Teleserial, 2012 3 Bacı

3 bacı bədii serialı rejissor Səyavuş Hüseynli tərəfindən 2012–2014-cü illərdə çəkilmişdir.

Film "Soy prodakşn"da istehsal edilmişdir. Üç bacı situasiyalı komediya serialı adından göründüyü kimi üç bacıdan bəhs edir. Serialda kənddən şəhərə köçən üç bacının, onların sevgililərinin və qonşularının başlarına gələn maraqlı, gülməli hadisələrdən bəhs olunur. Serialda əsas rolları Ülviyyə Əliyeva, Tünzalə Əliyeva, Dilarə Əliyeva, Cəfər Namiq Kamal, Almaz Mustafayeva, Zemfira Əbdülsəmədova, Əsəd İsmayılov, Tərlan Nur Yaşar, Əkbər ƏlizadəRövşən Kərimduxt ifa edirlər. Filmin adı 71-ci seriyadan dəyişdirilərək "3 bacı+1" oldu.

3 bacı
Janr komediya
Rejissor Səyavuş Hüseynli
Prodüser Oqtay Əliyev
Ssenari müəllifləri Vüqar Hüseynov
Səbuhi Bayramov
Baş rollarda
Operator Aydın Şirinsifət
Bəstəkar Tərlan Məmmədhüseynov
Rəssam Emil Mirzəyev
İstehsalçılar Soy prodakşn
Space televiziyası
İlk baxış tarixi 15 noyabr 2012
Filmin digər adları Üç bacı
3 bacı+1 (71-ci seriyadan)
Filmin növü bədii serial
Müddət 30-40 dəq.
Ölkələr Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 2012-2014
Bölüm sayı 140 seriya
Rəng rəngli

Məzmun

Situasiyalı komediya serialında müxtəlif maraq, arzu və istəkləri olan, bir-birindən tamamilə fərqli üç bacı-Sevinc (Ülviyyə Əliyeva), Xoşbəxt (Tünzalə Əliyeva) və Səadət (Dilarə Əliyeva) kənddən şəhərə köçüblər. Onların hər birinin həyatdan öz gözləntiləri var. Sevinc təcrübə həvəskarıdır, Xoşbəxt şirniyyat dükanı işlədir, Səadət isə aktrisa olmaq niyyətindədir. Üç bacının ətrafında baş verən komik hadisələr serialın əsasını təşkil edir.

Xoşbəxt böyük bacıdır. Bacıların həm anası, həm də atasıdır desək yanılmarıq. Şirniyyat dükanı işlədir. Sevinc kiçik bacıdır. Fasiləsiz bilik almaq onun qidası, publisistik dillə danışmaq isə yaşayış tərzidir. Səadət ortancıl bacıdır. Qlamur həyata can atır, aktrisalığa isə qarşılıqsız sevgisi var.

Komik qonşu tipajları serialı daha da maraqlı edir. Xədicə (Zemfira Əbdülsəmədova)-hər birimizin belə bir qonşusu var. Kim nə geyinib, kimin arvadı necədir, kimin əri xəyanət edir və s. kimi xəbərləri qonşularla ələkdən keçirib yayır. Liftpulu yığmaq sadəcə hobbisidir. Qənimət (Əkbər Əlizadə) Xədicənin oğludur. Adətən görmüşük qız evdə dalaşıb anasının üstünə qayıdır, burada isə kişi arvadı ilə dalaşıb anasının evinə qayıdır. Maarif kişi (Cəfər Namiq Kamal) tək yaşayır, təqaüdçüdür, heç yerdə işləmir. Daha doğrusu işləyir, polis rəisi mayora. Tez-tez zəngləşirlər. Məhəllədə kimsə icazəsiz qaraj tikməyə hazırlaşanda, daşı daş üstə qoymaq istəyəndə, kiminsə xərcləri maaşından artıq olanda, kimsə dalaşanda, kimsə icazəsiz alver edəndə və s. bu tip hadisələrdə Maarifin xüsusilə dostu mayora zəng etməyi tutur. Həmçinin, internet xakeri Kübra (Almaz Mustafayeva), bütün sahə müvəkkili stereotiplərinin məcmusu olan sahə müvəkkili Salam (Mirsalam Mirsalamov), kiçik ofis müdiri, danışığını Sevincdən başqa heç kəsin başa düşmədiyi Sədrəddin (Tərlan Nur Yaşar), hər rəngdə pulu olan bank müdiri Vüsal bəy (Əsəd İsmayılov) serialın əsas obrazlarıdır.

