Pol Kruqman (ing.
Pol Kruqman Prinston Universitetində iqtisadiyyat və beynəlxalq münasibətlər üzrə professordur. O, həmçinin London İqtisadiyyat məktəbində də professordur. Eyni zamanda Nyu York Tayms qəzetində icmalçı olaraq çalışmaqdadır.
Paul Kruqman | |
---|---|
ing. Paul Robin Krugman | |
Doğum tarixi | 28 fevral 1953[…] (71 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | ABŞ |
Elm sahələri | Beynəlxalq İqtisadi münasibətlər Makroiqtisadiyyat |
Elmi dərəcəsi |
|
İş yerləri | Prinston Universiteti London İqtisadiyyat məktəbi |
Təhsili |
|
Tanınır | Beynəlxalq ticarət nəzəriyyəsi Yeni ticarət nəzəriyyəsi Yeni iqtisadi coğrafiya |
Üzvlüyü | |
Mükafatları | 2008 İqtisadiyyat üzrə Nobel mükafatı |
web.mit.edu/krugman/www/ | |
Vikianbarda əlaqəli mediafayllar |
Pol Kruqman 2008-ci ildə Ticarət modellərinin təhlili və iqtisadi fəaliyyətin yeri haqqında tədqiqatlarına görə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Beynəlxalq iqtisadiyyat, ticarət nəzəriyyəsi, iqtisadi coğrafiya və beynəlxalq maliyyə sahəsindəki akademik çalışmaları ilə tanınmaqdadır.
Pol Kruqman yəhudi bir ailənin övladı olaraq Nyu Yorkda dünyaya göz açmışdır. Uşaqlığını Nyu Yorkun cənub-şərqindəki Lonq adasında keçirmişdir. Kollec səviyyəsində təhsilini Belmurdakı Con Kennedi Yüksək Məktəbində (ing. John F. Kennedy High School) tamamlamışdır.
Prinston Universitetində professor olaraq çalışmaqda olan Pol Kruqman Robin Uells ilə evlidir. Bu evlilik Pol Kruqmanın ikinci evliliyidir.
Pol Kruqman ilk olaraq "Fortune" və "Slate" jurnallarında, daha sonra Harvard Biznes İcmalı (ing. Harvard Business Review), Xarici siyasət (ing. Foreing Policy), İqtisadçı (ing. The Economist), Harper's və Aylıq Vaşinqton (ing. Washington Monthly) jurnallarında yazılarını dərc etmişdir.
2000-ci ildən bəri həftədə iki dəfə olmaqla Nyu York Tayms qəzetində Pol Kruqmanın icmalları dərc olunur. Pol Kruqman 2007-ci ildən etibarən Tayms jurnalında da yazmağa başlamışdır.
2003-cü ildə yazılarının toplusu olan Böyük həll (ing. The Great Unraveling) kitabı nəşr edilmişdir . Bu kitabda Corc Buşun hakimiyyəti illərində olan iqtisadi və xarici siyasətlər tənqid edilmişdir. Kitab ABŞ-nin bestsellerlər siyahısında yer almışdır.
2007-ci ildə isə Liberalın vicdanı (ing. The Conscience of a Liberal) adlı kitabı yayımlanmışdır. Kitabın məzmunu XX əsr Amerikasının iqtisadi şərhi və tənqidindən ibarətdir.
2011-ci ilin mart ayından etibarən Star qəzetində Pol Kruqmanın Qlobal iqtisadiyyat adlı həftəlik yazıları dərc olunur.
Pol Kruqman 2005 və 2008-ci illərdə ABŞ-nin Xarici siyasət (ing. Foreign Policy) və İngiltərənin Prospekt jurnallarının internetdə keçirdikləri sorğuya əsasən tərtib etdiyi Dünyanın ilk 100 intellektualı siyahısında 2005-ci ildə 6-cı, 2008-ci ildə isə 30-cu yerdə qərar tutmuşdur.
This article uses material from the Wikipedia Azərbaycanca article Paul Kruqman, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki Azərbaycanca (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.