Şotlandiya: Birləşmiş krallığa daxil olan tarixi və inzibati ərazi (1707)

Şotlandiya (ing.

Böyük Britaniya adasının şimal hissəsində yerləşir. Paytaxtı Edinburq, ən böyük şəhəri isə Qlazqodur.

Şotlandiya
Scotland
Alba
Bayraq Gerb
Bayraq Gerb
Himn: Seçilməyib
Şotlandiya: Etimologiya, Hakimiyyət və siyasət, Hüquq və ədalət sistemi
Tarixi
 • İngiltərə ilə ittifaq bağlanması 1707-ci il
Rəsmi dilləri
Paytaxt Edinburq
Kral III Çarlz
Baş Nazir Rişi Sunak
Şotlandiyanın Birinci Naziri Humza Yousaf
Sahəsi
 • Ümumi 78387 km²
Əhalisi
 • Əhali 5,327,700 nəfər
Valyuta funt sterlinq
İnternet domeni .scot
Telefon kodu +44
Saat qurşaqları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şotlandiya özünün qalaları və dağlıq peyzajı ilə tamamilə başqa ölkə təəsüratını yaradır. Şotlandiyada 787 ada vardır, demək olar ki, hamısında əhali məskunlaşıb. Məşhur Haylənds ("yüksək yerlər") vilayəti – ölkənin şimal-qərbində dağlar dənizlərlə, çəmənlər, meşələrlə əvəz olunan təkrarolunmaz təbii landşaftdır. Şotlandiya ətrafı okean və dəniz dünyada biloji canlıların ən çox yaşadığı su hövzəsi sayılır, orada 40 min növ var.

1707-ci ildən Birləşmiş Krallığın bir hissəsi kimi yaşayan, böyüyən və inkişafa çalışan Şotlandiya, Birləşmiş Krallığı meydana gətirən dörd böyük quru parçasından biridir. Hər nə qədər Şotlandiya parlamenti Londona bağlı olsa da, Şotlandiyanın avtonom bir hüquq sistemi və kilsəsi mövcuddur.

Etimologiya

"Scotland" sözü Latın dilində Qaelləri adlandırılan — "Scoti" sözündən yaranmışdır. Gec Latın sözü olan "Scotia" ilkin zamanlarda İrlandiyaya müraciət etmək üçün istifadə edilmişdir. 11-ci əsrdə Albania və ya Albani, həmdə şotland kelt dilində Alba sözləri ilə yanaşı, "Scotia" sözü Fort çayının şimalında olan Şotlandiyaya deyilirdi. ScotsScotland sözləri yalnız Orta əsrlərin sonlarında istifadə olunurdu.

Hakimiyyət və siyasət

Konstitusiya dəyişiklikləri

İnzibati ərazi bölgüsü

Hüquq və ədalət sistemi

Coğrafiya və təbii tarixi

Geologiya və geomorfologiya

İqlimi

qanqal= Flora və fauna haqqında məlumat=

İqtisadiyyat və infrastruktura

Flora və fauna

Valyuta

    Şotlandiya: Etimologiya, Hakimiyyət və siyasət, Hüquq və ədalət sistemi  Əsas məqalə: Funt sterlin banknotları

Bank of England Böyük Britaniya üçün mərkəzi bank olsa da, üç şotland klirinq bankları hələ də öz sterlinq banknotların buraxılmasında iştirak edir: Bank of Scotland, Royal Bank of Scotland və Clydesdale Bank. 2013-cü ildə dövriyyədə olan Şotlandiya pul nişanlarının dəyəri Bank of England tərəfindən £3,8 milyard məbləğində dəyərlənmişdir.

Nəqliyyat

    Şotlandiya: Etimologiya, Hakimiyyət və siyasət, Hüquq və ədalət sistemi  Əsas məqalə: Şotlandiyada nəqliyyat
Şotlandiya: Etimologiya, Hakimiyyət və siyasət, Hüquq və ədalət sistemi 
Barra hava limanı, dünyada təyin xidmətləri üçün, çimərliyi uçuş-enmə zolağını kimi istifadə dünyada yeganə hava limanıdır.