Filmin üzərində işləyənlər

Ssenarist: Vüqar Hüseynov, Səbuhi Bayramov
Rejissor: Səyavuş Hüseynli
Operator: Aydın Şirinsifət
Prodüser: Oqtay Əliyev
Rəssam: Emil Mirzəyev
Bəstəkar: Tərlan Məmmədhüseynov

Rollarda

Ülviyyə Əliyeva — Sevinc
Tünzalə Əliyeva — Xoşbəxt
Dilarə Əliyeva — Səadət; özü
Cəfər Namiq Kamal — Maarif kişi
Almaz Mustafayeva — Kübra
Mirsalam Mirsalamov — Salam
Zemfira Əbdülsəmədova — Xədicə
Tərlan Nur Yaşar — Sədrəddin
Əkbər Əlizadə — Qənimət
Azər Baxşəliyev — Mərdan
Əsəd İsmayılov — Vüsal bəy
Şakan Ersan — Tarık
Rövşən Kərimduxt — Ağır

İstinadlar

Həmçinin bax

Tags:

Teleserial, 2012 3 Bacı MəzmunTeleserial, 2012 3 Bacı Filmin üzərində işləyənlərTeleserial, 2012 3 Bacı RollardaTeleserial, 2012 3 Bacı İstinadlarTeleserial, 2012 3 Bacı Həmçinin baxTeleserial, 2012 3 BacıAlmaz MustafayevaCəfər Namiq KamalDilarə Əliyeva (aktrisa)Rövşən KərimduxtSəyavuş HüseynliTünzalə ƏliyevaTərlan Nur YaşarZemfira ƏbdülsəmədovaÜlviyyə ƏliyevaƏkbər Əlizadə

🔥 Trending searches on Wiki Azərbaycanca:

MultikulturalizmAprel işğalıRamazan bayramıMuğamGözİlanlarTörəməDərman bitkilərinin siyahısıGəncə Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə KompleksiBasketbolNyu-YorkOxatan (astrologiya)Azərbaycan Xalq Cümhuriyyətinin Milli OrdusuAypara və ulduz rəmziMatrisHeydər ƏliyevTerminologiyaAzərbaycan Xalq CümhuriyyətiƏli SistaniTovuz rayonuVaqiə surəsiGəncə qalasının işğalıElçin Quliyev (general-polkovnik)KöhlənQara delfin həbsxanasıGünəş sistemiLənkəran rayonuMaterikBakıda yerləşən abidələrin siyahısıDünyanın yeddi möcüzəsiÜzeyir MehdizadəElvin CəfərquliyevXeyirxahlıqXəbər (qrammatika)Seks (dəqiqləşdirmə)Azərbaycan xanlıqlarıII MehmedBronxitQurban QurbanovEmin (müğənni)VideosexRum rəqəmləriAzərbaycan Sərhəd Qoşunlarıİğdır iliƏhməd CavadMoskvaErmənistanAydın ƏzimbəyovCihazZəfər Günü (Azərbaycan)Bal arısıAzərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya AktıKompüter qurğularıAzərbaycan RadiosuQırğızıstanPiramida (həndəsə)Gövhər Qazıyevaİşa namazıKriştiano RonaldoLinzalarAzərbaycanda UNESCO-nun Ümumdünya irsi obyektlərinin siyahısıHüdudsuz sevgiAzərbaycan Quru QoşunlarıNaxçıvanDərman bitkiləriAyaz MütəllibovAzərbaycanlıların Soyqırımı GünüQissəCəlil MəmmədquluzadəAğdərə rayonuNamazBabasilQara YusifPolşaSasanilər imperiyasıQızılca🡆 More