Oqtay Rəcəbov

Oqtay Məmmədağa oğlu Rəcəbov (5 aprel 1941, Bakı – 15 dekabr 2022) — Azərbaycan bəstəkarı, pedaqoji elmlər doktoru, professor (1995), Prezident təqaüdçüsü, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2019), Azərbaycan SSR əməkdar müəllimi (1987).

Oqtay Rəcəbov
Oqtay Rəcəbov
Doğum tarixi 5 aprel 1941(1941-04-05)
Doğum yeri
Vəfat tarixi 15 dekabr 2022(2022-12-15) (81 yaşında)
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elmi dərəcəsi
Elmi adları
Mükafatları Oqtay Rəcəbov Oqtay Rəcəbov Azərbaycan LKGİ mükafatı — 1982
Oqtay Rəcəbov

Həyatı

Oqtay Məmmədağa oğlu Rəcəbov 1941-ci il aprelin 5-də Bakıda anadan olub. Ali təhsilini Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika və istehsalatın əsasları fakültəsində alıb (1958–1963). Azərbaycan EA-nın Fizika İnstitutunda aspirantura təhsili alıb. Azərbaycan Dövlət Konservatoriyasını bitirib (1969). 116 nömrəli axşam məktəbində fizika, 1 nömrəli Musiqi məktəbində isə musiqi fənnini tədris edib. Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunda kiçik elmi işçi, baş elmi işçi və şöbə müdiri vəzifələrində çalışıb.

Ü. Hacıbəyli adına Musiqi Akademiyasının "Azərbaycan xalq musiqisi" kafedrasının professorudur. 4 operanın, 3 musiqili komediyanın, 3 simfoniyanın, 2 oratoriyanın, 1 kantatanın, 500 mahnının müəllifidir. Pedaqogika və musiqi ilə bağlı 10 monoqrafiyanın, 70 dərslik, dərs vəsaiti və proqramın, 100-dən artıq məqalənin müəllifidir.

O. Rəcəbovun uşaq mahnıları 6 məcmuədə çap olunub. Onun uşaq mahnıları, əsasən vətənpərvərlik, Flora və fauna, rəqəmlər və vurma cədvəli kimi mövzuları əhatə edib.

Oqtay Rəcəbov 2022-ci ilin dekabrın 15-i vəfat edib.

Mükafatları

Əsərləri

    Operalar
  • "Göyçək Fatma"-cizgi film-opera (1992)- Azərbaycan xalq nağılı əsasında
  • "Xeyir və Şər" uşaq operası (1994) — N. Gəncəvinin əsəri əsasında
  • "Sərçəcik" uşaq operası (2012) — Libretto müəllifi Sevinc Nuruqızı
  • "Atatürk" operası (2016) — Libretto müəllifləri Akif Abbasov, Babək Abbaszadə
    Musiqili komediyalar, tamaşalar
  • "Əlin cibində olsun" (2001) — libretto müəllifi Aqşin Babayev
  • "Şeytanın yubileyi" — libretto müəllifi Aqşin Babayev
    Simfonik əsərləri
  • 4 saylı Simfoniya (1997)
  • Simli orkestr üçün 5 saylı Simfoniya (1998);
    Məqalə və kitablar
  • Musiqi və mənəvi tərbiyə. Monoqrafiya. B., "Maarif", 1995.
  • "Musiqi" — I sinif üçün dərslik (rus dil.), B., "Maarif", 1998.
  • "Musiqi" — II sinif üçün dərslik (rus dil.), B., "Maarif", 1998.
  • Dahilik fenomeni haqqında nə bilirik?"Musiqi dünyası" jurnalı, № 1, 1999.

