Əli Səlimi

Əli Səlimi (علي سليمي) - azərbaycanlı bəstəkar, Ayrılıq və Sizə salam gətirmişəm kimi məşhur mahnıların bəstəçisi, Azərbaycan Bəstəkarlar İttifaqının fəxri üzvü.

ƏLİ SƏLİMİ
Əli Səlimi
Digər adı علي سليمي
Doğum tarixi
Doğum yeri Bakı
Vəfat tarixi
Vəfat yeri Təbriz
Fəaliyyəti bəstəkar, şair
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Əli Səlimi 1922-ci ildə Bakı şəhərində Kubinka məhləsində dünyaya göz açıb.Bakinin Pirşagi kəndindəndir.Atasi Ərdəbil şəhərindən Bakıya köçmüşlər - atası Ərdəbil yaxınlığındakı Mehmandost kəndindən idi, anası Məşədi Cəvahir isə bakılı Pirşagili idi. Əli Səlimi tar məktəbini xalq artisti, görkəmli tarzən Əhməd Bakıxanovun sinfində bitirmişdir.

1930-cu illərinin əvvəlində Əhməd Bakıxanov bu istedadlı şagirdinin yolunu Azərbaycanın orkestr və ansambllarına açdı. 1938-ci ildə Əli Səliminin atası (eləcə də tarzən Adil Axundzadə – Tehran radiosunun solisti və tanınmış xanəndə Mustafa Payan – Tehranın məşhur xanəndəsi) məcburiyyət qarşısında Ərdəbilə köçməli oldular.

"Sizə salam gətirmişəm" və "Ayrılıq"

1961-ci ilin sonu və 1962-ci ilin əvvəllərində Rəşid Behbudovun İran səfəri yaddaqalan, maraqlı hadisələrlə zəngin idi. Belə hadisələrdən biri İranda baş verir. İranda böyük müvəffəqiyyətlə keçən konsertlərdən birindən sonra əslən Bakıdan olan ölməz bəstəkar Əli Səlimi dünyalar qədər sevdiyi müğənnini evinə dəvət edir. Dəvəti qəbul edən Rəşid Behbudov bəstəkarın qonağı olur. Maraqlı söhbətlər zamanı Əli Səlimi yenicə bəstələdiyi "Sizə salam gətirmişəm" mahnısını sənətkara göstərir. Rəşid mahnını çox bəyənir və tezliklə ifa edəcəyinə söz verir. Bəstəkarın həyat yoldaşı Əli Səlimiyə işarə edərək onu yan otağa çağırır. Bir qədər sonra həmin otaqdan xanımın həzin səslə, tarın müşayəti ilə oxuduğu başqa bir mahnının səsi gəlir. Rəşid elə ilk notlardan bu mahnıya vurulur və onlara qoşulub zümzümə etməyə başlayır. Mahnı bitdikdən sonra müğənni Əli Səlimidən bunun kimin mahnısı olduğunu soruşur.

Əli Səlimi bildirir ki, Rəcəb İbrahimi "Ayrılıq" adlı gözəl bir şeir yazmışdı. Mən də bir neçə gün bundan əvvəl həmin şerə mahnı bəstələdim. Rəşid bəstəkara irad tutur ki, bəs nəyə görə "Ayrılığ"ı mənə təklif etmirsən. Əli Səlimi cavabında izah edir ki, qorxuram "Ayrılığ"ı oxumağa icazə verməsinlər. Sənə də baş ağrısı olmasın. "Sizə salam gətirmişəm"i oxusan mənə dünyanı vermiş olarsan. Rəşid bəstəkarın da, onun xanımının da kövrəldiyini görüb qətiyyətlə bildirir ki, tezliklə hər iki mahnını mənim ifamda eşidəcəksiniz. Bakıya dönəndən sonra sevimli sənətkar həqiqətən də hər iki mahnını - "Sizə salam gətirmişəm" və "Ayrılıq" mahnılarını ifa edərək lentə yazdırır.

