Azərbaycan Xalq Cəbhəsi Partiyası: Azərbaycanda müxalif siyasi partiya

Azərbaycan Xalq Cəbhəsi Partiyası və ya qısaca AXCP — Azərbaycan Milli Azadlıq hərəkatının və 1993-cü ilə qədərki dövrün aparıcı ictimai-siyasi təşkilatı olan Azərbaycan Xalq Cəbhəsinin varisi, 1995-ci ildə Azərbaycan Xalq Cəbhəsinin bazasında və onun rəsmi varisi kimi qurulan, həmin il sentyabrın 1-də Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınan siyasi partiya.

Azərbaycan Xalq Cəbhəsi Partiyası
Loqonun şəkli
Sədri Əli Kərimli
Qurucu Əbülfəz Elçibəy
Sədr müavinləri Seymur Həzi
Səadət Cahangir
Fuad Qəhrəmanlı
Ayaz Məhərrəmli
Quruluş tarixi 1989
Qeydiyyat tarixi 1 sentyabr 1995
Bölünmə Azərbaycan Xalq Partiyası (1998)
Böyük Quruluş Partiyası (2003)
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (2005)
Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası (2005)
Azadlıq Partiyası (2005)
Klassik Xalq Cəbhəsi Partiyası (2006)
Aydınlar Partiyası (2008–2023)
Milli Cəbhə Partiyası (2020)
Sələfi Azərbaycan Xalq Cəbhəsi
Xələfi Ədalət, Hüquq, Demokratiya Partiyası
Klassik Xalq Cəbhəsi Partiyası
Milli Cəbhə Partiyası
Baş qərargah
İdeologiya
Üzvlüyü Demokratik Konqres (1994–1995)
SİSDUH (1998)
Birləşmiş Müxalifət Hərəkatı (1998–2000)
Qələbə Bloku (2003)
Azadlıq Bloku (2005–2010)
AXCP-Müsavat Bloku (2010)
İctimai Palata (2010–2013)
Demokratik Qüvvələrin Milli Şurası (2013–h.h.)
Üzv sayı 5 mindən çox (2023)
Milli Məclisdə
0 / 125
Ali Məclisdə
0 / 45
Bələdiyyə sədrləri
0 / 1.605
Bələdiyyə üzvləri
0 / 15.156
Saytı web.archive.org/web/http…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Hərəkat dövrü (1988–1995)

Azərbaycanda Xalq Cəbhəsinin yaradılması ideyası Pribaltikadan qaynaqlanırdı.1988-ci ilin aprelin 13-də Estoniya televiziyasının "Bir daha fikirləşək" proqramında belə bir ideya səslənmiş və artıq oktyabr ayında bu reallaşmışdı, yəni Xalq Cəbhəsi yaranmışdı. Belə ki, 1988-ci ilin oktyabr ayının 1–2-də Estoniyanın Tallin şəhərində Estoniya Xalq Cəbhəsinin təsis konfransı keçirilmişdir. 1988-ci ilin yayında Bakı Alimlər Klubunda (BAK) birləşmiş Azərbaycan ziyalılarının təmsilçiləri tərəfindən Pribaltika Xalq Cəbhəsi formasında Azərbaycan Xalq Cəbhəsi yaratmaq üçün Təşəbbüs Qrupu yaradıldı. Azərbaycan Xalq Cəbhəsi təşəbbüs qrupuna Bakı Alimlər Klubundan əlavə ilk qoşulan təşkilatlar "Varlıq" və "Çənlibel" təşkilatları olub.

1989-cu ilin fevralın 25-də A. Salamovanın evində Azərbaycan Xalq Cəbhəsi Təşəbbüs Qrupunun ilk toplantısı keçirildi. Müvəqqəti Təşəbbüs Mərkəzinin və Koordinasiya Şurasının üzvləri seçildi.

1989-cu ilin iyulun 16-da Ağamalı Sadiq Əfəndinin 7-ci mikrorayondakı mənzilinin həyətində Azərbaycan Xalq Cəbhəsinin Təsis Konfransı keçirilmişdir. Konfransın işində Azərbaycanın 30 rayonundan məşvərətçi səslə 240, səsvermə hüququ ilə 196 nəfər iştirak etmişdir.

