Rusiya Imperiyası: Tarixi imperiya (1721–1917)

Rusiya İmperiyası (rus.

İmperiya
Rusiya imperiyası
rus. Российская Империя
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
««С нами Бог!»
Tanrı bizimlədir!
»
Himn: «Боже, Царя храни!»
Tanrı, Çarı qoru!

Rusiya İmperiyası özünün pik nöqtəsində, 1865-ci il:   Rusiya İmperiyası   Protektoratları və təsir sahəsi

Rusiya İmperiyası özünün pik nöqtəsində, 1865-ci il:

  Rusiya İmperiyası
  Protektoratları və təsir sahəsi
 Rusiya Imperiyası: Tarixi, İstinadlar, Xarici keçidlər
Rusiya Imperiyası: Tarixi, İstinadlar, Xarici keçidlər 
22 oktyabr (2 noyabr) 1721 — 1 (14) sentyabr 1917

Paytaxt Sankt-Peterburq
Dilləri rus dili, polyak dili, fin dili, isveç dili
Rəsmi dilləri Rus dili və regional dillər
Dövlət dini Pravoslav
Valyuta qızıl rubl[d], Rubl
Ərazisi 23,700,000 km² (1866)
21 799 825 km² (1916)
Əhalisi 125,640,021 (1897)
İdarəetmə forması Mütləq Monarxiya
(1721–1906)
Konstitusiyalı monarxiya
(1906–1917) (de-yure)
Dövlət başçıları
İlk İmperator
 • 1721-1725 I Pyotr
Son İmperator
 • 1894-1917 II Nikolay
İlk Baş nazir
 • 1905-1906 Sergey Vitte
Son Baş nazir
 • 1917 Nikolay Qalitsin
Tarixi
 • 22 oktyabr 1721 I Pyotr tərəfindən imperiya elan edilməsi
 • 26 dekabr 1826 Dekabristlər üsyanı
 • 3 mart 1861 Kəndli islahatı
 • 22 yanvar 1905–
16 iyun 1907
1905-1907-ci illər inqilabı
 • 6 may 1906 Konstitusiyanın qəbulu
 • fevral–mart 1917 Fevral inqilabı
 • 15 mart 1917 II Nikolayın devrilməsi
 • 14 sentyabr 1917 Müvəqqəti hökumət tərəfindən respublikanın qurulması
Davamiyyət
Rusiya Imperiyası: Tarixi, İstinadlar, Xarici keçidlər Rusiya

Rusiya Imperiyası: Tarixi, İstinadlar, Xarici keçidlər Azərbaycan
Rusiya Imperiyası: Tarixi, İstinadlar, Xarici keçidlər Türkiyə
Rusiya Imperiyası: Tarixi, İstinadlar, Xarici keçidlər Finlandiya
Rusiya Imperiyası: Tarixi, İstinadlar, Xarici keçidlər ABŞ
Rusiya Imperiyası: Tarixi, İstinadlar, Xarici keçidlər Ermənistan
Rusiya Imperiyası: Tarixi, İstinadlar, Xarici keçidlər Gürcüstan
Rusiya Imperiyası: Tarixi, İstinadlar, Xarici keçidlər Latviya
Rusiya Imperiyası: Tarixi, İstinadlar, Xarici keçidlər Litva
Rusiya Imperiyası: Tarixi, İstinadlar, Xarici keçidlər Estoniya
Rusiya Imperiyası: Tarixi, İstinadlar, Xarici keçidlər Monqolustan
Rusiya Imperiyası: Tarixi, İstinadlar, Xarici keçidlər Ukrayna
Rusiya Imperiyası: Tarixi, İstinadlar, Xarici keçidlər Belarus
Rusiya Imperiyası: Tarixi, İstinadlar, Xarici keçidlər Qazaxıstan
Rusiya Imperiyası: Tarixi, İstinadlar, Xarici keçidlər Özbəkistan
Rusiya Imperiyası: Tarixi, İstinadlar, Xarici keçidlər Türkmənistan
Rusiya Imperiyası: Tarixi, İstinadlar, Xarici keçidlər Tacikistan
Rusiya Imperiyası: Tarixi, İstinadlar, Xarici keçidlər Qırğızıstan
Rusiya Imperiyası: Tarixi, İstinadlar, Xarici keçidlər Polşa

