Müğənni Emin: Azərbaycan Respublikasının xalq artisti

Emin Araz oğlu Ağalarov, səhnə adı: Emin (12 dekabr 1979, Bakı) — bəstəkar, müğənni, biznesmen.

Azərbaycanın xalq artisti (2018).

Emin
Müğənni Emin: Həyatı, Albomları, Sinqlları
Ümumi məlumatlar
Ləqəbi Emin
Doğum tarixi 12 dekabr 1979(1979-12-12) (44 yaş)
Doğum yeri
Vətəndaşlığı
Həyat yoldaşı Leyla Əliyeva (2006–2015)
Atası Araz Ağalarov
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, mahnı yazarı[d], təşəbbüskar, cazmen
Fəaliyyət illəri 2005-ci ildən
Janr pop musiqisi
Musiqi alətləri gitara, royal[d]
Səs tembri bariton
Təhsili
  • Merimaunt Manhetten Kolleci[d],
  • Tenafly High School[d]
Mükafatları Müğənni Emin: Həyatı, Albomları, Sinqlları
İmzanın şəkli
emin-music.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Emin Ağalarov 12 dekabr 1979-cu ildə Bakıda anadan olub, 4 yaşından Moskvada yaşayır. Təhsilini İsveçrədəABŞ-də alıb. Marymount Manhattan College (Nyu-York) bitirib və "Maliyyə sahəsində biznes-menecment" diplomu var.. Rusiyada bizneslə məşğul olur və GQ jurnalının 2011-ci ildə "İlin İş Adamları" namizədləri arasından birinci yerə çıxmışdır.

Sahibkarlıq fəaliyyəti

Crocus Group adlı Rusiyanın ən iri developer şirkətlərindən birinin vitse-prezidentidir..

Bu kommersiya layihələrinə başçılıq edir:

  • Krokus Siti ticarət-sərgi mərkəzinin strukturasına daxil olan, Krokus Siti Moll ticarət kompleksi və Krokus Siti Holl konsert zalı
  • Vegas Arxivləşdirilib 2015-05-08 at the Wayback Machine ticarət-əyləncə komplekslərinin şəbəkəsi
  • Nobu, Zafferano, Shore House, Edoko, Rose Bar restoranları
  • Sea Breeze Resort developer layihəsi (Nardaran)

Musiqi karyerası

Emin ABŞ-də olarkən musiqiyə marağı başlayıb. Xüsüsən Frenk Sinatra, Elvis Presli və özünün müəllimi kimi tanıtdığı Müslüm Maqomayev onun kumirləri arasındadır. 2006-cı ildə onun ilk Still adlı ingiliscə albomu çıxıb və albomla eyni adı daşıyan mahnı hitə çevrilib. Bu albomda o həm də bəstəkar kimi özünü göstərib. 2007-ci ildə İncredible adlı albomunu çıxardıb ki albomdakı Don't Cry mahnısı Нулевой Километр filminin saundtrekində yer alıb. Daha sonra isə Elvis və Frenk coverlərindən ibarət olan Obsession və Moskvadaki konsertinin DVD-sini də satışa çıxartdığı Devotion albomu satışa çıxıb.

Emin 2010-cu ildə artıq Avropaya musiqisini tanıtmaq qərarına gəlir və Wonder albomunu Britaniyada satışa çıxarır, Obvious mahnısını This Morning adlı verlişdə ifa edir. Əksər mahnılarının müəllifidir. Avropada xüsüsəndə Rusiya, UkraynaAzərbaycanda konsertlər verməyə davam edir.

Emin Ağalarovun Giving İn, Don't cry, Wonder, Falling, Any time you fall, Obvious, Stick together, Still, Make the world go away, Just for one night klipləri var.

27 may 2018-ci ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adına layiq görülmüşdür.

Şəxsi həyatı

İş adamı Araz Ağalarovun oğludur və Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 2015-ci ilə kimi kürəkəni olub. 30 aprel 2006-cı ildə Leyla Əliyeva ilə evlənib. Mikayıl və Əli adında əkiz oğlanları var. Leyla Əliyeva və Emin Ağalarov "Stick Together" adlanan klipdə bir yerdə yer alıblar.

