Sanna Marin: Fin siyasətçi və Finlandiyanın 46-cı Baş naziri

Sanna Mirella Marin (16 noyabr 1985, Helsinki) — 10 dekabr 2019-cu ildən 2023-cü ilə qədər Finlandiyanın Baş naziri.

Sanna Marin
fin Sanna Marin
Sanna Marin: Həyatı, Karyerası, Şəxsi həyatı
bayraq
Finlandiyanın 46-cı Baş naziri
bayraq2
10 dekabr 2019 – 20 iyun 2023
PrezidentSauli Niinistö
ƏvvəlkiAntti Rinne
SonrakıPetteri Orpo
Sosial Demokrat Partiyasının sədri
Vəzifədədir
23 avqust 2020-ci ildən
ƏvvəlkiAntti Rinne
Nəqliyyat və Rabitə naziri
6 iyun 2019 – 10 dekabr 2019
Baş nazirAntti Rinne
ƏvvəlkiAnu Vehvilainen
SonrakıTimo Harakka
Şəxsi məlumatlar
Doğum adı Sanna Mirella Marin
Doğum tarixi 16 noyabr 1985(1985-11-16) (38 yaş)
Doğum yeri
Partiya
  • Finlandiya Sosial Demokrat Partiyası[d]
Təhsili
  • Tampere Universiteti[d] (20072017),
  • Suupanniitti məktəbi[d]
Fəaliyyəti siyasətçi
Həyat yoldaşı
  • Markus Raikkönen[d] (20202023)
Uşağı 1
Elmi fəaliyyəti
Elm sahəsi siyasət, sosial-demokratiya
sannamarin.net
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

O, 2015-ci ildən Sosial Demokrat partiyasından Finlandiya Parlamentinin üzvü və 6 iyun 2019 – 10 dekabr 2019-cu il arasında Nəqliyyat və Rabitə Naziridir.

Antti Rinne baş nazir vəzifəsindən ayrıldıqdan sonra Finlandiya Sosial Demokrat Partiyası 8 dekabr 2019-cu ildə Marini yeni baş nazir vəzifəsinə namizəd seçdi. Parlament tərəfindən təsdiqləndikdən sonra, 34 yaşında Marin həm dünyanın ən gənc baş naziri, həm də Finlandiyanın ən gənc baş naziri oldu. O, həmçinin Mari Kiviniyemi və Anneli Yattenmyakidən sonra ölkəsinin üçüncü qadın baş naziridir.

Həyatı

Marin 16 noyabr 1985-ci ildə Helsinkidə anadan olub və Tampereya köçməzdən əvvəl Espoo və Pirkkalada yaşayıb.

Karyerası

Sanna Marin: Həyatı, Karyerası, Şəxsi həyatı 
Marin 2012-ci ildə

Marin 2004-cü ildə 19 yaşında Pirkkala liseyini bitirib. 2017-ci ildə Tampere Universitetində inzibati elmlər magistri dərəcəsinə yiyələnib. Marin 2006-cı ildə Sosial Demokratik Gənclik partiyasına qoşulub və 2010-cu ildən 2012-ci ilə qədər birinci vitse-prezident vəzifəsində çalışmışdır.

Marin 2008-ci ildə Finlandiya bələdiyyə seçkilərində namizəd idi, lakin seçilmədi. 2012-ci ildən siyasətdə aktiv oldu. 2012-ci il seçkilərində, 27 yaşında Tampere Bələdiyyə Məclisinə seçildi, bu, siyasi karyerasında bir irəliləyiş anı idi. 2013-cü ildən 2017-ci ilə qədər Tampere Şəhər Şurasının sədri olub. 2017-ci ildə yenidən Şəhər Şurasına seçilib. O, həmçinin Tampere bölgəsi Məclisinin üzvüdür. 2013-cü ildən 2016-cı ilə qədər Pirkanmaa Regional Şurasının üzvü olub.

Marin 2014-cü ildə Sosial Demokrat Partiyası sədrinin ikinci müavini seçildi. 2015-ci ildə 30 yaşında Finlandiya Parlamentinə Pirkanmaa seçki dairəsindən millət vəkili seçildi. Dörd il sonra o, yenidən seçildi. 6 iyun 2019-cu ildə Marin, nəqliyyat və rabitə naziri oldu.