Konfransda Azərbaycan Xalq Cəbhəsinin Mərkəzi Məclisi, İdarə Heyəti və Ağsaqqallar Şurasına üzvlər seçilmişdir.

Azərbaycan Xalq Cəbhəsi İdarə Heyətinin üzvləri:

Həmçinin Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, Sabir Rüstəmxanlı, Vaqif Səmədoğlu və Tağı Xalisbəylidən ibarət Azərbaycan Xalq Cəbhəsi Ağsaqqalllar Şurası təşkil olunmuşdur.

İclasda keçirilən açıq səsvermədə Əbülfəz Elçibəy 9 əleyhinə, əksəriyyət lehinə olmaqla Azərbaycan Xalq Cəbhəsi sədri seçilmişdir. Nizamnaməyə uyğun olaraq Əbülfəz Elçibəy sədr seçildikdən sonra İdarə Heyəti üzvlüyündən çıxmışdır. Konfransda qəbul olunan proqramın "Ümumi prinsipləri"ndə 'Azərbaycan Xalq Cəbhəsinin respublika əhalisinin yenidənqurma və ölkənin həyatının demokratikləşdirilməsi uğrunda mübarizə aparan ictimai təşkilat olduğu qeyd olunsa da, sonradan dəyişiklik edilmiş Məramnamə və Nizamnamədə Azərbaycan Xalq Cəbhəsinin müstəqil, vahid, demokratik Azərbaycan uğrunda mübarizə aparan şəxsləri və qurumları birləşdirən ictimai-siyasi təşkilat olduğu deyilirdi.

5 oktyabr 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsi Azərbaycan SSR Nazirlər Sovetinin 404 №-li qərarı ilə rəsmi dövlət qeydiyyatına alınmışdır.

Qiyam və sonrası

4 iyun Gəncə qiyamının ardınca Azərbaycan Xalq Cəbhəsi sədri, Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy paytaxtı tərk edərək doğulduğu Kələki kəndinə getmişdir. Çevrilişin lideri Surət Hüseynov Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyev ilə ittifaq yaratmışdır. Heydər Əliyev 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmişdir. 21 iyun 1993-cü il tarixində Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyə müraciət edərək onu öz işinə geri çağırmışdır. 24 iyun 1993-cü il tarixində isə Əbülfəz Elçibəy fəaliyyətini icra edə bilmədiyi üçün prezidentin səlahiyyətləri müvəqqəti olaraq Heydər Əliyevə ötürülmüşdür. Heydər Əliyev 30 iyul 1993-cü il tarixində qiyamçı Surət Hüseynovu Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin etmişdir. Heydər Əliyev daha sonra növbədənkənar prezident seçkiləri təyin etmişdir. 3 oktyabr 1993-cü il tarixində keçirilən prezident seçkilərində 3 namizəd arasından Heydər Əliyev 98,6% səs toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

Parçalanma, birləşmə cəhdi və partiyalaşma

Baş verən bu hadisələr Azərbaycan Xalq Cəbhəsi daxilində də gərginliklərə və qruplaşmalara səbəb olmuşdur. Belə ki, təşkilat daxilində Yurd İctimai Birliyi bazasından gələn qrup birgə fəaliyyət göstərməyə başlamışdır. Kütləvi informasiya vasitələrində "yurdçular" olaraq tanınan bu qrup daha sonralar "islahatçılar" olaraq adlandırılmağa başlandı. Bu qrupun təmsilçiləri o dövrdə parlament jurnalisti olan, daha sonra isə AXC sədrinin birinci müavini olan Əli Kərimli, AXC Ali Məclisinin sədri Qulamhüseyn Əlibəyli, AXC-nin sədr müavinləri Asim Mollazadə və Cəmil Həsənli, Rəyasət Heyəti üzvü Qüdrət Həsənquliyev kimi şəxslər idi. Digər bir qrup olan "klassiklər"də isə AXC-nin sədr müavini Mirmahmud Mirəlioğlu, daha sonralar yaradılan AXCP Gənclər Komitəsinin ilk sədri Oqtay Güləliyev, baş nazirin sabiq müavini Kamil Vəli Nərimanoğlu, sabiq nazir İsa Bağırov, müğənni Flora Kərimova, hüquq müdafiəçisi Novella Cəfəroğlu kimi şəxslər təmsil olunmuşdur.

