlərinin siyahısıKenquruKosmosEyyub YaqubovSözün həqiqi mənasıİrəvanKonstitusiyaAzərbaycan muzeylərinin siyahısıMonqolustanHəmidə ÖmərovaDövlət Sərhəd Xidməti (Azərbaycan)Mədə xərçəngiGərginlik (elektrik)TəzyiqTelefonÜzeyir MehdizadəEnerji🡆 More