Rejissor Oqtay Əliyev

Oqtay Vidadi oğlu Əliyev (19 iyun 1968, İrəvan – 22 mart 2023, Saray, Abşeron rayonu) — O, televiziya prodüseri, rejissor idi.

O, həmçinin 2020-ci ildə "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüşdü.

Oqtay Əliyev
Oqtay Vidadi oğlu Əliyev
Oqtay Əliyev
Oqtay Əliyev
Doğum tarixi 19 iyun 1968(1968-06-19)
Doğum yeri
Vəfat tarixi 22 mart 2023(2023-03-22) (54 yaşında)
Vəfat yeri
Vəfat səbəbi avtomobil qəzası[d], ürək tutması
Dəfn yeri
Həyat yoldaşı Dilarə Əliyeva
Uşağı 2
Atası Vidadi Əliyev
Anası Elmira İsmayılova
Milliyyəti azərbaycanlı
İxtisası rejissor
Təhsili Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Fəaliyyəti televiziya prodüseri və rejissoru
Tanınır televiziya prodüseri
Mükafatları Rejissor Oqtay Əliyev Rejissor Oqtay Əliyev
"Qızıl Pəri" Beynəlxalq Audiovizual Mükafatı,
"Qrand" Milli Mükafatı

Həyatı

Əliyev Oqtay Vidadi oğlu 19 iyun 1968-ci ildə İrəvan şəhərində doğuldu. 1975–1985-ci illər İrəvan şəhəri M. F. Axundov adına orta məktəbi bitirdi. 1987–1992-ci illər Azərbaycan Dövlət İncəsənət İnstitutunun "kino və dram rejissoru" fakültəsində təhsil almışdır.

1983–1985-ci ildə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında rejissor köməkçisi işləyib. 1989–1994-cü illərdə Bakı şəhər Mədəniyyət idarəsində rejissor vəzifəsində çalışıb. 1993-cü ildə Azərbaycan televiziyasında "Virtuoz" adlı layihənin prodüseri olmuşdur.

1990-cı ildə "Ər və arvad" (Mar Bayciyev), "Molla Nəsirəddin və Əzrayıl", "Gəlin, açıq danışaq, lap açıq", "Əkizlərin nağılı" (Panço Pançiyev) pyeslərinin və bir sıra əlamətdar bayramların quruluşçu rejissoru olmuş, ssenarilərini yazıb. 1995-ci ildə A. P. Çexovun "Məmurun ölümü" əsəri əsasında çəkilmiş "Kiçik leytenant" filminin baş prodüseri olub. 1997-ci ildə Space tv-də yayımlanan "Korifey", "Həftə çal-çağırı", "İşdən sonra" verlişlərinin müəllifi və baş prodüseri olmuşdur.

1998-ci ilin oktyabr ayının 5-də yaradılan "SOY production" şirkətinin təsisçisi və prezidenti idi. "Ən yaxşı ssenariyə görə" I Audiovizual festival, Bakı- 2001, "Ən yaxşı animasiya işinə görə" III Beynəlxalq Audiovizual festival Bakı- 2003 mükafatlarını qazanmışdır.

O, "Biz +" jurnalının təsisçisi idi. O, həmçinin 2020-ci ildə "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüşdü.

Ailəsi

Xalq artist Vidadi Əliyevin və xalq artisti Elmira İsmayılovanın övladı, əməkdar artist Dilarə Əliyevanın həyat yoldaşı, Elçin Əlibəylinin qardaşı idi.

Onun Aytən və Banu adında iki qızı var idi.

Ölümü

Rejissor Oqtay Əliyev 
Oqtay Əliyevin Ümumşəhər qəbiristanlığındakı məzarı

Oqtay Əliyev 22 mart 2023-cü ildə 54 yaşında yol qəzasında öldü. Oqtay Əliyevin idarə etdiyi "Lexus Lx470" markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb. Qəza nəticəsində Oqtay Əliyev ölmüş, avtomobildə olan xalq artisti Mehriban Zəki və əməkdar artist Dilarə Əliyeva isə yüngül xəsarətlər almışdır.