2019-cu ilin dekabrında Antti Rinnenin Finlandiyanın Baş naziri vəzifəsinə keçmək üçün Sosial Demokrat Partiyası tərəfindən namizəd göstərildi. Rinne, poçt tətilini idarə edərkən çox tənqid edildi, lakin ən azı 2020-ci ilin iyununda keçiriləcək bir qurultaya qədər partiyanın rəsmi lideri olaraq qalacaq. Sosial Demokrat Partiyasından namizədliyini verən Sanna Marin əsas rəqibinə 3 artıq səslə qalib gəlib. Onun rəqibi Antti Lindtmandan 29 səslə məğlub olub. Sanna Marin isə 32 səslə ölkənin baş naziri seçilib. Bildirilir ki, Sanna Marin kabinetdəki 18 nazirdən 12-nin qadınlardan ibarət olduğu beş partiya koalisiyasının yaratdığı hökuməti idarə edəcək.

Yeni seçilən baş nazir ətraf mühitin və təbiətin qorunması, qaz yanacaqlarından istifadə edən nəqliyyat vasitələrinin qadağan edilməsi yönündə fəailiyyəti ilə də tanınır. Qeyd edək ki, yeni seçilən gənc baş nazir Marin, Finlandiyanın NATO üzvlüyü mövzusunda da sərt fikirlər səsləndirirdi.

Şəxsi həyatı

Marin özünü eyni cinsli valideynlərin (iki qadın) övladı olduğu üçün özünü göy qurşağı ailəsindən gəldiyini təsvir edir. O, eyni zamanda ailəsində yeganə uşaq idi və ailəsində universitetə gedən ilk şəxs idi.

Ailəsi

Sanna Marin Markus Rayikkönen ilə ailəlidir. Bir qız övladı var.

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

Sanna Marin: Həyatı, Karyerası, Şəxsi həyatı   siasət portalı Sanna Marin: Həyatı, Karyerası, Şəxsi həyatı   Finlandiya portalı

Tags:

Sanna Marin HəyatıSanna Marin KaryerasıSanna Marin Şəxsi həyatıSanna Marin Həmçinin baxSanna Marin İstinadlarSanna Marin Xarici keçidlərSanna Marin16 noyabr1985FinlandiyaHelsinki

🔥 Trending searches on Wiki Azərbaycanca:

EpitetƏfşar imperiyasıTarixHacı Zeynalabdin TağıyevTikTokNilMarketinqHepatit BLeyli və Məcnun (Nizami)Azərbaycanın iqtisadi rayonlarıI OsmanAzərbaycan ədəbiyyatıAzərbaycandakı quşların siyahısıTamamlıqDinBalıqVergiXəlil Rza UlutürkKvadrat metrYazıAzərbaycan operasıÇoxmənalı sözlərMisir ehramlarıBərdəQədim Yunanıstan mədəniyyətiCənubi AmerikaNeftçi PFKLayihəRombAzərbaycan mədəniyyətiHikmət MirzəyevAlternativ enerjiXarıbülbülTərcüməMikayıl Cabbarovİmadəddin NəsimiŞöhrət ordeni (Azərbaycan)Azərbaycan gölləriZərdüştilikSüni intellektMüdafiə Nazirliyi (Azərbaycan)Lotu QuliŞərur rayonuKürQədim YunanıstanİsveçProqram təminatıAzərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkiliKimyəvi silahFatiməƏbülfəz ElçibəyƏli XameneiBucaqRiyaziyyatModal sözlərQafqazTimsahlarAzərbaycan xalq musiqisiMəhəmməd Əmin RəsulzadəYeni Müsavat (qəzet)Ağcabədi rayonuSəfəvilərDağıstanBöyük Hun imperiyasıCənubi AzərbaycanQızılgülXitabÖzbəkistanQuba rayonuMəhəmməd HadiRənglər siyahısıAzərbaycanın iqlimiİlyas ƏfəndiyevSinir sistemiFonetik təhlilUşaq hüquqlarıHindistanƏlcəzair🡆 More