Limon

Limon (lat.

Limon
Limon
Elmi təsnifat
Aləm:
Klad:
Streptophyta
Klad:
Embryophytes
Klad:
Polysporangiophytes
Klad:
Tracheophytes
Klad:
Eudicots
Klad:
Core eudicots
Klad:
Superrosids
Klad:
Klad:
Malvids
Fəsilə:
Yarımfəsilə:
Aurantioideae
Cins:
???:
Limon
Beynəlxalq elmi adı

Ümumi məlumat

Limon çox faydalı bitkidir. Azərbaycanın subtropik rayonlarında (Lənkəran, Astara və s.) son illərdə müvəffəqiyyətlə becərilir və onun əkin sahələri ildən-ilə genişləndirilir.

Limonun vətəni qədim Hindistan torpağıdır. Əfsanəvi hindli yoqları onu sağlamlığın qorunmasında universal bir vasitə sayırlar. Onların dediklərinə görə hər adam özünü gündə bir limon yeməyə və bir limonun şirəsini içməyə öyrətməlidir. Güman edilir ki, "limon" sözü malay dilində bu meyvəni adlandıran "lerno" sözündən əmələ gəlib. Çində isə bu bitkini "limunq" adlandırırlar və tərcümədə bu "analar üçün xeyirli" deməkdir. 18-ci əsrdə İngilis donanmasında uzun səfər zamanı matroslara gündə 30 q limon şirəsi qəbul etmək məcburi sayılırdı ki, bu da onları sinqa xəstəliyindən qoruyurdu. Keçən əsrdə limonu taun xəstəliyindən qoruyan və ilan zəhəri əleyhinə vasitə hesab edirdilər. Qafqazda belə bir qədim əfsanə var ki, hökmdarın sevimlisi ağılsız hərəkət edərək qəzəbə düçar olur və həbsxanaya düşür. Ona həbsxanada yemək üçün dadına görə yemək seçməyi təklif edirlər. Məhbus limon seçir və hamının təəccübünə səbəb olur. O deyir ki, limonun qoxusu (ətri) şadlandırır, qabığı və toxumları ürəyə faydalıdır, limonun ləti qidadır, şirəsi isə susuzluğu yatırır.

Bütün başqa sitruslar kimi, limonun iç hissəsi qalın qabıqla örtülüb, əti isə nazik ağ pərdə ilə bağlanmış dilimlərə bölünür. Ətin ortası dadsız ağ maddədən ibarətdir.

Limon ağacının meyvələrindən istifadə olunur. Meyvələrini yetişən zaman toplayır, çeşidlərə ayırır, yaxşı yetişənlərini satışa göndərir, vaxtından qabaq ağacdan qopub düşənləri limon zavoduna, həddindən artıq yetişənləri isə efir yağı istehsal edən zavoda verirlər.

Limon meyvəsinin qabıq hissəsində 3-6 %-ə qədər efir yağı olur ki, bunu da limon meyvəsinin qabıqlarından xüsusi aparatda sıxmaq üsulu ilə alırlar. Alınan limon yağı maye halda olub, xoş ətirli iyə malikdir. Onun tərkibinin 90 %-ni terpen-limonen adlı ətirli maddələr, 3-6 %-ni isə son dərəcə xoş ətirli iyi olan sitral aldehidi təşkil edir. Bu maddələr limon yağının ən qiymətli hissəsidir.

Limon 
Limon 
Limon 

Limon yağından ən çox ətriyyat sənayesində, qiymətli ətirlərin tərkibində istifadə edilir. Təbabətdə isə limon yağı bir sıra mürəkkəb dərmanların tərkibində xoş ətirli maddə kimi işlədilir. Son illərdə limon yağından sitral aldehidi də alınır ki, ondan 2-3 %-li spirtli məhlul şəklində hipertoniya xəstəliyinin müalicəsində damcı şəklində qəbul olunur. Limon meyvələrinin şirəsində 8-9 % limon turşusu da vardır. Buna görə bir sıra ölkələrdə (İtaliya, İspaniya və s.) limon meyvələrindən sənaye miqyasında tibb üçün yararlı limon turşusu istehsal edilir. Bu turşudan da "natrium-sitrat" adlı preparat hazırlanır ki, bu da qanköçürmə institutlarının təcrübəsində donor qanını konservləşdirmək məqsədilə işlədilir. Limonun meyvələri eyni zamanda C və P vitaminlərilə də zəngindir. Bu vitaminlər limon meyvələrinin qabıq hissələrində daha çox olur. Odur ki, limonlu çayın çox içilməsinin böyük müalicəvi əhəmiyyəti vardır. Limon həm də çox qüvvətli bakterisid təsirə malikdir. O, angina və avitaminoz xəstəliklərinə qarşı ən effektli vasitədir.

Limon qələvi elementlərlə olduqca zəngindir. Bundan başqa onun tərkibində 8% qədər üzvi turşular, 3% qədər şəkərlər, azotlu maddələr, mineral maddələr (kalium, mis), A, VI, V2, Z, S vitaminləri, fitosidlər və s. limonun qabığı və yarpaqlannda efir yağları mövcuddur. Limonun təzə sixilmiş şirəsi C vitamini ilə zəngindir, lakin onun əksər hissəsi açıq havada tez dağılır. Limonun tərkibində R vitamini var. İnsan orqanizmində onun qıtlığı qanaxmalara, ayağ ağrılarına, dərialtı qansızmalara, ümumi zəifliyə gətirib çıxarda bilər. Bu vitamin damar şişməsini, babasil (hemorroy) və trofik yaralarına qarşı dərman kimi 51x15 edə bilər.

İstinadlar

NKPİ.az 2019-03-27

Xarici keçidlər


Tags:

BitkiLatın diliNövSədokimilər

🔥 Trending searches on Wiki Azərbaycanca:

TürkiyəSilindrNaxçıvan Muxtar RespublikasıTəyinİslamda tanrının adlarıQarabağ xanlığıUran (planet)Bizans imperiyasıFevralWhatsAppBirinci Dünya müharibəsiMadər MusayevUEFA Çempionlar LiqasıEnerjiXərçəng xəstəliyiXarıbülbül (simvol)AtropatenaNəriman HəsənzadəAzərbaycanlılarAzərbaycan mətbuatıMonarxiyaSourZərf (qrammatika)XalçaƏhməd CavadBakı Dövlət UniversitetiBakı kəndlərinin siyahısıNapoleon BonapartDəmiryolu nəqliyyatıAdolf HitlerAzərbaycan operasıMannaAprelNamiq QaraçuxurluPortuqaliyaRombHəzm sistemiNormativ hüquqi aktTürkmənistanDaxili İşlər Nazirliyi (Azərbaycan)Sahil metrostansiyasıŞirvan (Azərbaycan)Xəzər dəniziXXXTentacionBalİntellektAzərbaycan müğənnilərinin siyahısıMirvariI OsmanAzərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya AktıOğlaq (astrologiya)İlk tibbi yardımŞimali AmerikaBöyrəkAzərbaycan himniTarCəbrMehriban ƏliyevaKonusCümlə üzvləriCəfər CabbarlıHacı Məmmədov (cinayətkar)Andrey LuninQoç (astrologiya)AlqoritmVüqar Biləcəriİnsan penisinin uzunluğuQara QarayevQafqazinfo.azTəşbehAzərbaycan Silahlı QüvvələriEldənizlərDağVilayət EyvazovSpermaHəmcins üzvlər🡆 More