Azərbaycan Musiqisi

Azərbaycan musiqisi (az-əbcəd.

آذربایجان موسیقی‌سی‎) — Azərbaycan mədəniyyətinin bir qolu olub, Azərbaycan milli folklorunu təmsil edən, xalq və ya ayrı-ayrı azərbaycanlı bəstəkarlar tərəfindən yaradılmışdır. Azərbaycan musiqisi çoxəsrlik inkişaf yolu keçmişdir. Onun kökləri əsrlərin dərinliklərinə gedib çıxır. Çox qədim zamanlardan – Qobustanda qayaüstü rəsmlərdən (yallı-rəqs) – başlayaraq Azərbaycanda melodiya və ritm zənginliyi ilə fərqlənən çoxlu sayda mahnılar, müxtəlif rəqslər, çobanların tütəkdə çaldığı havalar səslənir.

Azərbaycan musiqisi
Azərbaycan Musiqisi
Ümumi mövzular
Janrlar
Xüsusi formalar
Milli musiqi
Alt janrlar
Media və təqdim etmə
Musiqi festivalları
Musiqi mediasıMədəniyyət TV
Millətçilik və vətənpərvərlik mövzusunda mahnılar
Milli himnAzərbaycan himni

Klassik musiqi

Azərbaycan klassik musiqisi — klassik musiqinin qollarından biri. XX əsrin əvvəllərində ictimai-siyasi və mədəni yüksəliş şəraitində Üzeyir Hacıbəyov müasir Azərbaycan peşəkar musiqi mədəniyyətinin əsasını qoydu və şifahi ənənəli milli sənətlə bəstəkar yaradıcılığının sintezini yaratdı.

Azərbaycan operası

Azərbaycan Musiqisi 
˝Leyli və Məcnun˝ muğam operası

Azərbaycan operası — operanın qollarından biri. 1908-ci il yanvar ayının 12-də ilk milli Azərbaycan operası – Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasının ilk tamaşası, 1913-cü il oktyabrın 25-də isə ilk milli musiqili komediya "Arşın mal alan" operettasının premyerası oldu.

Azərbaycan baleti

Azərbaycan baletibaletin qollarından biri. Azərbaycan baletinin yaranma tarixi 1940-cı ildən – Əfrasiyab Bədəlbəylinin "Qız qalası" baletinin səhnələşdirildiyi tarixdən hesablansa da, əslində onun rüşeymləri 1920-ci illərin əvvəllərində qoyulub.

Xalq musiqisi

Azərbaycan xalq musiqisi — Azərbaycan və onun AvropaAsiyada olan keçmiş ərazilərində yaşamış bütün sivilizasiyaların fərqli mədəni dəyərlərini özündə birləşdirir. Onun unikal quruluşuna bir çətir altında regional fərqlər daxildir. Azərbaycan xalqının musiqi-poetik yaradıcılığının ən qədim və önəmli janrlarından olan mahnılarda onun pak, yüksək mənəviyyatı, daxili aləmi, arzuları, ümidləri əks olunmuşdur.

Azərbaycan musiqi alətləri

Azərbaycan musiqi alətləri — Azərbaycanda, ilk növbədə xalq çalğı alətləri ansamblında istifadə edilən musiqi alətləri.

Azərbaycan aşıq sənəti

Aşıq musiqisi — şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biri olan aşıq sənətinin mühüm tərkib hissəsidir. Aşıq sənətində musiqi, poeziya, təhkiyə, rəqs, pantomima, teatr sənəti elementləri üzvi şəkildə birləşmişdir. Aşıq şeirinin janrları olan qoşma, gəraylı, müxəmməs, ustadnamə, qıfılbəndlə yanaşı, qoşmanın təcnis, cığalı təcnis növlərindən ibarətdir.

Aşıq musiqisinin ən geniş yayılmış növlərindən biri sazın müşayiətilə solo oxumaqdır. Sazda çalmaq tarixi inkişaf prosesində tədricən müstəqil bədii әһəmiyyət kəsb etmişdir. 2009-cu ildə Azərbaycan aşıq yaradıcılığı UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilmişdir.

