Azər Aydəmir (24 iyul 1986, Bakı) — azərbaycanlı aktyor, ssenarist, prodüser.
Azər Aydəmir | |
---|---|
Azər Rauf oğlu Aydəmir | |
Doğum tarixi | 24 iyul 1986 (37 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı | |
Fəaliyyəti | aktyor, ssenarist, prodüser |
Fəaliyyət illəri | 2009-cu ildən |
IMDb | ID6413655 |
Azər Aydəmir 24 iyul 1986-cı ildə Bakı şəhərində anadan olub. 46 saylı orta məktəbi bitirib. Məktəb illərində məktəbin KVN komandasının kapitanı olub. Ailəlidir 1 övladı var.
Aktyorun əsli Xızıdandır. Atası malakandır. Yüz il bundan qabaq Altıağaca köçən malakan sülaləsindəndir. Ata nənəsi rus, anası isə dağlıdır, Əmbizlər kəndindən.
Məktəbi bitirdikdən sonra, Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə-kredit fakültəsində natamam ali təhsil almışdır. Köç və karyera artımı səbəblərindən birinci kursdan təhsildən ayrılmışdır. İlk fəaliyyət illərində Azəravtoyol QSC nin nəznində olan, "Azərbaycan Yolları", "Zirvə Yolu", "Revanş" qəzetlərində müxbir kimi çalışmışdı. Sonradan tanınmış neft jurnalı olan "Caspian Energy" də, müxbir və reklam meneceri kimi fəaliyyət göstərmişdi. 2005-ci ildən bir sıra avtomobil şirkətlərində PR və Marketing meneceri vəzifəsində çalışıb. 2008-ci ildə Zirvə Motors (İsuzu) Şirkətinin direktoru işləyib.
2005-ci ildən 2014-cü ilə kimi paralel olaraq restoran və otelcilik fəaliyyəti ilə məşğul olub. Bakının tanınmış karaoke klublarının (Z CLUB) əsasını qoyub. İctimaiyyət tərəfindən tələbolunan tədbirlər təşkilatçı kimi fəaliyyət göstərib.
2009-cu ildən etibarən aktyorluq fəaliyyətinə başlayıb. İlk olaraq bir sıra reklam və kliplərdə çəkilən Azər Aydəmir 2010-cu ildən mütəmadi olaraq filmlərə, seriallara çəkilir. O, 2012-ci ildə "Xoca" filmində Yuri Kovalyov obrazı ilə tanınıb. Buna baxmayaraq aktyor fəaliyyətini ilk olaraq İctimai Televiziyada yayımlanan "Döngələr" serialı ilə başlayıb. Hal-hazırda aktyor 40-dan çox filmdə çəkilib.
Azər Aydəmir 2018-ci ildən etibarən bir sıra film və serialların, ssenari müəllifi kimi də çıxış edir. 2019-cu ildən Azercell şirkətinin uğurlu rebrendinqindən sonra, Azər Aydəmir Azercell Telekomun rəsmi səsi seçilib. Aktyorluq fəaliyyəti ilə paralel olaraq, hal-hazırda Azər Aydəmir, İctimai Televiziyanın rəsmi səsi və simalarından biridir. Gündəlik sosial-analitik Sabaha Saxlamayaq axşam tok-şousunun aparıcısı olub. (2019–2021) Hal-hazırda (Discovery Science) tv kanalının "How the universe is works" lisenziyalı layihəsinin İctimai TV də yayımlanan "Kainat necə qurulub" verilişinin Azərbaycan versiyasının siması, aparıcısıdır. Bundan əlavə hər həftə AvtoFm 107.7 dalğasında dinləyicilərlə "Qarışıq Fəlsəfə" layihəsində ezoterik fəlsəfi söhbətlər edir. Bütün buraxılışlar YouTube/AvtoFM/Qarışıq fəlsəfə…
"Müasir Audiovizual Baxış" mükafatı — 26 yanvar 2022
Aktyor kimi
Ssenari müəllifi kimi
Quruluşçu rejissor kimi
İkinci Rejissor kimi
Aparıcı kimi
Filmi səsləndirən kimi
This article uses material from the Wikipedia Azərbaycanca article Azər Aydəmir, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki Azərbaycanca (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.