Flora Kərimova

Kərimova Flora Ələkbər qızı (23 iyul 1941, Bakı) — Azərbaycanın estrada, muğam və opera müğənnisi, aktrisa, Azərbaycan Respublikasının xalq artisti (1992) Milli Azadlıq Hərəkatı fəalı, ictimai xadim.

BMT yanında Ümumdünya Sülh Federasiyasının Sülh səfiri, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi İctimai Birliyinin (DAMMİB) vitse prezidenti, DAMMİB Qadınlar Şurasının sədri, Xocalı şəhərinin Fəxri Vətəndaşı, Türk Dünyası Yazarlar ve Sanatçılar Vakfının fəxri üzvü.

Flora Kərimova
Flora Kərimova
Ümumi məlumatlar
Doğum tarixi 23 iyul 1941(1941-07-23) (82 yaş)
Doğum yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, xanəndə
Fəaliyyət illəri 1954 – h. h.
Janrlar xalq mahnıları, opera, pop-opera, bəstəkar mahnılarının, romans, kontata, estrada, muğam, rok, caz janrları
Səs tembri Kontraalt, Alt, Mezzo-soprano, Soprano, koloratur soprana
Təhsili
Mükafatları Flora Kərimova Flora Kərimova
Flora Kərimova
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Flora Kərimova 1941-ci il iyulun 23-də Bakıda anadan olmuşdur. Əslən anası Zümrüd xanım şuşalı, atası Ələkbər bəy isə qəbələlidir.

Fəaliyyətini 13 yaşından bədii özfəaliyyət kollektivlərində başlayan Flora Kərimova həmin tarixdən Azərbaycan Dövlət Filarmoniyasında və digər mədəniyyət saraylarında, dövlət tədbirlərində çıxış etmişdir. 1950-ci illərdən Azərbaycan Dövlət Tibb İnstitutunun "Çinar" rəqs ansambllında, 1960-cı illərdə Azərbaycan Teleradio Verilişləri ŞirkətininAzərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur. 1964-cü ildə Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunu (indiki Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci) bitirmişdir. 1971-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu müalicə işi üztə tam kursu bitirmiş, həkim ixtisasına yiyələnmişdir. 1977-ci ildə Bakı Musiqi Akademiyası vokal sinfini bitirmişdir.

Flora Kərimova üç dəfə ailə qurub. İlk evliliyi İbrahim Topçubaşovla olub (bu evliliyiyindən övladı olmayıb). Oqtay adlı oğlu və Zümrüd adlı bir qızı var.

Yaradıcılığı

Yaradıcılığında klassik opera (nümunə üçün "Qaynana" filmində Sevil operasından Dilbərin Ariyası), milli opera (1965-ci ildə Leyli və Məcnun" operasında Leyli), xalq mahnıları, romanslar, bəstəkar mahnıları və estrada janrlarına yüzlərlə nümunələrin yer aldığı Sənətkar, Azərbaycan Estrada janrının üç banisindən biridir (Rəşid Behbudov, Mirzə Babayev və Flora Kərimova).

İlk bəstəkarı şərqdə ilk opera yazan qadın bəstəkar Şəfiqə Axundova olmuşdur.

Azərbaycan Dövlət Opera və Balet Teatrında ("Leyli və Məcnun", Üzeyir Hacıbəyov) çıxış etmiş (1966), "Qanun naminə" (1968) bədii filmində çəkilmişdir.

Flora Kərimova dörd (4-cü) oktavanı aşan müğənnilərdəndir. Flora Kərimova nəinki 4-cü oktavada vokaliz etməklə yanaşı , hətta bu yüksək notlarda oxuya da bilir. Onun səsi 4 oktavanı bütövlükdə əhatə edir (Kontraalt, Mezzo-soprano, Soprano, Koloratur soprano) və bundan əlavə o, həmçinin, muğam ifa edir.

"Qızıl Fond"-da ən çox sayda əsərlər Flora Kərimovanın adı ilə bağlıdır.

1960-cı illərin sonunda Süleyman Rəhimovun Saçlı romanı radio-tamaşaya qoyulur və tamaşanın mahnılarını Fikrət Əmirov Flora Kərimovaya həvalə edir.

Şəfiqə Axundovanın Cəfər Cabbarlının "Aydın" əsərinə (1965-ci il premyerası) Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı üçün yazdığı mahnın ifaçısı da Flora Kərimova olmuşdur.