Meyxana

Meyxana (fars. فیثک یاج‎) — Azərbaycana məxsus, zərb alətinin müşayiəti ilə oxunan və ya deklamasiya edilən metrikləşdirilmiş musiqi-poetik janrı. Meyxanada iki və daha artıq meyxanaçı müşairə şəklində bədahətən söyləyir. Meyxananın quruluş xüsusiyyətləri bayatı, qoşma, gəraylı və başqa xalq, eləcə də, aşıq poeziyasının formalarına dəqiq olmasa da, meyxananın özünəməxsusluğu janra əlvanlıq artırır. Meyxanaya bu təkraredilməz görkəmi verən amil – müşayiətdə zərb alətinin metroritmik əsasının ostinat formullu təşkilidir.

Muğam

Azərbaycan Musiqisi 
Sadıqcanın ansamblı

Muğam və ya muğamat — mürəkkəb, ideya, emosional məna daşıyan, dərin və bitkin təfəkkür, bədii həyəcan və müxtəlif musiqi obrazlarının inkişafını ifadə edən musiqi janrı. Muğam yarandığı ən qədim zamanlardan başlayaraq, əsrlər boyu davam edən tədrici inkişaf və təkamül prosesi nəticəsində yetkinləşmiş, formalaşmış və kamilləşmişdir.

Azərbaycanda muğamı adətən, muğam üçlüyün müşayiəti ilə xanəndə ifa edir. Belə ansamblın ifa etdiyi vokal instrumental bütöv muğam dəsgahı adlanır. Dəsgah muğamın küll halında, yəni, onun dəramədinin, bütün şöbə və guşələrinin, eləcə də hər şöbənin təsnif və rəng, yaxud diringələrinin ardıcıl ifa olunması deməkdir. Muğam kompazisiyasına daxil olan şöbələr əsərin musiqi-poetik məzmununu müəyyənləşdirən improvizə reçitavit səpkili vokal melodiyalardan ibarətdir. Bunlar dəqiq ritmə malik mahnı və rəqs epizodları ilə əvəzlənir. Mahnı epizodları təsnif, rəqsinki isə rəng adlanır.

Muğamların monumental, silsilə formaları, eyni zamanda, ən kiçik detalların son dərəcə cilalanması melodiyanın ifadəlilik imkanlarının əks etdirilməsindəki çoxplanlılıqla fərqlənir. Vokal – instrumental muğamdan fərqli olaraq çox vaxt rəngdə ifa edilmir. Muğamın ifası alətdə mükəmməl çalmağı bacarmaqla yanaşı, həm bütün kompozisiyanın quruluşunun qanunauyğunluqlaqrına, həm də şöbədən-şöbəyə keçidin məntiqinə bələd olmağı tələb edir. 2008-ci ildə Azərbaycan muğamları UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmişdir.

Populyar musiqi

Azərbaycan pop musiqisiAzərbaycanda yaranan pop musiqisinin növü. Azərbaycan pop musiqisinin yaranması XX əsrin ortalarına təsadüf edir. Müasir Azərbaycan pop musiqisi ənənəvi Azərbaycan xalq musiqisindən öz köklərini götürür.

2010-cu illərdə qloballaşmanın təsiri nəticəsində elektropop, dans-pop, sinti pop və elektrohop, 1980-ci illərində başlayan rəqs, elektronika və pop musiqisinin digər formaları ilə yanaşı Azərbaycan pop musiqisinə təsir etmişdir. 2011-ci ildə Eldar QasımovNigar Camal duetinin ifa etdiyi "Running Scared" adlı mahnı Azərbaycanın ilk qalibiyyəti olaraq Avroviziya tarixinə düşdü.

Azərbaycan cazı

Azərbaycan cazıcaz musiqisinin qollarından biri. 1960-cı illərdə Vaqif Mustafazadə muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaratmış və bu janrı "caz-muğam" adlandırmşdır. 2000-ci illərdə Bakı Beynəlxalq Caz FestivalıQəbələ Musiqi Festivalı kimi caz festivalları Azərbaycanda cazın inkişafında müsbət dönüş yaratdı.

Azərbaycan roku

Azərbaycan roku — rok musiqisinin qollarından biri. Azərbaycanda rok janrı 1960-cı illərdən yaranmağa başlayıb. 1970-ci illərdə "Üç alov" qrupu ilə Azərbaycanda rok-musiqisinin yaranmasında ən əsas rolu peşəkar qruplarla rəqabət aparan iki qrup — "Eksperiment OK" və "Aşıqlar" qrupu oynayıb.

Azərbaycan hip-hopu

Azərbaycan hip-hopu və ya Azərbaycan repi — hip-hop musiqi janrının növü. 1983-cü ildə ildə Çingiz Mustafayev dünyada ilk dəfə olaraq Azərbaycan dilində "Dünənki keçdi" rep janrlı mahnını səsləndirib. 1990-cı illərin ortasında Azərbaycan hip-hopu ölkədə məşhurluq qazanmışdır.

