Sinqa

Sinqa - Qidada vitaminlərin, xüsusilə də C vitamini (abskorbik turşusu), çatışmaması nəticəsində meydana gələn və diş ətinin boşalması, yumşalması və ondan qan axması şəklində təzahür edən xəstəlik.

Xəstəliyin erkən əlamətlərinə zəiflik, yorğunluq hissi və qol və ayaq ağrısı göstərilə bilər. Müalicə edilmədən qırmızı qan hüceyrələrinin azalması, diş əti xəstəliyi, saçlarda dəyişiklik və dəridən qanaxma baş verə bilər. Xəstəlik irəlilədikcə yaraların sağalmasında zəiflik, şəxsiyyət dəyişikliyi və nəhayət infeksiya və ya qanaxma nəticəsində ölüm baş verməsi mümkündür.

Sinqa
Sinqa
XBT-10 E54
XBT-10-KM E54
XBT-9 267
OMIM 240400
DiseasesDB 13930
MedlinePlus 000355
MeSH D012614
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Simptomlar ortaya çıxması üçün ən az bir ay qidalanma rejimində C vitaminin olmamalıdır. Müasir dövrdə sinqa ən çox zehni pozğunluqları, qeyri-adi yemək vərdişləri, alkoqolik olanlarda və tək yaşayan yaşlı insanlarda baş verir. Digər risk faktorlarına bağırsaq malabsorbsiyası və dializ daxildir. Bir çox heyvan öz C vitaminini istehsal etsə də, insanlar və bir sıra canlılarda bu funksiya yoxdur. Kollagenin formalaşması üçün C vitamini tələb olunur. Diaqnozu, ümumiyyətlə, fiziki əlamətlərə, rentgen şüalarına və müalicədən sonrakı yaxşılaşmaya əsaslanır.

Müalicəsi C vitaminin ağız yolu vasitəsi ilə qəbul edilməsidir. Tam müalicə üçün bir neçə gündən bir neçə həftəyə qədər uzanan bir müddət lazım olur. Qidalanmada qəbul ediləcək C vitamini mənbələri sitrus meyvələri və pomidor və kartof kimi bir sıra tərəvəzləri ola bilər. Bu mənbələrin pişirilməsi tərkibindəki C vitaminini azaldır.

Sinqa müasir dövrdə çox nadir hallarda müşahidə edilir. Bu, əsasən, inkişaf etməkdə olan ölkələrdə düzgün qidalanmama ilə əlaqəli olur. Qaçqınlar arasında xəstəliyin görünmə faizləri 5 ilə 45 arasında dəyişir. Xəstəlik Qədim Misirdə bilinirdi. Bu, uzun məsafəli dəniz səyahətini məhdudlaşdıran və çox vaxt çox sayda insanın ölümünə səbəb olan bir faktor idi. Təxmini rəqəmə görə 1571–1862-ci illəri əhatə edən dəniz sayəhətlərində dənizçilərin 50%-i sinqa xəstəliyindən dünyasını dəyişirdi. Krallıq donanmasındakı şotland cərrahı Ceyms Lind 1753-cü ildə sinqa xəstəliyinin sitrus meyvəsi ilə uğurla müalicə oluna biləcəyini sübut etmişdi. Buna baxmayaraq, Cilber Bleyn kimi səhiyyə islahatçıları Krallıq donanmasını dənizçilərinə müntəzəm olaraq limon suyu verməyə inandırması üçün 1795-ci ilə qədər gözləməli oldu.

İstinadlar

Tags:

AnemiyaC vitaminiDiş ətiVitaminlərİnfeksiya

🔥 Trending searches on Wiki Azərbaycanca:

Alternativ enerjiCənubi AzərbaycanCavanşir Məmmədov (siyasətçi)Sahə (ölçü parametri)KenquruQədim Yunanıstan mədəniyyətiVoleybolAzərbaycan mətbəxiLotu QuliZəncirotuGöygöl rayonuÇoxluqlarBaş Prokurorluq (Azərbaycan)İosif StalinHüseyn CavidArif HeydərovNeft DaşlarıQərbi Azərbaycan İcmasıCavanşir Məmmədov (general)KonusQaraciyərİşıqforAğqoyunlularXarici Kəşfiyyat Xidməti (Azərbaycan)Perimetrİkinci Qarabağ müharibəsiİqtisadiyyatQızılcaArxeoloji abidələrAzərbaycan memarlığıRus əlifbasıMenstruasiyaZərdüştilikSayHamiləlikQara YanvarMilli Məclis (Azərbaycan)Emin ƏmrullayevƏhalisinə görə ölkələrin siyahısıAzərbaycan ədəbiyyatıBronxial astmaTəyyarəƏliMiqrasiyaMikayıl CabbarovBraziliyaNilƏhmədiyyə CəbrayılovKarles PuçdemonGöyçə gölüAzərbaycan Beynəlxalq BankıCənubi Afrika Respublikasıİlham ƏliyevƏməköməci100 manatlıq əsginasTürkmənistanQarabağDaxili İşlər Nazirliyi (Azərbaycan)DəstəmazRombBirinci Qarabağ müharibəsiKanadaAzərbaycanda neft sənayesiTəbii fəlakətQuşlarAyQarabağ xanlığıBabəkAzərbaycanın palçıq vulkanlarıAzərbaycan Dövlət İqtisad UniversitetiAzərbaycan qoruqlarıVərəmGənclik parkıİnternetZərf (qrammatika)İngilis dili🡆 More