Azərbaycan Respublikası Ali Sovetinin səlahiyyət müddəti tamamlandıqdan sonra həm yeni və ilk dəfə hazırlanmış Azərbaycan Respublikasının Konstitusiyasının qəbulu ilə bağlı referendum, həm də Azərbaycan Respublikasının Milli Məclisinin təsis edilərək bu quruma millət vəkillərinin seçilməsi üçün parlament seçkiləri keçirilməsi qərarlaşdırıldı. 125 deputatdan 100-nün majoritar, 25-nin isə ümumrespublika üzrə vahid proporsional sistemlə seçildiyi 1995-ci parlament seçkilərində rəsmi şəkildə siyasi partiyaların iştirakına icazə verilsə də, ictimai təşkilatların iştirakı qanunda yerini tapmadı. Bu səbəbdəb "yurdçular" Azərbaycan Xalq Cəbhəsinin partiyalaşması üçün fəaliyyətə keçdilər. Nəticədə 25 may 1995-ci ildə qurultay çağırıldı. Azərbaycan Xalq Cəbhəsi bu qurultayda partiyalaşaraq Azərbaycan Xalq Cəbhəsi Partiyasına çevrildi. 1 sentyabr 1995-ci il tarixində Azərbaycan Xalq Cəbhəsi Partiyası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındı. Bundan sonra isə Əli Kərimlinin liderlik etdiyi "islahatçılar" və Mirmahmud Mirəlioğlunun liderlik etdiyi "klassiklər" arasında mübarizə daha da şiddətlənməyə başlamışdır. Belə ki, həmin il keçirilən seçkilərdə proporsional siyahıda 1-ci sıraya sədrin birinci müavini, "islahatçı"ların lideri Əli Kərimli, 2-ci sıraya sədrin təşkilatı məsələlər üzrə müavini, "klassiklər"in lideri Mirmahmud Mirəlioğlu, 3-cü sıraya isə Ali Məclis sədri, "islahatçı" Qulamhüseyn Əlibəylinin adı yazılmışdır. Azərbaycan Xalq Cəbhəsi Partiyası seçkilərdə proporsional siyahılar üzrə 346 192 (9.6%) səs toplayaraq siyahısından ilk 3 nəfərin deputat seçilməsinə nail olmuşdur.

Proporsional seçki üzrə Azərbaycan Xalq Cəbhəsi Partiyasının vahid namizədlər siyahısı aşağıdakı kimi idi:

  1. Əli Kərimli
  2. Mirmahmud Mirəlioğlu
  3. Qulamhüseyn Əlibəyli
  4. Asim Mollazadə
  5. Arif Paşa
  6. Fərəc Quliyev
  7. Mais Səfərli
  8. Vaqif Pənahov
  9. Novella Cəfəroğlu
  10. Kamil Cəlilov
  11. Aydın Kərimov
  12. Kərim Şükürov
  13. Kamil Vəli Nərimanoğlu
  14. Arif Tağıyev
  15. Şahbaz Musayev
  16. İsa Bağırov
  17. Hüseynağa Atakişiyev
  18. Yadigar Məmmədli
  19. Elmir Muradəliyeva
  20. Aydın Əzimov
  21. Eldar Ağayev
  22. Mustafa Mustafayev
  23. Almaz Məmmədova
  24. Ayaz Əhmədov
  25. Ümidvar Məmmədov

