Xitab

Cümlədə müraciət olunan şəxsi, əşyanı bildirən sözlərə və ya söz birləşmələrinə xitab deyilir.

Xitablar, əsasən, isimlərlə və ismi birləşmələrlə ifadə olunur. İsimləşən digər nitq hissələri və feili sifət tərkibləri də xitab mövqeyində işlənə bilər. İnsan anlayışı bildirən isimlər daha çox xitab kimi işlənir. Məsələn: Oğul, yaxına gəl. Körpə balam, rahat yat. Ata, eşidirəm səni. Ey Vidadi, gərdişi-dövrani kəcrəftarə bax və s.

Xitab başqa canlılara və cansızlara da aid olur. Məsələn: Baş alıb gedirsən hayana, ceyran. Dağlar, səndə gözüm qaldı. Oxu, tar, oxu, tar. Göy göl, tərifini çox eşitmişəm və s.

Xitab ismin adlıq halında olur və bu baxımdan mübtədaya oxşayır. Lakin, o, xüsusi intonasiya ilə deyilir və cümlə üzvlərindən kiçik fasilə ilə ayrılır. Məsələn: S.Vurğun məşhur “Ceyran” qoşmasında ceyran sözünü həm mübtəda, həm də xitab kimi işlətmişdir:

Əyilib su içir bir ana ceyran… Söhrətin yayılıb hər yana, ceyran…

Birinci misrada ceyran sözü mübtəda, ikinci misrada isə xitabdır.

Xitablar quruluşca sadə və mürəkkəb olur. Nitq hissəsi ilə ifadə olunan xitablar sadə, söz birləşməsi ilə ifadə olunan xitablar isə mürəkkəb xitablar sayılır. Oğul, (sadə xitab) yaxına gəl. Körpə balam, (mürəkkəb xitab) rahat yat.

Xitablar cümlə üzvlərindən vergüllə ayrılır. Xitab cümlənin əvvəlində, ortasında və sonunda işlənə bilər. Cümlənin sonunda işlənən xitabdan əvvəl vergül, sonra isə nöqtə ,nida işarəsi və ya sual işarəsi qoyulur. Məsələn: Nə olub, ana, niyə belə narahatsan? Gəl, ey qoca Təbriz! və s.

Xitablardan əvvəl ay, ey, a nidaları da işlənir.

Tags:

🔥 Trending searches on Wiki Azərbaycanca:

Azərbaycanda təhsilLeyli və Məcnun (Nizami)Füzuli kantatasıCahangir CahangirovAna səhifəArElektrik müqavimətiÇoxluqlarSinonimUçan xalçaAzərbaycan milli geyimləriVektor (riyaziyyat və fizika)HemofiliyaMenstruasiyaBronxial astmaGoranboy rayonuBalİsrailTriqonometriyanın əsas düsturlarıTelepatiyaHacı Zeynalabdin TağıyevArıAzərbaycan banklarının siyahısıLimfa düyünləriZakir HəsənovMercedes-BenzHacı ŞahinSüni intellektKriştiano RonaldoUşaq hüquqlarıPrizmaAzərbaycan ədəbiyyatıİngiltərəAzərbaycan Hərbi Hava QüvvələriGəmiAğrı dağıElxanilər dövlətiİslamNeftŞirSual cümləsiSeks (dəqiqləşdirmə)Leyla ƏliyevaƏl-XarəzmiOksigenTarixi Abidələrin Mühafizəsi GünüKağızİnsan penisiRövşən Nəcəfİrəvan xanlığı18 aprelYeni KaledoniyaQuba rayonuBərabəryanlı trapesiyaƏbabilQurban QurbanovKosmosun tədqiqiDəstəmazQalaktikaTəbii fəlakətEkologiyaVüqar BiləcəriAvtomobilin tarixiAyaz MütəllibovMəlahət QəhrəmanovaOrqanizmNeft Daşlarıİspaniyaİnformasiya cəmiyyətiƏkinçi (qəzet)Kitabi-Dədə QorqudRuhullah XomeyniTəşbehQafqaz AlbaniyasıHəzi AslanovSumqayıt🡆 More