Rusiya Imperiyası: Tarixi, İstinadlar, Xarici keçidlər Moldova
 →
a. 1866-cı ildən sonra Alyaska ABŞ-yə satıldı, lakin Batum, Qars, PamirZakaspiyski əldə edildi.
b. 1914-cü ildə Sankt-Peterburqun adı Petroqrad olaraq dəyişdirildi.
c. Rusiya, imperiya dağılanadək Yuli təqvimindən istifadə etməyə davam etdi.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dünya tarixində üçüncü böyük imperiya olmaqla, üç qitə boyunca uzanan Rus İmperiyası ərazi ölçüsünə görə yalnız Britaniya və Monqol İmperiyasından geri qalırdı. Rusiya imperiyasının yüksəlişi rəqib qonşularının — İsveç, Reç Pospolita, İran və Osmanlı imperiyalarının zəifləməsi sayəsində baş verdi. Bu, 1812–1814-cü illərdə Napoleonun Avropanı idarə etməklə qərbə və cənuba doğru genişlənmək istəyinin dəf edilməsində böyük rol oynadı.

Rusiya İmperiyasını 1721-ci ildən 1762-ci ilə qədər Romanovlar ailəsi, 1762-ci ildən sonra bu ailənin alman əsilli qolu Holşteyn-Qottorp ailəsi idarə edirdi. 19-cu əsrin əvvəllərində Rusiya İmperiyası şimaldan Şimal Buzlu okeandan cənubda Qara dənizə, qərbdən Baltik dənizindən şərqdə Sakit okeana və 1867-ci ilə qədər Amerikada Alyaskaya qədər uzanırdı. 1897-ci ildə əhalinin siyahıya alınması ilə qeydiyyata alınan 125.6 milyon nəfər ilə həmin dövrdə Böyük Tzin və Hindistandan sonra dünyada əhalisinin sayına görə üçüncü yerdə idi. Rusiya bütün imperiyalar kimi iqtisadiyyat, etnik və dini mənsubiyyət fərqliliklərini özündə birləşdirirdi. İmperiyada çoxsaylı üsyan və sui-qəsd cəhdləri həyata keçirən müxalif qüvvələr var idi. Onlar gizli polis tərəfindən yaxından izlənilir və minlərlə insan Sibirə sürgün edilirdilər.

İqtisadi cəhətdən, imperiyanın əsas bazasını kənd təsərrüfatı təşkil edirdi. Böyük əmlaklarda təhkimli kəndlilərin çalışması (1861-ci ildə azad olunanadək) ilə məhsuldarlıq göstəriciləri aşağı idi. Dəmir yolu və fabriklərdə xarici sərmayələrin qoyulması hesabına iqtisadiyyat yavaş-yavaş sənayeləşdirildi. Torpaqlar 10-cu əsrdən 17-ci əsrə qədər zadəganlar (boyarlar), sonralar isə imperator tərəfindən tərəfindən idarə olunurdu. Çar III İvan (1462–1505), daha sonra ortaya çıxacaq olan imperiyanın təməlini qoymuşdur. O, dövlətin ərazisini üç dəfə artırmış, Qızıl Ordanın ağalığına son qoymuş, Moskva Kremlini bərpa etdirmiş və Rusiya dövlətinin bünövrəsini qoymuşdur. Çar Böyük Pyotr (1682–1725) çoxsaylı müharibələr aparmış və onsuz da böyük olan imperiyanı daha da böyüdərək Avropanın əsas güclərindən birinə çevirmişdir. O, paytaxtı Moskvadan yeni şəhər modeli olan Sankt-Peterburqa köçürmüş və ənənəvi, orta əsrlərdən qalma bəzi ictimai və siyasi baxışları müasir, elmi, Avropayönümlü və rasionalist bir sistemlə əvəz edən mədəni inqilab həyata keçirmişdir.