Əbülfəz Elçibəy 1997-ci ildə Kələkidən Bakıya qayıtmış və siyasi fəaliyyətinə davam etmişdir. Elçibəyin qayıdışından sonra partiya daxilində çəkişmələr şiddətlənmişdir. Belə ki, "klassiklər" "islahatçılar"ın lideri, sədrin birinci müavini Əli Kərimliyi Elçibəyin fəaliyyətini məhdudlaşdırmaqla və səlahiyyətlərindən sui-istifadə etməklə günahlandırırdı. Partiya daxilində uzun müddət çəkişmələr, problemlər və münaqişələr davam etdi. 2000-ci il parlament seçkiləri ərəfəsində proporsional siyahının tərtibi səbəbi ilə bu problemlər pik həddə çatmışdır. O ərəfədə Əbülfəz Elçibəyə prostat xərçəngi diaqnozu qoyulmuş və o, 2000-ci ilin avqustunda müalicə almaq üçün Ankara şəhərinə getmişdir. 19 iyun 2000-ci il tarixində "klassiklər" partiyanın bir sıra rayon təşkilatlarının iştirakı ilə müşavirə çağırdı. Bu isə artıq problemlərin həllinin mümkün olmadığını göstərirdi. "İslahatçılar" qanadının mənsubu olsa da, Qüdrət Həsənquliyev bu müşavirədə iştirak etmiş və üzvləri parçalanmağa mane olmağa səsləmişdir. Əbülfəz Elçibəy 22 iyul 2000-ci ildə Ankarada öldü. Bundan sonra partiya de-fakto iki qanada parçalanmışdır.

Azərbaycan Xalq Cəbhəsi Partiyası 2000-ci il parlament seçkilərindən əvvəl yenidən təşkil olunan Mərkəzi Seçki Komissiyasına Qüdrət Həsənquliyev və Adil Minbaşını namizəd göstərmiş və onlar 18 iyul 2000-ci il tarixində Mərkəzi Seçki Komissiyasının üzvü seçilmişdirlər.

28–29 oktyabr 2000-ci il tarixində "klassiklər" qanadı qurultay çağırmış və partiyanın II (IV) Qurultayında Mirmahmud Mirəlioğlu Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri seçilmişdir. O dövrdə başda Müsavat Partiyası olmaqla bir çox təşkilar bu qanadı rəsmi partiya olaraq tanımışdır. 2000-ci il parlament seçkilərində partiyanın proporsional siyahısı "islahatçılar" tərəfindən tərtib olunub təsdiqlənmişdir. Həmçinin, "klassiklər" də liderləri Mirmahmud Mirəlioğlu başda olmaqla AXCP adından majoritar sistemdə seçkilərə qatılmışdır. Seçki nəticələrinə əsasən partiyadan proporsional seçki sistemi üzər 4, majoritar sistem üzrə isə 2 deputat seçilmişdir. Onlaesan 5-i "islahatçı", 1-i, yəni Mirmahmud Mirəlioğlu isə "klassiklər"dən olmuşdur. 7 yanvar 2001-ci il tarixində keçirilən təkrar parlament seçkilərində daha 1 "islahatçı" partiya üzvünün — Əliməmməd Nuriyevin majoritar sistem üzrə deputat seçilməsi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyası parlamentdə 7 deputatla Yeni Azərbaycan Partiyasının ardınca ən çox deputata sahib olan partiya olmuşdur.

Əli Kərimli 2001-ci ilədək Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin vəzifələrini icra etmiş, 2001-ci ildə isə partiyanın II (IV) Qurultayını keçirərək partiya sədr seçilmişdir. Azərbaycan Milli İstiqlal Partiyası və bir sıra digər təşkilatlar isə bu qanadı rəsmi partiya olaraq tanıdı.

Qüdrət Həsənquliyev "islahatçılar" qanadından olsa da 2001-ci ildə hər iki qanadı birləşdirmək üçün fəaliyyətə keçirmişdir. Bu cəhd Azərbaycan Demokrat Partiyası və Müsavat Partiyası tərəfindən "hakimiyyətin planı" olaraq qiymətləndirilmiş və məqsədinin "müxalifəti parçalamaq" olduğu qeyd olunmuşdur. Başlanğıcda bu cəhd "islahatçılar"ın dəstəyini alsa da, daha sonra sədr Əli Kərimli "bu işdə qaranlıq məqamların" olduğunu söyləyərək geri çəkilmişdir. Daha sonra "klassiklər"lə aktiv əlaqələr yaradan Qüdrət Həsənquliyev onları razı sala bilmişdir, lakin Mirmahmud Mirəlioğlu bu cəhdə etiraz etmişdir.