1972-ci ildə Şəfiqə Axundova yazıçı Süleyman Rəhimovun eyni adlı povesti əsasında İsgəndər Coşqunun librettosu üzrə muğam-opera janrında Gəlin qayası operasını yazmaqla şərqin ilk opera yazan qadın bəstəkarı kimi tarixə düşdü. Adı gedən operanın ilk radio-tamaşası qoyulduqda ilk ifaçısı Rübabə Muradova "Sənəm", Flora Kərimova "Gülbahar" ın rollarında iştirak edir. Opera səhnəsində qoyulduğu (premyerası 1974-cü il) zaman isə Flora Kərimovaya icazə verilmir.

Azərbaycan SSR Nazirlər Soveti yanında Radio və Televiziya Verilişləri Komitəsinin təsis etdiyi "Xoruz Baba" radio-verilişi Flora xanımın səsi ilə başlayırdı.

Bəstəkar Elza İbrahimova xüsusi olaraq Flora Kərimovanın səsi üçün "Afət" operasını bəstələmişdir.

Bəstəkar Mobil Babayev, Nüsrət Kəsəmənlinin sözlərinə 1990-cı ildə 20 Yanvar şəhidlərinə həsr etdiyi, "Ağlama torpağım, ağlama" adlı solistlər, xor və orkestr üçün 3 hissəli kantata yazmışdır. Onun ifaçılarından biri də Flora Kərimova olmuşdur.

Repertuarında Azərbaycan bəstəkarlarından Tofiq Quliyev, Şəfiqə Axundova, Taleh Hacıyev, Fikrət Əmirov, Cahangir Cahangirov, Arif Məlikov, Tofiq Əhmədov, Süleyman Ələsgərov, Rauf Hacıyev, Oqtay Kazımov, Emin Sabitoğlu, Oqtay Rəcəbov, Elza İbrahimova, İbrahim Topçubaşov, Vasif Adıgözəlov, Mobil Babayev, Hacı Xanməmmədov, Ramiz Mirişli, Aydın Əzim Kərimoğlu, Xəyyam Mirzəzadə, Qəmbər Hüseynli, Tofiq Bakıxanov, Ramiz Mustafayev, Telman Hacıyev, Ələkbər Tağıyev, İbrahim Mirzəzadə, Nəriman Əzimov, Nadir Əzimov, Nəriman Məmmədov, Ağabacı Rzayeva, İsrail Kərimov, Eldar Mansurov, Elçin İmanov, Faiq Sücəddinov, Əli Səlimi, Siyavuş Kərimi, Tahir Əkbər, Ruhəngiz Qasımova, Cavanşir Quliyev, Sevda İbrahimova, Hökümə Nəcəfova, Sevda İbrahimova, Sevinc Qasımova, Ətiqə Ələkbərova, Adil Bəbirov, Nazim Qəmərlinski, Şəmsi Kərimov, Tamilla Məmmədzadə, Aygün Səmədzadə, Xanım İsmayılqızı və Göhər Həsəsnzadə kimi şəxslərin mahnıları yer tutur. Tofiq Quliyev, Şəfiqə Axundova, Oqtay Kazımov, Emin Sabitoğlu, Elza İbrahimova kimi bəstəkarların mahnıları ən çox Flora Kərimovanın ifasındadır. Şairlərdən Mikayıl Müşfiq, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Cabir Novruz, Fikrət Qoca, Nəriman Həsənzadə, Nəbi Xəzri, Məmməd İsmayıl, Nigar Rəfibəyli, Zeynal Cabbarzadə, Əli Kərim, Mədinə Gülgün, Hüseyn Arif, Ramiz Rövşən, Vaqif Səmədoğlu, Nüsrət Kəsəmənli, Baba Vəziroğlu, Vahid Əziz, Dəmir Gədəbəyli, Paşa Qəlbinur, Zivər Ağayeva, Rəfiq Zəka Xəndan, Firuz Dilənçi, Ramiz Heydər, Süleyman Rüstəm, Mədinə Gülgün, Əliağa Kürçaylı, Əli Tudə, Mirvarid Dilbazi, İlyas Tapdıq və digərlərinin şeirlərinə mahnılar oxumuşdur. F. Kərimovanın yaradıcılığında İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Aşıq Alı kimi klassiklərin əsərlərinədə yer ayrılıb.

