Narsistik şəxsiyyət pozuntusu — bir insanın digər insanlardan özünəməxsusluğuna, xüsusi statusuna, üstünlüyünə, böyüklüyünə inamı ilə səciyyələnən şəxsiyyət pozğuntusu; istedad və nailiyyətlər haqqında şişirdilmiş fikir; öz uğurları haqqında fantaziyalarla məşğul olmaq; başqalarından qeyd-şərtsiz yaxşı münasibət və şübhəsiz itaət gözləmə; öz unikallığını və əhəmiyyətini təsdiqləmək üçün başqalarının ona heyranlığını axtarmaq; empatiya göstərə bilməmək; başqalarının onlara həsəd apardığı aqqında fikirlər.
Narsistik insanlar daima başqalarının onlar haqqında fikirlərini idarə etməyə çalışırlar. Onlar özlərini əlaqələndirdiklərini ideallaşdırarkən, dünyada demək olar ki, ətraflarında olan hər şeyi dəyərsizləşdirməyə meyllidirlər.
Narsistik şəxsiyyət pozuntusu | |
---|---|
| |
XBT-10 | F |
XBT-10-KM | F60.81 |
XBT-9 | |
XBT-9-KM | 301.81 |
DiseasesDB | 000934 |
MedlinePlus | 000934 |
MeSH | D000097165 |
Vikianbarda əlaqəli mediafayllar |
Bu xəstəliyin adı bir çayın sularında əks olunduğuna heyran olmağı seçən və nimfa Exonun sevgisini rədd edən gözəl və gənc Narsiss haqqında olan qədim yunan mifindən irəli gəlir. Bunun cəzası olaraq o, öz əksini sevməyə məhkum olmuş və sonda onun adını daşıyan çiçəyə çevrilmişdir.
This article uses material from the Wikipedia Azərbaycanca article Narsistik şəxsiyyət pozuntusu, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki Azərbaycanca (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.