Şotlandiyada beş əsas beynəlxalq hava limanı (Qlazqo, Edinburq, Aberdin, İnverness, Prestvik) yerləşir; hansı ki, birlikdə 150 beynəlxalq məkan istiqamətində müxtəlif təyin və nizamnamə uçuşları xidmət edir. GIP Edinburq hava limanını, Infratil Prestviki, Heathrow Airport Holdings Aberdin və Qlazqo beynəlxalq hava limanlarını, halbuki Highlands and Islands Airports 11 regional hava limanını, o cümlədən, İnvernessi, hansı ki, daha uzaq yerlərə xidmət edir.

Əhali

Şotlandiyada Etnik Qruplar (2011)
% of bütün
Əhalinin
Əhali
Şotlandiyalı (Ağ) 84.0 4,445,678
Digər Britaniyalı (Ağ) 7.9 417,109
İrlandiyalı (Ağ) 1.0 54,090
Ağ Qaraçı/İrland Qaraçı 0.1 4,212
Polyak 1.2 61,201
Digər Ağ etnik qruplar 1.9 102,117
Toplam Ağlar 96.0 5,084,407
Pakistanlı 0.9 49,381
Hindistanlı 0.6 32,706
Banqladeşli 0.1 3,788
Çinli 0.6 33,706
Digər 0.4 21,097
Asiyalı 2.7 140,678
Karibli 0.1 3,430
Qara 0.0 2,380
Karib və ya digər Qara 0.0 730
Karib və ya Qara 0.1 6,540
Afrikanlı 0.6 29,186
Digər Afrikanlar 0.0 452
Afrikanlı 0.6 29,638
Qarışıq və ya bir neçə etnik qruplar 0.4 19,815
Ərəb 0.2 9,366
Digər 0.1 4,959
Digər etnik qruplar 0.3 14,325
Bütün əhali 100.00 5,295,403

Təhsil

Birləşmiş Krallığdan fərqli olaraq, Şotlandiyanın təhsil sistemi həmişə geniş təhsil xarakterikləri üzərində yönəlmişdir.

Din

    Şotlandiya: Etimologiya, Hakimiyyət və siyasət, Hüquq və ədalət sistemi  Əsas məqalə: Şotlandiyada din
Şotlandiya: Etimologiya, Hakimiyyət və siyasət, Hüquq və ədalət sistemi 
İona Abbatlığı, Şotlandiyada xristianlığın erkən mərkəzi

2011-ci il siyahıyaalmasında Şotlandiya əhalisinin yarıdan çoxu (54%) özünü Xristianlıq dininə aid etsə də, əhalinin 37%-i ateist kimi qeyd olunub. 1560-cı il Şotlandiya reformasiyasından sonra, milli kilsə (Şotlandiya kilsəsi, bəzən Kirk kimi də tanınır) Protestantlıq və Kalvinizmdən ibarətdir. 1689-cu ildən milli kilsə Presbiteryan kilsə hökumət sistemi mövcüd olmuş və dövlətdən müstəqilliyə malikdir. Ölkə əhalisinin hazırda 12%-i Şotlandiya kilsəsinin üzvü, 40%-i isə kilsəyə yaxın olduğu iddia olunur. Kilsə Şotlandiyada hər icmada yerli camaatı olan ərazi kilsə strukturu sistemində fəaliyyət göstərir.

Şotlandiyada əhəmiyyətli Roma Katolik əhalisi var, əhalinin 19%-i, xüsusilə qərbdə, katolik kimi qeyd olunub. Reformasiyadan sonra, Şotlandiyada Katoliklik Haylends və Uist və Barra kimi qərb adalarında davam etdirilmiş və 19-cu əsrdə İrlandiyadan gələn immiqrasiya nəticəsində güclənmişdir. Şotlandiyada digər xristian məzhəblərdən Azad Şotlandiya Kilsəsi, müxtəlif Prebisteryan cərəyanları və Şotlandiya Yepiskop Kilsəsi mövcüddur.