Azərbaycan sənətkarlarından ilk dəfə olaraq Flora Kərimova 1993–1994-cü illərdə Türkiyədə geniş konsert proqramları ilə çıxış edərək Türkiyənin ən prestijli musiqi proqramlarının qonağı olmuşdur. Hətta, Türkiyənin ən əsas musiqi təqdimat verilişində (İlin mahnısı) qonaq olmuşdur.

İctimai-siyasi fəaliyyəti

Flora Kərimova 1988-ci ildə Topxana meşəsinin qırılmasının ardınca Bakıda Azadlıq Meydanında etirazını bildirənlərdən olmuşdur. Daha sonra Flora Kərimova 1989–1992-ci il Azərbaycan Azadlıq Meydan Hərakatının fəallarından birinə çevrildi.

Flora Kərimova 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Rus Sovet Ordusunun hücumları ərəfəsində küçələrə çıxaraq öz etirazını qorxmaz şəkildə ifadə etmişdir. Flora Kərimova da bu etirazda iştirak etmişdir. [1] Arxivləşdirilib 2020-08-11 at the Wayback Machine

Flora Kərimova Əbülfəz Elçibəyin ölümündən sonra Azərbaycan Xalq Cəbhəsi Partiyasının klassiklər qanadına üzv olmuş, daha sonra isə Müsavat Partiyasına keçmişdir.

2000-ci il parlament seçkilərində Flora Kərimova Müsavat Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısında partiya daxili keçirilmiş praymerizə əsasən 8-ci sırada olmuşdur. Müsavat Partiyası proporsional seçkilər üzrə 140 546 səs (ümumi səslərin 4,85%-i) toplamış, lakin 6%-lik seçki həddini keçə bilmədiyi üçün mandat qazana bilməmişdir. Beləliklə, Flora Kərimova deputat seçilə bilməmişdir.

O, 2005-ci il parlament seçkilərində 42 saylı Sumqayıt ikinci seçki dairəsindən Azadlıq Blokunun deputatlığa vahid namizədi olmuşdur. Müğənni deputat seçilməmiç, lakin seçkidə qələbəsinin oğurlandığını iddia etmişdir. Yerli məhkəmələr onun şikayətini təmin etmədiyindən xalq artisti Avropa İnsan Hüquqları Məhkəməsinə üz tutmuşdur. 2006-cı ilin yayında Flora xanım səhhətində yaranan problemlərlə bağlı siyasətdən getməsi ilə bağlı rəsmi açıqlama yaymışdır. 2010-cu ildə Avropa İnsan Hüquqları Məhkəməsi xalq artisti Flora Kərimovanın şikayəti üzrə qərar çıxarıb. Məhkəmə Flora Kərimovanın Avropa İnsan Hüquqları Konvensiyasında nəzərdə tutulmuş bir çox hüquqlarının pozulduğunu tanıyıb. Qərara görə, Azərbaycan dövləti sənətkara ümumən 59 min 100 avro təzminat ödəməlidir.

Kərimova 2024-cü ildə Azərbaycanda prezident seçkiləri zamanı İlham Əliyevi dəstəklədiyini açıqlamışdır. O, qeyd etmişdir ki, Əliyevin "yanında dura biləcək alternativ yoxdur".