Birləşmənin gerçəkləşməsi üçün qurultay qərarı alındı və bu məqsədlə Birləşdirici Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi yaradıldı. Azərbaycan Xalq Cəbhəsi Partiyasının bəzi rayon təşkilarları bu komitəyə qoşulduğunu elan etdi. 19 avqust 2002-ci il tarixində Şəhriyar adına Mədəniyyət Sarayında Azərbaycan Xalq Cəbhəsi Partiyasının Birləşdiri Qurultayı keçirilmişdir. Qurultayda partiyanın yeni Nizamnamə və Məramnaməsi qəbul edilmişdir. Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin həmsədri Qüdrət Həsənquliyev alternativ əsaslarla və gizli səsvermə yolu ilə birləşmiş partiyanın sədri seçilmişdir. Qurultaydan sonra müvafiq sənədlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmuş və birləşmiş Azərbaycan Xalq Cəbhəsi Partiyasını AXCP-nin yeganə hüquqi varisi olaraq tanınmışdır. Daha sonra ABŞ Dövlət Departamentinin və beynəlxalq təşkilatların etirazı ilə partiyanın dövlət qeydiyyatı ləğv olunmuşdur.

Əli Kərimli dövrü (2000-)

2000-ci ildə Əbülfəz Elçibəyin ölümündən sonra Azərbaycan Xalq Cəbhəsi Partiyası 2 qola bölünür: konservativ (Klassik Xalq Cəbhəsi Partiyası) və reformist-proqressiv (Azərbaycan Xalq Cəbhəsi Partiyası). 2000-ci ildən etibarən Əli Kərimli Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədridir.

2005-ci il parlament seçkiləri

Azərbaycan Xalq Cəbhəsi Partiyası 2005-ci il noyabrın 6-da baş tutan seçkilər ərəfəsində yaradılan Azadlıq Blokunun həmtəsisçilərindən biri olmuşdur. Azadlıq Blokuna Müsavat Partiyası, Azərbaycan Liberal Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası və Azərbaycan Demokrat Partiyası daxil oldu. Avropa Şurası Parlament Assambleyasının rəyinə əsasən seçkilərdə Azadlıq Bloku qalib gəldi. Mərkəzi Seçki Komissiyasının açıqladığı rəsmi nəticələrə əsasən isə Milli Məclisdə YAP 60 nəfərlə, Azadlıq Bloku isə 6 nəfərlə təmsil olunmaq hüququ qazandı. Əli Kərimli isə Azadlıq Blokunun 58 üzvünün Milli Məclisdə təmsil olunmaq hüququ qazandığını iddia edirdi.

2010-cu ildə Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat birləşmək qərarı almışdı, lakin daha sonra bu birləşmə gerçəkləşmədi.

Etimad qurultayı

2015-ci ilin fevralında partiyanın sədri Əli Kərimli partiyanın sədr müavini Razi Nurullayevi tutduğu vəzifədən azad edib. Elə həmin ay R. Nurullayev partiya üzvlüyündən istefa verdiyini elan edib.

19 avqust 2015-ci ildə Ə. Kərimlidən narazı qüvvələr R. Nurullayev və tərəfdarları Azərbaycan Xalq Cəbhəsi Partiyası Etimad Qurultayı Təşkilat Komitəsi (AXCP EQTK) yaratdıqlarını bəyan ediblər.

27 sentyabr 2015-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) qurultayında Ə. Kərimli növbəti dəfə sədr seçilib.

2015-ci ilin sentyabrında partiyanın qurultayı partiyanı təmsil etmək səlahiyyətinə malik olan Ə. Kərimlini yenidən sədr seçib və əsas rəhbər orqanların üzvlərini təsdiqləyib. Ərizəçi tərəf həmin dəyişikliklərin qeydə alınması üçün Ədliyyə Nazirliyinə müraciət edib. Nazirlik qeydiyyat sənədlərini geri qaytarıb, qeyd edib ki, ona eyni məzmunlu başqa bir müraciət daxil olub.