2015-ci ildə Emin Ağalarov Britaniyanın Channel 5-daki intervtusunda Leyla Əliyeva ilə evliliyini bu cür qiymətləndirirdi:

Hələ ki, evliliyin pozulmaması üçün çalışırıq. Mənim səyahətlərim çox olur, biz ayrı şəhərlərdə yaşayırıq, oğullarım Bakıda yaşayır.

Az sonra Leyla Əliyeva öz İnstagram səhifəsindən onun Eminlə nikahı son illər formal xarakter daşıdığını təsdiqləyib, Boşanmağımızı rəsmiləşdirməyin vaxtı çatıb və mən nikahımızı pozmaq qərarına gəldim, yazdı.

Albomları

  • 2006: Still
  • 2007: Incredible
  • 2008: Obsession
  • 2009: Devotion
  • 2010: Wonder
  • 2012: After the Thunder
  • 2013: На краю
  • 2014: Amor

Sinqlları

  • 2011: "Any Time You Fall"
  • 2012: "Heart Keeps Beating"
  • 2012: "Baby Get Higher"
  • 2012: "Never Enough"
  • 2012: "Walk Through Walls"
  • 2013: "Amor" / "In Another Life"
  • 2014: "Смотришь в небо" (Emin & Loboda)
  • 2015: "Boomerang"

İstinadlar

Xarici keçidlər

Tags:

Müğənni Emin HəyatıMüğənni Emin AlbomlarıMüğənni Emin SinqllarıMüğənni Emin İstinadlarMüğənni Emin Xarici keçidlərMüğənni Emin12 dekabr1979BakıMüğənni

🔥 Trending searches on Wiki Azərbaycanca:

Düzbucaqlı üçbucaqİnformasiyaAzərbaycan Dövlət Neft və Sənaye UniversitetiƏqrəb (astrologiya)Kimyəvi reaksiyaAvtomobilin tarixiAzərbaycan Quru Qoşunlarının hərbi nişanlarıMannaHüceyrəHəmidə ÖmərovaMürəkkəb cümləLatın diliAzərbaycan Silahlı QüvvələriAzərbaycanın sərhədləriİnfeksiyaMicrosoft ExcelNovruz bayramıRəsul RzaSintaktik əlaqələrAvropa İttifaqıAdolf HitlerMuxtar ƏfəndizadəAzərbaycan Hərbi Hava QüvvələriŞiəlikDaş dövrüKoroğlu dastanıVauçerAzərbaycan Dövlət İqtisad UniversitetiRamiz ZeynalovAzotAğqoyunlularI AbbasŞir (astrologiya)QızdırmaAzərbaycan Hərbi Dəniz QüvvələriDövlət Sərhəd Xidməti (Azərbaycan)NağılMicrosoft WindowsSourTelefonAzərbaycan əlifbasıBronxitÖlkə paytaxtlarının siyahısıAzərbaycan Milli QvardiyasıBeyinAzərbaycanda qeydiyyata alınmış dünya əhəmiyyətli memarlıq abidələrinin siyahısıLütfi ZadəAzərbaycan Texniki UniversitetiYanvarBabəkŞəkilçiADA UniversitetiErmənistanİkinci Qarabağ müharibəsiAtlantik okeanSöz birləşməsiAzərbaycan İkinci Dünya müharibəsindəMaşın öyrənməsiAy təqvimiRamazan bayramıƏhmədiyyə CəbrayılovQubad İbadoğluBəylər Eyyubovİlham ƏliyevSarbonnaHekayəBirinci Dünya müharibəsiKompüter şəbəkəsiElektrik müqavimətiNeftçi PFKƏbdürrəhim bəy HaqverdiyevNadir şahAzərbaycan Tibb UniversitetiAzərbaycan coğrafiyasıQacar dövlətiTəyyarə🡆 More