Mükafatları

  • 1955-ci il Azərbaycanının gəncər festivalın qalibi
  • 1957-ci il Ali Sovetin fərmani ilə mükafat
  • 1989-cu il 17 May Azərbaycan SSR əməkdar artisti
  • 1990-cı il "Odlar yurdu" Baki-90 Azərbaycan populyar musiqi festivalı larureatı
  • 1992 noyabr 17 Azərbaycan Respublikasının xalq artisti
  • 1994-cü il ABŞ-nin Sülh və Demokratiya İnstitutu tərəfindən İnsan hüquqları Müdafiəsi Departamentinin "Ən mübariz müğənni" və "İnsan haqlarının müdafiəçisi" baş mükafatını almışdır.
  • 1995 sentyabr 29 Flora Kərimova "Dərviş Marafonu" Xocalı şəhərinin Fəxri Vətəndaşı adı verilib.
  • 1996-cı il Türk Dünyası Yazarlar ve Sanatçılar Vakfı-nin fəxri üzvü
  • 2004-cü il Ümum Dünya Sülh Fedorasiyasinin üzvü
  • 2010 sentyabr 9 "HOLLYWOOD SMILE IN BAKU-2010"
  • 2015 Dekabrın 25 Dünya azərbaycanlılarının həmrəyliyi günü ilə bağlı Borçalı Cəmiyyətinin təşkil etdiyi "Türklüyə Xidmət Mükafatı"
  • 2018 Dekabrın 26 Azərbaycan Cümhuriyyətinin 100 illiyinə və Dünya azərbaycanlılarının həmrəyliyi günüə həsr edilmiş "Şəms Milli Mükafatı"
  • 2018 Oktyabrın 18-də "Şərəfli Ömür" mükafatı
  • 2019 Martın 4-də Flora Kərimovaya "Golden People Awards" milli mükafatı
  • 2019-cu il 9 Dekabr Beynalxalq Humanistika İnstitutu İB-nin Sülh Səfiri
  • 2021-ci il 5 iyul "Xarıbülbül" mükafatı
  • 2021-ci il 31 iyul "Şərəf" ordeni
  • 2021-ci il 31 iyul Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
  • 2021-ci il 1 dekabr " Simruq 2021" mükafatı

Mahnı ifa etdiyi filmlər

  1. Böyük dayaq (film, 1962)
  2. Payız konserti (film, 1962)
  3. Qanun naminə (film, 1968)
  4. Azərbaycan elmi (film, 1969)
  5. Mənim universitetim (film, 1969)
  6. İntizar (film, 1969)
  7. Toyda görüş (film, 1970)
  8. Abşeron ritmləri (film, 1970)
  9. O qızı tapın (film, 1970)
  10. Gün keçdi (film, 1971)
  11. Kəndimizin qəhrəmanı (film, 1971)
  12. Konsert proqramı (film, 1971) (I)
  13. Həyat bizi sınayır (film, 1972)
  14. Odlar yurdunun qızları (film, 1972)
  15. Sovet Azərbaycanı (film, 1972)
  16. Mahnı qanadlarında (film, 1972)
  17. Qız, oğlan və şir (film, 1974)
  18. Azırbaycan teatrının 100 illiyi (1974)
  19. Payız melodiyaları (film, 1974)
  20. Şahzadə-qara qızıl (cizgi film, 1974)
  21. Pıspısa xanım və Siçan bəy (cizgi film, 1974)
  22. Qeyri-adi ov (film, 1974)
  23. Alma almaya bənzər (film, 1975)
  24. Mezozoy əhvalatı (film, 1976)
  25. Şir evdən getdi (film, 1977)
  26. Toplan və kölgəsi (cizgi film, 1977)
  27. Qayınana (film, 1978)
  28. Sonrakı peşmançılıq (cizgi film, 1978)
  29. Yollar görüşəndə... (film, 1979)
  30. Sular qizi (sənədli film 1979)
  31. Bizi bağışlayın (film 1979)
  32. Onun bəlalı sevgisi (film, 1980)
  33. Nəğməkar torpaq (film, 1981)
  34. Səni axtarıram (film, 1981)
  35. Evləri köndələn yar (film, 1982)
  36. Əzablı yollar (film, 1982)
  37. Bağışla (film, 1983)
  38. Humayın yuxusu (cizgi film, 1985)
  39. Səndən xəbərsiz (film, 1985)
  40. Xüsusi vəziyyət (film, 1986)
  41. Ah məhəbbət, məhəbbət (film 1987)
  42. Sən həmişə mənimləsən (film, 1987)
  43. Analar və laylalar (cizgi film, 1991)
  44. Ağ atlı oğlan (film, 1995)
  45. Göylər sonsuz bir dənizdir. İkinci film. Züleyxa (film, 1995)
  46. Göylər sonsuz bir dənizdir. Birinci film. Leyla (film, 1995)
  47. Bir cənub kəndində
  48. Arşın mal alan (film, 2002)
  49. Qış nagili (film, 2002)
  50. Ünvansız eşq (film, 2012)
  51. Balta (film, 2015)
  52. Qayınana (film, 2018)
  53. Qan Qohumları (seral 2019)
  54. Zəng (film 2020)
  55. iki yad adam (film 2022)