Ölkədə islam ən böyük qeyri-xristian dindir (40,000 ətrafında qiymətləndirilir, əhalinin 0,9%-i təşkil edir), və xüsusilə Qlazqoda, həmçinin əhəmiyyətli yəhudi, hindu və sikx icmaları var. Eskdeylmyurda Kagyu Samye Ling Monastırı, 2007-ci ildə 40 illiyini qeyd etmiş və Qərbi Avropada ilk Buddist monastırdır.

Səhiyyə

Şotlandiyada səhiyyə əsasən Şotlandiyanın dövlət səhiyyə sistemi olan "NHS Scotland" tərəfindən təmin edilir.

Ordu

2013-cü ildə Böyük Britaniyanın müdafiəyəsinə xərclənən pulun, təxminən £3,3 milyon Şotlandiyaya aid edilə bilər.

Mədəniyyət

    Şotlandiya: Etimologiya, Hakimiyyət və siyasət, Hüquq və ədalət sistemi  Əsas məqalə: Şotlandiya mədəniyyəti
Şotlandiya: Etimologiya, Hakimiyyət və siyasət, Hüquq və ədalət sistemi 
Şotlandiyalı tuluq zurnaçısı.

Şotlandiya musiqisi milli mədəniyyətinin əhəmiyyətli bir hissəsidir. Məşhur ənənəvi Şotlandiya musiqi aləti Qreyt Haylend tuluq zurnası — çalğıçının qoltuğu altında yerləşən üfürülmüş tuluq tədricən sıxılır və bu zaman musiqi alətinin borusundan çıxan hava barmaqlarla çalınır. Tuluq zurnası və müxtəlif növ zərb alətlərindən ibarət olan Tuluq zurna dəstələri, şotland musiqi üslublarını nümayiş etdirir və dünyada geniş şəkildə yayılmışdır. Klarsax (arfa), skripkaakkordeon da ənənəvi Şotlandiya alətləri sayılır və sonuncu iki musiqi aləti sıx şəkildə Şotlandiya kantri rəqsi dəstələrində yer alır. Bu gün Şotlandiyada müxtəlif individual və musiqi qrupları müxtəlif üslubda uğur qazanır, onlardan Enni Lennoks, Emi Makdonald, Runrig, Young Fathers, Cocteau Twins, Deacon Blue, Franz Ferdinand, Suzan Boyl, Paolo Nutini, Kelvin Harris, Emeli Sande, Texas, The View, The Fratellis, Twin Atlantic, Biffy Clyro və Şirli Mensonnu qeyd etmək olar.

Şotlandiya orta əsrlərdən başlayan ədəbi irsə malikdir. Erkən qalmış ədəbiyyatda, VI əsrdən qalmış Britonik nitq Şotlandiyada yaransa da, Uels ədəbiyyatının hissəsi kimi saxlanılır. Gec orta əsrlər ədəbiyyatına latın, şotland kelt, qədim ingilis və fransız dillərində əsərlər daxildir. Erkən şotland dilində ilk əsas qalan mətn, 14-cü əsr şairi Con Barburun dastanı olan Bryus, I Robertin həyatı haqqında yönəlmiş, və tezliklə bir sıra ana romans və nəsr əsərləri ilə davam edilmişdir. 16-cı əsrdə kral himayəsi şotland drama və poeziyasının inkişafına yardım etdi, lakin James VI-ünün ingilis tacına qoşulması ədəbi himayəsi olan əsas mərkəzini çıxartdı və şotland ədəbi dilini xaric etdi. Şotlandiya ədəbiyyatına maraq 18-ci əsrdə Ceyms Makferson kimi xadimlərin nəticəsində bərpa edilmişdir. Makfersonun Ossian dövrü onu beynəlxalq nüfuz qazanan ilk Şotlandiya şairi etdi və Avropa Maarifçiliyinə böyük təsiri olmuşdur. Əsər Şotlandiyanın xalq şairi kimi tanınan Robert BernsəValter Skotta böyük təsir etmişdir. Viktoriya dövrünün sonunda Robert Lyuis Stevenson, Artur Konan Doyl, C. M. Berri və Corc Makdonald kimi Şotlandiya yazıçıları beynəlxalq nüfuz qazanmışdılar. 20-ci əsrdə Şotlandiya intibah dövrü ədəbi fəaliyyətin dalğasını gördü və şotland dili ciddi ədəbiyyat üçün istifadə olunmağa başladı. Hərəkatının üzvləri müharibə sonrası yeni nəsil şairləri l tərəfindən təqib edildi: 2004-cü ildə Edvin Morqan, ilk Şotlandiya hökuməti tərəfindən, ilk Şotlandiya makarı seçildi. 1980-ci ildən Şotlandiya ədəbiyyatında xüsusilə İrvin Uelş və o cümlədən bir qrup yazıçı ilə bağlı yeni böyük dirçəliş yarandı. Eyni dövrdə ortaya çıxan Şotlandiya şairlərindən, Kerol Enn Daffi, hansı ki, 2009-cu ildə, Böyük Britaniya Şairi laureatına adına görülən ilk şotland oldu.