Filmoqrafiya

  1. Ağ atlı oğlan (film, 1995) (tammetrajlı bədii film)-bəstəkar, dirijor
  2. Azərbaycan SSR (film, 1973)
  3. Cavad Heyət varlığı (film, 2002)
  4. Göyçək Fatma (film, 1988)
  5. Hər şey yaxşılığa doğru
  6. Həsən Əbluc (film, 1999)
  7. Humayın yuxusu (film, 1985)
  8. Kəndimizin qəhrəmanı (film, 1971)
  9. Qız, oğlan və şir (film, 1974)
  10. Tərsinə çevrilən dünya (film, 2011)
  11. Sehrlənmiş küpə (film, 1979)
  12. Səndən xəbərsiz (film, 1985)
  13. Sonrakı peşmançılıq (film, 1978)
  14. Surxay Əsgərov. Sehrli səs. Videoalbom (film, 1998)
  15. Şah və xidmətçi (film, 1976)
  16. Şahzadə-qara qızıl (film, 1974)
  17. Toplan və kölgəsi (film, 1977)
  18. Üç görüş
  19. "Vüsal günləri" teleserialı (Tehran, 1998)

Videolar

Verilişlər

İstinadlar

Mənbə

  • "Ə. Y. Seyidov, M. M. Mehdizadə və M. Ə. Muradxanov məktəbinin davamçıları". Yusif Talıbov, Fərahim Sadıqov, Sərdar Quliyev. Azərbaycanda məktəb və pedaqoji fikir tarixi. Bakı: Ünsiyyət, 2000. — səh. 437.
  • "Görkəmli bəstəkar". Vidadi Xəlilov. Ömür yollarında. Bakı: Nərgiz, 2012. — səh. 180.
  • Fərrux Rüstəmov. Azərbaycan pedaqogikaşünaslığı. Bakı: Elm və təhsil, 2016. — səh. 197.

Xarici keçidlər

Tags:

Oqtay Rəcəbov HəyatıOqtay Rəcəbov MükafatlarıOqtay Rəcəbov ƏsərləriOqtay Rəcəbov FilmoqrafiyaOqtay Rəcəbov VideolarOqtay Rəcəbov İstinadlarOqtay Rəcəbov MənbəOqtay Rəcəbov Xarici keçidlərOqtay Rəcəbov15 dekabr194120225 aprelBakıBəstəkar

🔥 Trending searches on Wiki Azərbaycanca:

Çaldıran döyüşüTeymurilərin Azərbaycana yürüşləriAnemiyaAlkoqolizmAlov qüllələriAzərbaycan Premyer LiqasıAzərbaycan Texniki UniversitetiDünya ölkələrinin pul vahidləriAzərbaycan ədəbiyyatıMolla Pənah VaqifAntarktidaSinir sistemiQalaNitq hissəsiEkzemaƏbülfəz ElçibəyRusiya–Qacar müharibəsi (1826–1828)Heydər Əliyevin ölümü və dəfniDövlət idarəetmə formalarıİngiltərəYol nişanlarıTəbii zonalarÜmumi Daxili MəhsulQobustan rayonuAzərbaycanın Qırmızı kitabına düşən quşlarMoskvaDədə QorqudAzərbaycan Dövlət Neft və Sənaye UniversitetiAnar ƏləkbərovAzərbaycanda qeydiyyata alınmış dünya əhəmiyyətli memarlıq abidələrinin siyahısıSahə (ölçü parametri)Ana səhifəİnformasiya təhlükəsizliyiİnternetGəncə qalası2024-cü ildə vəfat edənlərin siyahısıBəylər EyyubovDəvəquşuİnsanCavanşir körpüsüÖlçü vahidləriAnri de Tuluz-LotrekMediana (statistika)GürcüstanTəmsilMürəkkəb sözlərAbdulla ŞaiqƏfqanıstanMirzə Fətəli AxundovKompüterBitkiAzərbaycan mətbuatıRövşən CavadovHektarAzərbaycan manatıQadın reproduktiv sistemləriOksigenNapoleon BonapartOksidləşmə-reduksiya reaksiyalarıOrqanizmGənclik parkıAfrikaXüsusi Təyinatlı Qüvvələr (Azərbaycan)İnformasiya texnologiyalarıGözÜçbucaqSu ehtiyatlarının çirklənməsiLayihəEritrositMorze əlifbasıİnteqralBirinci Dünya müharibəsiSüni intellektAzərbaycan gerbiYeni Azərbaycan PartiyasıHeyvanlarAzərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı🡆 More