Elmira İsmayılova (tam adı: Elmira Məhərrəm qızı İsmayılova; 13 noyabr 1945, İrəvan) — Azərbaycanın tanınmış teatr və kino aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2007).
Elmira İsmayılova | |
---|---|
Elmira Məhərrəm qızı İsmayılova | |
Doğum tarixi | |
Doğum yeri | İrəvan, Ermənistan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Həyat yoldaşı | Vidadi Əliyev |
Uşaqları | Oqtay Əliyev, Elçin Əlibəyli |
Atası | Məhərrəm İsmayılov |
Fəaliyyəti | aktrisa |
Fəaliyyət illəri | 1968-ci ildən bu günə kimi |
Təhsili | |
Mükafatları |
E.İsmayılova İrəvanda ziyalı ailəsində anadan olub. 1968-ci ildə Ermənistan Respublikasının X.Abovyan adına Pedaqoji İnstitutunu bitirmişdir. Elə həmin ildən etibarən o, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktrisa vəzifəsində işləyir.
E.İsmayılova aktrisa kimi fəaliyyət göstərdiyi illər ərzində bir çox müxtəlif janrlı obrazlar yaratmışdır. Onun Humay (S.Rəhman, "Əliqulu evlənir"), Afət (M.Şamxalov "Qaynana"), Qrafinya (U.Şekspir, "Axırı xeyir olsun"), Dilarə (Anar, "Şəhərin yay günləri"), Dilbər xanım (N.Vəzirov, "Hacı Qəmbər"), Oqudalova (A.Ostrovski "Cehizsiz qız"), Smeraldina (K.Qoldoni, "İki ağanın bir nökəri"), Böyükxanım (C.Cabbarlı, "Aydın"), Xala (Ü.Hacıbəyov, "Arşın mal alan"), Nazik (S.Rəhman, "Ulduz") və s. rolları tamaşaçı rəğbətini qazanmışdır. E.İsmayılova "Ömürdən uzun gecə" (Hidayət), "Əkizlərin nağılı" (P.Pançev) kimi televiziya filmlərində çəkilmişdir.
This article uses material from the Wikipedia Azərbaycanca article Elmira İsmayılova, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki Azərbaycanca (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.