Şotlandiya: Etimologiya, Hakimiyyət və siyasət, Hüquq və ədalət sistemi 
Şotland ixtiraçı Con Loqi Beyrd 1926-cı il 26 yanvar ilk işlən televiziya sistemini nümayiş etdirdi.

Şotlandiyada televiziya əsasən Britaniyada göstərilən verilişlərlə eyni olsa da, milli yayımçı BBC Scotland-dır. BBC Scotland-a üç milli televiziya stansiyaları, və milli radio stansiyaları — BBC Radio Scotland, BBC Radio nan Gaidheal və başqaları daxildir. Şotlandiyada bəzi verilişlər şotland kelt dilində yayımlanır. BBC Alba şotland kelt dilində yayımlanan milli kanaldır. Əsas Şotlandiya kommersiya televiziya stansiyası isə STV-dir.

Milli qəzetlər olan Daily Record, The Scotsman və The Herald, Şotlandiyada istehsal olunur. Vacib regional qəzetlərdən, Edinburqun Edinburgh Evening News, Dandinin The Courier və Aberdinin The Press and Journal qəzetlərini qeyd etmək olar. Şotlandiya həm də Celtic Media Festivalda təmsil olunur, harda ki, Kelt ölkələri film və televiziya verilişlərini sərgiləyirlər. 1980-cı ildən başlayan festivalda Şotlandiyanın nümayəndələri çox mükafat qazanmışlar.

Digər Kelt xalqları kimi, Şotlandiya və Şotlandiya mədəniyyəti ölkədə və dünyada interkelt tədbirlərdə təmsil olunur. Şotlandiyada müxtəlif musiqi festivalları keçirilir, bunlardan Celtic Connections və T in the Park festivallarını qeyd etmək olar. Festival Interceltique de Lorient, Pan Celtic Festival və Milli Kelt Festival kimi Kelt mədəniyyətini qeyd edən festivallar, Şotlandiya mədəniyyətindən musiqi, dilini və rəqslərinin elementlərindən ibarətdir.

İdman

    Şotlandiya: Etimologiya, Hakimiyyət və siyasət, Hüquq və ədalət sistemi  Əsas məqalə: Şotlandiyada idman
Şotlandiya: Etimologiya, Hakimiyyət və siyasət, Hüquq və ədalət sistemi 
Seltik Park

