Buça Qətliamı

Buça qətliamı və ya Buça soyqırımı — Rusiya-Ukrayna müharibəsi gedişində Buçanın dinc sakinlərinə qarşı Rusiya Silahlı Qüvvələri tərəfindən törədilmiş kütləvi qətl və işgəncələr.

Ukrayna, Polşa, Latviya və Estoniya rəsmiləri bu olayları soyqırımı adlandırıblar.

Buça qətliamı
Əsas münaqişə: Rusiya-Ukrayna müharibəsi
Buça Qətliamı
Ümumi məlumatlar
Yeri Ukrayna Ukrayna, Buça
Tarix mart 2022
Ölü sayı 1000-dən çox (Ukrayna mənəblərinə görə)
Törədən(lər) Rusiya Rusiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hesabatlar

Buça Qətliamı 
Məhv olunmuş meyitli maşın (2022-ci ilin aprelin 2-i)

The Kyiv Independent yazdığına görə, martın 4-də Rusiya qüvvələri it sığınacağına yemək çatdırmaqdan qayıdan üç dinc insanı maşında öldürüb. Martın 5-də, saat 7:15-də içində qaçmağa cəhd edən iki ailə olan iki maşın Çkalova küçəsinə dönən zamanı Rusiya qüvvələri tərəfindən görünüb. Onlar maşınlara atəş açaraq, ikinci maşındaki kişini öldürüblər. Öndə olan maşın isə pulemyot atəşinə məruz qalıb və ordaki iki uşaq və anası dərhal həyatlarını itiriblər.

Sosial medialarda kütləvi qırğınları göstərən ilk video Rusiya qoşunların geri çəkilməsindən sonra, aprelin 2-də yayımlanmağa başlayıb. Buça merinin, Anatoli Fedorukun sözlərinə görə, bölgədə aşkar olunmuş cəsədlərin arasında "yüzlərlə Rusiya əsgərləri" də var idi. Bundan sonra, Rusiya qüvvələrinin işğal zamanı törətdiyi hərbi cinayətlərinin daha çox sübutları aşkar olunmağa başladı. Ukrayna Müdafiə Qüvvələrinin əsgərlərinin sözlərinə görə, onlar Buçanın yanında yerləşən Zabuççyadaki yay düşərgəsinin zirzəmisində on səkkiz kişi, qadın və uşaq meyitini şikəst edilmiş vəziyyətdə tapmışlar. Ukrayna ordusunun çəkdiyi videoda həmin zirzəmi işgəncə otağı kimi görünür. Əsgərlərdən biri deyib ki, bəzi bədənlərin qulağı kəsilib və dişləri çıxarılıb və həmçinin qeyd edib ki, onlar müsahibədən bir gün əvvəl zirzəmidən çıxarılıblar. Bir çox mülki şəxslərin meyitləri yollarda idi. Azadlıq Radiosunun apardığı araşdırmada həmin zirzəminin edam otağı olaraq işlədilməsini aşkar edib.

CNN, BBCAFP yaydıqları videolarda Buça küçələrində meyitləri görmək olar. Onların bəzilərinin ayaqları və əlləri bağlanmış idi. BBC bir küçədəki 20 meyiti tedqiq etmişdi. Onların bəzilərinin gicgahına mərmi vurulmuşdu, bəzilərini isə tank əzmişdi.

Ukrayna ombudsmanı, Lyudmila Denisovanın sözlərinə görə "Ukraynalıların soyqırımı" çərçivəsində Rusiya əsgərləri cinsi zorakılığı da mülki şəxslərə qarşı işlədirdi. O qeyd edib ki, 2022-ci ilin aprelin 6-da təsis olunan qaynar xəttə yaşları 14 və 24 arası olan qızların və qadınların ən azı 25 zorlama olayı haqqında məlumat verilib.

Reaksiyalar

ing. Human Rights Watch (HRW) illik hesabatında qeyd etmişdir ki, bu, Ukraynanın bir çox digər yaşayış məntəqələrində də müşahidə olunub və beləliklə, rus qoşunlarının davamlı təcrübəsidir.