Böyük Yekaterina (1762–1796-cı illərdə hakimiyyətdə olmuşdur) imperiyaya qızıl dövrdə başçılıq etmişdir. O, fəthlə, müstəmləkəçilik və diplomatiya ilə dövləti genişləndirmiş, Qərbi Avropa xətləri boyunca Böyük Pyotrun modernləşmə siyasətini davam etdirmişdir. Çar II Aleksandr (1855–1881) 1861-ci ildə bütün 23 milyon təhkimli kəndlilərin azad olunması da daxil olmaqla bir çox islahatlar həyata keçirmişdir. Onun Şərqi Avropada siyasəti pravoslav xristianları Osmanlı hökmranlığı altında qoruyurdu. 1914-cü ilə qədər davam edən bu əlaqə Rusiyanın Birinci Dünya müharibəsinə Fransa, Birləşmiş Krallıq və Serbiya tərəfdən qatılaraq Alman, Avstriya və Osmanlı imperiyalarına qarşı mübarizəyə başlamasına gətirib çıxardı.

Rusiya İmperiyası 1905-ci il inqilabına qədər mütləq bir monarxiya kimi idarə olundu və daha sonra de-yure konstitusiyalı monarxiyaya çevirildi. İmperiya, 1917-ci ilin Fevral İnqilabı və Birinci Dünya müharibəsində iştirakında kütləvi uğursuzluqları səbəbindən süqut etdi.

Tarixi

İmperiyanı I Pyotr rəsmən Niştad sülh sazişindən sonra elan etsə də bəzi tarixçilər onun yaranmasını ya III İvanın 1478-ci ildə Veliki Novqorodu işğalı ilə, ya da İvan Qroznının 1552-ci ildə Qazan xanlığının varlığına son qoyması ilə əlaqələndirirlər. Başqa bir fikrə görə, 1547-ci ildə IV İvana tacqoymadan sonra istifadə olunan Çarlıq termini artıq imperiya sözünün müasir rus versiyası idi.

Əhalisi

Rusiya Imperiyası: Tarixi, İstinadlar, Xarici keçidlər 
Rusiya İmperiyasının etnik xəritəsi, 1875-ci ildə nəşr edilib

Rusiyanın genişlənməsi əsasən 17-ci əsrdə baş verdi. Belə ki, 17-ci əsrin ortalarında Sakit okeanın birinci dəfə Rus müstəmləkəçiliyi altına salınması, Rusiya - Polşa müharibəsi (1654 - 1667) nəticəsində Ukraynanın sol sahilinin birləşdirilməsi və Rusiyanın Serbiyanı işğalı ilə bu, pik həddə çatdı. Polşa 1790–1815 illər aralığında bölündü, torpaqlarının və əhalisinin çoxu Rusiyaya birləşdirildi. 19-cu əsrdə böyümə əsasən Asiyada və Sibirin cənubunda ərazilərin ilhaqı hesabına baş verirdi.

XVII əsrdə ruslar öz dili ilə fərqlənən xalqların qarışığı idi. Bunlar əsasən böyük hind-avropa dil qrupunun slavyan ailəsinə məxsus idilər. Velikoruslar və moskovitlər Moskva ətrafında yaşayırdılar. Onlar şimal meşələrinə nüfuz edib, çoxlu fin və digər aborigen tayfaları assimilyasiya etmişdilər. Qara dəniz sahili həmin vaxtadək Türkiyənin himayəsində olan tatar xanlarının əlində idi. Tatarlarla ruslar arasındakı sərhəd torpaqlarında yarımmüstəqil kazaklar yaşayırdılar, onlar əsasən miqrasiya edən ruslardan əmələ gəlmişdilər.