İdman Şotlandiya mədəniyyətinin mühüm hissəsidir. Şotlandiya bir çox beynəlxalq idman tədbirlərində, o cümlədən FİFA Dünya Kuboku, Reqbi Dünya Kuboku, Reqbi Liqası Dünya Kuboku, Kriket Dünya Kuboku və Birlik Oyunlarında müstəqil ölkə kimi, Olimpiya Oyunlarında isə, şotland idmançılar Böyük Britaniya komandasının bir hissəsi kimi təmsil olunur. Şotlandiyanın Şotlandiya Futbol Federasiyası (dünyada ikinci ən qədim milli futbol assosiasiyası) və Şotlandiya Reqbi Birliyi kimi öz milli idarəetmə orqanları var. Futbolun müxtəlif variantları Şotlandiyada əsrlər boyu, erkən 1424-cü ildən mövcud olmuşdur. Futbol Şotlandiyada ən populyar idman növüdür; dünyanın ən qədim milli kubok isə Şotlandiya Kubokudur.

1872-ci ildə Qlazqoda futbol üzrə ilk beynəlxalq görüş keçirilmişdir və bu zaman Şotlandiya milli futbol komandasıİngiltərə milli futbol komandası qarşılaşmışdı. Şotlandiya futbol klubları Avropa yarışlarında uğurlu olmuşdur: Seltik 1967-ci ildə Avropa Kubokunu, Reyncers 1972-ci ildə UEFA Kuboklar Kubokunu, Aberdin 1983-cü ildə UEFA Kuboklar Kubokunu və UEFA Superkubokunu qazanmışdır. 1987-ci ildə Dandi Yunayted UEFA Kubokunun finalına çatsa da, İFK Göteborq komandasına aqreqatda 2–1 məğlub olmuşdur.

Müasir qolf oyunu Şotlandiyada 15-ci əsrdə yaranmışdır və ölkə qolfun evi kimi təbliğ olunur. 1574-cü ildə Sent-Endryüsdə yerləşən "Old Course", bir çox qolfçular üçün ziyarət bir məkanı kimi hesab olunur. Dünyanın ən köhnə qolf turniri olan The Open Championship, ilk dəfə Prestvick Qolf Klubunda 17 oktyabr 1860-cı ildə keçirilmişdir. Şotlandiyada çoxlu qolf kursları, o cümlədən Muirfield, Gleneagles, Royal Troon və Carnoustie yerləşir. Ölkənin milli idman mədəniyyətinin digər fərqli xüsusiyyətlərinə Haylend Oyunları, körlinq və şinti aiddir. Şotlandiyadan 13 dünya boks çempionu olmuşdur, o cümlədən Aleks Artur, Benni Linç və Cim Uottu qeyd etmək olar.

1930-cu ildən Şotlandiya hər Birlik Oyunlarında iştirak etmiş və 356 medal (91 qızıl, 104 gümüş və 161 bürünc) qazanmışdır. Birlik Oyunlarına Edinburq iki dəfə — 1970 və 1986-cı illərdə, Qlazqo isə 2014-cü ildə ev sahibliyi etmişdir.

Milli simvolları

Şotlandiya: Etimologiya, Hakimiyyət və siyasət, Hüquq və ədalət sistemi 
Həvari Andrey. Sent-Endryusun gerbi, 16-cı əsr.

İlk dəfə Şotlandiya krallığında X-formalı çarmıxda Həvari Andreyin rəsmi, Uilyam I-nin dövründə meydana gəlmişdi.1286-cı ildə Kral Aleksandr III-nün ölümündən sonra, Həvari Andreyin rəsmi Şotlandiya gözətçilərinin möhüründə istifadə olunmuşdur. Andrey xaçının Şotlandiya bayrağında işlənilməsi 14-cü əsrə təsadüf edir; 1385-ci ildə Şotlandiya parlamentinin fərmanına görə, Şotlandiyanın əsgərləri ön və arxa formalarında ağ rəngli Andrey xaçını geyinməli idilər. Andrey xaçı üçün mavi fonun istifadə olunması ən azı 15-ci əsrə təsadüf edir. 1606-cı ildən Andrey xaçı Böyük Britaniya bayrağında istifadə olunmuşdur. Şotlandiyanın digər rəsmi və ya qeyri-rəsmi rəmzlərindən şeytanqanqalı, Arbrot bəyannaməsi, Şotlandiya Kral Standartında əks olunan qırmızı rəngli şiri qeyd etmək olar. 1782-ci ildə Ceyms Qream, Montrozun 3-cü hersoqunun 1747-ci il Aktını ləğv etməsi nəticəsində, haylendlilər qadağadan sonra yenidən tartan geyinə bilmişdilər.