Ukrayna

Ukrayna olayı mülki şəxslərin qətli və hərbi cinayət olaraq xarakterizə edib. Qeyd olunur ki, həlak olanlar mülki geyimlərdə və silahsız idilər. Ukrayna hökumətinin sözlərinə görə, hazırda hərbi cinayətlərin, o cümlədən Buça qətliamının sübutları toplanılır.

Rusiya

Rusiya Müdafiə Nazirliyi öz teleqram kanalında Rusiya qüvvələrinin döyüş zamanı mülki əhalini hədəfə aldığını inkar edən hesabatı paylaşıb. Hesabatda iddia olur ki, şəhərdəki kütləvi məzarlıq əslində Ukraynanın hava hücumunun qurbanlarıdır. Rusiya tərəfi Buçadakı mülki əhalinin cəsədlərini göstərən videoların analizində həmin bədənlərin tərpəndiyi deyib. Lakin həmin iddiaların BBC-nin Moskva şöbəsi tərəfindən araşdırması tərəfindən inkar olunub və deyilir ki, video uydurma deyil.

Başqa ölkələr

Moldova Prezidenti Maya Sandu olayı "insanlıq əleyhinə cinayət" adlandırıb və 2022-ci ilin aprelin 4-ü Rusiya-Ukrayna müharibəsində həlak olan Ukraynalılar xatirəsinə Moldovada matəm günü elan edib. Bu cür qınamalar həmçinin Finlandiya, Litva, Polşa və Türkiyə dövlət xadimləri tərəfindən ifadə edilib.

ABŞ Prezidenti Co Bayden Putini hərbi cinayətlərə görə mühakimə edilməsi üçün çağırış edib. O, Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini dəstəkləyib.

Həmçinin bax

Mənbələr

İstinadlar

Tags:

Buça Qətliamı HesabatlarBuça Qətliamı ReaksiyalarBuça Qətliamı Həmçinin baxBuça Qətliamı MənbələrBuça Qətliamı İstinadlarBuça QətliamıBuçaKütləvi qətlRusiya Silahlı QüvvələriRusiyanın Ukraynanı işğalı (2022)Soyqırımİşgəncə

🔥 Trending searches on Wiki Azərbaycanca:

CümləAyaz MütəllibovGəncəMüslüm Maqomayev (bəstəkar)Erkin QədirliİsrailİngiltərəTorpaqMədə xərçəngiZərdüştilikMübariz İbrahimovAzərbaycan Milli Elmlər AkademiyasıEverestLimfa düyünləriMilli Təhlükəsizlik Nazirliyi (Azərbaycan)ZülallarSəbinə XasayevaQan dövranıƏzələAlçaYanvarAna səhifəQədim RomaÇingiz xanPakistanRamiz ZeynalovİraqCeyms KobörnMultikulturalizmQazax rayonuKonstitusiyaHalikarnas mavzoleyiSkelet (insan)OmonimMübtədaRafael İsgəndərovRəqəmCeyms CoysÇəmbərəkənd parkıƏfqanıstanUzun HəsənBirinci Dünya müharibəsiAzərbaycan əhalisiTemperamentAzərbaycanda toy adətləriƏliİndoneziyaLeyli və Məcnun (Nizami)Adolf HitlerDolça (astrologiya)Azərbaycan milli futbol komandasıKimyəvi elementNovruzəli AslanovGünəşMir CəlalI AbbasOlimpiya oyunlarıVətən müharibəsi iştirakçısı medalıTexnofestZəfər Günü (Azərbaycan)NeymarXumar QədimovaFirdovsi AtakişiyevLivanƏli MəsimliTürk xalqlarıSasanilər imperiyasıSentyabrMonqol imperiyasıŞtat (ABŞ)Qasım SüleymaniNaxçıvanQızıl yel xəstəliyiƏmir TeymurAzərbaycan Premyer LiqasıKürİrəvan xanlığı🡆 More