2007-ci il dekabr ayının ortalarında Ərdəbil şəhərində incəsənət mərkəzi tərəfindən tədbir keçirildi. Bu tədbirdə böyük hörmətlə qarşılanan Əli Səliminin bəstələdiyi mahnılar səsləndi. Dekabrın 15–16-da Ərdəbildə Əli Səliminin xatirəsinə həsr olunmuş ilk Azərbaycan muğam festivalı keçirildi.

Bəstələri

  • Gül Ərdəbil
  • Ayrılıq
  • Sizə Salam Gətirmişəm
  • Savalan
  • Heydər Baba
  • İlqar
  • Bahar gəldi
  • Ağlama
  • Gözüm ana
  • Gül açdiı
  • Lalə
  • Yaşa məhəbbət
  • Ana laylası
  • Haqq yolu
  • Gözəl qız
  • Sənin sözün
  • Yalan dünya
  • Ay dolandı
  • Parti
  • Dumandır
  • Ana vətən
  • Bivəfalar
  • Könül
  • Namaz
  • Gülşən
  • Əziz İran
  • Yağışlar
  • Füzuli üçün
  • Azadlıq qoşaları
  • Telli qız
  • Birlik
  • Babam üçün
  • Azərbaycan (1)
  • Azərbaycan (2)
  • Vətənim
  • Koroğlu
  • Ölkəmiz
  • Sözlər
  • Səni istəyirəm

İstinadlar

Xarici keçidlər

Tags:

Əli Səlimi HəyatıƏli Səlimi Sizə salam gətirmişəm və AyrılıqƏli Səlimi BəstələriƏli Səlimi İstinadlarƏli Səlimi Xarici keçidlərƏli SəlimiAyrılıqAzərbaycan Bəstəkarlar İttifaqıAzərbaycanlılar

🔥 Trending searches on Wiki Azərbaycanca:

Birinci Dünya müharibəsiGözQaraciyərQədim YunanıstanAzərbaycan (tarixi ərazi)İbn SinaMuğamBakı küçələrinin köhnə və yeni adlarının siyahısıRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (Azərbaycan)Daun sindromuTərtər rayonuŞirvanşahlar sarayıAzərbaycanın iqtisadi rayonlarıBakıda yerləşən abidələrin siyahısıOmonimPatogenİlyas ƏfəndiyevMədət QuliyevAzərbaycanın Milli Qəhrəmanlarının siyahısıSanksiyaKağızElektrik müqavimətiKompüter şəbəkəsiAzərbaycanda neft sənayesiSinonimMartAntonimMəhəmmədƏdədi silsiləLionel MessiHüquqSkarlatinAzotQazax rayonunun Ermənistan tərəfindən işğal edilmiş kəndləriÇay (coğrafiya)Namiq QaraçuxurluRamil UsubovVərəmLeksikaAzərbaycandakı şəhərlərin siyahısıAzərbaycan xanlıqlarıİsmin hallanmasıSəfəvilərKarles PuçdemonBərdə rayonuMart soyqırımıQuran surələrinin siyahısıKompüter oyunuQarabağlar türbəsiElektrik cərəyanıAzərbaycan mətbuatıÜrək (insan)Azərbaycan Quru QoşunlarıNüvə silahıAzərbaycan Sərhəd QoşunlarıDöyüş arabasıBMWDOST AgentliyiŞuşaİnsanın tənəffüs sistemiPişikAzərbaycan memarlığıAzərbaycanda prezident seçkiləri (2024)Azərbaycan banklarının siyahısıZərf (qrammatika)İtaliyaBirləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (2024)Qubad İbadoğluTəbii fəlakətEkologiyaGürcüstanUşaqlıq (anatomiya)Şir (astrologiya)Aran xalçalarıKimyəvi rabitəŞəki rayonuHemoqlobinBöyük Çin səddi🡆 More