AXCP EQTK bu qurultayı və seçkiləri tanımayıb, 17 oktyabr 2015-ci ildə qurultay keçirib və Razi Nurullayevi AXCP sədri seçdiyini iddia edib.

Ə. Kırimlinin sədri seçildiyi AXCP Ədliyyə Nazirliyinə qarşı məhkəmə iddiası qaldırıb, tələb edib ki, məhkəmələr, Ədliyyə Nazirliyinin üzərinə 2015-ci ilin sentyabrında çağırılan qanuni qurultayda qəbul edilmiş dəyişiklikləri qeydə almaq vəzifəsi qoyan qərar qəbul etsin. Məhkəmələr həmin şikayəti təmin etməyib.

AXCP Avropa İnsan Haqları Məhkəməsi (AİHM) qarşısında iddia edib ki, ona münasibətdə 13-cü (Səmərəli hüquqi müdafiə vasitələri hüququ) və 18-ci(hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrilə birlikdə götürülməklə, Konvensiyanın 11-ci (toplaşmaq və birləşmək azadlığı hüququ) maddəsinin pozuntusunu mübahisələndirib.

R. Nurullayev 2020-ci il 29 iyul tarixində partiyasının qurultayında Azərbaycan Xalq Cəbhəsi Partiyası adından imtina etmiş və yeni Milli Cəbhə Partiyasını təsis etmişdir.

2023-cü ilin iyulunda Ədliyyə Nazirliyi Azərbaycan Xalq Cəbhəsi Partiyasına qeydiyyatla bağlı mənfi cavab verib.

Təşkilat

Qadınlar Şurası

2002-ci il yanvarın 12-dən Azərbaycan Xalq Cəbhəsi Partiyasının Qadınlar Şurası mövcuddur. Azərbaycan Xalq Cəbhəsi Partiyası Qadınlar Şurasının sədri Solmaz Hüseynovadır.

Gənclər Komitəsi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının Gənclər Komitəsi Əbülfəz Elçibəyin sərəncamı ilə 27 iyul 1995-ci il tarixində təsis edilmişdir. Onun ilk sədri Oqtay Güləliyev olmuşdur. Azərbaycan Xalq Cəbhəsi Partiyası Gənclər Komitəsinin sədri hal-hazırda Emil Səlimovdur.

Seçkilərdə

Milli Məclis

Seçki Sədr Majoritar Proporsional Cəmi
Səs % Mandat Səs % Mandat
1995
Azərbaycan Xalq Cəbhəsi Partiyası: Tarixi, Təşkilat, Seçkilərdə 
Əbülfəz Elçibəy
0 / 100
346,192 9.7
3 / 25
3 / 125
2000
Azərbaycan Xalq Cəbhəsi Partiyası: Tarixi, Təşkilat, Seçkilərdə 
Əli Kərimli
1 / 100
313,059 10.95
4 / 25
5 / 125
2005
1 / 125
1 / 125
2010 28 719 1.2
0 / 125
0 / 125
2015 Seçkiləri boykot etdi.
2020

Təkrar və əlavə seçkilər

Seçki Sədr Səs Mandat
# %
1995 Əbülfəz Elçibəy
0 / 20
4 fevral 1996
1 / 15
yanvar 2001 Əli Kərimli
1 / 11
2004 Qüdrət Həsənquliyev
1 / 3

Ali Məclis

Seçki Sədr Nəticə
Səs % Mandat
1995 Əbülfəz Elçibəy
2000 Əli Kərimli
1 / 45
2005
2 / 45
2010
1 / 45
2015 Seçkiləri boykot etdi.
2020

Bələdiyyə seçkiləri

Azərbaycan Xalq Cəbhəsi Partiyası bələdiyyə seçkilərini əhəmiyyətsiz hesab etmişdir. Seçkilərin qanunsuz keçirildiyini, bələdiyyələrin səlahiyyətsiz olduğunu iddia etmişdir. 1999-cu il seçkilərində 1387 partiya üzvü bələdiyyə üzvü seçilmişdir, lakin 2006-cı il təkrar bələdiyyə seçkilərində klassiklər qolu namizədləri seçkilərdə iştirak etmişdir.

