Təxminən 1 650 000 nəfərlik əhalisi ilə ölkənin ən sıx şəhəridir. Ətraf bölgələri ilə birlikdə Vyanada təxminən 2 milyon insan yaşayır ki, bu da Avstriya əhalisinin təxminən dörddə biridir. Əhali baxımından Vyana Avropa İttifaqının ən böyük onuncu şəhəridir. Vyana Birləşmiş Millətlər Təşkilatının dörd rəsmi mərkəz nümayəndəliyindən birinə malikdir. Şəhərdə olan digər əhəmiyyətli beynəlxalq quruluşlar OPEK, ATƏT və Beynəlxalq Atom Enerjisi Agentliyidir.
Əsrlər boyu Havsburqlar sülaləsinin məskunlaşma yeri olan şəhər, bu müddət boyunca Avropanın mədəni və siyasi mərkəzlərindən birinə çevrilmişdir. Şəhər London, Nyu-York və Parisdən sonra iki milyon əhalisiylə dünyanın ən böyük dördüncü şəhəri olsa da, Birinci dünya müharibəsindən sonra əhalisinin dörddə birini itirmişdir. Hələ də Havsburq xanədanının izlərini daşıyan köhnə şəhər mərkəzi və Şönbrun sarayı YUNESKO tərəfindən dünya mədəniyyət mirası olaraq qəbul edilmişdir. Vyananın simvolu olan Stefan kilsəsi şəhərin mərkəzində yerləşir.
Vyana İqtisadiyyat və Biznesin İdarəolunması Universiteti
Vyana Texnologiya Universiteti
Vyana Vebster Universiteti
Beynəlxalq təhsil müəssisələri
Vyana Beynəlxalq Amerika Məktəbi
Dunay Beynəlxalq Məktəbi
Vyana Xristian Məktəbi
Vyana Beynəlxalq Məktəbi
Vyana Beynəlxalq Universiteti
Mədəniyyət
Vyanada Bethoven, Haydn, Şubert və Brahms kimi sənətkarlar yaşayıb yaradıblar. Ata Ştraus bu şəhəri vals rəqsinin mərkəzinə, Maks Reynhard isə teatr incəsənətini öyrənmək mərkəzinə çevirib. Avstriyanı bütün dünyada məşhurlaşdıran isə, onun Vyana Filarmoniyası və Vyana Dövlət Operası kimi mədəniyyət mərkəzləridir. Burada Qustav Miller və Rixard Ştraus kimi böyük dirijorlar fəaliyyət göstərib.
This article uses material from the Wikipedia Azərbaycanca article Vyana, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır. Images, videos and audio are available under their respective licenses. ®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki Azərbaycanca (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.