Yorubalar

Yoruba ('Yorùbá') — Afrika ölkəsi olan Nigeriyadaki ən böyük (etnik) topluluqdur.

Sayları 44 milyon olan bu xalq Nigeriyadan başqa ölkələrədə yayılmışlar. Yaşadıqları ölkələrdə əsas iki Yoruba diasporu mövcuddur. Bunlardan biri 1960–80-ci illərdə olan iqtisadi və siyasi səbəblərdən ABŞ-yə və İngiltərəyə köçən yeni köçkünlər, digəri isə Kölə ticarəti zamanı Kuba,Puerto-Riko,Dominikan Respublikası və s. ölkələrə gətirilən insanlar idi.

Yorubalar
Yorubalar
Yorubalı bir ana və uşağı
Özünüadlandırma
Ìran Yorùbá
Ümumi sayı
44 milyon
Yaşadığı ərazilər
Nigeriya 41.6 milyon
Benin 1.7 milyon
Qana 469.000
Toqo 331.000
Kot-d'İvuar 120.000
Dili

Yoruba diliYoruboid dilləri

Dini

Xristianlıq,İslamYoruba dini

Ümumi məlumat

Nigeriyada yaşayanların 26 %-ni təşkil etmələrindən başqa sayları Qərbi Afrika bölgəsindəki digər ölkələrdəkilərlə birlikdə 50 milyona yaxındır.

Yorubaların çoxluğu Nigeriyanın cənub-qərbindən yaşasalar da, Benin, Toqo, Sierra Leone, Kuba kimi ölkələrdə önəmli Yoruba cəmiyyəti yaşayır. Yorubaların ənənələri Amerika dövlətlərininde Yoruba dini görüşlərinə zemin oldu, örnək olaraq Voodoo (Vodoun), Santeria, Umbanda, Candomble, Macumba.

Etimologiya

Yoruba sözü Oyo imperiyası sözündən törədiyi güman olunur. İlk vaxtlar Oyo imperiyasındakı xalq Hausa adlanırdı sonralar Nigeriyadakı ilk anqlikan yepiskop Crowther öz kitabında xalqı Yoruba adlandırdı. Alternativ olaraq bəzən Yoruba diasporu Aku da adlandırırlar.

Yoruba dili

Yoruba dili (yerli adı èdè Yorùbá, 'Yorùbá dili') Niger-konqolez dillərindən biridir ki, təxminən 20 milyon nəfər tərəfindən Qərbi Afrikada danışılır. Yoruba xalqının çoxu Yoruba dilində danışır. Yoruba dili İgala dili ilə çox bənzərlik göstərir. Bu dillər Yoruboid dili qrupuna aiddir. Forde (1951)və Westermann ilə Bryan (1952) İgala dilini Yoruba dilinə bir ləhcə kimi götürmüşdür. Yoruba dili Erdekir dillərinə aid olsada bir-biri ilə çox yaxın olduğundan İgala ilə bu qədər bənzərlik göstərir. Ancaq ayrı-ayrı dillərdir.

Yoruba dini

Yoruba dini Yorubalıların adət-ənənələrini və digər mənəvi təlimlərini özündə əks etdirir. Yoruba dini mifologiya, fəlsəfə, inancların təzahürü kimi çıxış edir. Dinin hər hansı bir peyğəmbəri və ya yaradıcısı yoxdur. Dinin ana vətəni Yorubaland adlanan Benin və Togonun sərhəd ərazilərində yerləşən ərazidir. Yoruba dinində hekayələr, miflər, musiqilər xüsusi yer tutur..

Bundan başqa Yorubalılar arasında müsəlman və xristianlarda vardır. İlk İslamın gəlişi Wangara tacirləri nəticəsində olmuşdur. Daha sonra Mali imperiyası Yorubalılar arasında İslamın yayğınlaşmasında böyük rol oynamışdı. Xristianlar isə burda aktiv şəkildə 19-cu əsrdə fəaliyyət göstərirdilər. Yorubalılar arasında bir çox məzhəbdən Xristian vardır. İlk xristianlar 16-cı əsrdə bura gəlmiş niderlandlar idi. Daha sonra onları fransızlar, ingilislər, almanlar gəldilər.

Yorubalar 
Muncuqlu Tac

Mənbə

  • Д. М. Бондаренко, Р. Н. Исмагилова Йоруба // Народы и религии мира / Глав. ред. В. А. Тишков. М.: Большая Российская Энциклопедия, 1999.
  • Дэвидсон Бэзил. Новое открытие древней Африки / Пер. с англ. М. К. Зеновича. Под ред. И. И. Потехина. — М.: Изд-во восточной литературы, 1962. — 316 с. — Серия "По следам исчезнувших культур востока".
  • Линде Г., Бретшнейдер Э. До прихода белого человека: Африка открывает свое прошлое / Пер. с нем. Н. А. Николаева. Под ред. А. Б. Макрушина. — М.: Наука, Главная редакция восточной литературы, 1965. — 264 с. — Серия "По следам исчезнувших культур востока".

İstinadlar

Xarici keçidlər

Tags:

Yorubalar Ümumi məlumatYorubalar EtimologiyaYorubalar Yoruba diliYorubalar Yoruba diniYorubalar MənbəYorubalar İstinadlarYorubalar Xarici keçidlərYorubalarAfrikaDiasporDominikan RespublikasıEtnik qrupKubaNigeriyaPuerto-Riko

🔥 Trending searches on Wiki Azərbaycanca:

Flora KərimovaDərinin xoşxassəli törəmələriİsaSentyabrÇoxmənalı sözlərBiologiyaİqaməAzərbaycan milli futbol komandasıAzərbaycanın inzibati bölgüsüAzərbaycan Respublikasının xalq artistiİsgəndəriyyə mayakıFevralZəlzələ1 mayBronxitDekabrİsa QəmbərSalamQulaqdibi xəstəliyiKitabi-Dədə QorqudTəyinTəbii zonalarSifət (nitq hissəsi)Fərid QayıbovTərbiyəNyuton qanunlarıCəbrAsiya ölkələrinin siyahısıAzərbaycan Premyer LiqasıRum rəqəmləriTrapesiyaMicrosoft ExcelQədim RomaFeilAprel döyüşləriRozmarinSahibkarlıqKəlbəcər rayonuKompüter şəbəkəsiBakı kəndlərinin siyahısıTofiq MahmudŞimali KoreyaMüxtəsər vurma düsturlarıUrxan ƏləkbərovAzər AydəmirOqtay Əliyev (rejissor)CüdoZorlamaVergülSultan Süleyman QanuniPedaqogikaZərflikBeyinQara QarayevAğaməhəmməd şah QacarÇilədağıAltsheymer xəstəliyiAzərbaycan (tarixi ərazi)Oxatan (astrologiya)LənkəranAnar ƏsədliAzərbaycan tammetrajlı bədii filmlərinin siyahısıQulançarVulkanXəmsəSemiramidanın asma bağlarıAnar ƏləkbərovHeydər ƏliyevCeyms NeysmitSabir RüstəmxanlıTürkiyədə prezident seçkiləri (2023)Mustafa Kamal AtatürkQızılgülƏdədi silsilə🡆 More