Seçki Sədr Səs Yer
# % ±
1999 Əbülfəz Elçibəy
1.387 / 20.456
2004 Əli Kərimli
2009
1 / 15.591
2014
2019
Seçki Sədr Səs Üzv
# %
2006 Əli Kərimli
4 / 1.901

Konfrans və qurultayları

Qurultay/Konfrans Tarix Seçilən sədr Namizəd
Azərbaycan Xalq Cəbhəsi (1989–1995)
Təsis Konfransı 16 iyul 1989 Əbülfəz Elçibəy Əbülfəz Elçibəy
II Konfrans 10 dekabr 1989 - -
I Qurultay 13–17 iyul 1990 - -
Azərbaycan Xalq Cəbhəsi Partiyası (1995-)
I (III) Qurultay 25 may 1995 Əbülfəz Elçibəy Əbülfəz Elçibəy
II (V) Qurultay 1998
III (VI) Qurultay 2000 Əli Kərimli Əli Kərimli (tək namizəd)
III (VI) Qurultay (iddia/mübahisəli) 28–29 oktyabr 2000 Mirmahmud Mirəlioğlu Mirmahmud Mirəlioğlu
Birləşdirici Qurultay (iddia/mübahisəli) 19 avqust 2002 Qüdrət Həsənquliyev Qüdrət Həsənquliyev
IV (VII) Qurultay 2005 Əli Kərimli Əli Kərimli (tək namizəd)
V (VIII) Qurultay 25 sentyabr 2010
VI (IX) Qurultay 27 sentyabr 2015
Etimad Qurultayı (iddia/mübahisəli) 17 oktyabr 2015 Razi Nurullayev Razi Nurullayev (tək namizəd)
VII (X) Qurultay 24 iyun 2023 Əli Kərimli Əli Kərimli (tək namizəd)
VIII (XI) Qurultay 16 dekabr 2023

Təltifləri

1990-cı ilin fevral ayında Azərbaycan Xalq Cəbhəsinin İdarə Heyətinin qərarı ilə Azərbaycan Xalq Cəbhəsi "Məhəmməd Əmin Rəsulzadə mükafatı" təsis edildi. İdarə Heyəti Məhəmməd Əmin Rəsulzadə mükafatını ilk olaraq milli-azadlıq hərəkatındakı xidmətlərinə görə iki şəxsə: görkəmli alim, vətənpərvər Xudu Məmmədova (ölümündən sonra) və "Azadlıq" radiosunun baş redaktoru Mirzə Xəzərə verilməsi qərarını yekdilliklə qəbul etdi. Qərar Əbülfəz Elçibəy tərəfindən imzalandı və eyni gün İdarə Heyətinin üzvü, görkəmli yazıçı və ictimai-xadim Yusif Səmədoğlunun səsi ilə bu xəbər "Azadlıq" radiosundan yayıldı.

Rəmzləri

Azərbaycan Xalq Cəbhəsi Partiyası: Tarixi, Təşkilat, Seçkilərdə 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəsmi logosunun təsviri belədir:

Logosu

  • Ağ bayrağın ortasında qara rəngdə AHC sözü yazılıb.
  • AHC (Azərbaycan Halq Cəbhəsi).
  • C hərfinin daxilində isə Azərbaycan bayrağı var.

Qərargahı

Azərbaycan Xalq Cəbhəsi Partiyası 2006-cı ilə qədər Bakı şəhəri, Xaqani küçəsi 33 ünvanında yerləşən binada fəaliyyət göstərib. 2006-cı ilin noyabrında binanın dövlət tərəfindən Hesablama Palatasının balansına verilməsi nəticəsində 23 noyabr 2006-cı ildən partiya qərargahsız qalıb. Bunun qanunsuz olduğunu iddia edən partiya məsələ ilə əlaqədar məhkəməyə müraciət edib.