Çəkildiyi filmlər

  1. Qanun naminə (film, 1968)
  2. Toyda görüş (film, 1970)
  3. Həyat bizi sınayır (film, 1972)
  4. Yollar görüşəndə... (film, 1979)
  5. Arşın mal alan (2002)
  6. Qayınana (film, 2018)

İştirak etdiyi filmlər

  1. Payız konserti (film, 1962)
  2. Abşeron ritmləri (film, 1970)
  3. Toyda görüş (film, 1970)
  4. Konsert proqramı (film, 1971) (I)
  5. Mahnı qanadlarında (film, 1972)
  6. Payız melodiyaları (film, 1974)
  7. Nəğməkar torpaq (film, 1981)

Haqqında yazılanlar

  • Xalq şairləri Musa Yaqub ("Bənövşə ətirli səs", "Sənin zanbaq səsin" adlı şeirləri), Bəxtiyar Vahabzadə, Məmməd Araz, Nüsrət Kəsəmənli Flora Kərimova sənətinə şeirlər, məqalələr həsr etmişlər.
  • 1993-cü ildə Flora Xəlilzadənin F. Kərimova haqda yazdığı "Bənövşə ətirli səs" adlı kitabı cap olunmuşdur.
  • 1993-cü ildə Əjdər Ol-un Flora Kərimovaya həsr etdiyi "Səsindən tanınan" (publisistika) əsəri çapdan çıxmışdır.
  • 2008-ci ildə Yazıçı-publisist Mehriban Vəzirin müəllifi olduğu Azərbacan tarixində "Dəyişikliklərə cəsarəti çatan örnək xanımlar" kitabına düşmüş 500 qadından biri Flora Kərimov olmaqla kitab çap olununmuşdur.
  • İstinadlar

Mənbə

  • M. Paşaoğlu. "Mən taleləri oxuyuram" //Odlar yurdu.- 1992,- 20 noyabr.- № 32–33.- səh. 5.

Tags:

Flora Kərimova HəyatıFlora Kərimova YaradıcılığıFlora Kərimova İctimai-siyasi fəaliyyətiFlora Kərimova MükafatlarıFlora Kərimova Mahnı ifa etdiyi filmlərFlora Kərimova Çəkildiyi filmlərFlora Kərimova İştirak etdiyi filmlərFlora Kərimova Haqqında yazılanlarFlora Kərimova MənbəFlora Kərimova194123 iyulBakı

🔥 Trending searches on Wiki Azərbaycanca:

İzotopMetalTərtər rayonuBalıqƏrəb xilafətiSadır JaparovAzərbaycan Dövlət İqtisad UniversitetiBakcellAzərbaycan Ərəb xilafətinin tərkibindəRəsul RzaTürkdilli dövlətlərYüzillik müharibəNəqli cümləŞüşəXankəndiFonetik təhlilDövlət idarəetmə formalarıAzərbaycanlılarXəzər dəniziQacar dövlətiİnsan dişləriSay sistemləriNitq hissəsiUşaqlıq (anatomiya)Lənkəran rayonuSourHacı NuranKəlmeyi-şəhadətAzərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman AkademiyasıDünya ölkələrinin siyahısıFacebookƏməliyyat sistemiİsmin hallanmasıBərdə rayonuCavanşir Məmmədov (general)Azərbaycanın iqtisadi rayonlarıİkinci Dünya müharibəsiSəttar BəhlulzadəŞahin BağırovTürkiyəMaddəİnteqralAzərbaycanın dövlət bayramları və xüsusi günləriAppendisitTovuz rayonuAzərbaycan KubokuAzərbaycandakı şəhərlərin siyahısıCərəyan şiddətiAtropatenaDöyüş arabasıVilayət EyvazovƏlifba25 aprelAzərbaycan şirkətlərinin siyahısıAvropaSay (qrammatika)Babək ƏləkbərovFikrət ƏmirovKoroğluAzərbaycan Dövlət Neft və Sənaye UniversitetiMisir ehramlarıQədim Yunanıstan mədəniyyətiZeynəb XanlarovaMete xaqanRomaErməni soyqırımıMenecmentQəbələ rayonuBakı metrosuŞamaxıI TəhmasibŞifrMirzə Ələkbər SabirTorpaq sürüşməsiAbşeron rayonuQərbi Azərbaycan mahallarıQaraciyərSürücülük vəsiqəsiXocalı soyqırımı🡆 More