Şotlandiyanın rəsmi himni olmasa da, Flower of Scotland Şotlandiyanın milli idman komandaları və ölkədə keçirilən idman yarışları, və Birlik Oyunları zamanı istifadə olunur. Şotlandiyanın milli himni üçün hazırda populyar namizədlərinə: Scotland the Brave, Highland Cathedral, Scots Wha Hae, CaledoniaA Man's A Man for A' That mahnıları daxildir.

30 noyabrda keçirilən Müqəddəs Andrey Günü, Şotlandiyada milli bayram kimi qeyd olunsa da, Börns şam yeməyi daha geniş qeyd olunur. 2006-cı ildə Şotlandiya parlamentinin çıxartdığı fərmana görə, Müqəddəs Andrey Günü rəsmi bank istirahət günü kimi qeyd olunur.

12-ci əsrdən Şotlandiyanın heraldikasında istifadə olunan təkbuynuz — Şotlandiyanın rəsmi heyvanıdır.

Həmçinin bax

Şəkillər

İstinadlar

Xarici keçidlər

Tags:

Şotlandiya EtimologiyaŞotlandiya Hakimiyyət və siyasətŞotlandiya Hüquq və ədalət sistemiŞotlandiya Coğrafiya və təbii tarixiŞotlandiya qanqal= Flora və fauna haqqında məlumat=Şotlandiya İqtisadiyyat və infrastrukturaŞotlandiya ƏhaliŞotlandiya OrduŞotlandiya MədəniyyətŞotlandiya Həmçinin baxŞotlandiya ŞəkillərŞotlandiya İstinadlarŞotlandiya Xarici keçidlərŞotlandiyaBöyük BritaniyaEdinburqQlazqoİngilis diliŞotland kelt dili

🔥 Trending searches on Wiki Azərbaycanca:

Daxili İşlər Nazirliyi (Azərbaycan)Adolf HitlerCəbrQızdırmaSenzorBəngü-BadəİzotopAnklavƏrəb xilafətiGözMəsdərYunanıstanNəsirəddin TusiAzərbaycan əhalisiAzərbaycanlı Sovet İttifaqı Qəhrəmanlarının siyahısıTəşbehMayRöya AyxanCəmiyyətRoza ZərgərliBabəkSaitDövlət idarəetmə formalarıXankəndiAzərbaycan bayrağıQız qalasıFormula 1Əqrəb (astrologiya)Qoç (astrologiya)Qara YanvarKub metrSuçiçəyiRozmarinCavanşir Məmmədov (general)Ekoloji problemlərMüstəqil Dövlətlər BirliyiAzərbaycanda dinAzərbaycan mətbuatıAyGəmiAzərbaycanın Qırmızı KitabıAllahverdi BağırovQanXəmsəTəbiətQan dövranıNərələrƏtraf mühitCərəyan şiddətiAnar ƏləkbərovVilayət EyvazovSıra sayıDərman zəncirotuUEFA Çempionlar LiqasıBakıEkzemaYeni Azərbaycan PartiyasıQərbi Azərbaycan mahallarıOsmanlı sultanlarının siyahısıİrəvan xanlığıQədim YunanıstanKürəkçay müqaviləsiQafqaz AlbaniyasıYuri OmelçenkoMədət QuliyevSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət XidmətiAzərbaycan Daxili QoşunlarıAzərbaycanın Milli QəhrəmanıTelepatiyaMübtədaMuğam üçlüyüAzərbaycanda repressiya qurbanlarının siyahısı (1937-1938)Qarabağ xanlığıİspaniyaİmadəddin NəsimiAzərbaycanın iqlimiİnflyasiya🡆 More