Dövlət tərəfindən partiyaya Keşlə qəsəbəsində məcburi köçkünlərin yaşadığı binanın birinci mərtəbəsində qərargah təklif olunsa da partiya tərəfindən şəraitsizlik səbəbilə bundan imtina edilib. Partiyanın qərargahsız fəaliyyət göstərdiyi dövrdə toplantılar digər siyasi partiyaların qərargahlarında keçirilib.

2013-cü ildə Nərimanov rayonu, Tələt Şıxaliyev küçəsi 8 ünvanındakı ikimərtəbəli bina icarəyə götürülərək, partiyanın qərargahına çevrilib. Ardınca partiyanın icarəyə götürdürü mülkün sahibinə hökumət tərəfindən təzyiqlər edildiyi iddia olunub. 3 mart 2014-cü ildə partiyanın qərargahı yerləşən binada partlayış baş verib. Bu səbəb əsas gətirilərək 5 mart 2014-cü ildə qərargah dövlət tərəfindən sökülüb.

Partiya hal-hazırda faktiki olaraq qərargahsızdır.

Qeydlər

Mənbə

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

Tags:

Azərbaycan Xalq Cəbhəsi Partiyası TarixiAzərbaycan Xalq Cəbhəsi Partiyası TəşkilatAzərbaycan Xalq Cəbhəsi Partiyası SeçkilərdəAzərbaycan Xalq Cəbhəsi Partiyası Konfrans və qurultaylarıAzərbaycan Xalq Cəbhəsi Partiyası TəltifləriAzərbaycan Xalq Cəbhəsi Partiyası RəmzləriAzərbaycan Xalq Cəbhəsi Partiyası QərargahıAzərbaycan Xalq Cəbhəsi Partiyası QeydlərAzərbaycan Xalq Cəbhəsi Partiyası MənbəAzərbaycan Xalq Cəbhəsi Partiyası Xarici keçidlərAzərbaycan Xalq Cəbhəsi PartiyasıAzərbaycan Milli Azadlıq Hərəkatı (1988-1991)Azərbaycan Xalq CəbhəsiƏdliyyə Nazirliyi (Azərbaycan)

🔥 Trending searches on Wiki Azərbaycanca:

Qarabağda döyüşlər (2023)Masturbasiyaİnformasiya prosesləriKosmik fəzaRiyaziyyatSuçiçəyiMirzə Ələkbər SabirMikayıl MüşfiqKompüter qurğularıMorfologiya (linqvistika)ASAN xidmətŞöhrət ordeni (Azərbaycan)FederasiyaSifət (qrammatika)Anqara çayı əfsanəsiXüsusi Təyinatlı Qüvvələr (Azərbaycan)Qazax rayonu20 manatlıq əsginasUral çayıDövlət bayraqlarının siyahısıUEFA Çempionlar LiqasıGoranboyBərdə rayonuƏsas nitq hissələriHidrogenAzərbaycan coğrafiyasıHemoqlobinFikrət ƏmirovYuri QaqarinNaxçıvan Muxtar RespublikasıSevil NuriyevaUlduzBağlayıcıŞifrVətən Müharibəsi Qəhrəmanlarının siyahısıTürk Dövlətləri TəşkilatıKimyəvi reaksiyaNapoleon BonapartWhatsAppAzərbaycan banklarının siyahısıİçərişəhərKütlə vahidləriVilayət EyvazovModal sözlərOksigenÖzbəkistanŞəkilçiKəlmeyi-şəhadətMədəaltı vəziAzərbaycanın dövlət bayramları və xüsusi günləriNəsirəddin TusiADA UniversitetiSenzorGöygöl (göl)Kəmaləddin HeydərovUşaqlıq (anatomiya)BeyinFövqəladə Hallar Nazirliyi (Azərbaycan)Polad HəşimovGöbələklərGənclik parkıGəncə-Daşkəsən iqtisadi rayonuAzərbaycanın sərhədləriHicri təqvimƏbdürrəhim bəy HaqverdiyevAlbaniyaOkeanAzərbaycanın inzibati bölgüsüÇay (coğrafiya)Nyuton qanunlarıƏli XameneiAzərbaycanda yayılmış balıqların siyahısıƏhməd Cavad🡆 More