Prometey (yun.
Hesiona onun həyat yoldaşı olmuşdur.
Prometey | |
---|---|
q.yun. Προμηθεύς | |
| |
Mifologiya | Yunan |
Yunanca adı | Προμηθεύς |
Cinsi | kişi[d] |
Sülalə | Titanlar |
Atası | İapet |
Anası | Klimena |
Qardaşı | Atlant, Epimetey, Menetiy (Hesioda görə) |
Arvadı | |
Dəfn yeri | |
Atributlar | Od |
Mənşəyi | Titan |
Vikianbarda əlaqəli mediafayllar |
İapet | Klimena | ||||||||||||||||||||||||||||||||
Atlant | Prometey | Epimetey | Menetiy | ||||||||||||||||||||||||||||||
Yunan mifologiyasına görə çox-çox qədim zamanlarda, Yer üzündə ancaq ölməz tanrılar yaşayırmış. Tanrılar insanları və digər məxluqları yaradıb yer üzünə səpələmək qərarına gəlirlər. Rəvayətə görə Prometey insanları torpaqdan yaratmış, Afina isə onlara nəfəs vermişdir.. Tanrı Zevs titan İapetin oğlanları olan Prometeyə və Epimeteyə yaradılmış insanlara və məxluqlara gözəllik və qüvvə payalamağı tapşırır. Bölgü apararkən Epimetey bütün yaraşıq və quvvəni heyvanlara paylayır. Paylarına heç nə düşməyən insanlar isə köməksiz qalırlar.
Prometey insanların dostu olduğundan bu ədalətsizliyi aradan qaldırmaq məqsədilə Afinadan müdrikliyi, Hefestin emalatxanasından isə odu oğurlayaraq insanlara verir. Odun köməyi ilə insanlar qızınmış və yaşayıb-törəyə bilmişlər. Prometeyin bu hərəkəti tanrı Zevsin hiddətinə səbəb olur. O, Prometeyi cəzalandırmaq məqsədilə onu Qafqaz dağlarının zirvəsində zəncirləməyi tapşırır. Burada qartal onun qaraciyərini didib yeyərmiş. Hər dəfə onun didilmiş qaraciyərinin yerini yenisi tutarmış. Beləliklə, Prometey otuz il ərzində əzab çəkərək qaraciyərini qartala yedirtmişdir.
Başqa bir rəvayətə görə, Zevsin hiddətinə digər bir hadisə səbəb olmuşdur. Belə ki, qurbanvermə mərasimində Prometey öküzün ət və içalatını dərisinə bükür, sümüklərini isə yağ və piyin içində gizlədir. Seçim zamanı Zevsin payına sümüklər, insanların payına isə ət və içalat düşür. Bundan hiddətlənən Zevs onu cəzalandırır. Beləliklə ənənəyə görə insanlar qurban kəsilmiş heyvanın ətini özləri yeyir sümük və piyini isə yandırrırlar.
This article uses material from the Wikipedia Azərbaycanca article Prometey, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki Azərbaycanca (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.