Televiziya fəaliyyəti

Müəllif və Baş prodüser kimi

  • "Həftə çal-çağırı" — Space tv
  • "İşdən sonra" — Space tv
  • "Zarafatyana" – ANS
  • "Çal-çağır" – ATV
  • "Qırmızı xətt" – ABA
  • "Qərib filmlər" – ABA
  • "Yeni ulduz" (Pop idol) beynəlxalq musiqi yarışması — ATV
  • "Xalq ulduzu" milli musiqi yarışması- ATV
  • "Kim kimdir?" (İntuition) beynəlxalq layihə — ATV
  • "Çal-çağır şou"- ATV
  • "Burada və indi"- ATV
  • "Yalan doğru" (Detector show) beynəlxalq layihə- Space tv
  • "Zəhmətkeş ulduzlar"- Space tv
  • "Gülmək qadağandır" – ATV
  • "Yuxunuz şirin olsun"- Space tv
  • "Cehiz"- ATV
  • "Səs verməyin"- ATV
  • "Şou +" – Space tv
  • "Cer-cehiz"- ATV
  • "Söz oyunu" – ATV
  • "Günaydın"- Space tv
  • "Belə yaxşıdır"- ATV
  • "Tamamla"- ATV

Baş prodüser kimi

Filmoqrafiya

  1. 3 bacı (film, 2012-2014) (bədii serial) - baş prodüser, layihə rəhbəri, rol: münsif
  2. Həyat, deyəsən, gözəldir (film, 2022) (tammetrajlı bədii film) - aktyor

İstinadlar

Tags:

Rejissor Oqtay Əliyev HəyatıRejissor Oqtay Əliyev AiləsiRejissor Oqtay Əliyev ÖlümüRejissor Oqtay Əliyev Televiziya fəaliyyətiRejissor Oqtay Əliyev FilmoqrafiyaRejissor Oqtay Əliyev İstinadlarRejissor Oqtay Əliyev19 iyun1968202322 martAbşeron rayonuSaray (Abşeron)İrəvan

🔥 Trending searches on Wiki Azərbaycanca:

Qız qalasıCənubi Koreyaİosif StalinƏrəb qrafikalı Azərbaycan əlifbasıBəxtiyar VahabzadəDaxili İşlər Nazirliyi (Azərbaycan)NeftQurban QurbanovƏlifbaQrafik formatQuşlarI TəhmasibKarles PuçdemonZöhr namazıİkinci Qarabağ müharibəsi şəhidlərinin siyahısıEkologiyaArif PaşayevAprel işğalıKəpənəklərTarixHeydərbabaya salamAqronomPeyğəmbərŞəki xan sarayıHeydər Əliyev MərkəziSovet Sosialist Respublikaları İttifaqıMübtədaRüstəm MuradovKompüter şəbəkəsiXəmsəYəhudilərAzərbaycan diliMöminə Xatun türbəsiMədət QuliyevRəşad DağlıPambıqBTSTəhminə (film, 1993)Gədəbəy rayonuÇay (coğrafiya)KartofSistitMoldovaƏfsanəDünya sənin, dünya mənim (mahnı)HeyvanlarDostəli xan MüəyyirəlməmalikOrxan SultanovŞəki rayonuVaqif GərayzadəTörəməYol nişanlarıRusiyaƏqrəb (astrologiya)Əlimərdan bəy TopçubaşovBakı kəndlərinin siyahısıŞirvanşahlar dövlətiPomidorŞəkilçiİspaniyaMusa QurbanlıÇingiz MustafayevEnerjiAvstriyaQarışqalarÖlkə paytaxtlarının siyahısıMarketinqAğacdələnlərBeynəlxalq Qadınlar GünüDaun sindromuNikol PaşinyanFonetikaMəhəmmədhüseyn ŞəhriyarHəzi Aslanovİsim🡆 More