Moskvanın qərbində beloruslar, cənub-qərbində isə maloruslar və ya ukraynalılar yaşayırdılar. Onların hər ikisi XVII əsrdə Polşanın hökmranlığı altında idi. O vaxtlar Polşa Avropada aparıcı slavyan dövləti idi.

İl Rusiyanın əhalisi (milyon) Qeydlər
1720 15.5 yeni Baltik və Polşa əraziləri daxil olmaqla
1795 37.6 Polşanın bir hissəsi daxil olmaqla
1812 42.8 Finlandiya daxil olmaqla
1816 73.0 Polşa krallığı və Bessarabiya daxil olmaqla
1914 170.0 Yeni Asiya əraziləri daxil olmaqla

Xarici əlaqələri

XVIII əsr

I Pyotr(1672–1725)

1724-cü ildə Salyanda Rusiya əleyhinə, 1727-ci ildə isə Qarabağda Osmanlı hakimiyyətinə qarşı üsyanlar oldu.

II Yekaterina (1762–1796)

Şahzadə II Yekaterina III Pyotr ilə evli alman şahzadəsi idi. İmperatriça Yelizaveta öldükdən sonra o həyat yoldaşını qarşı çevriliş həyata keçirərək hakimiyyəti ələ keçirdi.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Tags:

Rusiya Imperiyası TarixiRusiya Imperiyası İstinadlarRusiya Imperiyası Xarici keçidlərRusiya Imperiyası Həmçinin baxRusiya ImperiyasıAvrasiyaFevral burjua-demokratik inqilabıRus diliRusiya RespublikasıRusiya müvəqqəti hökumətiŞimal müharibəsi (1700-1721)Şimali Amerika

🔥 Trending searches on Wiki Azərbaycanca:

AntarktidaƏlifbaKübra ƏliyevaVyetnamAvstriyaAzərbaycanın dövlət bayramları və xüsusi günləriQətərRövşən LənkəranskiQulaqdibi xəstəliyiTəmsilŞam ağacıDünya okeanıAmerika Birləşmiş ŞtatlarıDeyvis Kaliforniya UniversitetiAyaz MütəllibovMəxmərəkGədəbəy rayonuŞirvanşahlar sarayıTəzyiqPolşaTəşbehBronxial astmaTelli BorçalıQara QarayevElm günüBakı kəndlərinin siyahısıNitq hissəsiVətən Müharibəsi Qəhrəmanlarının siyahısıİmişli rayonuAzərbaycanın iqlimiKəbəİslandiyaAzadlıq heykəliElçin HüseynbəyliFellatioŞir (astrologiya)Azərbaycan milli futbol komandasıRusiya imperiyasıPasxaHecaGecə namazıGünəş sistemiZərf (qrammatika)MasturbasiyaAzərbaycan TeleviziyasıAzərbaycanın daxili sularıHeydərbaba dağıAzərbaycan Hərbi Dəniz QüvvələriQanqalAlqoritmMirzə Fətəli AxundovGinnesin Rekordlar KitabıGülüstan müqaviləsiƏhməd CavadAzərbaycanın telefon kodlarıSəməd Vurğunİslam DövlətiBakıSpermaBalaəliBakı İdman SarayıGəncə qapılarıDərinin xoşxassəli törəmələriƏtraf mühitMəhəmməd Əmin RəsulzadəBronxitAnalogiyaRusiya şəhərləriAvropa ölkələrinin siyahısıLionel MessiXocalı soyqırımıRozmarinCənubi AmerikaNamiq QaraçuxurluA vitaminiTrapesiyaAzərbaycan Respublikasının əməkdar artistiQubad İbadoğlu🡆 More