Narsisizm — özlərinin xüsusi və yaseçilmiş olduqlarını düşünən, öz maraqları üçün başqalarını istifadə edən, başqalarının uğurlarını qısqanan, empatiyası olmayan davranış tipidir.
Bu məqalə qaralama halındadır. |
Termin bir çayın sularında əks olunduğuna heyran olmağı seçən və nimfa Exonun sevgisini rədd edən gözəl və gənc Narsiss haqqında olan qədim yunan mifindən irəli gəlir. Bunun cəzası olaraq o, öz əksini sevməyə məhkum olmuş və sonda onun adını daşıyan çiçəyə çevrilmişdir.
Özlərinin "xüsusi " və ya "seçilmiş" olduqlarını düşünürlər, öz maraqları üçün başqalarını istifadə edirlər, başqalarının uğurlarını qısqanırlar, empati olmur, başqalarının hisslərinə və ehtiyaclarına qarşı biganədirlər, çox bəyənilmək istəyirlər, həmişə özlərini haqlı, başqalarını günahkar sayırlar, daim hər şeyi idarə(manupilyasiya) etməyə çalışırlar, özlərinin qüsursuz olduğunu düşünürlər, qüsurlarını qəbul etdirmək mümkün deyil.
Xəstəliyin tam səbəbi məlum olmasa da, ətraf mühit, sosial, genetik, neyrobioloji faktorların təsir etdiyi ehtimal edilir.
Əsas müalicə üsulu psixiatriya ilə olsa da, az adam müalicə üçün müraciət edir. Çünki narsistlər hərəkətlərini normal olduğunu hesab edirlər və xəstə olduqlarına inanmırlar. Bəzən isə başqa xəstəliklərə(maddə istifadəsi bağımlılığı, bipolar, depressiya və s.) görə həkimə müraciət edirlər.
Narsisistik şəxsiyyət pozğunluğunun ən fərqli xüsusiyyətlərindən biri də problem yaradan davranışları qəbul edib dəyişməyə çox dirənmələri, günahı başqalarında axtarmaqda peşəkar olmaları, ən kiçik tənqidi belə münaqişəyə, münaqişəyə və hətta aqressivliyə çevirmələridir. Bundan əlavə, ümumi narsistik şəxsiyyət pozuntusu əlamətləri olaraq:
Etimoloji rəvayətə görə, Eko adlı pəri ovçu Narsistə vurulur, ancaq ondan qarşılıq görə bilmir. Uzun müddətdən sonra Eko dərdindən və gözləməkdən ölür. Bunu görə Olimp ilahları Narsisti cəzalandırmaq qərarına gəlirlər. Günlərin birində Narsist su içmək istəyir və gölə tərəf əyiləndə özünü görərək özünə aşiq olur. Son nəticədə özünü uzun müddət izləyərək ölür.
This article uses material from the Wikipedia Azərbaycanca article Narsissizm, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki Azərbaycanca (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.