Elektronik rəqs musiqisi

Azərbaycanda, xüsusi ilə Bakı regionunda bir çox musiqili gecə klubları fəaliyyət göstərir. Alternativ musiqi səhnəsi, əsasən Bakının inkişaf edən yeraltı klubu səhnəsindən gəlir.

Digər janrlar

Azərbaycan hərbi musiqisi

Azərbaycan hərbi musiqisi — Azərbaycanda yaranan hərbi musiqinin növü. Azərbaycan hərbi musiqisi əsasən hərbi mahnılar və marşlardan ibarətdir.

Azərbaycan dini musiqisi

Azərbaycan dini musiqisi — Azərbaycanda yaranan dini musiqinin növü. Azərbaycan bəstəkarlarının yaradıcılığında həm Qərbdə yaranmış, əsasən Xristianlıqla bağlı dua mətnlərindən (məsələn, "Ave Maria") və janrlardan (rekviyem, misteriya və s.) istifadə olunması, həmçinin, Şərqdə yayılmış qədim dinlərin – Zərdüştiliklə bağlı mövzuların, təriqətlərin (Dərvişlik, Sufilik, Mövləvilik), İslam dininə xas olan dini oxuma və janrların (dua mətnləri, mərsiyə, qəsidə, şəbeh və s.) istifadə olunması nəticəsində bəstəkarların özünəməxsus musiqi üslubu formalaşmışdır. Dini musiqinin bəstəkar yaradıcılığına sirayət etməsi, demək olar ki, bütün sahələrdə — musiqili teatr, vokal-instrumental, xor, simfonik və kamera instrumental musiqi sahələrində özünü müxtəllif cəhətlərdən göstərir.

Qalereya

İstinadlar

Xarici keçidlər

Tags:

Azərbaycan Musiqisi Klassik musiqiAzərbaycan Musiqisi Xalq musiqisiAzərbaycan Musiqisi Populyar musiqiAzərbaycan Musiqisi Digər janrlarAzərbaycan Musiqisi QalereyaAzərbaycan Musiqisi İstinadlarAzərbaycan Musiqisi Xarici keçidlərAzərbaycan MusiqisiAzərbaycanAzərbaycan mədəniyyətiƏrəb qrafikalı Azərbaycan əlifbası

🔥 Trending searches on Wiki Azərbaycanca:

YanıqTəyinAran xalçalarıAhəng qanunuGölVergiHeydər Əliyev MərkəziAmerika Birləşmiş Ştatları prezidentlərinin siyahısıSaatlı rayonuMissioner pozasıQırğızıstanOral seksNeftçi–Qarabağ rəqabətiNazirlər Kabineti (Azərbaycan)Mir CəlalPerimetrOsmanlı imperiyasıSual cümləsiƏli ƏhmədovHicri təqvimMəsdərRespublikaSadə cümlənin şəxsə görə növləriZakir HəsənovNəqliyyatRobotAzərbaycan mətbuatıPlanetAzərbaycan musiqi alətləriİnkişaf etmiş ölkəYeni Müsavat (qəzet)BabəkXüsusi Təyinatlı Qüvvələr (Azərbaycan)BayquşlarAğciyərSəhraVüqar BiləcəriPolşaAzərbaycan operasıQız qalasıQəbələ FKModal sözlərDaxili İşlər Nazirliyi (Azərbaycan)Azərbaycan toy adətləriCavanşir Məmmədov (general)XankəndiSarbonnaQızılAzərbaycanın təbii sərvətləriQastritQafqazMirzə Ələkbər SabirVladimir PutinAzərbaycan İkinci Dünya müharibəsindəTürk xalqlarıKoroğlu dastanıYüzillik müharibəAbbasqulu ağa BakıxanovHidrogenFövqəladə Hallar Nazirliyi (Azərbaycan)Leyla ƏliyevaQan damarlarıPalçıq vulkanıSahələrinə görə ölkələrin və ərazilərin siyahısıAzərbaycandakı quşların siyahısıMolla Pənah VaqifBeyinAzərbaycan mətbəxiAllahverdi BağırovÇingiz MustafayevŞöhrət ordeni (Azərbaycan)Azərbaycanın ali təhsil müəssisələrinin siyahısıNidaSadır JaparovQrup seksI AbbasMikayıl MüşfiqTörəmə🡆 More