Afroamerikalılar

Afroamerikalılar (ing.

zənci irqinə tam və ya qismən aid olan ABŞ vətəndaşları. İfadə ingilis dilinə rəsmi dairələrdə zənci sözünün işlədilməsinin (isp. Negro) qeyri-korrekt olması barəsində fikir möhkəmləndikdən sonra daxil olub. Həmçinin neytral söz olan "qaralar" (Black people) ifadəsi də geniş yayılıb.

Afroamerikalılar
Afroamerikalılar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Afroamerikalılar
ABŞ-nin keçmiş prezidenti Barak Obama

Ümumi məlumat

Afroamerikalı ya da Qara Amerikalı, mənşəyi Afrikadakı hər hansı bir zənci əhaliyə söykənən Amerika Birləşmiş Ştatları vətəndaşları ya da sakinləridir. Termin, Birləşmiş Ştatlarda soyu ümumiyyətlə (heç olmasa qismi olaraq) Səhraaltı Afrikaya söykənən Amerikalılar üçün istifadə edilir. Afroamerikalıların çoxu Şimali Amerikaya gətirilmiş qaradərili qulların nəslindəndir. Lakin bəziləri, Afrikalı, Karibli, Orta Amerikalı ya da Cənubi Amerikalı xalqlardan könüllü olaraq köç etmişlər ya da kökləri bu bölgələrə söykənir. Afroamerikalılar Amerika Birləşmiş Ştatlarındakı etnik azlıqların ən böyük hissəsini təşkil edir.1964-cü ildə Con Kennedi Mədəni Hüquqlar haqqında Qanun hazırlamışdır, ancaq bu qanunu imzalaya bilməmişdir, çünki sui-qəsdə məruz qalmışdır. Bu qanunu Lindon Conson 1964-cü ildə imzalamışdır. Qanunun şərtlərinə görə Afroamerikalılar (Qaradərililər) ilə ağdərililər arasında heç bir politik (siyasi) , ekonomik (iqtisadi) və hüquqi fərq qoyulmayacaqdır.

Amerika zənciləri

Sayı 36,4 mln.-dur (2000). İngilis dilinin Amerika variantında və cənub zəncilərinin dialektində (Black English) danışırlar. Dindarlarının əksəriyyəti xristiandır, müsəlmanlar və iudaistlər də var.

17,19-cu əsrlərdə Şimali Amerikaya gətirilmiş afrikalı qulların nəsilləridir. Müstəmləkəçilik dövründə əvvəl mədəni, sonra isə ictimai assimilyasiya prosesi başlamışdır. Qadağalara baxmayaraq zəncilərin ağ amerikalılar və hindilərlə nikahları nəticəsində artıq 19-cu əsrin ortalarında azad zəncilərin 1/3-i, qulların isə 10 %-i mulat idi. 20-ci əsrin 30-cu illərində mulatlar amerikalıların 75%-ni təşkil edirdilər. Vətəndaş müharibəsindən (1861–1865) sonra quldarlığın ləğvi ABŞ-də əhali arasındakı bərabərsizliyə rəsmən son qoydu. Lakin 1890–1910 illərdə Amerikanın cənub ştatlarında qəbul olunmuş konstitusiyalar irqi ayrı-seçkiliyi qanuniləşdirdi. Birinci dünya müharibəsi (1914–1918) illərində Amerikanın şəhərlərə, cənubdan (Afroamerikalıların 90% burada yaşayırdı) şimala və qərbə köçməsi sürətləndi. Nəticədə Afroamerikalılar ölkənin ən çox urbanizasiyaya məruz qalmış etnoirqi birliyinə çevrildilər. 20-ci əsrin 60-cı illərində Afroamerikalılar irqi ayrı-seçkiliyi qadağan edən bir sıra qanunun qəbuluna nail oldular. Folklorda və musiqi mədəniyyətində Afrika ənənələrinin təsiri qalmaqdadır.

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

Tags:

Afroamerikalılar Ümumi məlumatAfroamerikalılar Amerika zənciləriAfroamerikalılar Həmçinin baxAfroamerikalılar İstinadlarAfroamerikalılar Xarici keçidlərAfroamerikalılarABŞZənciİngilis diliİspan dili

🔥 Trending searches on Wiki Azərbaycanca:

Bir qalanın sirriDöyüş arabasıKöməkçi nitq hissələriNilTürk Dövlətləri TəşkilatıBirinci Qarabağ müharibəsiYeni Müsavat (qəzet)Azərbaycan Xalq CümhuriyyətiSehrli xalat (film)AlqoritmVergiRiyaziyyatNəqli cümləQız qalası (balet)Qədim Roma təqvimiAntonimAzərbaycan xanlıqlarıQobustan Dövlət Tarixi-Bədii QoruğuAsiya ölkələrinin siyahısıNizami GəncəviAlmaniyaAmerika Birləşmiş ŞtatlarıXankəndiAzərbaycanın təbii sərvətləriMenecmentNATOCinsi əlaqəAzərbaycan dövlət başçılarının siyahısıAğadadaş AğayevNaftalanQızıl yel xəstəliyiAvtomobilİşıqMicrosoft ExcelBirləşmiş Ərəb ƏmirlikləriƏdədi silsiləMədət QuliyevRöya AyxanEpilepsiyaŞöhrət ordeni (Azərbaycan)Azərbaycan avtomobil dövlət qeydiyyat nişanlarıMülahizəRusiyaCəmşid Naxçıvanski adına hərbi liseyQəzetAzərbaycan PrezidentiEtimologiyaMəxmərəkLeyli və Məcnun (Nizami)Qoşma (qrammatika)Rövşən CavadovDaş dövrüAzotGənc türklərAzərbaycan Texniki UniversitetiAzərbaycan meşələriQızdırmaƏrəb xilafətiFunksiya (riyaziyyat)Niyaməddin MusayevMasonluqQan qrupuİnformasiya texnologiyalarıAvtomobilin tarixiEpitetİnkişaf etmiş ölkəOperativ yaddaş qurğusuZəncirotuƏvəzlikQod NisanovƏli ƏhmədovVladimir LeninUşaqların Beynəlxalq Müdafiəsi GünüAzərbaycan Hərbi Dəniz QüvvələriGöygöl (göl)Mürəkkəb cümləElektrik müqavimətiAnklav🡆 More